Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3258/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 254 manat, Cavabdeh2 186 manat , Cavabdeh3 284 manat ümumilikdə 734 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 20 may 2021-ci il tarixli MAS-3758 saylı daxili lizinq müqaviləsinə əsasən Orucovun müvəqqəti sahiblik və istifadəsinə “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Cavabdehlər lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-***dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı çün İddiaçı MMC-yə məxsus “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. X6 və BNA tərəfindən qeydə alınmış protokollar aşağıdakılardan ibarətdir: Cavabdeh3: AP0194288 saylı protokola görə 64 manat; EQ10607311 saylı protokola görə 18 manat; EQ10607312 saylı protokola görə 36 manat; EQ8990747 saylı protokola görə 80 manat; EQ10607313 saylı protokola görə 36 manat; BNA2288104 saylı protokola görə 18 manat; BNA2244166 saylı protokola görə 32 manat; Cavabdeh2: BNA1836510 saylı protokola görə 18 manat; BNA1816690 saylı protokola görə 18 manat; EQ8853603 saylı protokola görə 16 manat; EQ8853596 saylı protokola görə 64 manat; EQ8853598 saylı protokola görə 16 manat; EQ8882902 saylı protokola görə 64 manat; Cavabdeh1: BNA1898052 saylı protokola görə 18 manat; BNA1888225 saylı protokola görə 36 manat; BNA1767987 saylı protokola görə 36 manat; BNA1768171 saylı protokola görə 36 manat; EQ8924379 saylı protokola görə 64 manat; EQ8924383 saylı protokola görə 64 manat. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 734 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr şirkət tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X4 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar əbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, MAS-3758 saylı daxili lizinq müqaviləsindən görünür ki, “Khazar LX” markalı avtomobil X2 lizinqə verilmişdir. İş materiallarına əlavə olunmuş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Elektron xidmətlər portalından çıxarışdan görünür ki, Cavabdeh3 “Khazar LX” markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi zamanı yol hərəkəti qaydalarını pozduğuna görə AP0194288 saylı protokola görə 64 manat; EQ10607311 saylı protokola görə 18 manat; EQ10607312 saylı protokola görə 36 manat; EQ8990747 saylı protokola görə 80 manat; EQ10607313 saylı protokola görə 36 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Elektron xidmətlər portalından çıxarışdan görünür ki, Cavabdeh1 “Khazar LX” markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi zamanı yol hərəkəti qaydalarını pozduğuna görə EQ8924379 saylı protokola görə 64 manat; EQ8924383 saylı protokola görə 64 manat məbləğində cərimə hesablanmışdır. X1 ********** nömrəli, ********** nömrəli, **********6 nömrəli, **********8 nömrəli, **********1 nömrəliŞ ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh3 hesablanmış AP0194288 saylı protokola görə 64 manat; EQ10607311 saylı protokola görə 18 manat; EQ10607312 saylı protokola görə 36 manat; EQ8990747 saylı protokola görə 80 manat; EQ10607313 saylı protokola görə 36 manat; BNA2288104 saylı protokola görə 18 manat; BNA2244166 saylı protokola görə 32 manat məbləğində cərimə "xxxx" MMC tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş “SMS Radar” proqramının görüntülərindən görünür ki, Cavabdeh3 “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi zamanı yol hərəkəti qaydalarını pozduğuna görə BNA2288104 saylı protokola görə 18 manat; BNA2244166 saylı protokola görə 32 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarına əlavə olunmuş “SMS Radar” proqramının görüntülərindən görünür ki, Cavabdeh2 “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi zamanı yol hərəkəti qaydalarını pozduğuna görə : BNA1836510 saylı protokola görə 18 manat; BNA1816690 saylı protokola görə 18 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarına əlavə olunmuş “SMS Radar” proqramının görüntülərindən görünür ki, Cavabdeh1 “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi zamanı yol hərəkəti qaydalarını pozduğuna görə : BNA1898052 saylı protokola görə 18 manat; BNA1888225 saylı protokola görə 36 manat; BNA1767987 saylı protokola görə 36 manat; BNA1768171 saylı protokola görə 36 manat məbləğində cərimə hesablanmışdır. X1 ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh1 hesablanmış BNA1898052 saylı protokola görə 18 manat; BNA1888225 saylı protokola görə 36 manat; BNA1767987 saylı protokola görə 36 manat; BNA1768171 saylı protokola görə 36 manat; EQ8924379 saylı protokola görə 64 manat; EQ8924383 saylı protokola görə 64 manat məbləğində cərimə "xxxx" MMC tərəfindən ödənilmişdir. X1 ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh2 hesablanmış BNA1836510 saylı protokola görə 18 manat; BNA1816690 saylı protokola görə 18 manat; EQ8853603 saylı protokola görə 16 manat; EQ8853596 saylı protokola görə 64 manat; EQ8853598 saylı protokola görə 16 manat; EQ8882902 saylı protokola görə 64 manat məbləğində cərimə "xxxx" MMC tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən “Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş 14221102 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli Cavabdeh1 254 manat, Cavabdeh2 186 manat , Cavabdeh3 284 manat ümumilikdə 734 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 254 (iki yüz əlli dörd) manat, Cavabdeh2 186 (yüz səksən altı) manat , Cavabdeh3 284 (iki yüz səksən dörd) manat ümumilikdə 734 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3258/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3258/2024
05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver