Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3296/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı nümayəndəsi X3 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 16756.96 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 140.27 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 16897.23 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X,AzəriqazİB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən Cavabdeh yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Zeytun sovxozu, ev 7, mənzil 2 ünvanında texniki müayinə və yoxlama işləri aparılan zaman ünvanda təbii qazdan sayğacdan-kənar istifadə edilmə faktları aşkar edilmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindənqeydə alınaraq müvəqqəti olaraq **********00011 nömrəli abonent kodu verilmişdir. Cavabdeh “X4”nın tələblərinə əməl etmək və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır.İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən video çəkilişlərlə lentə alınmışdır (video çəkiliş olan disk məhkəmə iclasında təqdim ediləcək). Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” aktlar tərtib edilmiş, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 885,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 295,20 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 194,40manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 295,20 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 504 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 648 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 1468,80 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat; xx.xx.2022ci il tarixli ******* saylı akt üzrə 362,88 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 362,88 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 3291,84 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 648 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 648 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 669,60 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 669,60 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 362,88 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 1451,52 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 362,88 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 725,76 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 362,88 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 427,68 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 306,72 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 181,44 manattərtib edilmiş və ümumilikdə tərtib edilmiş aktlar üzrə 16 756,96 manat məbləğində İddiaçı İB-yə maddi zərərin vurulduğu müəyyən olunmuşdur (Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 tənbeh verməhaqqında qərarı iddia ərizəsinə əlavə edilir). Cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 izhatında iddiaçı qurumun əməkdaşları tərəfindən cavabdehin təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsinin aşkarlandığını, bununla bağlı olaraq dəfələrlə cavabdeh barəsində akt tərtib olunduğunu, həmin tərtib olunan aktların cavabdehə çatdırılıb-çatdırılmaması barədə məlumatın olmadığını, xx.xx.2025-ci il tarixli ******* saylı akt barəsində müvafiq olaraq Energetika Nazirliyinə müraciət olunduğunu, müraciətin nəticəsi olaraq cavabdehin inzibati qaydada cərimə olunduğunu, qeyd olunan akt üzrə zərər məbləği iddia ərizəsində qeyd olunmasa da, aktın və qərarın iddia ərizəsinin qoşmasına əlavə olunduğunu qeyd edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin əsassız olduğunu bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
5. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
6. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
8. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır.
9. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 10.1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
11. 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 12.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 13.3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 14.11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15.13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir. 16.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın: 17.3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. 18.4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 19.4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 20.6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Məhkəmənin mövqeyi:
21.Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə tərəfləri istehlakçı (cavabdeh) Cavabdeh ilə qaz paylayıcısı (iddiaçı) İddiaçı İB arasında xx.xx.2022-ci il tarixli, 03-12894 nömrəli “Qazın alqı-satqısı müqaviləsi” bağlanmış və Cavabdeh məxsus, abonent kodu **********00011 olan ünvan 2 ünvana təbii qaz verilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03-12894 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, İddiaçı İB müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. 23.İşin mübahisələndirilən halı ondan ibarətdir ki, İddiaçı İB tərəfindən istehlakçı Cavabdeh sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etdiyi halı aşkar edilərək aktlar tərtib olunmaqla, dəymiş maddi zərər kimi hesablanmış 16756.96 manat borcun cavabdehdən tutulmasını istəyir. 24.27.11.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Zeytun sovxozu ünvanına aid **********00011 nömrəli abonent koduna 10/2025-ci il tarixinə 17939.89 manat borc mövcuddur. 25.Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən qərarların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq tələbnamələr əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi qərarın qanuniliyini, o cümlədən qeyd edilmiş pozuntuları və həmin pozuntuların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü qərarı qəbul etmiş orqanın, yəni cavabdeh İddiaçı İB-nin üzərinə düşür. 26.Məhkəmə öncəliklə qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsi üzrə iddia tələbini həmin ərizənin əsaslandırıcı hissəsində qeyd etmiş olduğu 40 ədəd aktla (Təbii X4nın pozulması haqqında) əsaslandırmışdır. Lakin iddiaçı hər nə qədər iddia ərizəsinin əsaslandırıcı hissəsində 40 ədəd akta istinad etmiş olsa da, həmin aktlardan bir neçəsini, daha dəqiq desək yalnız 17 dənəsini iş materiallarına sübut qismində əlavə etmişdir. Mülki-Prosessual Məcəlləyə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Habelə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Məhkəmə həmçinin qeyd edir ki, hazırki mübahisə predmetinin “əsassız hesablanmış borcun silinməsi” olduğu və həmin borc məbləğinin bir hissəsinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 8-1-ci bəndin əlavə edildiyi 2022-ci il tarixli 22 fevral tarixindən əvvəl, bir hissəsinin isə həmin bəndin əlavə edildiyi tarixdən sonra tərtib edildiyi nəzərə alınaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına əsasən ayrıayırılqda qiymətləndirmə aparılması zəruridir. Belə ki, zərərin hesablandığı məhkəməyə təqdim edilmiş aktların bir qismi (9 ədəd akt) xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, bir qismi isə (8 ədəd akt) xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək tərtib edilmişdir. 28.Əvvəla, xx.xx.2022-ci il tarixinədək (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək) tərtib edilmiş aktlara münasibətdə qanunvericiliyin imperativ tələbinə uyğun olaraq iddiaçı orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə təqdim etməlidir. Halbuki, iddiaçı qurum tərəfindən tərtib olunmuş aktın bir nüsxəsinin barəsində akt tərtib olunmuş istehlakçıya təqdim olunması halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman iştirakının təmin edilmədiyini bildirir. Qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Halbuki iş materiallarından görünür ki, aktların heç birində cavabdehin imzası yoxdur və aktlarda onun adının qarşısında “imtina etdi”, “iştirak etmədi” qeydləri yazılmış və bəziləri ümüumiyyətlə boşdur. Habelə iddiaçı məhkəmə iclasında cavabdehin müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini, xüsusi kitabda iddiaçının imzası ilə həmin sənədlərin alınmasını təsdiq edildiyini sübuta yetirə bilməmişdir. Habelə aktlar fərqli tarixlərə aid olsa da, onlara əlavə edilmiş fotoşəkillərin bəziləri eynilik təşkil edir, bəziləri gecə saatlarında çəkilmiş və ümumiyyətlə fotşəkillərdən hansı ünvana aid olması müəyyən edilmirş Beləliklə, məhkəmə araşdırması ilə abonentin (cavabdehin) keçirilən yoxlamalardan və tərtib edilən aktlardan məlumatlı olmadığı müəyyən edilir. 29.Digər tərəfdən, cavabdeh barəsində iddiaçı tərəfindən tərtib edilmiş həmin aktlarda abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyi qeyd olunmuşdur. Halbuki cavabdeh qurum qanunvericiliyin tələbinə uyğun olaraq təbii qazdan sayğacdankənar istifadə faktı aşkar edilərkən öz statusuna görə bu hərkətləri etməyə borclu idi: 1) təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almaq; 2) təbii X4nın pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb etmək; 3) təbii X4n pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etmək, yəni zərərin əvəzinin ödənilməsi üçün iddia qaldırmaq. Göründüyü kimi, təbii qazdan sayğacdan kənar istifadə faktı aşkar edildiyi təqdirdə iddiaçı qurum zəruri tədbirlər görməyə borclu olduğu halda, bunları etməmişdir. 30.Beləliklə, iddiaçı qurum tərəfindən cavabdehə məxsus ünvanda təbii qaz xəttinə kənar qanusuz xətt vasitəsilə qoşulma faktının olması və belə fakt varsa bu qoşulmanın məhz cavabdeh tərəfindən edildiyi və cavabdehin təqsirliliyi heç bir mötəbər və mümkün sübutlarla təsdiq edilə bilməmiş, məhkəmə araşdırması ilə də qeyd edilən hallar aşkar edilməmişdir. Əksinə, iddiaçı qurum tərəfindən tərtib edilmiş və sübut kimi təqdim edilmiş aktlar və tələbnamələr qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edildiyi və yuxarıda qeyd edilən digər əsaslara görə faktı təsdiq etmək üçün mötəbər və mümkün sübut kimi qəbul edilə bilməz. Belə olan halda şəxsin təqsirli olmadığı əmələ və vurmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur. Bu səbəblə məhkəmə hesab edir ki, cavabdeh İddiaçı İB tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək tərtib edilmiş 9 ədəd akt və tələbnamə əsasında cavabdehə hesabanmış zərər (borc) məbləği əsassızdır və ona görə təmin edilə bilməz. 31.İddiaçı qurum tərəfindən xx.xx.2022-ci il tarixindən sonra tərtib edilmiş aktlara münasibətdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülkiprosessual qanunvericiliyin tələbinə görə də qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 32.Məhkəmə araşdırması ilə işin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı qurum tərəfindən cavabdeh barəsində xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək təbii X4nın pozulması ilə bağlı 8 (səkkiz) Akt və tələbnamə tərtib edilmiş, lakin həmin aktların heç birinə münasibətdə qanunvericiliyin tələbləri gözlənilmişdir. Belə ki, həmin akt və tələbnamələrin müvafiq tədbirlər görülməsi üçün inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilməsini təsdiq edən hər hansı sübuy iş materiallarında mövcud deyildir. Habelə həmin akt və tələbnamələrə münasibətdə müvafiq qərarın iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi kimi, məhkəmə araşdırması zamanı da belə qərarların olduğu müəyyən edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyi ilə bağlı qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş maddi zərərin ödənilməsinin tələbnamələrlə tələb edilməsi əsassız və qanunsuzdur. Bu səbəblə məhkəmə hesab edir ki, cavabdeh İddiaçı İB tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək tərtib edilmiş 8 ədəd akt və tələbnamə əsasında cavabdehə hesabanmış zərər (borc) məbləği əsassızdır və ona görə təmin edilə bilməz. 33.Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iş materiallarına xx.xx.2025ci il tarixli, ******* saylı akt və həmin akt əsasında X2 Agentliyinin Bakı filialı tərəfindən cavabdeh barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar əlavə olunmuşdur. Lakin qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində ümumiyyətlə xx.xx.2025-ci il tarixli, ******* saylı akta əsaslanmamış və həmin akt üzrə hesablanmış borcun tutulmasını tələb edilməmişdir. Mövcud qanunvericiliyə əsasən isə, məhkəmə yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Bu səbəblə məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış zərər məbləği hazırki iddia ərizəsi ilə tələb olunmadığından, həmin akt üzrə hesablanmış borc məbləğinin cavabdehdən tutulması əsassızdır. 34.Məhkəmə iddia tələbinin ödənilmiş 140.27 manat (bir yüz qırx manat iyirmi yeddi qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcinə aid olan dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. 35.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 36.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
37. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov