Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4632/2025 22.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Mediasiya reyestrində M-00531 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Cavabdeh arasında bağlanmış 04 aprel 2025-ci il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh tərəfindən könüllü icra edilməyən 2.3-cü bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.3-cü bəndinin təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının maraqlı şəxs Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Mənimlə keçmiş ərim Cavabdeh arasında nikahın pozulması, cehiz əşyalarının çıxarılması və əmlak bölgüsü barədə tələblər üzrə mediasiya prosesi zamanı 04 aprel 2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində aşağıdakılar razılaşdırılmışdır. 1. Tərəf 1 (İddiaçı) və Tərəf 2 (Cavabdeh) razılaşırlar ki, AZ-İİ № 400953,1515 №-li nikahlarının pozulması üçün məhkəməyə müraciət edəcəklər. 2. Tərəf 2 (Cavabdeh) nişan və birgə nikah dövrü zamanı hədiyyə olunmuş zinət əşyalarının Tərəf 1 (İddiaçı) -də qalmasına etiraz etmir. 3. Tərəf 2 (Cavabdeh ), Tərəf 1 (İddiaçı)-in cehiz əşyalannı cari ayın 13-ü, saat 10:00-dan etibarən götürülməsinə razılıq verir. 4. Tərəf 1 (İddiaçı) və Tərəf 2 (Cavabdeh)- nin bir-birlərinə qarşı heç bir mülki iddiası yoxdur. Lakin Cavabdeh barışıq sazişinin 2.3-cü bəndinin şərtlərinə riayət etməmiş və hal hazıradək mənə məxsus cehiz əşyalarının götürülməsinə icazə vermir
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının yeri və vaxtı barədə ərizəçi İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Bununla belə ərizəçi İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, bu səbəbdən baxış iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İş üzrə maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
5. AZ-T seriyalı 064628 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2020-ci il tarixində 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 1515 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Rzazadə, arvada Rzazadə soyadı verilmişdir.
6. Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli, MŞB/20/2024-00208 nömrəli Barışıq Sazişinin şərtlərinə əsasən: 1) Tərəf 1 (İddiaçı) və Tərəf 2 (Cavabdeh) razılaşırlar ki, AZ-İİ № 400953,1515 №-li nikahlarının pozulması üçün məhkəməyə müraciət edəcəklər; 2) Tərəf 2 (Cavabdeh) nişan və birgə nikah dövrü zamanı hədiyyə olunmuş zinət əşyalarının Tərəf 1 (İddiaçı) -də qalmasına etiraz etmir; 3) Tərəf 2 (Cavabdeh ), Tərəf 1 (İddiaçı)-in cehiz əşyalannı cari ayın 13-ü, saat 10:00-dan etibarən götürülməsinə razılıq verir; 4) Tərəf 1 (İddiaçı) və Tərəf 2 (Cavabdeh)-nin bir-birlərinə qarşı heç bir mülki iddiası yoxdur.
7. 17.11.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, hazırkı mülki iş üzrə ərizə ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun
8. 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
9. 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
10. 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır.
11. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
12. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə məhkəməyə verilir.
13. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
14. 355-26-cı maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
15. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış barışıq sazişinin 2.3-cü bəndinə əsasən, Cavabdeh cehiz əşyaların 13 aprel 2025-ci il tarixdə İddiaçı tərəfindən götürülməsinə razılıq verməsinə dair öz üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini könüllü qaydada yerinə yetirməmişdir.
18. Məhkəmə hesab edir ki, sözügedən xx.xx.2025-ci il tarixli, MŞB/20/2024-00208 nömrəli barışıq sazişinin müvafiq olaraq cehiz əşyaların götürülməsinə şərait yaradılması ilə bağlı olan 2.3-cü bəndi təsdiq edilməlidir. Çünki həmin barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Barışıq sazişinin 2.3-cü bəndinin barışıq sazişinin digər hissələrindən ayrılıqda təsdiq edilməsinin mümkünlüyü ilə əlaqədar isə qeyd olunmalıdır ki, 2.3-cü bənd cehiz əşyalarının götürülməsinə razılıq verilməsi ilə bağlıdır. Barışıq sazişinin digər üç bəndi isə müvafiq olaraq nikahın pozulması üçün məhkəməyə müraciət etmək, nişan və birgə nikah dövründə hədiyyə olunmuş zinət əşyalarının 1-ci tərəfdə qalmasına etiraz edilməməsi və tərəflərin bir-birlərinə qarşı heç bir mülki iddiasının olmaması ilə əlaqədardır. Yəni barışıq sazişinin 2.3-cü bəndi ilə digər bəndləri arasında onun ayrıca təsdiq edilməsini istisna edə biləcək hər hansı bağlılıq mövcud deyildir. Qeyd olunan bu səbəblərə əsasən, ərizəçi İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
19. Məhkəmə həmçinin iddianın ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının maraqlı şəxsdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki,“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci madəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maraqlı şəxs hazırkı mülki iş üzrə ərizəçi ilə bağlamış olduğu barışıq sazişinin bəndləri üzrə qəbul etmiş olduğu öhdəlikləri icra etməmiş və nəticədə ərizəçi yuxarıda qeyd olunan məbləğdə dövlət rüsumu ödəməklə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.
20. Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixində bağlanmış MŞB/20/2024-00208 nömrəli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilməli və ərizəçinin ödədiyi 100 (bir yüz) AZN dövlət rüsumu və 0.40 (qırx qəpik) AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı maraqlı şəxsdən onun xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi
Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2025ci il tarixli, MŞB/20/2024-00208 nömrəli Barışıq Sazişinin aşağıdakı məzmunda 2.3-cü bəndi təsdiq edilsin: Tərəf 2 (Cavabdeh ), Tərəf 1 (İddiaçı)-in cehiz əşyalannı cari ayın 13-ü, saat 10:00dan etibarən götürülməsinə razılıq verir. Ərizənin verilməsi üçün ərizəçi tərəfindən ödənilmiş 100 AZN (bir yüz manat) dövlət rüsumu və 0.40 (qırx qəpik) AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinedən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov