Məhkəmə qərarları › İş №e-2(003)-379/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-379/2025

24.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-379/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İşin halları İddiaçı Cavabdeh və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 8174 (səkkiz min yüz yetmiş dörd) manat pul vəsaitinin və hazırki iddiaya görə ödədiyi 102 (yüz iki) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh məndən 2023-cü ilin sonu 2024-cü əvvəllərində ümumilikdə 8174 (səkkiz min yüz yetmiş dörd) manat məbləğində pul vəsaitini borc olaraq almışdır. Belə ki, cavabdeh ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə qaytarıb vermək şərti ilə borca pul istədi. Buna görə də, o, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 1935 manat, xx.xx.2024-cü il tarixdə 1819 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat pul vəsaitini özünə məxsus KAPİTAL BANK kartı vəsitəsilə ona məxsus KAPİTAL BANK kartına göndərmişdir. Bundan əlavə o ona əlbə-əl 3200 manatda pul vermişdir. Onun cavabdehə verdiyi pul vəsaitlərinin cəmi 8174 (səkkiz min yüz yetmiş dörd) manat təşkil edir. Lakin, həmin pul vəsaitlərinin verilməsindən uzun müddət vaxt keçməsinə baxmayaraq, Cavabdeh ona olan borcunu qaytarmır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Həmçinin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh iddiaçıya cəmi 1250,0 manat məbləğində pul ödəmişdir İddiaçı Cavabdeh 8.174 (səkkiz min yüz yetmiş dörd) manat pul vəsaitinin və hazırki iddiaya görə ödədiyi 102 (yüz iki) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia ilə bağlı cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmuş bildirilmişdir ki, iddiaçının ona veridyi pulları artıqlaması ilə qaytarıb. Onun iddiaçıya bir manat da borcu yoxdur, əksinə indi onun mənə borcu var, indi o məndən həmin pullara görə faiz tələb edir. Ona görə məni məhkəməyə verib, qızımı şantaj etməklə məni təhdir edir, hədəqorxu ilə məndən əlavə pullar tələb edir. Mənim ona heç bir borcum qalmayıb, borcumu qaytarmağım barədə ödəniş qəzblərini sizə təqdim edirəm. Cavadehin etiraz ərizəsinə əlavə etdiyi qəbzlərin ona heç bir aidiyyəti yoxdur. Belə ki, həmin qəbzlərdə göstərilən pul vəsaiti Nina adlı şəxsin iddiaçının kartına göndərdiyi pul vəsaiti olmuşdur. Həmin Nina adlı Rusiya Federasiyasının vətəndaşı tərəflərin ailəvi tanışıdır. Həmin qəbzlər Nina xanım tərəfindən cavabdehə göndərilib. 07 avqust 2024-cü il tarixdə iddiaçı ilə Nina xanım arasında baş tutmuş Whatssap yazışmasında həmin qəbzlərdə göstərilən pul vəsaitlərinin iddiaçıya məxsus bank kartlarına göndərilməsi ilə bağlı danışıqlar olmuşdur. Buna görə də, Nina xanım həmin pul vəsaitlərini iddiaçıya məxsus bank kartlarına göndərmişdir. İddiaçı cavabdehdən pulunu istədikdə aralarında mübahisə yaranmış və buna görə də, cavabdehin qızı iddiaçıdan qisas almaq və anasının ona olan borcunu qaytarmamaq üçün 13 avqust 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəsində və izahatında anası Cavabdeh İddiaçı borc pul götürdüyünü etiraf etmişdir. Həmçinin anasınının heç yerdə işləmədiyi üçün iddiaçıya olan borcun özüə tərəfindən ödəniləcəyini öz boynuna çəkdiyini qeyd etmişdir. Həmin izahatında qeyd edir ki, anası Həcərin Fərhunəyə olan borcunun 1250 manatını kart vasitəsilə, yerdən qalan 2750 AZN isə təxminən mayın 08-də gecə saatlarında evində əlbə-əl vermişəm. İzahının 2-ci səhvəsində yaxın tanışı Rusiya vətəndaşı olan Nina xanımda Azərbaycanda adına hesab açdırmaq üçün əvvəcədən 2000 ABŞ dolları alıb və Ninanın adına ABŞ-dan 47.000 dollar “Turan Bank”a köçmüş, bank köçürülmədən 250 dollar öz faizini tutub,qalan pulu isə Ninaya vermişdir. Fərhunə isə Ninaya hədəqorxu gələrək, 11.354 AZN pul almışdır ki, guya həmin pul banka çatacaqmış. Məndə mənim tanışımda aldatma yolu ilə aldığı pulu geri qaytarmağını tələb etdikdə, o məni “şantaj edib və məni təhqir edib”. Mənim barəmdə isə lazımsız sözləri yoldaşıma bildirib. Nina verdiyi pula görə mənə də irad bildirdi ki, sənin qohumun məni aldadaraq məndən 11.354 manat pul alıb. Pulu özü verdiyi üçün Ninaya izah etdim ki, həmin pulu özü alar. İddiaçının qızı Balacaxanım şikayət ərizəsinə və izahatına sübut olaraq Ninanın Fərhunəyə məxsus bank kartlarına göndərdiyi pul vəsaitlərini təsdiq edən qəbzləri sübut kimi əlavə etmişdir. O həmin qəbzləri Nina xanımın Fərhunəyə 11.365 manat göndərməsini təsdiq edən sübut kimi polisə təqdim etmişdir. Hal-hazırda cavabdeh həmin qəbzləri məhkəməyə təqdim etməklə çalışmışdır ki, guya o Fərhunəyə olan borcunu ödəmişdir. Lakin, qeyd etiyim kimi həmin qəbzlərin bu işə heç bir aidiyyəti yixdur. Cavabdeh həmin qəbzləri etiraz ərizəsinə əlavə etməklə məhkəmənin diqqətini saxta sübtlara yönləndirmək istəyir. Bu isə qəbul edilən hal deyil. Cavabdehin qızı Balacaxanımın izahatında qeyd edir ki, onun anası, yəni hazır ki, iddia üzrə cavabdehin iddiaçıya olan borcunu əlbə-əl qaytarıb. Lakin, etiraz ərizəsində isə cavabdeh qeyd edir ki, iddiaçıya olan borcunu ona məxsus bank kartlarına ödəniş etməklə qaytarmışdır. İzahat və etiraz ərizəsi arasında əhəmiyyətli zidiyyətlər mövcuddur. Bu halın özü onu sübut edir ki, cavabdeh tərəf iddiaçıya olan borcunu qaytarmamışdır. Sual olunur: Cavabdehin iddiaçıya 8.174 manat borcu olduğu halda, o nəyə görə iddiaçıya məxsus bank kartlarına 11.365 manat pul vəsaiti ödəmişdir? Qəblərdən görünür ki, 07 avqust 2024-cü il tarixdə iddiaçıya məxsus bank kartlarına pul vəsaiti köçürülmüşdür, bundan sonra xx.xx.2024-cü il tarixdə cavabdehin qızı Balacaxanın Xətai RPİ-nin 35-ci PB-də yazdığı ərizədə və verdiyi izahatda bu ödəniş barədə heç bir izahat və sübut təqdim etməmişdir. O, izahatında qəblərdə göstərilən pul vəsaitlərinin Nina xanım tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, cavabdehin qızı Balacaxanımın İddiaçı barəsində etdiyi şikayət, verdiyi izahat və polisə təqdim etdiyi qəbzlər iddiaçı tərəfindən Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-dən rəsmi qaydada əldə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən,. cavabdehin etiraz ərizəsində göstərilənlər yalan olduğuna görə nəzərə alınmamasını, cavabdehin məhkəməyə saxta sübüt təqdim etdiyinə barəsində xüsusi qərardad çıxararaq araşdırılması üçün hüquq mühafizə orqanlarına göndərilməsini, cavabdehin qızı Balacaxanımın İddiaçı barəsində etdiyi şikayət, verdiyi izahat və polisə təqdim etdiyi qəbzləri mülki iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Vəf qızı məhkəməyə verdiyi izahatında bildirdi ki,cavabdeh bir müddət onun evində qalıb ona puıl lazım olduğu üçün ayrı-ayrı vaxtlarda kart vasitəsi ilə onun hesabına 4974,0 manat pul köçürmüşdür. 3200,0 manatı isə Raifa adlı şəxsdən borc alaraq Həcərə vermişdir. Raifa həmin pulu onun evinə gətirərək mətbəxdə ona vermiş o da həmin pulu həcərə vermişdir. Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda borcundan 1250,0 manat pulu qaytarmışdır. Cavabdehin göstərdiyi dəlillər guya Ninan adlı şəxsin onların borcundan 6000,0 manay ödəməsilə bağlı dəlillərini qəbul etmir. Belə ki, Ninanın ona 11354 manat borcu olmuşdur. O da həmin borcunu qaytarmışdır. Onun ödədiyi pulun bu işə aidiyyatı yoxdur. iddia tələbinin təmin olunmasını xahiş etmişdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədi və rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıdan borc alınıb. Kart vasitəsi ilə köçürülən pulu borc kimi almışlar. İddia tələbində göstərilə 3200,0 manat pulu borc kimi alınmasın qəbul etmirlər. İddiaçı tərəfindən cavabdehə əlbə-əl pul verilməyib. Borc kimi alına 4900,0 manat pul da iddiaçıya qaytarılmışdır. Belə ki, iddiaçı özü də həmin məbləğdən 1250,0 manatının qaytarılmasın etiraf edir. 6000,0 manat vəsaitdə Nina tərfəindən Fərhunənin hesabına köçürülmüşdür. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etmədi və bildirdi ki, onların borcu yoxdur. Belə ki, onun anasına pul lazım olduğundan onlar həqiqətən iddiaçıda pul almışlar. İddiaçıdan alına pula görə onlar faizi ilə birlikdə 6000,0 manatdan çox pul ödəyiblər. İddiaçıdan əlbə-əl pul almamışdır. İdida tələbinin 3200,0 manat hissəində qəbul etmir. Məhkəməyə təqdim olunmuş səs yazısında Fərhunə onlardan 6175,0 manat pul tələb edir. Həmin pul faizi ilə hesablanmış puldur. Həmin pul ona artıqlaması ilə qaytarılıb. Belə ki, onların tanışı olan Nina adında qadın Fərhunənin hesabına 11.354,0 manat pul köçürmüşdür. Həmin pulun 6000,0 manatı onun borcuna görə köçürülüb. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, iddiaçını 30 ildir tanıyır. Həcər Türkiyədən gelib Fərhunənin evində qalırdılar. Novruz bayramı ərəfəsi idi Fərhunə ondan 3200,0 manat borc pul istədi. O, onlara gələrək 3200,0 manat pulu paketin içində Fərhunəyə vermişdir. Pulu Fərhunəyə mətbəxdə vermişdir. Sonra Həcər içəri daxil olmuşdur və o pulu sayıb Həcərə vermişdir. O, bilsə idi ki, pul Həcərə veriləcək o, həmin pulu verməzdi.. İş materiallarına əlavə olunmuş sənədlər Pul köçürmələri barədə bəzlərin sürətindən görünür ki, 416973******4781 saylı kart hesabından 416973******6973 saylı kart hesabına 20,0 manat, 119,0 manat, 1000,0 manat, 100,0 manat və 50,0 manat, 1935,0 manat, 1700,0 manat, və 50,0 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Pul köçürmələri barədə bəzlərin sürətindən görünür ki, 416973******6973 saylı kart hesabından 416973******4781 saylı kart hesabına 200,0 manat, 100,0 manat, 300,0 manat, 100,0 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Mpay qəbzlərinin sürətindən görünür ki, İddiaçı 416973******4781 saylı və 416973******1837 saylı kart hesabına 8365,0 manat və 3000,0 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, X3 14-cü PŞ-nə daxil olmuş müraciətində 2023-cü iln dekabr ayında xalası nəvəsindən 4000 manat borc pul aldığını, həmin pulun 1250 manatı ödədiyini, 2750 manat isə qaldığını, pulu verməməkdə gürahlandırdığını, verilən pulu isə faizə çıxdığını, ondan faizə yox borc aldığını və bu barədə tədbir görülməsini xahiş etmişdir. Vətəndaşın müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğu və toplanmış materialda heç bir cinayət hadisəsi yoxdur. X3 Xətai RPİ-nin 35-ci PB-nin rəisi polis polkovnik-leytenantı cənab Rəşad Həsənova ünvanladığı ərizədən görünür ki, 2023-cü iln dekabr ayında xalası nəvəsindən 4000 manat borc pul aldığını, həmin pulun 1250 manatı ödədiyini, 2750 manat isə qaldığını, pulu verməməkdə gürahlandırdığını, verilən pulu isə faizə çıxdığını, ondan faizə yox borc aldığını və bu barədə tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş X3 Xətai RPİ-nin 35-ci PB-də verdiyi izahatdan görünür ki, anası Fərhunədən 4000,0 manat borc alıb, lakin hamısını qaytarıblar. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş DVD diskdə əks olunmuş səsyazısı (DVD diskdə 3-cü səs yazısı) məhkəmə iclasında tədqiq edilmiş və həmin səs yazısının (01:24-01:27 dəqiqələrində) iddiaçın Fərhunə cavabdehin nümayəndəsi Görür balacaxanıma “Watsapp proqramı” vasitəsi ilə səs ataraq ondan 6175,0 manat pul tələb edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, tələb edilən pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borca iddiaçıdan pul almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən pulu məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu tam ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması, tərəflərin izahatlarından və toplanmış sübutlardan müəyyən edilmişdir ki, iddiaçı cavabdehin ondan 8174,0 manat məbləğində borc aldığını, lakin qaytarmadığını iddia etmiş və bu məbləğin cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh isə 4974,0 manat məbləğində pul vəsaitini iddiaçıdan borc aldığını etiraf etmiş, lakin bu məbləği artıq geri qaytardığını bildirmişdir. Bundan əlavə, iddiaçı özü etiraf etmişdir ki, cavabdeh artıq 1250,0 manat məbləğində pul ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıdan alınmış pul vəsaitinin qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, onun üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən cavabdehə 4974,0 manat pulun verilməsi və həmin puldan cavqabdeh tərfəində 1250,0 manat pulun qaytarılması işin mübahisəsiz halıdır. Belə ki, həmin hal cavabdeh tərəfindən etiraf edilmişdir. İşin mübahisəli halları isə idiaçının cavabdehə əlavə olaraq ələb-əl 3200,0 manat pul verməsi, həmçinin cavabdehin iddiaçıdan aldığı 4974,0 manat pul vəsaitini faizləri ilə birlikdə qaytarmasıdır. Məhkəmə ilk növbədə, iddiaçı tərəfindən cavabdehə 4974,0 pulun verilməsi və həmin puldan 1250,0 manatının qaytarılması işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, iddiaçının 4974,0 manat məbləğində pul vəsaitini cavabdehə verməsi və həmin puldan 1250,0 manatanın qaytarılması üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. İddiaçı cavabdehə 3200,0 manat məbləğində pulu verməsi barədə tələbini əsaslandıran hallara dair sübutları məhkəməyə təqdim edə bilməmiş, 3200,0 manat məbləğində borcun mövcudluğunu şahid ifadəsi ilə sübuta yetirməyə çalışmışdır. Lakin hazırki vəziyyətdə şahidin ifadələri məhkəmə tərəfindən etibarlı və inandırıcı sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə iclasında dindirilə Şahid iddiaçın yaxın rəfiqəsi olmaqla cavabdehə qarşı qərəzli olmuş . Həmçinin məhkəmə iclasında verdiyi ifadəsində pulu Fərhunəyə vereiyi bildirmişdir. Əgər şahid ifadələri ziddiyyətlidirsə, məntiqi uyğunsuzluq təşkil edirsə və ya obyektiv faktlarla təsdiqlənmirsə, bu ifadələr inandırıcı hesab edilmir və mötəbər sübut kimi qəbul edilmir. Şahidlərin ifadələri iş üzrə obyektiv və həqiqətə uyğun olmalıdır. Əgər şahidin ifadəsi subyektiv ehtimallara, təhrif olunmuş məlumatlara və ya qərəzli münasibətə əsaslanırsa, bu, ifadənin etibarlılığına şübhə yaradır. Yuxarıda göstərilən hüquqi əsaslara görə, şahidin ifadələri məhkəmə tərəfindən inandırıcı hesab edilməməklə, həmin ifadələr sübutetmə üçün kifayət etmədiyi və işin halları ilə uyğun gəlmədiyi üçün mötəbər sübut kimi qəbul edilməməlidir. Borc öhdəliyinin mövcudluğunu təsdiq edən etibarlı sənədlər və ya digər hüquqi cəhətdən məqbul sübutlar təqdim olunmadığından, məhkəmə hesab edir ki, iddia tələbi 3200,0 manat məbləğində borcun mövcudluğu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə prosesində tərəflərdən hər birinin iddia və ya etirazlarını əsaslandırmaq üçün sübut təqdim etmə vəzifəsidir. Bu prinsip Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit olunmuşdur: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsaslandırılması üçün sübutlar təqdim etməlidir. Bu qayda mülki hüquq sahəsində əsas prinsiplərdən biri olub, məhkəmənin obyektiv və ədalətli qərar çıxarmasına xidmət edir. Sübutetmə yükünün bölüşdürülməsi dedikdə, iddiaçı və cavabdehin məhkəməyə təqdim etməli olduğu sübutların dairəsi nəzərdə tutulur. Məhkəmə öz təşəbbüsü ilə sübut toplamaq hüququna malik deyil (istisna halları çıxmaq şərtilə), tərəflərin təqdim etdiyi sübutlarla kifayətlənir. İddiaçı məhkəməyə təqdim etdiyi iddianın əsaslı olduğunu sübut etməlidir. Hazırda iddiaçı borc pulunun qaytarılmasını tələb edirsə, o, məhkəməyə borcun verildiyini təsdiq edən müqavilə, qəbz, bank köçürməsi və ya şahid ifadələri kimi sübutlar təqdim etməlidir. Əgər iddiaçı zərərin ödənilməsini tələb edirsə, o, zərərin dəyməsini, onun məbləğini və cavabdehin bu zərərə görə məsuliyyətini təsdiqləməlidir. Sübutetmə yükü məhkəmə prosesində ədalət və hüquqi müəyyənlik prinsipini təmin edir. Əgər iddiaçı öz tələbini sübut edə bilmirsə, məhkəmə onun iddiasını əsassız hesab edir. Bu, hüquqi dövlətin əsas prinsiplərindən biridir və mülki prosessual hüququn əsas təməl qaydasıdır. Həmçinin məhkəmə cavabdehin iddiaçıya 6000,0 manatdan çox pul qaytarması barədə dəlillərinədə münasibətdə bildirir ki, cavabehin nümayənəsi iddiaçıya aldığı borcdan faizlərlə birlikdə 6000,0 manat qaytarmasını bildirsə də bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim tməmişdir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən Nina adlı şəxsin Fərhunənin kart hesabına köçürülmüş 11354 manat pul vəsaitinin 6000,0 manatının onların borcuna görə ödənilməsi barədə sübutlarıda əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında olan “Watsapp proqramından” çıxarışdan və qəbzlərdən görünür ki, qeyd olunan 11354 manat pul xx.xx.2024-cü il tarixlərdə 8365,0 manat və 3000,0 manat olmaqla iddiaçının hesabına köçürülmüşdür. Lakin iş materiallarına əlavə olunmuş cavabdehin nümayəndəsi X6 rayon 35-ci polis idarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə iqeyd olunan məsələyə münasibət bildirməmiş, sadəcə iddiaçıya 2750,0 manat borcunun qaldığını etiraf etmişdir. Məhkəmə həmçinin iddianın 102,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 102,0 manat dövlət rüsumu iddianın təmin edilmiş hissəsində, yəni 46,0 manat məbləği cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan 56,0 manatı iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3724,0 manat pul vəsaiti və ödənilmiş 46,0 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, dövlət rüsumunun 56,0 manatı iddaçının özünə aid edilməli iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3724,0 manat pul vəsaiti və ödənilmiş 46,0 manat dövlət rüsumu olmaqla ümumilikdə 3770,0 manat alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 102,0 manat məbləğində dövlət rüsumunun 56,0 manatı idiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar