Məhkəmə qərarları › İş №e-2(003)-3240/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3240/2025

28.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3240/2025 28.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbi ilə bağlı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Ərizəçi MMC cavabdeh Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış narışıq sazişinin təsdiq edilməsi” tələbi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, MSB/20/2024-00365 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, iddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsini istəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəyə xüsusi icraat qaydasında baxılır. Ancaq iddiaçı əsassız olaraq kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etməklə qanunvericiliyin tələbinə əməl etməmişdir. Digər tərəfdən MPM-in 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Elektron Məhkəmə İnformasiya Sistemindən və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hüquqi şəxs olmaqla, onun ünvanı ünvan 1n yurisdiksiyasına aid ərazidə yerləşmir. Göründüyü kimi, ərizəyə xüsusi icraat qaydasında baxılmalı olduğu və ona görə ərizə hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilməli olduğu halda, ərizə ərazi aidiyyət qaydalarına da əməl edilmədən məhkəməyə verilmişdir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti qaydalarına, habelə prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyi üçün geri qaytarılmalıdır. MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Habelə məhkəmə MPM-in 152.4-cü maddəsinə uyğun olaraq diqqətə çatdırır ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Ərizəçi MMC-nin cavabdeh Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış narışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar