Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-344/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Zakir oğlunun, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Hüseynova Sevil Məlik qızının, Cavabdeh3 nümayəndəsi və vəkili Kərimov Bahadur Səttar oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı əqdin etibarsız hesab edilməsi, əmlakın qaytarılması, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 "xxxx” kimi sərəncam hərəkətindən ibarət olan əqdin etibarsız hesab edilməsi, cavabdeh "Cavabdeh1” MTK və digər Cavabdeh4 arasında bağlanmış xx.xx.2017 tarixli Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilənin ləğv edilməsi, "Cavabdeh1" MTK ilə Kooperativ mənzilin tikintisi haqqında Müqavilə üzrə aldığı, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabanı küçəsi, 18 ünvanında yerləşən 204 nömrəli mənzilin ona qaytarılması, mənzilinin onun xəbəri olmadan özgəninkiləşdirilməsi nəticəsində ona dəymiş 10000 (on min) manat məbləğində mənəvi ziyanın Cavabdeh2 alınaraq ona verilməsi, Cavabdeh1 MTK və digər Cavabdeh4 arasında bağlanmış xx.xx.2017 tarixli Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilənin ləğv edilmədiyi təqdirdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabanı küçəsi, 18 ünvanında yerləşən 204 nömrəli mənzilin bu günkü dəyərinin pulla əvəzi kimi 88.610 (səksən səkkiz min altı yüz on) manat (83.610 manat və təmir xərci kimi 5.000 manatın) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbinin 5-ci bəndinə düzəliş etmiş, Cavabdeh1 MTK və digər Cavabdeh4 arasında bağlanmış xx.xx.2017 tarixli Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilənin ləğv edilmədiyi təqdirdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabanı küçəsi, 18 ünvanında yerləşən 204 nömrəli mənzilin bu günkü dəyərinin pulla əvəzi kimi 88.610 (səksən səkkiz min altı yüz on) manat (83.610 manat və təmir xərci kimi 5.000 manatın) manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1ndən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, öz qazancı ilə aldığı mənzili cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, xəbəri olmadan və bunun müqabilində heç bir əvəz almadan itirmişdir. Bu iddia ilə mənzilə dair itirdiyi hüquqlarını bərpa etmək istəyir. O, xx xxxxxx 2011 tarixdə cavabdeh: "Cavabdeh1" MTK ilə Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilə bağlamışdır. Müqavilənin predmeti kimi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabanı küçəsi-18 ünvanında inşa ediləcək yaşayış binasında ümumi sahəsi 92,90 m2 olan, 2-ci mərtəbədə yerləşən 204 saylı mənzil çıxış edirdi. Müqaviləyə görə o, növbəti 1 il ərzində, yəni xx xxxxxxxx 2012 tarixinədək mənzilin dəyərini tam ödəməli idi. Mənzilin dəyəri kimi 53.000 manat payçı olaraq onun tərəfindən tam və vaxtında ödənilmiş, bu barədə "Cavabdeh1” MTK tərəfindən müvafiq Maliyyə arayışı verilmişdir. Aldığı mənzildə o, 5.000 manat təmir işləri gördürmüşdür. Bundan sonra xx xxxxxxxx 2014 tarixində o, Cavabdeh2 ilə nikah bağlamışdır. Nikahdan dərhal sonra ata evindən Elçinin ata evinə köçmüşdür. Onda Elçin ona biznes qurmaq istədiyini, amma ciddi məbləğdə borcu olduğunu demiş, ona görə Elçinin təkidi ilə 1,5 ay sonra, yəni xx xxxxxx 2014 tarixində o, tikilməkdə olan mənzilə dair özəlləşməsinə lazım olan sənədləri toplamağı, Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində təmsil etməyi, DT və Kadastr planı almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və iddia ərizəsi verməyi, digər hərəkətləri etməyi həvalə edilməsi haqqında Cavabdeh3 etibarnamə vermişdir. Cavabdeh3 onun keçmiş əri Cavabdeh2 tanışı idi. Elçin deyirdi ki, Etiram mənzili lazımi qaydada rəsmiləşdirilməsində ona köməklik edəcəkdir. Elçin onun əri olunduğundan etibar edərək, mənzilin rəsmişləşdirilməsi üçün öz adından Cavabdeh3 etibarnamə vermişdir. O vaxtdan mənzil tikilməkdə davam edilmişdir. Mənzilə dair bütün sənədləri də Elçinə vermişdir. Lakin 2019 ilin sonlarından başlayaraq Elçinlə nikah münasibətlərində gərginlik başladı. O, mənzilə dəfələrlə getsə də, onu bağlı görmüşdür. MTK-dan mənzilinin taleyinin necə olduğunu soruşanda, ona konkret cavab verməkdən yayınırdılar. O, vəkilə müraciət etməli olmuş və xx xxxx 2020 tarixində vəkil sorğusu göndərilmişdir. Bundan sonra cavabdeh "Cavabdeh1” MTK vəkil sorğusuna da cavab verməkdən karantin bəhanəsi ilə yayınmağa başladı, halbuki həftənin 6 günü MTK-nın ofisi fəaliyyət göstərirdi. Bu arada Xəzər rayon məhkəməsinin xx xxxx 2020 tarixli qətnaməsi ilə Cavabdeh2 ilə bağlamış olduğu nikahın xitamı haqqında qətnamə qəbul edildi. Nəhayət, uzun səylərdən sonra xx xxxx 2020 tarixdə MTK-dan cavab verildi. Cavabda bildirilirdi ki, xx.xx.2017 tarixdə İddiaçı və Cavabdeh2 ərizəsinə əsasən həmin mənzil Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Axırıncı isə ümumi yığıncağın qərarına əsasən həmin mənzili özgəninkiləşdirmişdir. Verilmiş cavabın arxasında Cavabdeh3 imzası ilə onun adından yazılmış ərizənin surəti qoyulmuşdur. Ərizədə guya xxxx etməyi barədə qeyd edilmiş, müqavilənin xitam verilməsi xahiş edilmişdir. Ərizədə "xxxx” barədə başa düşülməyən sərəncamla yanaşı MTK-ya onun tərəfindən ödənilmiş 53.000 manat məbləğin taleyinin necə olması barədə heç nə yazılmamışdır. Qoşmada olan digər sənədlər içində Elçinin 3 il əvvəl, etibarnamə ilə eyni, yəni xx xxxxxx 2014 tarixli ərizəsinin surəti də qoyulmuşdur. Həmin ərizədən, baxmayaraq ki, eyni tarixdə notarius tərəfindən təsdiqlənib, onun xəbəri olmamışdır. Etibarnamə ilə ərizənin notariat reyestrində qeydiyyat nömrələrini müqayisə etdikdə onların arasında böyük fasilə olduğu görünür. Demək, ərizə etibarnamə ilə eyni tarixdə verilsə də, ondan xeyli əvvəl yazılıb təsdiq edilmişdir. Cavabdeh3 onun verdiyi etibarnamə üzrə səlahiyyətlərdən kənara çıxmışdır, mənzilə dair sənədləşmə almaq tapşırığına riayət etmədən, onun mənzilindən imtina etmişdir. Verdiyi etibarnamədəki səlahiyyətlərdə birtərəfli və subyekt baxımından naməlum şəxsin xeyrinə imtina səlahiyyəti yox idi. Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər (AR MM, mad. 350). Bundan başqa yazılı formada bağlanmış müqavilə onunla eyni qaydada ləğv edilməli idi (AR MM, mad.423.1). Sadəcə ərizə verməklə yazılı müqaviləyə xitam verilə bilməzdi. Cavabdeh "Cavabdeh1” MTK Cavabdeh3 "xxxx” kimi sərəncam hərəkətinə səlahiyyəti olmadığını, həm daşınmaz əmlakın inşası, satışı, qeydiyyata alınması və təkrar satışı üzrə ixtisaslaşan sahibkarlıq subyekti olduğuna, həm ona təqdim edilən etibarnamədəki səlahiyyətlərdə birtərəfli və subyekt baxımından imtina səlahiyyətinin olmaması, həm də mənzilə dair sərəncam vermək üçün onu 6 il əvvəl almış onun özünün yox, 3 il əvvəl verilmiş etibarnaməyə əsasən nümayəndənin (etibarnamənin qüvvədə olmasını da yoxlamadan) və mənzili subay olarkən aldığı halda, ərinin müraciət etdiyinə görə bilirdi və bilməli idi. Bu səbəbdən də "xxxx” kimi sərəncam hərəkəti əqd kimi etibarsızdır. Bunun nəticəsi olaraq xx.xx.2017 tarixdə həmin mənzilə dair cavabdeh "Cavabdeh1” MTK digər Cavabdeh4 ilə bağlanmış müqavilə, eləcə də digər sonrakı müqavilələr (əgər belələri olubsa) də etibarsızdır. Çünki eyni mənzilə dair qüvvədə olan müqavilə olduğu halda eyni şərtlərlə digər müqavilə bağlanması qanunsuzdur. Bütün bunların nəticəsində ona iş üzrə Cavabdeh2 tərəfindən mənəvi ziyan dəymişdir. Belə ki, Cavabdeh2 niyyəti həmin mənzili satmaq olmuş və onu aldadaraq mənzili sənədləşdirilməsi üçün dostu olan digər Cavabdeh3 etibarnamə verməyini inandırmışdır. Lakin həmin mənzil onun xəbəri olmadan özgəninkiləşdirilmişdir. Bu halı bilən zaman o, əmlakının itirilməsi ilə bağlı həyacan, qorxu, istirab və mənəvi sarsıntı keçirmişdir. Ona görə də hesab edir ki, Cavabdeh2 tərəfindən ona 10000 (on min) manat mənəvi ziyan dəymişdir. Beləliklə, cavabdehlərin arasında aparılmış "düz-qoş” əməliyyatlarının nəticəsi kimi yekunda həm aldığı mənzildən, həm də mənzilə görə ödədiyi puldan məhrum edilmişdir. Hazırda həmin ərazidə mənzillərin 1 m2 orta satış qiyməti 850-950 manatdır. Mənzilin sahəsini (92,9 m2) ortalama 900 manatdan götürəndə onun dəyəri 83.610 manat edir. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. O, cavabdehə evi ipotekaya qoyub pul götürmək üçün etibarnamə verib. O, evin satılmasından məlumatlı olmayıb. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı evi satmaq qərarına gəlmişdir. Ailəsinin, yəni valideynlərinin də razılığı var idi. O, iddiaçıya kömək etmək niyyəti ilə həmin evin satılması barədə bir-iki nəfərə və evin komendantına məlumat vermiş, Etiram adlı şəxs evlə maraqlanmış və baxıb bəyənmişdir. O, Etiramı tanımırdı. Evi 65000 manata Etirama satıblar. Dostu Şövqi ilə və Jalə ilə Etiramla notariusda görüşüblər. Jalə Etirama etibarnamə vermişdir. Həmin vaxt maşında Etiram ona 65000 manat pulu sayıb vermiş və o da pulu Jaləyə verib, aparıb iddiaçını anasıgilə qoymuşdur. Pullar Jalədə qalmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh3 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, Elçini iki dəfə görüb. Bir dəfə komendant evə baxmağa çağıranda gedib baxmış, evin qiymətini 68000 manata razılaşmışlar, 3000 manat MTK-ya verilməli idi ki, ev onun adına satılsın. O, Cavabdeh2 65000 manat vermişdir. Elçin həyat yoldaşı Jalə ilə gəlmiş, onlar hamısı notariusun yanında maşında pulu sayıb Elçinə vermişlər. Daha sonra o həmin evi başqa şəxsə 86000 manata satmışdır. O, Elçini tanımamış, onları komendant tanış etmişdir. Notariusda onun yanında iddiaçıya izah olunmuşdur ki, etibarnamə verdiyi şəxs evi sata bilər, o da bildiyini və razı olduğunu demişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh4 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, mübahisəli evi Cavabdeh3 86000 manata almışdır. Digər şəxsləri isə tanımır. Evə dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hazırda da orada yaşayır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh3 nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli 204 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa ediləcək binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilini İddiaçı verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 19 saylı notariat kontorunda verilmiş xx xxxxxx 2014-cü il tarixli AR-İ 370839 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Kooperativ Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən xx xxxxxx 2011-ci il tarixdə verilmiş Cavabdeh1 MTK-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən giriş 3, mərtəbə 2, ümumi sahəsi 92.90 kv.m. yaşayış sahəsi 42.04 kv.m olan 2 otaqlı 204 saylı mənzilə dair özəlləşməsinə lazım olan sənədləri toplamağı, Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərazisində təmsil etməyi, DT və kadastr planı almağı, Forma-1, Forma-2 arayışları almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və iddia ərizəsi verməyi, digər hərəkətlər etməyi Cavabdeh3 etibar etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən Bakı şəhəri 19 saylı Notariat Kontorunda yazılmış xx.xx.2014-cü il tarixli ərizənin surətindən görünür ki, o, İddiaçı adına olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilin satılmasına etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizənin surətindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilindən imtina edir, mənzilə dair bağladığı müqaviləyə xitam verilməsini xahiş edir və gələcəkdə heç bir iddia və tələbinin olmayacağına təminat verir. Ərizəni onun adından etibarnamə ilə Cavabdeh3 imzalamışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 MTK-nın xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzili xx.xx.2017-ci il tarixdə İddiaçı və Cavabdeh2 ərizəsinə əsasən, Cavabdeh4 adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, mənzil 204; yeni qaydalarla mənzil 196 Cavabdeh4 xüsusi mülkiyyətindədir. İddia tələbindən görünür ki, İddiaçı Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, mənzil 204-ün ona məxsus olmağını, həmin evin onun adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi Cavabdeh3 evi ipotekaya qoymaq üçün verdiyi etibarnamə əsasında satmasını iddia edərək, “xxxx” sərəncam hərəkətinin etibarsız hesab edilməsi, Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 204 nömrəli müqavilənin ləğv edilməsi və mənzilin ona qaytarılmasını tələb etmişdir. Məhkəmə iddiaçının dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı etibarnamə verərkən həmin etibarnamənin sadəcə mənzilin ipotekaya qoyulması üçün verildiyini iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmiş, dəlillərinin əsaslı olmasını təsdiq edən hər hansı tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materialları və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, iddiaçı öz sərbəst iradəsini ifadə edərək, Bakı şəhəri 19 saylı notariat kontorunda xx xxxxxx 2014-cü il tarixli AR-İ 370839 saylı etibarnamə verərək, Cavabdeh1 MTK-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən giriş 3, mərtəbə 2, ümumi sahəsi 92.90 kv.m. yaşayış sahəsi 42.04 kv.m olan 2 otaqlı 204 saylı mənzilə dair özəlləşməsinə lazım olan sənədləri toplamağı, Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərazəsində təmsil etməyi, DT və kadastr planı almağı, Forma-1, Forma-2 arayışları almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və iddia ərizəsi verməyi, digər hərəkətlər etməyi Cavabdeh3 etibar etmişdir. Sonuncu da öz növbəsində iddiaçının adından çıxış edərək, həmin mənzili özgəninkiləşdirmişdir. Göründüyü kimi, iddiaçının etibarnamə verərkən aldadılmasına dəlalət edən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia tələbinin təmin olunması üçün əsas müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1. maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4. maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə, həmçinin, iddiaçının ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, o tələbinin cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddia tərəfi cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, hazırki işlə bağlı tapşırıq müqaviləsi ilə bağlı müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1. maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2. maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1. maddəsindən görünür ki, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. İşdən göründüyü kimi, iddiaçı öz sərbəst iradə ilə Cavabdeh3 Sərdar oğluna etibarnamə vermiş, sonuncu da öz növbəsində üzərinə düşən öhdəliyə əsasən, tapşırığın icrası kimi iddiaçıya pul ödəməli idi. İş üzrə müəyyən olundu ki, Cavabdeh3 etibarnamə əsasında pulu Cavabdeh2 vermiş, Cavabdeh2 bu halı məhkəmədə etiraf etmiş, Cavabdeh2 tərəfindən həmin pulun iddiaçıya verilməsi isə iş üzrə sübuta yetirilməmişdir. İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh1” MTK ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 204 nömrəli müqavilənin ləğv edilmədiyi təqdirdə, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanında yerləşən 204 nömrəli mənzilin bu günkü dəyərinin pulla əvəzi kimi 88.610 manat (83.610 manat və təmir xərci kimi 5000 manat) pulun cavabdehlərdən alınaraq ona verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mənzilin dəyəri olan 65000 manat pul Cavabdeh2 tədqim edilmiş, bu, işin araşdırılan halları, həmçinin iddiaçı və cavabdehlərin məhkəmə iclasında verdiyi izahatları ilə təsdiqini tapmışdır. Cavabdeh2 həmin pul vəsaitini təhvil aldığını etiraf edərək, keçmiş həyat yoldaşı olan iddiaçıya pulları verdiyini bildirmişdir. Lakin cavabdeh pulları iddiaçıya təqdim etdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, mənzilin dəyəri kimi Cavabdeh2 tərəfindən alınaraq iddiaçıya təqdim olunmamış 65000 manat pul vəsaiti ondan alınaraq iddiaçıya ödənilməlidir. Əmlakın təmirinə çəkilmiş xərclərə dair məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə əsassız hesab edilərək, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 65000 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 65000 (altmış beş min) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-344/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-344/2021
02.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver