Məhkəmə qərarları › İş №e-2(003)-638/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-638/2025

04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-638/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “VAZ 2106” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə görə ödənilmiş 5000 AZN (beş min manat) pulun və iddianın qaldırılması üçün ödənilmiş 70 AZN (yetmiş manat) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən "xxxx" MMC tərəfindən verilmiş və xx.xx.2024-cü ilə qədər qüvvədə olan etibarnamə əsasında idarə olunan “Renault Logan” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “VAZ 2106” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş İcbari sığorta bürosundan çıxarışdan və 130311, 130312 nömrəli sığorta aktlarından göründüyü kimi hadisə zamanı “Renault Logan” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər müddətə İddiaçı SŞ-da “Avtonəqliyyat vasitəsisahiblərinin mülkiməsuliyyətinin icbarisığortası” növü üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan, habelə Xəzər rayon Məhkəməsinin 3(003)-1074/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh hadisə zamanı “Renault Logan” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etmiş və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş və Məhkəmənin qərarı ilə 700 manat cərimə edilmişdir. Məhkəməyə təqdim olunan "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli qiymətləndirməyə əsasən, zərərçəkən “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 17072.11 AZN zərər dəymişdir. “İcbari Sığortalar haqqında qanunun” 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin məbləği (maksimum hədd) 5000 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********0/776199157 nömrəli ödəniş tapşırığı ilə Zərərçəkən “VAZ 2106” markalı nəqliyyat vasitəsinin sığorta tələbinə uyğun olaraq 86 AZN, digər zərərçəkən- “Toyota Camry” markalı nəqliyyat vasitəsinə görə isə mütənasib qaydada **********7/776107868 nömrəli ödəniş tapşırığı ilə 4914 AZN sığorta ödənişi verilmişdir. Bildirmək istəyir ki, sığorta hadisəsi zamanı Cavabdeh yuxarıda qeyd edildiyi kimi sərxoş olaraq nəqliyyat vasitəsini idarə etmişdir və buna görə də ona qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edir ki, ümumilikdə 5000 AZN (beş min manat) pul Cavabdeh İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsi, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən "xxxx" MMC tərəfindən verilmiş və xx.xx.2024-cü ilə qədər qüvvədə olan etibarnamə əsasında idarə olunan “Renault Logan” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “VAZ 2106” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. -İcbari sığorta bürosundan çıxarışdan və 130311, 130312 nömrəli sığorta aktlarından göründüyü kimi hadisə zamanı “Renault Logan” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər müddətə İddiaçı SŞ-da “Avtonəqliyyat vasitəsisahiblərinin mülkiməsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. - xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan, habelə Xəzər rayon Məhkəməsinin 3(003)-1074/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh hadisə zamanı “Renault Logan” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etmiş və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş və Məhkəmənin qərarı ilə 700 manat cərimə edilmişdir. -"xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli qiymətləndirməyə əsasən, zərərçəkən “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 17072.11 AZN zərər dəymişdir. - “İcbari Sığortalar haqqında qanunun” 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin məbləği (maksimum hədd) 5000 manatdır. - xx.xx.2024-cü il tarixli **********0/776199157 nömrəli ödəniş tapşırığı ilə Zərərçəkən “VAZ 2106” markalı nəqliyyat vasitəsinin sığorta tələbinə uyğun olaraq 86 AZN, digər zərərçəkən- “Toyota Camry” markalı nəqliyyat vasitəsinə görə isə mütənasib qaydada **********7/776107868 nömrəli ödəniş tapşırığı ilə 4914 AZN sığorta ödənişi verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin iddiasının əsası kimi istinad etdiyi xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən "xxxx" MMC tərəfindən verilmiş və xx.xx.2024-cü ilə qədər qüvvədə olan etibarnamə əsasında idarə olunan “Renault Logan” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “VAZ 2106” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsi sübut olunur. Bununla da sığortalanmış xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən "xxxx" MMC tərəfindən verilmiş və xx.xx.2024-cü ilə qədər qüvvədə olan etibarnamə əsasında idarə olunan “Renault Logan” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “VAZ 2106” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vurulmuş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ İddiaçı Sığorta Şirkəti ASC-yə keçmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, bununla da göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı “İddiaçı Sığorta Şirkəti ASC-yə keçdiyindən, bununla da İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yarandığından, sığorta ödənişi cavabdehdən tutulmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən vurulmuş ziyan Cavabdeh alınaraq İddiaçı Sığorta ASC-nə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddia qismən təmin edilməli olduğundan, sığorta ödənişi Cavabdeh alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan, 70,0 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000,0 manat (beş min manat) pul və iddianın qaldırılması üçün ödənilmiş 70,0 manat (yetmiş manat) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. .Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5000,0 manat (beş min manat) pul və iddianın qaldırılması üçün ödənilmiş 70,0 manat (yetmiş manat) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar