Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3764/2025 03.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs* maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *5 iyun *946-cı il tarixdə Bakı şəhərində anadan olmuş X* 24 avqust 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsini, ölümün qeydə alınmasını Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsinə həvalə olunmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, *5 iyun *946-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr-ti, ev **2, mənzil 88-də qeydiyyatda olub və yaşayan X6 24 avqust 2025 -ci il tarixdə həmin ünvanda vəfat etmiş, həmin gün Sabunçu qəbristanlığında ərizəçinin və onun yaxınlarının-qonşularının iştirakı ilə dəfn edilmişdir. Bununla bağlı ərizəçi Azərbaycan Respublikası Sabunçu Bələdiyyəsindən 26 avqust 2025-ci il tarixdə arayış, eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinin MKTD-nin * saylı XTMKTB-nin *0 saylı MKİS-dən 26 avqust 2025- ci il tarixdə arayış əldə etmişdir. Bu fakt təqdim etdiyi qəbristanlıq və jek arayışları ilə öz əksini tapmış, həmçinin qəbristanlıqda aparılan foto çəkilişlər də ərizəyə əlavə edilmişdir. Bundan əlavə dəfn mərasimində iştirak edən, məhkəmə iclasında şahid qismində iştirak edəcək şəxslər X7 (AZE *3760780, Bakı ş, Nizami r-nu, Q.Qarayev pr-ti, ev **2, mənzil 24 ünvanında yaşayır) və X3 (AZE *38450*3, Bakı ş, Nizami r-nu, Q.Qarayev pr-ti, ev **2, mənzil *9 ünvanında yaşayır). Ərizəçi X* adına ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Maraqlı şəxs* 26 avqust 2025-ci il tarixli imtina məktubu ilə ərizəçiyə ölüm haqqında tibb şəhadətnaməsi olmadığına görə X4 aid ölüm haqqında akt qeydinin aparıla bilməyəcəyi, ona görə də, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ölüm haqqında şəhadətnamə olmadığından X* Bakı şəhəri 52 saylı Notariat Kontoru Tərəfindən təsdiq olunmuş və ərizəçiyə vəsiyyət olunan 05 avqust 2025ci il tarixli vəsiyyətnaməsinin icrası və eyni zamanda vəfat ilə bağlı müəyyən sənədləşmə məsələlərinin həlliƏrizəçi tərəfindən həyata keçirilə bilmir. (vəsiyyətnaməni və vəsiyyət olunan əmlaka dair çıxarışı ərizə əlavə olunmuşdur). Hazırda ölüm haqqında şəhadətnaməni başqa yolla əldə edilə bilinmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır.
3. Daha sonra Ərizəçi vəkili və nümayəndəsi Vəkil 04.*0.2025-ci il tarixində elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək, hazırkı iş üzrə maraqlı şəxs kimi qeyd edilmiş Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsinin Maraqlı şəxs* ilə əvəz olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat vermiş və tələbini müdafiə edərək, onun təmin olunması xahiş etmişdir. O, həmçinin izahatında hazırkı iş üzrə ərizəçinin mərhumun qonşusu olduğunu, 20 ildən çox müddət ərzində ona qulluq etdiyini və baxdığını, mərhumun dəfnini də ərizəçinin həyata keçirdiyini, mərhumun evini ərizəçiyə vəsiyyət etdiyini, vəsiyyətnamənin mövcud və qüvvədə olduğunu, mərhumun heç kiminin və heç bir vərəsəsinin olmadığını, hazırda ərizəçinin vərəsəlik şəhadətnaməsi almaq istədiyini, bunun üçün ölüm faktının tanınması və ölüm haqqında şəhadətnamənin alınmasının əhəmiyyətli olmasını, bu barədə Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etdiklərini, lakin mərhumun xəstəxanada qeydiyyata alınmadığına görə xəstəxana tərəfindən tibbi arayış verilmədiyini, ona görə Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə də verilmədiyini qeyd etmişdir. Əlavə olaraq iddia tələbini ölümün qeydə alınmasının Maraqlı şəxs2nə həvalə olunması hissəsində müdafiə etmədiyini bildimişdir.
5. İş üzrə Maraqlı şəxs* məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
6. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır.
7. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
8. 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 8 saylı Qərarının:
10. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
11. 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
12. 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, ərizəçinin və şahidin izahatlarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir.
14. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı 485495 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 *5.06.*946-cı il tarixdə Azərbaycan SSR-də dünyaya gəlmişdir. - İİİ-жг saylı 26075* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 24.03.*984-cü il tarixdə X9 vəfat etmişdir. - İ- жг saylı 292446 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, *3.03.*974 cü il tarixdə X5 vəfat etmişdir. - AZ-İ seriyalı, 039494 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, *3.05.2003-cü il tarixdə X*0 vəfat etmişdir. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daçınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2006-cı il tarixli, **060648* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.*2*5 ha torpaq sahəsində yerləşən **2 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 5-ci mərtəbəsində yerləşən ümumi 30 kv metr yaşayış sahəsi iolan * otaqlı mənzil X4 məxsusdur. - Bakı şəhəri Sabunçu rayon Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 200 nömrəli arayışından görünür ki, *946-cı il təvəllüdlü X6 həqiqətən xx.xx.2025-ci il tarixdə Sabunçu qəbristanlığında dəfn edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti * Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin *0 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 rəhmətə gedən günədək ona həmin binada yaşayan Ərizəçi baxmış və dəfn edilməsinə köməklik göstərmişdir. - xx.xx.2025-ci il tarixli Respublika Təcili və X** Mərkəzi “PHŞ”-nın ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ölüm haqında məlumatı 24-cü Polis Şöbəsinin əməkdaşı Kapitan Məmmədov vermiş və məlumata əsasən, qadının yaşadığı evdə meyidi tapılmışdır. - 26 nömrəli Şəhər Poliklinikasının 2 oktyabr 2025-ci il tarixli məktbunda qeyd edilir ki, vəfat etmiş şəxs 26 nömrəli Şəhər Poliklinikasına xəstəliyi ilə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə görə *06 nömrəli ölüm haqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. - Bakı şəhəri Nizami rayon Qeydiyyat şğbəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X* ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması səbəbilə, onun ölümü faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
15. Habelə, məhkmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi izahatla (§ 4) yanaşı, həm də məhkəmə araşdırılması zamanı tədqiq edilən və sübut qismində qiymətləndirilən şahid ifadəsi ilə qeyd edilən hallar təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 izahatında, Ərizəçi və vəfat edən şəxs - X* uzun illərdir onun qonşuları olduğunu, Ərizəçi ona uzun illər qulluq etdiyini, X* təxminən ay yarım əvvəl özünə məxsus olan fərdi yaşayış evində vəfat etdiyini, bu barədə ona birinci olaraq Ərizəçi yoldaşı tərəfindən səhər tezdən məlumat verildiyini, X6 Sabunçu rayon ərazisində yerləşən qəbirstanlıqda dəfn edildiyini, özünün dəfn prosesində iştirak etdiyini bildirmişdir.
16. Beləliklə məhkəmə araşdırması nəticəsində sübut edilmişdir ki, *5.06.*946-cı il təvəllüdlü X6 xx.xx.2025-ci il il tarixdə Bakı şəhərində vəfat etmiş, Bakı şəhəri, Sabunçu rayon qəbistanlığında dəfn olunmuşdur, lakin onun ölümü ilə bağlı sənədləşmə işləri lazımi qaydada aparılmamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat şöbəsi tərəfindən X* ölümünün dövlət qeydiyyatına alınması mümkün olmamış və nəticədə Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda X* ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsi onun vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsindən asılıdır.
17. Məhkəmə ölümün qeydə alınmasının müvafiq qeydiyyat şöbəsinə həvalə olunması ilə bağlı tələb hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktları müəyyən edir (şəxsin doğulması, ölməsi və sair faktları). Qeyd olunan hallar arasında hüquqi əhəmiyyətli faktın qeydə alınmasının qruma həvalə edilməsi müəyyən edilməmişdir. MPM-in 3**-ci maddəsinin tələbinə əsasən də, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsas hesab edilir. Yəni, hazırki qətnamə hər hansı göstərişin verilməsindən asılı olmayaraq, özlüyündə qeydəalınma üçün əsas təşkil edir. Həmçinin məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili iddia tələbini qeyd olunan hissədə müdafiə etmədiyini də qeyd etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi ölümün qeydə alınmasının Qeydiyyat şöbəsinə həvalə edilməsi hissəsində təmin edilməməlidir.
18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, *5.06.*946-cı il təvəllüdlü X* xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3**, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə
Qət etdi
Ərizə qismən təmin edilsin. *5.06.*946-cı il təvəllüdlü X* xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Natiq Əsgərov