Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2777/2025 02.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4900,22 manat məbləğində zərərin və 69,01 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4969,01 manat pulun cavabdehdən tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Birliyin əməkdaşları tərəfindən Cavabdeh ünvan 1 ünvanında texniki müayinə və yoxlama işləri aparılan zaman ünvanda təbii qazdan sayğacdan-kənar istifadə edilmə faktları aşkar edilmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən qeydə alınaraq **********30000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar olmaqla, ümumilikdə 5 akt tərtib olunmuşdu. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında göstərdi ki, tələbi qəbul etmir. Kənar xətt 5-6 ay əvvəl olmuşdu, az istifadə edib. Hal-hazırda kənar xətt yoxdur. Bu aktlarla bağlı ona xəbərdarlıq olunmayıb və o bu aktları imzalamamışdır. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında (abonent kodu: **********30000) 3 gözlü qaz plitəsi və qənaətli su qızdırıcı cihazları mövcuddur. Abonentin 2024-cü ilin aprel ayının sonuna 4900,22 manat borcu yaranmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar:
1. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, cavabdehin yaşadığı ünvanda qaz sayğacından kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə olunmuşdur. Kənar xətt ləğv edilərək, dəymiş ziyan 24408 m3 hesablanmışdır. İstehlakçının imzası hissəsində imtina yazılmışdır.
2. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, cavabdehin yaşadığı ünvanda qaz sayğacından kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə olunmuşdur. Kənar xətt ləğv edilərək, dəymiş ziyan 2556 m3 hesablanmışdır. İstehlakçının imzası hissəsində imtina yazılmışdır.
3. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, cavabdehin yaşadığı ünvanda qaz sayğacından kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə olunmuşdur. Kənar xətt ləğv edilərək, dəymiş ziyan 1512 m3 hesablanmışdır. İstehlakçının imzası hissəsində imtina yazılmışdır.
4. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, cavabdehin yaşadığı ünvanda qaz sayğacından kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə olunmuşdur. Kənar xətt ləğv edilərək, dəymiş ziyan 3276 m3 hesablanmışdır. İstehlakçının imzası hissəsində imtina yazılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən Bu qanun 13-cü maddəsinin 8-1-ci hissəsində, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə müəyyən olundu ki, İddiaçı tərəfindən istehlakçı Cavabdeh barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar tərtib olunmuşdur. İddia ərizəsində xx.xx.2024-cü il tarixli aktın tərtib olunduğu yazılsa da, həmin akt iş materiallarına əlavə olunmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı qanunsuz qoşulma halları aşkar etdikdə, qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə bundan sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı istehlakçı Cavabdeh hesablanmış 4900,22 manat borc əsassızdır, bu səbəbdən iddia rədd edilməlidir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı İB-nin Cavabdeh qarşı iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir. Buna görə də iddiaçının ödənilmiş 69,01 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbi də əsassızdır və təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Əkrəm Qəhrəmanov