Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3359/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 13.679,94 manat məbləğində zərərin, 131.04 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 13.810,98 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********995500192 bank hesabına ödənilməsi barədə qətnamə qəbul edəsiniz.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvan 1 ünvanında texniki müayinə və yoxlama işləri aparılan zaman ünvanda təbii qazdan sayğacdan-kənar istifadə edilmə faktları aşkar edilmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən qeydə alınaraq müvəqqəti olaraq **********00170 nömrəli abonent kodu verilmişdir. Cavabdeh “X7”nın tələblərinə əməl etmək və “X7”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən video çəkilişlərlə lentə alınmışdır (video çəkiliş olan disk məhkəmə iclasında təqdim ediləcək). Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X7nın pozulması haqqında” tərtib edilmiş aktlar üzrə 13 679,94 manat məbləğində İddiaçı İB-yə maddi zərərin vurulduğu müəyyən olunmuşdur (Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 tənbeh verməhaqqında qərarı iddia ərizəsinə əlavə edilir). Cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün, İddiaçı İB tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində (məhkəmənin baxış iclası günü) elektron kabinet vasitəsilə vəsatətə verilərək, X4 ikinci cavabdeh qismində cəlb edilməsi xahiş edilmişdir. Məhkəmənin həmin tarixli baxış iclasında protokol qaydasında qəbul edilən qərarla, hazırki vəsatətin məhkəmənin baxış iclasında verilməsinin yalnız müstəsna hallarda mümkün olması, yəni qanunvericiliyə əsasən başqa cavabdehin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilə biləcəyi, məhkəmə baxışı zamanı isə yalnız bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması və ya iddiaçının bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırması şərti ilə mümkünlüyü, belə halların mövcudluğunun iddiaçı tərəfindən əsaslandırılmadığı, habelə qeyd edilən şəxsə qarşı ümumiyyətlə hər hansı bir tələb irəli sürülmədiyi nəzərə alınaraq, vəsatət təmin edilməmişdir.
Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iş üzrə bütün sübutlarının məhkəməyə təqdim edildiyini, əlavə sübutlarının olmadığını, iş materiallarında ayrılma aktının mövcud olduğunu, habelə cavabdeh barəsində inzibati protokol tərtib olunduğunu və inzibati xəta haqqında qərar qəbul edildiyini və iş materialarına əlavə edildiyini qeyd etmişdir.
5. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmənin baxış iclasında iştirak etməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh iddia ərizəsinə etiraz edərək, qaz sərfiyyatının o qədər çox ola bilməyəcyini, evə qaz gəlməməsi səbəbilə məcbur qalıb əlavə xətt qoşduğunu, ancaq hansı tarixdə qoşduğunu xatırlamadığını, sonra Azəriqazın işçilərinin gəlib xətti kəsdiklərini, sayğacın, saldonun və aktların Suğra Səfərovanın adına olduğunu, iddiaçı tərəfindən yoxlama keçirilən zaman və aktlar tərtib edilərkən ona məlumat verilmədiyini, iştirakı təmin edilmədiyini, ailə üzvlərindən heç kəsin də həmin prosesdə iştirak etmədiyini, aktlardan məlumatsız olduğunu, həmin aktların qanunsuz və əsassız tərtib olunduğunu qeyd etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. 23.12.2024-cü il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent X8, abonent kodu **********00170, ünvan ünvan 3kibi 5, sayğac tipi Zenner G-CZ-4 Diafraqma, nömrəsi GCZ0303215 və həmin abonent koduna 12/2024-cü il tarixinə 0,00 manat borc mövcuddur.
7. Təbii X7nın pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvanda istehlakçının nümayəndəsi Suğra Səfərovanın iştirakı ilə (tarix qeyd olunmayıb) təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldığı, baxış keçirilən zaman aşkar edilmiş nöqsanlar barədə qeyd hissəsində, Nazirlər Kabinetinin 80 saylı Qərarı ilə təsdiq edilmiş X7nın tələbiniə əsasən itirilmiş qaz bərpa edilsin, dəymiş ziyan hesablansın və ödənilsin qeyd edilmişdir. X9 imzası yoxdur, imza yeri boşdur. Abonentin nümayəndəsinin iştirak etməyinə baxmayaraq akta qol çəkib və aktın nüsxəsinin almaqdan imtina etdiyi qeyd edilib.
8. Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı Suğra Səfərovanın fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar edildiyi və ona məxsus abonent hesabına itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 3402 m3 qaz itkisi hesablanmış və həmin qaz itkisinə görə 629.5 manat borc hesablanmışdır. Əsas: xx.xx.2024-cü il tarixli, ******* saylı Akt.
9. X2 Agentliyinin Bakı filialı tərəfindən tərtib edilmiş “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur.
10. X2 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokola baxılaraq, Səfərov X3 Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
11. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
12. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
13. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
14. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
15. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun:
17. 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
18. 11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X7 ilə tənzimlənir. X7 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X7 ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X7”nın:
20. 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.
21. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
22. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.
23. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
25. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, İddiaçı İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi, ev 5, mənzil 17 ünvanında quraşdırılmış sayğac üzrə **********00170 nömrəli abonent kodu istehlakçı X6 məxsusdur. Habelə iddiaçı qurum tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda məhz Suğra Səfərova tərəfindən pozuntu halına yol verildiyi qeyd edilməklə, eyni tarixli tələbnamə ilə onun barəsində vurulmuş zərərə görə borc hesablanmışdır. (§ 6-8) Qeyd edək ki, bu akt və tələbnamə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yeganə akt və tələbnamədir. O da müəyyən olunur ki, Aktın baxış keçirilən zaman aşkar edilmiş nöqsanlar barədə qeyd hissəsində, ümumiyyətlə hansı nöqsanın aşkar edildiyi ümumiyyətlə qeyd edilmədiyi halda, tələbnamədə həmin akta istinad edilərək, istehlakçı Suğra Səfərovanın fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar edildiyi qeyd edilmişdir. Eləcə də istehlakçı Suğra Səfərova barəsində tərtib edilmiş həmin akt əsasında X2 Agentliyinin Bakı filialı tərəfindən Səfərov X3 xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. (§ 9-10)
26. İddia tələbindən görünür ki, İddiaçı İB 2018-ci ilin dekabr ayından 2025-ci ilin mart ayına kimi təbii X7nın pozulması ilə bağlı 36 (otuz altı) Akt əsasında hesablanmış 13.679,94 manat məbləğində zərərin cavabdehdən tutulmasını xahiş edir. Halbuki, iddiaçı tərəfindən istinad edilən həmin akt və tələbnamələr ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Sadəcə, yuxarıda da qeyd edildiyi kimi, xx.xx.2024-cü il tarixli akt və tələbnamə təqdim edilmişdir. Halbuki, Mülki-prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, onlardan istifadə etməli və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Habelə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, iddiaçı qurum tərəfindən istinad edilən müvafiq akt və tələbnamələr təqdim edilmədiyi kimi, başqa mümkün və mötəbər sübutlarla da qeyd edilən pozuntu halları sübut edilmir.
27. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş xx.xx.2024-cü il tarixli akt və tələbnaməyə, habelə inzibati xəta haqqında qərara münasibətdə isə məhkəmə (yuxarıda qeyd edilənlərlə yanaşı - § 26) qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsində həmin akt, tələbnamə və inzibati xəta haqqında qərar əsasında hesablanmış zərəri (borcu) ümumiyyətlə tələb etməmişdir. Başqa sözlə, həmin qərarın və o qərarla təsbit olunan pozuntunun hazırda iddia tələbində qeyd olunan 36 ədəd akt və tələbnamərlə heç bir bağlılığı yoxdur. Belə ki, iddiaçının istinad etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati məsuliyyətə cəlb etmə barədə qərar xx.xx.2025-ci il tarixli protokola əsasən, həmin protokol isə xx.xx.2024-cü il tarixli Akta əsasən qəbul edilmişdir ki, iddianın ərizəsinin əsaslandırıcı hissəsində qeyd edilən 36 ədəd akt arasında həmin xx.xx.2024-cü il tarixli akt qeyd olunmur. Ona görə həmin sənədlərin hazırki tələblə bağlılığı müəyyən edilmir və ona görə işə aidiyyəti olmayan sübut sayılır. İddiaçı tərəfindən cavabdehin təqsirliliyini təsdiq edən başqa mötəbər və mümkün sübut isə təqdim edilməmişdir.
28. Belə olduğu təqdirdə məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyi ilə bağlı qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş maddi zərərin ödənilməsinin tələb edilməsi əsassızdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir.
29. Məhkəmə, iddia tələbinin ödənilmiş 131.04 manat (bir yüz otuz bir manat dörd qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə də qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcinə aid olan dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
32. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov