Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3160/2025 20.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1, Bakı 8 saylı Mediasiya Təşkilatını maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs1, Bakı 8 saylı Mediasiya Təşkilatını maraqlı şəxs qismində cəlb edərək ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə arasında Bərdə rayon Güloğlan kənd ərazi icra hakimiyyətinin qeydiyyat şöbəsində bağlanmış xx.xx.1993-cü il tarixli 45№-li nikahın pozulmasına dair Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasında göstərdi ki, iş üzrə ərizənin və sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs qismində cəlb edilən Maraqlı şəxs1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs qismində cəlb edilən Bakı 8 saylı Mediasiya Təşkilatı nümayəndəsinin məhkəmə iclasında iştirakını təşkil etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin ərizəsini və iş materiallarını nəzərdən keçirib, maraqlı şəxslərin məhkəmədə iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərini nəzərə alaraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs1, Bakı 8 saylı Mediasiya Təşkilatını maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxs1, Bakı 8 saylı Mediasiya Təşkilatını maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3160/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3160/2025
20.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver