Məhkəmə qərarları › İş №e-2(003)-249/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-249/2024

29.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-249/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakların paylara uyğun naturada bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışına hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakların paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə paylı mülkiyyət şəklində 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 və 1/3 hissədə Cavabdeh mülkiyyətində olan 65.30 kv.m olan fərdi yaşayış evi və sahəsi 0.190540 ha olan torpaq sahəsi üzərində iddiaçıların paylarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda İddiaçı2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı1 və Cavabdeh məhkəmə hazırlıq iclasına iştirak etməmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi İddiaçı2 aid hissədə geri qaytarılmalı, iddia ərizəsi İddiaçı1 Cavabdeh qarşı daşınmaz əmlakların paylara uyğun naturada bölünməsi tələbinə dair hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İş üzrə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, iddiaya həmin hissədə baxılmasına olan zərurət aradan qalxmış və bu səbəbdən iddia ərizəsi İddiaçı2 geri qaytarılmalıdır. İş üzrə İddiaçı1 və Cavabdeh göstərilən tarixdə məhkəmənin hazırlıq iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı1 tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul tam şəkildə ona geri qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manat hissəsi İddiaçı1, 50 manat hissəsi isə İddiaçı2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakların paylara uyğun naturada bölünməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi İddiaçı2 geri qaytarılsın. İddiaçı1 Cavabdeh qarşı daşınmaz əmlakların paylara uyğun naturada bölünməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (********** nömrəli mədaxil qəbzi) İddiaçı1 (AZE 0*******, Fin: xxxxxxx) geri qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manat hissəsi İddiaçı1, 50 manat hissəsi isə İddiaçı2 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar