Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2485/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 201.9 (iki yüz bir manat, doxsan qəpik) sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı, cəmi 232.3 (iki yüz otuz iki manat, otuz qəpik) manat pul tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh X3idarə etdiyi,"xxxx" ASC-də (bundan sonra ASC) “icbari sığorta” qaydasında sığortalanmış **-XS- *** dövlət qeydiyyat nişanlı “Lada Granta-minik” markalıavtomobil və X2 idarə etdiyi, **-EF- *** dövlət nömrə nişanlı“Kia-Rio minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində **-EF-*** dövlət nömrə nişanlı “Kia-Rio minik” markalı avtomobil dəymiş zərərə görə xx.xx.2024-cü il tarixdə keçirilmiş nettinqin təticələrinə əsasən ASC tərəfindən zərərçəkənin sığortaçısı "xxxx" ASC-yə201.9 (iki yüz bir manat, doxsan qəpik) manat sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PBA********** saylı sığorta müqaviləsindən görünür ki,**-XS-*** dövlət qeydiyyat nişanlı “Lada Grantaminik” markalı avtomobil“ ASC-də “icbari sığorta” qaydasında sığortalanmışdır. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdeh X4 təqsirli bilinərək, AR İXM-in 327.1 və 327.6-cımaddələri ilə inzibatiməsuliyyətə cəlb edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində **-EF-*** dövlət nömrə nişanlı“Kia-Rio minik” markalıavtomobilə dəymiş zərər 150 (yüzəlli) manat məbləğində qiymətləndirilmişdir. Subroqasiya tələblərinin reyestrindən çıxarışdan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində **-EF-*** dövlət nömrə nişanlı “Kia-Rio minik” markalı avtomobil dəymiş zərərə görə xx.xx.2024-cü il tarixdə keçirilmiş nettinqin təticələrinə əsasən ASC tərəfindən zərərçəkənin sığortaçısı "xxxx" ASC-yə 201.9 (iki yüz bir manat, doxsan qəpik) manat sığorta ödənişiedilmişdir. xx.xx.2024-cü il tarixli, BS-S-24/0608 saylı geriyə tələb məktubundan və məktubun cavabdehə çatdırılmasını təsdiq edən çıxarışdan müəyyən edilir ki, ödənilmiş 201.9 (iki yüz bir manat, doxsan qəpik) manat sığorta ödənişinin geri ödənilməsi cavabddehdən tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PBA********** saylı sığorta şəhadətnaməsindən görünür ki, **-XS-*** dövlət qeydiyyat nişanlı “Lada Granta minik” markalı avtomobil“ ASC-də “icbari sığorta” qaydasında sığortalanmışdır. İş materiallarında olan subroqasiya tələblərinin reyestrindən çıxarışdan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində **-EF-*** dövlət nömrə nişanlı “Kia-Rio minik” markalı avtomobil dəymiş zərərə görə xx.xx.2024-cü il tarixdə keçirilmiş nettinqin təticələrinə əsasən ASC tərəfindən zərərçəkənin sığortaçısı "xxxx" ASC-yə 201.9 (iki yüz bir manat, doxsan qəpik) manat sığorta ödənişi edilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdeh X4 təqsirli bilinərək, AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, BS-S-24/0608 saylı geriyə tələb məktubundan və məktubun cavabdehə çatdırılmasını təsdiq edən çıxarışdan müəyyən edilir ki, ödənilmiş 201.9 (iki yüz bir manat, doxsan qəpik) manat sığorta ödənişinin geri ödənilməsi cavabddehdən tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (maddə 1108.2). Həmçinin “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan “Opel Astra H” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməklə avtomobilə zərər vurmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq 201.9 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 201.9 (iki yüz bir manat, doxsan qəpik) sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı, cəmi 232.3 (iki yüz otuz iki manat, otuz qəpik) manat pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Сavabdeh X1 201.9 (iki yüz bir manat, doxsan qəpik) sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı, cəmi 232.3 (iki yüz otuz iki manat, otuz qəpik) manat pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-2485/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2485/2024
05.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver