Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3425/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 ilə birgə nikahlarından dünyaya gəlmiş oğulları X2 vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında bildirdi ki, ərizəçinin əri X5 02.0*.2024-cü il tarixdə qaraciyər hüceyrəli xərçəng diaqnozu ilə vəfat etmiş və ölüm faktı Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin AZ-İİ No 400640 nömrəli, 09.0*.2024-cü il tarixli ölüm haqqında şəhadətnamə ilə təsdiqlənmişdir.Ərizəçinin yoldaşı N.Qurbanovun atası X6 03.*0.2005-cı ildə tarixində qocalıq ağ ciyər - ürək çatışmazlığı diaqnozu ilə vəfat etmiş və ölüm faktı Bərdə rayon İcra Hakimiyyətinin vətəndaşların vəziyyəti aktlarının qeydiyyat şöbəsinin AZ-İ №*50269 nömrəli, 03 noyabr 2005-ci il tarixli ölüm haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır. Ərizəçinin yoldaşı N.Qurbanovun anası X4 xx.xx.2000-ci il tarixində ölməsi faktı Bərdə rayon İcra Hakimiyyətinin vətəndaşların vəziyyəti aktlarının qeydiyyat şöbəsinin AZ-İ №3427*3 nömrəli, xx.xx.2000-ci il tarixli ölüm haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır. Ərizəçinin yoldaşı X5 vəfat edərkən mülkiyyətində (Ərizəçi ilə birgə mülkiyyətində) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi-Hava limanı *2-ci km. “22” İnşaatçılar küçəsində yerləşən 2 saylı binanın 55-ci girişinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 5*.3 m2 olan 2 nömrəli mənzili və VAZ 2**54 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Sonradan məlum olmuşdur ki, ərizəçinin *995-ci ilin sentyabr ayında anadan olmuş və dekabr ayında, yəni cəmi 2 aydan sonra vəfat etmiş X7 adında övladı olmuşdur. Lakin, AR Ədliyyə Nazirliyinin Maraqlı şəxsndən **.07.2024-cü il tarixli məlumatına əsasən, Maraqlı şəxs *995-ci ilə aid doğum aktlarının qeydiyyat kitabı arxivə təhvil verilməmişdir. Ona görə də X2 Xəzər rayonunda doğulması ilə bağlı heç bir məlumatın olmadığı qeyd edilmişdir. Ərizəçinin verdiyi məlumatlara əsasən, onun mərhum övladı X2 *995-ci il tarixdə anadan olmuş, cəmi 2 ay yaşamış və sonradan ölmüşdür. Ölüm faktı şahid ifadələri ilə təsdiq edilə bilər. X2 ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxs müraciət edilsə də həmin idarənin *6.07.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X2 ölümü dövlət qeydiyyatına alınmayıb və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür.Əlavə olaraq qeyd etdi ki ərizəçi ilə X5 *6.03.*995-ci il tarixində rəsmi nikaha giriblər və doğulan övladları xəstə olduğundan 2 ay sonra vəfat etmiş və Binə qəsəbəsində dəfn edilmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, ölüm haqqında şəhadətnamənin verilməsilməsindən imtina olunub. Şahid qismində dindirilmiş X*3 qeyd etmişdir ki, Ərizəçi onun həm qonşusudur,həm də qohumudur. *995-ci ildə onun Vüqar adlı oğlu dünyaya gəlmiş, lakin xəstə olduğundan vəfat etmiş və Binə qəbirstanlığında dəfn olunmuşdur. Şahid qismində dindirilmiş X*0 qeyd etmişdir ki, İradə onun qonşusu və iş yoldaşı olmuşdur. İradənin təxminən *995-ci ildə oğlan uşağı dünyaya gəlmiş, xəstə olduğundan təqribən 4 aya vəfat etmiş və Binə qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonunun qeydiyyat şöbəsinin arayışından görünür ki, Ərizəçi ilə X* nikahı *6.03.*995-ci il tarixində 74 №-li akt qeydi ilə tərtib olunmuşdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyətinin vətəndaşların vəziyyəti aktlarının qeydiyyat şöbəsinin AZ-İ №*50269 nömrəli, 03 noyabr 2005-ci il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X6 03.*0.2005-cı ildə tarixində qocalıq ağ ciyər ürək çatışmazlığı diaqnozu ilə vəfat etmiş İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyətinin vətəndaşların vəziyyəti aktlarının qeydiyyat şöbəsinin AZ-İ №3427*3 nömrəli, xx.xx.2000-ci il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X8 xx.xx.2000-ci il tarixində İİİ dərəcəli ürək-damar çatışmazlığı diaqnozu ilə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin AZ-İİ No 400640 nömrəli, 09.0*.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X5 02.0*.2024-cü il tarixdə qaraciyər hüceyrəli xərçəng diaqnozu ilə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonunun qeydiyyat şöbəsinin arayışından görünür ki, X2 **.*2.*995-ci ilə dair ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Maraqlı şəxs məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs oğlu X2 ölümünün qeydiyyata alınması barədə *6.07.2024-cü il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil və bunun üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək hesab edir ki, X5 və ölüm faktı ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi mərhum övladı X2 *995-ci il dekabr ayı tarixində Bakı şəhəri,Binə qəsəbəsindədə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Binə qəsəbəsində doğulmuş 26.09.*995-ci il təvəllüdlü X2 *995-ci dekabr ayında Bakı şəhəri,Binə qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3425/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3425/2024
05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver