Məhkəmə qərarları › İş №e-2(003)-3575/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3575/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3575/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında” pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai HD35” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5430,07 manat pulun və 74,70 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “QAZ-3110-101” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai HD35” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Hyundai HD35” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Hyundai HD35” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5660,07 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Cavabdeh tərəfindən 5660,07 manat məbləğdən 230 manat ödənmişdir. 5430,07 manat borc isə ödənilməmiş qalmışdır. 5430.07 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının on(lar)ın iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir(lər). Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işin materiallarında olan 094945 saylı, xx.xx.2021-ci il tarixli sığorta aktının surətindən görünür ki, sığortalanmış “Hyundai HD35” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 6160,07 manat müəyyən edilmiş, həmin məbləğ İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nə ödənilmişdir. İş materiallarına əlavə olunan EBAY seriyalı, 335292 nömrəli, xx.xx.2021-ci il tarixli qaimənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-nə elektron qaimə əsasında adları qeyd edilmiş materialların dəyəri olaraq 6160,07 manat göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2359 saylı ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC VÖEN: ********** xx.xx.2021-ci il tarixli, 094945 saylı sığorta aktına əsasən sığorta ödənişi üçün 939,67 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan TB seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 50 manat məbləğində cərimə olunmuşdur. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh məxsus AZ-3110 markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli pretenziya məktublarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh 10 iş günü ərzində zərərin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmə orqanına müraciət ediləcəyi bildirilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASCnin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış **-UV-*** dövlət qeydiyyat nişanlı “QAZ-3110 101” markalı avtomobilin, “Hyundai HD35” markalı **-JK-*** qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi sübut olunur. Beləliklə, məhkəmədə müəyyən edildi ki, sığortalı ilə sığortaçı arasında avtomobilin sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsi qüvvədə olduğu müddətdə cavabdeh sığortalının (faydlanan şəxs) avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində zərər yetirmişdir, bununla da cavabdeh delikt törətmişdir. Delikt nəticəsində vurulmuş həmin zərəri sığortaçı sığortalıya ödəmiş və sığortalı da öz növbəsində zərər vuran şəxsə qarşı tələbini subroqasiya qaydasında sığortaçıya vermişdir. Bununla da sığortaçı sığortalıya ödədiyi 5430,07 manat məbləğində ödənişi zərər vuran şəxsdən tələb etmək hüququ vardır. Məhkəmə müəyyən edilmiş həmin hallara aşağıdakı hüquq normalarını tətbiq edib iddianın əsaslı olması qənaətinə gəlir. “İcbari sığortalar haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 884.6-ci maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Mülki Məcəllənin 909.1-ci maddəsinə əsasən Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Göründüyü kimi sığortalının ona vurulmuş zərərin əvəzini cavabdehdən tələb etmək hüququ vardır. Həmçinin MM-in 1108.1-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki iş üzrə müəyyən olunur ki, yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olan Babayev X1 Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddələrinə əsasən təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Yəni, Cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması və yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati qaydada cərimə olunmuşdur. Sığortaçı dəymiş zərərə görə sığortalıya (faydalanan şəxsə) 5430,07 manat pul ödəmişdir, buna görə də həmin məbləği zərər vuran şəxsdən tələb edə bilər. Çünki sığortalı (faydalanan şəxs) bu hüququ subroqasiya qaydasında sığortaçıya vermişdir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə sığortaçı dəymiş zərərə görə sığortalıya iddia tələbində göstərilən pul məbləğini ödəmişdir, buna görə də həmin məbləği zərər vuran şəxsdən tələb edə bilər. Çünki sığortalı bu hüququ subroqasiya qaydasında sığortaçıya vermişdir. Məhkəmə tutulmalı zəzərin miqdarı barədə qeyd edir ki, sığortaçı sığortalıya iddia tələbində göstərilən məbləği ödəmiş, MM-in 1108.1-ci maddəsinə əsasən zərər vuran vurduğu zərərin əvəzini ödəməli olduğundan və dəymiş ziyanın məbləğinin iddia tələbində göstərilən məbləğdə olması müəyyən edildiyindən, Cavabdeh həmin həddə vurduğu ziyanın əvəzi tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5430,07 (beş min dörd yüz otuz manat, sıfır yeddi qəpik) manat məbləğində sığorta ödənişi əvəzi və ödənilmiş 74,70 (yetmiş dörd manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5504,77 (beş min beş yüz dörd manat, yetmiş yeddi qəpik) manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar