Məhkəmə qərarları › İş №e-2(003)-2406/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2406/2024

18.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2406/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2 nümayəndəsi Nümayəndə3, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi 1saylı Publik Hüquqi şəxsinə və Cavabdeh2 qarşı “irsi transmissiya üzrə vərəsəliyin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddia ərizəsimülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi 1saylı Publik Hüquqi şəxsinə və Cavabdeh2 qarşı “irsi transmissiya üzrə vərəsəliyin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X43 vəfat edərkən mülkiyyətində olan ünvan 1 ünvanında 10 sot torpaq sahəsinə və bu torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi yaşayış sahəsi 100 kv.m olan daşınmaz əmlaka (mənzil), Cavabdeh2 verilmiş tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və müvafiq daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qanunla müəyyən olunmuş müddət ərzində mirasa faktiki sahiblik etməsini nəzərə alaraq, onun adına (İddiaçı) vərəsəlik şəhadətnaməsinin verilməsi, ödənilmiş 110,0 manat dövlət rüsumunun və 1000,0 manat məhkəmə xərclərinin qarşı tərəfdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Ailəsi 10 nəfərdən ibarət olmuşdur. X11 (1928-ci il doğumlu) və X5 (1930-cu il doğumlu) 1950-ci ildə nikaha daxil olmuşlar. Bu nikahdan 6 nəfər qız, 2 nəfər oğul övladları dünyaya gəlmişdir. X15 (xx.xx.1961 doğumlu, qeydiyyat ünvanı Bakı şəhəri Şüvəlan qəsəbəsi Füzuli küçəsi ev 50), X22 (xx.xx.1965 doğumlu, Bakı şəhəri Şüvəlan qəsəbəsi Əncirli küçəsi ev 7), X34 (xx.xx.1967 doğumlu, Bakı şəhəri Şüvəlan qəsəbəsi Nizami küçəsi ev 32), X44 (xx.xx.1956 doğumlu, vəfat edib), X7 (xx.xx.2011-ci ildə vəfat edib), İddiaçı (xx.xx.1959 doğumlu, Bakı şəhəri Qala qəsəbəsi Sülh küçəsi ev 26), X12 (xx.xx.1958 doğumlu, Bakı şəhəri Şüvəlan qəsəbəsi Nərimanov küçəsi ev 1), X45. X11 xx.xx.1994-cü ildə vəfat etmişdir. X43 vəfat edərkən ünvan 1 ünvanında yaşamışdır. Eyni zamanda, X43 vəfat edərkən mülkiyyətində ünvan 1 ünvanında sot torpaq sahəsində 3 otaqlı, ümumi sahəsi 100 kv.m olan daşınmaz əmlakı (mənzil) olmuşdur. X11 “Əzizbəyovneft” Neft Mədən İdarəsinin 2-ci neft mədənində neftqaz operatoru vəzifəsində çalışmışdır. 1961-ci ildə atasının işlədiyi “Əzizbəyovneft” Neft Mədən İdarəsinin ayırdığı ssuda ilə ünvan 1 ünvanında 9 sot torpaq sahəsində 3 otaqlı, ümumi sahəsi 100 kv.m olan daşınmaz əmlak (mənzil) atası tərəfindən tikilmişdir. Müvafiq daşınmaz əmlak (torpaq sahəsi) Əzizbəyov Rayon İcra hakimiyyəti deputatları Sovetinin qərarı ilə ayrılmış və tikilinin tikintisinə icazə verilmişdir. X11 vəfat edərkən müvafiq mənzildə onunla birlikdə o, X5, həyat yoldaşı X75, oğlu X90, qızı X59 yaşamışlar. Atası vəfat etdikdə onun adına olan əmlak ilə bağlı heç bir notariat orqanında vərəsəlik işi açılmamış, vərəsəlik şəhadətnaməsi verilməmişdir. O və anası faktiki olaraq X11nun mülkiyyətində ünvan 1 ünvanında sot torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 100 kv.m olan daşınmaz əmlakı (mənzil) miras olaraq qəbul etmişlər. X5 1999-cı ildə vəfat etmişdir. Anası vəfat edərkən onunla birlikdə ünvan 1 ünvanında sot torpaq sahəsində yerləşən 3 otaqlı mənzildə o, həyat yoldaşı X75, oğlu X90, qızı X59 yaşamışlar. Onlar bu mənzildə X5nın vəfatından sonra 2015-ci ilədək yaşamışlar. Bu faktı bütün qohumlar və qonşular təsdiq edirlər. Eyni zamanda, bütün kommunal ödənişlər onlar tərəfindən həyata keçirilmişdir. Eyni zamanda, X5 bütün qızı-zinət əşyalarını ona bağışlamışdır. Bu faktı bütün qohumları təsdiq edirlər. 2022-ci il tarixdə tarixdə mirasın faktiki sahibliyi ilə bağlı ərizə ilə Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət etmişlər. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin 25 iyul 2022-ci il tarixli cavab məktubunda irsi transmissiya üzrə, yəni xx.xx.1994-cü il tarixdə ölmüş X16 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının MM-nin 1252-cimaddəsinə əsasən mərhumun nəvəsi olan Cavabdeh2 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, vərəsə Cavabdeh2 “vərəsələr” barəsində notariat ofisinə məlumat vermədiyi üçün, həmçinin Elektron Notariat X3ndən “vərəsələr” barəsində məlumat əldə edilmədiyi üçün, 8 övlad, bir ananın adı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. İş materiallarına əlavə edilmiş X8, X17, X4 notarial qaydada təsdiq olunmuş ərizəsi (İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşaması barədə) təsdiq edir ki, müvafiq mənzildə valideynlərinin son ölüm tarixinə qədər o, müvafiq mənzildə yaşamış, mirası faktiki olaraq qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Elektron Notariat X3ndən çıxarılmış forma 2 saylı arayışdan görünür ki, 7 saylı xüsusi notariat ofisinin notariusu X46 xüsusi qərəzlilik göstərərək bilərəkdən müvafiq arayışı əldə etməmiş, notariusun özünün də qeyd etdiyi kimi mirasa heç bir haqqı çatmayan nəvənin varislər barədə heç bir məlumat verməməsinə əsaslanaraq 6 bacı, 2 qardaşın mirasını aidiyyəti olmayan şəxsin sərəncamına vermişdir. Digər tərəfdən isə 7 saylı xüsusi notariat ofisinin notariusu X24 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün istinad etdiyi Azərbaycan Respublikasının MM-nin 1252-ci maddəsinə əsasən vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Müvafiq iş üzrə isə vərəsəlik vərəsələr müraciət etdikdən sonra açıla bilərdi. İşin hallarından görünür ki, o, qanunla müəyyən olunmuş müddət ərzində mirasa faktiki sahiblik etməklə mirası qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 1980-ci ildə ailə qurmuş, 1983-cü ildə ata evinə gəlmişdir. Qardaşları və bacıları ailə qurmuş köçmüşlər və həmin evdə yaşamırdılar. O, 2015-ci ilədək həmin evdə daimi yaşamış, 2019-cu ilədək isə gəlib-getmişdir. Bu zaman ərzində, hətta valideyinlərinin sağ olduğu vaxtda qardaşları ata anasına baxmamış, onlara maddi mənəvi dəstək gösrətməmişdir. Evin sənədləri onda olmuş, 2019-cu ildə Abgül sənədləri ondan almışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, həmin evdə Xədicəxanımın yaşaması dindirilmiş şahidlərin ifadəsi ilə də öz təstiqii tapmışdır. İddiaçı faktiki olaraq mirası qəbul etmişdir. Lakin notariat orqanı cavadehə şəhadətnamə verən zaman Hacıbabanın əvəzinə Abgülün ailə tərkibini araşdırmışdır. Bundan başqa Cavabdeh2 atası sağğlığınnda miras əmlakdan pay almaq üçün heç bir hərəkət etməmişdir, notariat orqanına müraciət etməmişdir və beləliklə, onun qızına münasibətdə irsi transmissiyadan söhbət gedə bilməz. Bütün qohumlar da mirasın faktiki olaraq Xədicəxanım tərəfindən qəbul edildiyini bilirlər və razıdırlar. Həmçinin anasında qalan qızıl və cehiz əşyaları da iddiaçıya çatmışdır. Digər vərəsələr öz aralarında razılaşıb mirasdan iddiaçının xeyrinə imtina etmişlər və notariat orqanına müraciət etdikdə mirasın artıq nəvə tərəfindən qəbul edildiyini və çıxarış verildiyini öyrənmişlər. Belə ki, cavabdeh iki ayın ərzində mərhum Hacıbaba kişinin adına çıxarış almış, irsi transmissiya üzrə keçirib onu öz adına. Notariusun bu qanunsuz hərəkətlərindən şikayət vermişlər və hazırda onu işdən uzaqlaşdırıblar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçı heç bir zaman mübahisəli evdə yaşamamışdır və miras əmlakı da qəbul etməmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinə ünvanladığı etiraz ərizəsində də bunu etiraf etmişdir. Bundan başqa İddiaçı barəsində 25 saylı polis Bölməsində və istintaq şöbəsində sənədlərin oğurlanması ilə əlaqədar təhqiqat aparılır. Həmçinin qızıl və cehiz əşyalarının iddiaçıya qalması ilə bağlı qeyd etmişdir ki, onların məhz iddiaçının anasının olduğuna dair heç bir sübut yoxdur, həmin əşyalar eksklüziv deyillər, istənilən şəxsdə ola biləcək əşyalardır. Mübahisəli evi isə Abgül təmir etdirmişdir və satmaq niyyətində idi. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, cavabdeh qanuni olaraq Abgülün vərəsəsi kimi tanınıb. Belə ki, Abgül notariat orqanına müraciət etmək üçün sənədləri tam hazırlayıb qızına vermişdir və o, da sonakı hərəkətləri etmişdir. Notariat orqanı isə Abgülü mirası faktiki olaraq qəbul etmiş vərəsə hesab edərək cavabdehə şəhadətnamə vermişdir. Bundan başqa iddiaçı faktiki olaraq miras qəbul etdiyini iddia etsə də, onlar tərəfindən verilmiş müxtəlif sorğular nəticəsində məlum olmuşdur həmin ünvanda nə iddiaçı nə də onun ailə üzvləri qeydiyyatda olmamışdır. Həmçinin şahid ifadələrin biri birinə qərəzli və natamam olduğunu bildirdi. İddia tələbini tamamilə qəbul etmirlər və rədd edilməsini xahiş edirlər. Cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə, məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X35 ifadəsində bildirdi ki, iddiaçı onun həm qonşusu həm də arvadının qohumudur. Hacıbabanın ailəsi ilə münasibəti çox yaşxı olub. Onun 5 qızı 2 oğlu var idi, qızlardan biri rəhmətə gedib. Hacıbaba və arvadına Xədicəxanım baxıb, onlar rəhmətə gedəndə yanlarında Xədicəxanım olub. Digər qızları ailə qurub köçüblər, oğlu Abgül isə evlənəndən sonra şəhərə köçüb, orada yaşayıb. Hacıbabanın övladları bir-biri ilə daima mehriban olublar. Əlavə olaraq bildirdi ki, Nümayəndə3ı ilk dəfə məhkəmə prosesində gördü. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X60 ifadəsində bildirdi ki, iddiaçı onun qonşusudur. Yaşadığı ev iddiaçıgilin evinin yaxınlığındadır. Hacıbaba müəllimin ailəsini tanıyır, övladları ilə yaxşı münasibəti olub. İddiaçını bacısının biri rəhmətə gedib. Abgül ailə qurduqdan sonra şəhərə köçüb. Abuzər isə Əhmədlidə yaşayır. Xədicəxanımın atası və anası mübahisəli evdə ölüblər, Hacıbaba müəllim 1994-cü ildə, arvadı isə ondan bir neçə il sonra ölüb. Xədicəxanım anasının ölümündən sonra həmin ünvanda uzun müddət yaşayıb. Daha sonra oğlunu evləndirdi və onlar tikdirdikləri evə köçdülər. Bu hadisələr təxmini 2015-ci ildə baş verirdi. Xədicəxanım o vaxtdan həm oğlunun yanında yaşayırdı, həm də mübahisəli evə gəlib gedirdi. Xədicəxanımın oğlu maşın ustası idi. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X25 ifadəsində bildirdi ki, iddiaçı onun əmisi qızıdır, eyni zamanda, hasar qonşusudurlar. Xədicəxanım əri ilə gəlin köçdüyü evdən mübahisəli evə qayıtmış, 2019-cu ilədək mübahisəli evdə yaşamışdır. Hacıbaba 1994-cü ildə, Məryəm isə 1999-cu ildə rəhmətə gedib. Hacıbaba Babayevin və Məryəm Babayevanın yas mərasimlərində iştirak etmişdir. Xədicəxanımın ərinin nə vaxt ölməsi yadında deyil. Lakin Xədicəxanımın əri mübahisəli evdə ölüb. Xədicəxanım anasının yanında yaşamışdır, bacıları isə gəlib-gedirdilər. Son vaxtlar miras əmlakla bağlı mübahisə olurdu. Əmisi oğlu Abgülün mübahisəli evə arada gəlib-getdiyini görmüşdür, qonaq kimi gəlirdi, Xədicəxanım yaşayan vaxt isə gəlib-getdiyi yadında deyil. Xədicəxanımnin oğlu Ramil ailə qurduqdan sonra başqa yerdə yaşamışdır. Xədicəxanımın əri mübahisəli evdə ölmüşdür. 2019-cu ildə həyətdə yanğın olmuş. Həmidənin ərini tanımır, birinci dəfədir ki, məhkəmə iclasında görür. Mübahisəli evdə təmir işlərinin olubolmamasını bilmir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X36 ifadəsində bildirdi ki, Xədicəxanım onun həm qohumu həm də qonşusudur. Ailəvi münasibətləri var. Onların evi iddiaçının yaşadığı evdən bir tin aşağıda yerləşir, 1984-cü ildən yaşayır hazırkı evində. Uşaqlığı mübahisəli həyətdə keçmişdir. Xədicəxanım ərə gedəndən sonra mübahisəli ünvana nə vaxt qayıtması yadında deyil. Amma Xədicəxanım mübahisəli evə qayıdanda anası və atası sağ idi. Xədicəxanım ailəsi ilə birgə həmin ünvanda yaşayırdılar. Məryəm 1999-cü ildə ölmüşdür. İddiaçının atası Hacıbaba 1994-cü ildə ölmüş, həmin vaxt Xədicəxanım mübahisəli evdə yaşayırdı. O, iddiaçının oğlu ilə dostluq edirdi. Ramil mübahisəli həyətdə dəmirçi işləyirdi, həyətdə sexi var idi. Ramilin toyu 2012-ci ildə mübahisəli həyətdə olmuşdur. Toydan sonra Ramil həmin ünvandan getmişdir. Xədicəxanımgili 2015-ci ildə mübahisəli evdən köçmüş, 2019-cu ilə qədər isə gəlibgetmişlər. Köçmələrinin səbəbi isə ona məlum deyil. Xədicəxanım gələndə həyətə nəzarət edirdi. Abgülün mübahisəli ünvana arabir gəlib-getdiyini görmüşdür. Abgülü atası və anası öləndə həmin ünvanda görmüşdür. Abgül polis işçisi olmuşdur, nə vaxt öldüyünü bilmir. Abgülün yas mərasimi mübahisəli evdə olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-nin abunə haqqında məlumat vərəqəsindən görünür ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən 21 nömrəli evin elektrik enerjisi üzrə abunə kodu X9 adınadır. - iddia ərizəsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC tərəfindən verilmiş 3-27-110/2-1259/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi İlqar Muradov küçəsi 21 saylı evə ***-**-** saylı telefon nömrəsi xx.xx.1995-ci il tarixdə çəkilərək Məryəm Babayevanın adına rəsmiləşdirilmişdir. Kompüter bazasında olan məlumata əsasən ***-**-** saylı telefon nömrəsi 19 noyabr 2008-ci il tarixdə vərəsəlik şəhadətnaməsi əsasında X26 adına keçirilmiş və xx.xx.2016-cı il tarixdən aylıq borca görə çıxarılmışdır. - "xxxx" ASC tərəfindən verilmiş 13-13/2-1/16-2234/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin elektron-məlumat bazasında ünvan 5 saylı ev üzrə xx.xx.2000-cı il tarixdən X9 **********10000 nömrəli abunə kodu ilə istehlakçı kimi qeydiyyata alınması barədə məlumat vardır. "xxxx" ASC-nin məlumat bazasında xx.xx.2000-ci ilədək olan dövrdə həmin mənzil üzrə kimin istehlakçı olaraq qeydə alınması barədə məlumat yoxdur. - "xxxx" ASC tərəfindən verilmiş 13-16/2-07/07-3/2/4521/2023 nömrəli xx.xx.2023- cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən 21 saylı fərdi yaşayış evi ilə bağlı cəmiyyətin elektron abonent bazasında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda, təqdim edilən sayğac "xxxx" ASC-nin abonent bazasında qeydiyyatda deyildir. - "xxxx" ASC tərəfindən verilmiş 13-16-511/2-xx-xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şüvəlan qəsəbəsi İ.Muradov 21 ünvanına aid şəxslərdən İddiaçı və Cavabdeh2 aid məlumat aşkarlanmadı. - ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş X16 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının MM-nin 1252- ci maddəsinə əsasən mərhumun nəvəsi olan Cavabdeh2 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh2 iddiaçının barəsində notariat ofisinə məlumat vermədiyi üçün, həmçinin “Elektron Notariat X3”ndən iddiaçının barəsində məlumat əldə edilmədiyi üçün onun adı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. Odur ki, iddiaçıya məhkəməyə müraciət etməsi bildirilmişdir. - xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət edərək, xx.xx.1994-cü il tarixdə ölmüş babası X16 miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 37 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında mərhum atası X1 və onun ölümündən sonra da həmin ünvanda yaşamışdır. -xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında tplanmış 541/22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - **********00470 saylı abonent saldosunun sürətindən görünür ki, istehlakçı X65 2013-cü il üçün sərfiyyatı yoxdur. - Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş 15 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 Şüvəlan qəsəbəsi İ.Muradov küçəsi 21 ünvanında yerləşən torpaq sahəsinin vergisini 2023-cü ilin sonuna qədər bələdiyyəyə ödəmişdir, borcu yoxdur. - “Azəriqaz” İB tərəfindən verilmiş 14-2-2/2-1512/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanına uyğun **********00000 saylı abonent kodu təbii qaz istehlakçısı kimi İB-nin məlumatlar bazasında Məryam Babayevanın adına qeydiyyatdadır. - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-12-2xx-xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, nümayəndəlik tərəfindən vətəndaş İddiaçı 37 nömrəli xx.xx.2022-ci il tarixdə verilən arayış Bakı şəhəri 40 saylı notariat ofisindən qonşular tərəfindən imzalanmış akta əsasən verilmişdir. Aktda göstərilənlərə əsasən Bakı şəhəri Şüvəlan qəsəbəsi İ.Muradov küçəsi 21 saylı evdə qeydiyyatsız yaşayan İddiaçı mərhum atası X2 və onun ölümündən sonra orada yaşayıb. - X25, X83 və X36 tərəfindən yazılmış və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı atası X2 və onun ölümündən sonra onlarla qonşuluqda ünvan 6 ünvanında yaşayır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1026/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X46 tərəfindən verilmiş reyestrdə 2V-206 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evinin və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6211/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı və üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə (üçüncü şəxslər: Cavabdeh2, X12, X34, X20, X15, X45) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi və s. tələbinə dair iddiası təmin edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-708/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6211/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 36 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov (M.Qorki) küçəsi 21 saylı ev təsərrüfat kitabında yoxdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X11 (xx.xx.1928, vəfat edib), X5 (xx.xx.1930, vəfat edib), qardaşı X45 (xx.xx.1955), qardaşı X37 (xx.xx.1956, vəfat edib), bacısı İddiaçı (xx.xx.1959), bacısı X15 (xx.xx.1961), bacısı X7 (xx.xx.1963, vəfat edib), bacısı X20 (xx.xx.1965), bacısı X34 (xx.xx.1967), qızı X47 (xx.xx.1990). - Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən 2V-206 reyestr nömrəsi ilə verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X23 vərəsəsi oğlu X44 idi, lakin onun xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar ünvan 8 ünvanında qeydiyyatda olan nəvəsi Cavabdeh2dır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80.8 kv.m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0.06402 ha olan torpaq sahəsindən ibarətdir. - İİ-ЖГ seriyalı 485655 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsi Qorki küçəsində yerləşən 21 nömrəli ev X30 məxsusdur. - “Elektron notariat” X3 vasitəsilə “X28” AQİS-dən çıxarışdan görünür ki, X44 xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.2020-ci il tarixdə ölmüşdür. X21, anası X27r. X44 xx.xx.1989-cu il tarixdə X66 ilə nikah bağlamışdır, həmin nikahdan xx.xx.1992-ci il tarixdə X62 doğulmuşdur. - AZ-İİ seriyalı 079128 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X44 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ seriyalı 022795 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/69-166 nömrəli xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X51 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X52, X5dır. - ИЕ seriyalı 219402 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X43 ilə X29 xx.xx.1954-cü il tarixdə evlənmişlər. - AZ-İ seriyalı 716387 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X67 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİ seriyalı 095896 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə3 ilə X53 xx.xx.2016-cı il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. - XVİİ-ЖГ seriyalı 297305 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X53 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X44, anası X54r. - İV-ЖГ seriyalı 462388 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X44 ilə X67 xx.xx.1989-cu il tarixdə nikah bağlamışlar. - xx.xx.2021-ci il tarixli tədiyyə bildirişinin və xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanı üzrə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə Şüvəlan Bələdiyyəsinə 8.32 manat torpaq vergisi ödəmişdir. - V-ЖГ seriyalı 385650 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə X31 xx.xx.1990-cı il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. - AZ-İ seriyalı 499860 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-T seriyalı 190348 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X48, X5dır. - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X11, X5dır. - X25, X36 və X10 tərəfindən yazılmış və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə mərhum X11na məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. - AZ-T seriyalı 190346 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X11, X5dır. - İX-ЖГ seriyalı 394171 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, X11, X5dır. - AZ-İİ seriyalı 289149 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evi və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X23 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan X43 xx.xx.1994-cü il tarixdə ölmüşdür. X23 birinci növbə vərəsələri - arvadı X29, oğulları X45, X44, qızları İddiaçı, X15, X7, X20, X34, X6r. X29 xx.xx.1999-cu il tarixdə, X44 xx.xx.2020-ci il tarixdə, X7 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Miras əmlak Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X16 miras qalmış miras əmlaka Cavabdeh2 tam miras payı müəyyən edilmişdir. İddiaçının tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə o, atasına çatası miras payından məhrum edilmişdir. Məhkəmə hesab edir ki, həm iddiaçı iddia ərizəsini əsaslandırarkən, həm notarius vərəsəlik şəhadətnaməsi verərkən qüvvədə olan Mülki Məcəllənin normalarına istinad etsə də, lakin tərəflər arasında yaranmış münasibətlər 1964-cü ildə qəbul edilmiş Mülki Məcəllənin təsir dairəsinə düşür. Belə ki, miras açılan zaman, yəni 1994-cü ildə vərəsəliklə bağlı münasibətləri 2000ci ilin sentyabrına 1-dək qüvvədə olan Mülki Məcəllə tənzimləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsində göstərilmişdir ki, mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 562-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Həmin Məcəllənin 566-cı maddəsinə əsasən Əmanətçi, əmanət kassasına və ya banka sərəncam vermədikdə, əmanətçi ölən vaxt onun əmanəti bu bölmənin qaydaları üzrə ümumi əsaslara müvafiq olaraq vərəsələrə keçir. Bundan başqa hüquq nəzəriyyəsində mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün 28 sentyabr 1979-cu il tarixli “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələri haqqında” 5 №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, onlan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. İddiaçı Xədicəxanım atasının ölümündən uzun müddət əvvəldən 2015-ci ilədək fasiləsiz olaraq miras əmlakda yaşamış, bu fakt işin mübahisələndirilməyən halına çevrilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, miras qoyan X43 xx.xx.1994-cü ildə ölmüşdür. İddiaçı miras qoyan - atası X2 və onun ölümündən sonra əri, uşaqları ilə birlikdə miras əmlakda yaşamış, qanunla nəzərdə tutulmuş qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etməsə də, mübahisəli miras əmlak olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evini və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsini miras kimi faktiki qəbul etdiyini nümayiş etdirmiş və həmin mirasın qəbulundan imtina etməmişdir. Bundan başqa, evin təsərrüfat və təmir işləri, о cümlədən, kommunal xərclər üzrə ödənişlər iddiaçı və onun ailə üzvləri tərəfindən həyata keçirilmişdir. Başqa sözlə, İddiaçı mirası qəbul etməsi üçün mütləq notariat ofisinə müraciət etməsi məcburi şərt olmamışdır. Lakin iddiaçının mərhum qardaşı X26 qızı Cavabdeh2 miras əmlakı qəbul edən zaman birinci növbə vərəsələrin olmasına dair notariat ofisinə ərizə verərkən bu barədə məlumat verməmiş, yəni digər vərəsələrin olduğunu gizlətmişdir. Notariat ofisi isə digər vərəsələrin olduğunu müəyyən etmədən miras əmlaka dair yalnız Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu fakt ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla da təsdiq olunur. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X46 tərəfindən verilmiş reyestrdə 2V-206 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evinin və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmə eyni zamanda, iddianın “miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 7 saylı notariat kontorunun notariusunun üzərinə vəzifə qoyulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassızdır. Məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi notariat kontorlarının vəzifələrindən biridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X46 tərəfindən verilmiş reyestrdə 2V-206 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin, həmin şəhadətnamə əsasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evinin və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar