Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4336/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmova Şeyda Ədalət qızı, İddiaçı cavabdehlər X3, X5 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı “torpaq sahəsinin planı və ölçüsünün, cavabdehlərin adına olan dövlət reyestrində qeydiyyatın, həmin sənədlər asasında verilmiş bütün hüquq müəyyən edici sənədlərin etibarsız edilərək, ləğv edilməsi və torpaq sahələri üzərində olan tikililərin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X3, X5 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və X4 adına verilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 342426 saylı, xx.xx.2011-ci il tarixli və eyni təşkilatın A342427 saylı xx.xx.2011-ci il tarixli "torpaq sahəsinin planı və ölçüsü"-nün, cavabdehlərin adına olan xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli dövlət reyestrində qeydiyyatın, həmin sənədlər əsasında verilmiş bütün hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək, ləğv edilməsi, habelə həmin torpaq sahələri üzərində olan tikililərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasları ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 92,1 kvm fərdi yaşayış evi ona məxsusdur 0,3362 ha torpaq sahəsi isə istifadəsindədir. Bu barədə müvafiq dövlət reyestrindən çıxarış iddia ərizəsinə əlva edir. Adıçəkilən daşınmaz əmlak ilk öncə dövlət reyestrində qohumu X1 adına qeydiyyatdan keçirilmiş, daha sonra mərhum atası tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş və sonda vərəsə kimi onun adına qeyd edilmişdir. İlk mülkiyyətçi olan Mahalov Zakir əmlakı məhkəmə qaydasında əldə etmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra isə hərracdan almışdır. Bu haqda 2(003)- 246/2012 saylı iş üzrə 06 fevral 2012-ci il tarixli Xəzər rayon məhkəməsinin qətnaməsi, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi"-nin hərrac protokolu və icra məmurunun pul vəsaitinin ödənilməsi haqda arayış hazırki ərizəyə əlavə edilir. Həmçinin ailə həyatilə əlaqədar olaraq, uzun illər Azərbaycan Respublikasından kənarda yaşamışa və mərhum atasına məxsus əmlaklarla ümumiyyətlə maraqlanmamışdır. Bununla yanaşı qeyd edir ki, işləri və ailə həyatı ilə əlaqədar ünvan 1 ünvanında yerləşən 92,1 kvm fərdi yaşayış evi və üzərində yerləşdiyi 6,3362 ha torpaq sahəsi ila maraqlana bilməmişdir. Bir müddət öncə daşınmaz əmlakım vəziyyəti ilə maraqlanmaq va ona lazım olmadığı üçün satmaq məqsədi ilə həmin əraziyə getmişdir. Baxış zamanı müəyyən etmişdir ki, ev yerində qalsa da, torpaq sahəsinin böyük əksəriyyəti zəbt edilib. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinə müvafiq sorğu ilə müraciət etmiş və adıçəkilən təşkilat xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 342426 saylı, xx.xx.2011-ci il tarixli va eyni təşkilatın A342427 saylı xx.xx.2011-ci il tarixli "Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən hər biri 0,12 ha ölçüdə olmaqla cavabdehlər X6 və X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Qeydiyyata alınma tarixi müvafiq olaraq, xx.xx.2011-ci il və xx.xx.2011-ci il kimi göstərilmişdir. Beləliklə 2010-cu il tarixdə hərracdan torpaq sahəsinin və fərdi yaşayış evininin alınmasına baxmayaraq, hansısa qanunsuz əməllər vasitəsi ilə digər şəxsin istifadəsində və sahibliyində olan 0,24 ha torpaq sahəsi özgəninkiləşdirilmişdir. Əgər artıq 2022-ci ildə həmin torpaq sahəsi digər şəxsin adına qeydiyyatda alınmışdırsa vərəsə kimi ona necə 0,3362 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış verilməsi də mümkün olmamalı idi. Cavabdehlər vəzifəli şəxslərlə əlbir olaraq, sahibliyində olan torpaq sahəsini qanunsuz əməllərlə ələ keçirmiş və özgəninkiləşdirməyə nail olmuşlar. Bildirir ki, məhkəmə araşdırması dövründə tərəfindən xüsusi qərardad çıxarılması məqsədi ilə müvafiq vəsatət veriləcəkdir. Habelə əlavə edir ki, torpaq sahəsini ilk əldə edən qohumu Zakir Mahalovla hazırki cavabdehlərlə eyni predmet barəsində məhkəmə prosesləri keçirilmiş və nəticədə cavabdehlərin istifadə hüququna belə xitam verilmişdir. Məhkəmə iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Qanunun mənasına görə, hüquqi işləri, yəni hüquq barədə mübahisələri və individual xarakterli digər hüquq məsələləri həll etmək səlahiyyəti məhkəmələrə məxsusdur. İşə səlahiyyətli məhkəmə tərəfindən baxılması mübahisənin ixtisaslaşmış məhkəmə tərəfindən hərtərəfli və obyektiv həll edilməsinə zəmanət yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumu (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin normanın məzmunundan belə nəticə hasil olur ki, inzibati akt ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən məsələləri nizama salmaq məqsədi ilə qəbul edilir və ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradır, müəyyən şəxslər dairəsini bu və ya digər dərəcədə maraqlarına toxunur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair 06 oktyabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyrimüəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü və 2.2.5-ci maddələrinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hazırkı “cavabdehlər X2 və X4 adına verilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 342426 saylı, xx.xx.2011-ci il tarixli və eyni təşkilatın A342427 saylı xx.xx.2011-ci il tarixli "torpaq sahəsinin planı və ölçüsü"-nün, cavabdehlərin adına olan xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli dövlət reyestrində qeydiyyatın” mübahisələndirilməsi tələbi üzrə tərəflər arasında yaranan münasibət inzibati hüquq münasibətləri xarakteri daşıyır və iddiaçının qeyd olunan tələbinin əsasını təşkil edən sübutlar və dəlillər hazırki işə mülki qaydada baxılıb mahiyyəti üzrə həll edilməsi üçün hüquqi əsas təşkil etmir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən - torpaq sahəsinin planı və ölçüsü və reyestrdə aparılmış qeydiyyat özlüyündə hüquqi nəticələr yaradan hakimiyyət tədbiridir. Bu inzibati mübahisənin xüsusiyyətinə görə yaranan tələblərə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxıla bilər. Digər tərəfdən məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 9 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, “Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq, torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər.” Göründüyü kimi, iddiaçı torpaq sahəsinin planı və ölçüsü və reyestrdə aparılmış qeydiyyatın mübahisələndirilməsi tələbi ilə məhkəməyə müraciət edərkən, məhkəmə aidiyyətini düzgün seçməmişdir. Hansı ki, qanunun mənasına görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi barədə iddia qaldırılarsa, belə iddialara ümumi məhkəmədə baxıla bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tələbində “bütün hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək, ləğv edilməsi”ni xahiş etmişdir ki, bu zaman iddiaçının tələbi aydın olmamışdır. Belə ki, etibarsızlıqla ləğv edilmə ayrı-ayrı institutlar olmaqla etibarsızlıq və ləğv fərqli-fərqli əsaslara söykənir. Bundan başqa iddiaçı tələbində torpaq sahələri üzərində olan tikililərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin tələb torpaq sahəsinin planı və ölçüsü və reyestrdə aparılmış qeydiyyatın mübahisələndirilməsi tələbindən irəli gələn tələb olduğundan həmin tələbə də hazırki mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyil, çünki torpaq sahəsinin planı və ölçüsü və reyestrdə aparılmış qeydiyyata dair tələbə baxıldıqdan sonra torpaq sahəsində olan tikililərin sökülməsi mübahisələndirilə bilər. Göründüyü kimi iddiaçı ilk öncə torpaq sahəsinin planı və ölçüsü və reyestrdə aparılmış qeydiyyatın mübahisələndirməli, daha sonra həmin torpaq sahəsində olan tikililərin sökülməsini tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında qeyd olunan inzibati aktları mübahisələndirməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X3, X5 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı “torpaq sahəsinin planı və ölçüsünün, cavabdehlərin adına olan dövlət reyestrində qeydiyyatın, həmin sənədlər asasında verilmiş bütün hüquq müəyyən edici sənədlərin etibarsız edilərək, ləğv edilməsi və torpaq sahələri üzərində olan tikililərin cavabdehlərin hesabına sökülməsi” tələbinə iddianın yolverilməzliyinə, yəni irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 15.4-cü bəndində əks olunmuş hüquqi mövqeyə görə, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş ümumi məhkəmənin icraatına qəbul edilmişsə, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə müraciət etmək hüququ izah edilməlidir. q ə r a r a a l d ı: İddiaçı cavabdehlər X3, X5 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı “torpaq sahəsinin planı və ölçüsünün, cavabdehlərin adına olan dövlət reyestrində qeydiyyatın, həmin sənədlər asasında verilmiş bütün hüquq müəyyən edici sənədlərin etibarsız edilərək, ləğv edilməsi və torpaq sahələri üzərində olan tikililərin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (16 oktyabr 2024-cü il tarixli, ********** nömrəli qəbz) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №e-2(003)-4336/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4336/2024
18.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver