Məhkəmə qərarları › İş №e-2(003)-83/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-83/2025

23.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-83/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının və cehiz əşyalarının geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının və cehiz əşyalarının geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cehiz və qızıl-zinət əşyalarımın və ya geri qaytarılması, bu mümkün olmayan (mövcud olmayan, sayına görə tam olmayan, yararsız, zədələnmiş, əvvəlki keyfiyyətini və dəyərini itirmiş və sair) hər bir cehiz və qızıl-zinət əşyasının (əşyalarının) iddia ərizəmdə qeyd edilən dəyərinin, cəmi 72361 (yetmiş iki min üç yüz altmış bir) manat məbləğində pulun cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin vaxtdan ona məxsus cehiz əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9 ünvanında yerləşən 7-ci bina, 1-ci blok, 10-cu mərtəbə 61 saylı mənzilə köçərək onunla həmin mənzildə birgə yaşamışlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X16 adlı ümumi uşağı doğulmuşdur. Cavabdeh ilə münasibətləri ilk vaxtlardan yaxşı olsa da, sonradan onun qanunsuz və əsassız əməlləri nəticəsində münasibətləri pişləşmişdir. Cavabdeh1 ona qarşı “nikahın pozulması barədə” iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı Cavabdeh1 və cavabdeh İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidməti mərkəzi” Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin (hakim X5 sədrliyi ilə, 2(028)-4/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidməti mərkəzi” Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması və xx.xx.2020-ci il tarixdə doğulmuş X2 Aygün Babək qızının yanında qalması qət edilmişdir və həmin Qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əşyaların mənzildən çıxarılması barədə” İddia Ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdeh ZeynalovaAygün Babək qızına məxsus əşyaların, yəni 1 dəst (3 ədəd) su qəfədanı və stəkanlar dəstinin, 4 ədəd şamdanın, 20 ədəd meyvə və şirniyyat qablarının, 7 ədəd su qrafinkası və stəkanlarının, 1 ədəd güldanın, 11 ədəd müxtəlif suvenirlərin, 1 dəst (60 ədəd əşya) 24 nəfərlik yemək qabı dəstinin, 1 dəst (75 ədəd əşya) 24 nəfərlik çəngəlbıçaq dəstinin, 67 ədəd su və çay stəkanlarının, 3 ədəd su qəfədanı və stəkanlar dəstinin, 1 dəst (48 ədəd) 24 nəfərlik çay dəstinin, 12 ədəd nəlbəkilərin, 18 ədəd mürəbbə qablarının, 3 ədəd limon qabının, 1 ədəd boz rəngli paltar qurudanın, 4 ədəd çil-çıraqlar, 1 ədəd divar saatının, 1 ədəd oval formalı açıq rəngli xalçanın, 3 ədəd pərdənin, 1 ədəd paltar ütüləmək üçün masanın, 8 ədəd stol üçün süfrənin, 1 ədəd məcməyinin (sini), 42 ədəd müxtəlif ərzaq qablarının, 1 dəst iti bıçaq dəstinin, 1 dəst ərzaq saxlama qabının (4 ədəd), 1 dəst çəngəlbıçağın(18 ədəd), 1 dəst taxta qaşığın (6 ədəd), 2 ədəd su dolçasının, 7 ədəd şüşə ərzaq saxlama qabının, 31 ədəd şüşə mətbəx boşqablarının, 1 ədəd “Eurolux” markalı blenderin, 1 ədəd şirə çəkən maşının,1 ədəd “Samsung” markalı ağ rəngli paltaryuyan maşının, 1 ədəd “Hoffman” markalı soyuducunun, 5 ədəd çaydanın, 35 ədəd müxtəlif mətbəx qablarının, 1 ədəd tosterin, 17 ədəd qazan və tavanın (1 dəst), 2 ədəd boz və ağ rəngli zibil qablarının, 1 ədəd güldanın, 1 ədəd döşəməüstü torşetin (lampa), 2 ədəd taxta siyirtmənin, 1 ədəd “Canon” markalı fotoaparatın, 4 ədəd yorğanın, 3 ədəd pledin, 11 ədəd balışın, 6 ədəd bağlamada yataq dəstinin, 5 ədəd yataq dəstinin, 6 ədəd odeyalın,1 ədəd “Arçelik” markalı ütünün, 1 ədəd elektron tərəzinin, 14 ədəd müxtəlif hamam dəsmallarının, 6 ədəd müxtəlif ev çəkələklərinin (domaşnik), 11 ədəd qadın əl çantalarının, 19 ədəd qadın ayaqqabılarının, 98 ədəd qadın üst geyiminin və alt geyim əşyalarının, 2 ədəd qadın qol saatının, 8 ədəd qadın gün eynəklərinin, 1 ədəd optik eynəyin, 2 ədəd ev təmizləyici vasitənin (süpürgə və döşəmə silən vasitə), 1 ədəd paltar saxlamaq üçün qabın, 1 ədəd tozsoranın cavabdehin vəsaiti hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə iddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə” X13 ilə məhkəməyə müraciət edərək, məhkəmədən azyaşlı övladı X16 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9 ünvanında yerləşən 7-ci bina, 1-ci blok, 10-cu mərtəbə 61 saylı mənzilə istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin (hakim X5 sədrliyi ilə, İş № 2(028)-14/2021 xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı əşyaların mənzildən çıxarılması barədə ilkin, İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X9 (sədrlik edən, məruzəçi hakim), X6 və X4 ibarət tərkibdə, İş № 2(105)- 2044/2021 xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 və qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh2 apellyasiya şikayətlərinin təmin edilməməsi, iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(028)-14/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X14 (sədrlik edən və məruzəçi), X21, X1 ibarət tərkibdə, İş № 2(102)-2490/2022 xx.xx.2022-ci il tarixli Qərarı ilə qətnamə hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2044/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnmaməsi ilə onun Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9, 61 nömrəli mənzilə olan istifadə hüququ tanınmış və həmin mənzilə köçürülmə barədə iddia təmin edilmişdir. İddiaçı Cavabdeh2 Sadiq oğlu məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9, 61 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi, cavabdehə məxsus cehiz əşyalarının, yəni 1 dəst (3 ədəd) su qəfədanı və stəkanlar dəsti; 4 ədəd şamdan; 20 ədəd meyvə və şirniyyat dəsti; 1 dəst (75 ədəd əşya) 24 nəfərlik çəngəl-bıçaq dəsti; 67 ədəd su və çay stəkanları; 3 ədəd su qəfədanı və stəkanlar dəsti; 1 dəst (48 ədəd) 24 nəfərlik çay dəsti; 12 ədəd nəlbəkilər; 18 ədəd mürəbbə qabları; 3 ədəd limon qabı; 1 ədəd boz rəngli paltar qurudan; 4 ədəd çil-çıraqlar; 1 ədəd divar saatı; 1 ədəd oval formalı açıq rəngli xalça; 3 ədəd pərdə; 1 ədəd paltar ütüləmək üçün masa; 8 ədəd stol üçün süfrə; 1 ədəd məcməyi (sini); 42 ədəd müxtəlif ərzaq qabları; 1 dəst iti bıçaq dəsti; 1 dəst ərzaq saxlama qabı (4 ədəd); 1 dəst çəngəl-bıçaq(18 ədəd); 1 dəst taxta qaşıq (6 ədəd); 2 ədəd su dolçası; 7 ədəd şüşə ərzaq saxlama qabı; 31 ədəd şüşə mətbəx boşqabları; 1 ədəd “Eurolux” markalı blender; 1 ədəd şirə çəkən maşın; 1 ədəd “Samsung” markalı ağ rəngli paltaryuyan maşın; 1 ədəd “Hoffman” markalı soyuducu; 5 ədəd çaydan; 35 ədəd müxtəlif mətbəx qabları; 1 ədəd toster; 17 ədəd qazan və tava (1 dəst); 2 ədəd boz və ağ rəngli zibil qabları; 1 ədəd güldan; 1 ədəd döşəməüstü torşet (lampa); 2 ədəd taxta siyirtmə; 1 ədəd “Canon" markalı fotoaparat; 4 ədəd yorğan; 3 ədəd pled; 11 ədəd balış; 6 ədəd bağlamada yataq dəsti; 5 ədəd yataq dəsti; 6 ədəd adyal; 1 ədəd “Arçelik” markalı ütü; 1 ədəd elektron tərəzi; 14 ədəd müxtəlif hamam dəsmalları; 6 ədəd müxtəlif ev çəkələkləri (domaşnik); 11 ədəd qadın əl çantaları; 19 ədəd qadın ayaqqabıları; 98 ədəd qadın üst geyim və alt geyim əşyaları; 2 ədəd qadın qol saatı; 8 ədəd qadın gün eynəkləri; 1 ədəd optik eynək; 2 ədəd ev təmizləyici vasitə (süpürgə və döşəmə silən vasitə); 1 ədəd paltar saxlamaq üçün qab; 1 ədəd tozsoranın Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9, 61 nömrəli mənzildən cavabdeh tərəfindən çıxarılması, mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin (hakim X5 sədrliyi ilə, İş № e-2(028)-355/2022) xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddianın rədd edilməsi, Cavabdeh2 İddiaçı qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi və cehiz əşyaların çıxarılması barədə” iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin Qətnamədən apellyasiya şikayəti verilməmiş və həmin Qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı Cavabdeh2 Sadiq oğlu cavabdeh olaraq ona qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi, cavabdehə məxsus əşyaların mənzilindən çıxarılması və mənzilinin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair” İddia Ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh İddiaçı ona məxsus Bakı şəhəri. Nizamı rayonu, Özbəkistan küçəsi, ev 9-da yerləşən 61 nömrəli mənzilinə 6000 (altı min) manat kompensasiya verilməkdə istifadə hüququna xitam verilməsi, cavabdehə məxsus əşyaların mənzilindən çıxarılması və mənzilinin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin (hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi ilə,İş № e-2(028)-118/2023 xx.xx.2023-cü il tarixli Qərardadına əsasən iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı kompensasiya ödəmək yolu ilə mənzildən çıxarılma tələbinə dair mülki işin baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alnımışdır. Cavabdeh İddiaçı vəkili Nümayəndə1 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-118/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və bəhs edilən mülki işin Qubadlı Rayon Məhkəməsində baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin (hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi ilə,İş № e-2(028)- 118/2023 xx.xx.2023-cü il tarixli Qərardadı ilə Şikayətin təmin edilməməsi, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-118/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməməsi və cavabdeh İddiaçı vəkili Nümayəndə1 verdiyi Şikayətin 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, X11 və X3 ibarət tərkibdə, İş № 2(105)-813/2023) xx.xx.2023-cü il Qərardadı ilə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 verdiyi Şkayətin təmin edilməməsi, Qubadlı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2(028)-118/2023 nömrəli və bununla bağlı 27 fevral 2023-cü il tarixli e- 2(028)-118/2023 nömrəli qərardadlarının dəyişdirilmədən saxlanılması, Qərardadın çıxarıldığı andan qanuni qüvvəyə minməsi və Qərardaddan şikayətin verilə bilməzliyi qərara alınmışdır. Həmin e-2(007)-1472/2023 saylı mülki iş hazırda Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi ilə) icraatındadır. Məlumat üçün bildirir ki, o, Cavabdeh1 ilə ailə qurmazdan əvvəl, onun özşəxsi qazancının hesabına və milli adət və ənənələrinə uyğun olaraq valideynləri tərəfindən ona hədiyyə olaraq cehiz və qızıl-zinət əşyaları alınmışdır. 01 dekabr 2019-cu ildə nikaha daxil olmamışdan əvvəl əldə etdiyim cehiz əşyaları Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9 ünvanında yerləşən 7-ci bina, 1-ci blok, 10-cu mərtəbə, 61 saylı mənzilə aparmış və həmin mənzildə yerləşdirmişdir. Həmin mənzilin qeyd edilən tarixdən əvvəlki və sonrakı tarixlərdə olan fotoşəkillərini və videogörüntülərini CD diskdə məhkəməyə hazırlıq iclasında təqim edəcəyək. Həmin mənzilə apardığı və yerləşdirdiyi cehiz əşyalarının və ona hədiyyə şəklində alınaraq verilən qızıl-zinət əşyalarımın siyahısı aşağıdakı kimidir: 1.QONAQ OTAĞİ: CƏMİ-9485 manat.1 Divan üçün üzlük-1 ədəd 50 manat, 2 Qara meyvə qabı-1 ədəd 45 manat, 3 Yaşıl böyük meyvə qabı ( Madame Coco )-1 ədəd 35 manat, 4 Yaşıl dekor güzgülü podnis ( Madame Coco )-1 ədəd 50 manat, 5 2 ədəd güldanmini-(içərisi güllər) 40 manat, 6 24 nəfərlik Servis dəsti (çay servis, yemək, qazan, duz-istiot qabı)-1 ədəd 3000 manat, 7 Çexiya istehsallı 12 nəfərlik xrustal bakal və suqabı dəsti 180 manat, 8 Çexiya istehsallı 6 nəfərlik rumka xrustal 60 manat, 9 Çexiya istehsallı Meyvəqabı xrustal-4 ədəd 50 manat, 10 12 nəfərlik xrustal armudu stəkan dəsti 140 manat, 11 12 nəfərlik nəlbəki dəsti 70 manat, 12 6 nəfərlik bakal villeroy dəsti 130 manat, 13 Çexiya istehsallı 2 nəfərlik 1 ədəd Grafin və bakal xrustal dəsti altlığı ilə birlikdə 200 manat, 14 Şamdan tom- 2 ədəd 170 manat, 15 Çexiya istehsallı Meyvəqabı-4 ədəd 280 manat, 16 Qızılırəngli dekorAt-1 ədəd 30 manat, 17 Qızılırəngli dekor-Qız və oğlan-1 ədəd 25 manat, 18 Ahərfli, ag rəngli nəlbəkistəkan-1 dəst 45 manat, 19 qaşlı Şamqabi xrustal- 2 ədəd 80 manat, 20 göy nəlbəkili armudu stəkan-4 ədəd 50 manat, 21 1 ədədGrafin və 6 ədəd bakal 135 manat, 22 Çex guldan xrustal-1ədəd 120 manat, 23 böyuk xrustal Şirniyyat qabı-4 ədəd 200 manat, 24 Şəkil qoymaq üçünÇərçivə - 6 ədəd 60 manat, 25 Tozsilən- 1ədəd (Madame Coco) 10 manat, 26 Şamlar – 10 ədəd 50 manat, 27 Süfrələr – 11 ədəd 780 manat, 28 qonaq otagı üçünLüstr-1ədəd 550 manat, 29 Şirniyyat qabı qapaqlı – 2 ədəd 60 manat, 30 Mürəbbə qabı və razetkalar-1 dəst 50 manat, 31 Konfet qabı-2 ədəd 50 manat, 32 2 nəfərlik Stəkan və Grafin dəsti (Madame Coco) 35 manat, 33 24 nəfərlik qaşıq və çəngəl dəstləri-( 2 çemodan) 800 manat, 34 Ütü stolu-1 ədəd 120 manat, 35 ÜtüArçelik- 1ədəd 95 manat, 36 Zərli işləməli Meyvəqabı və güldan-2 ədəd 50 manat, 37 Ətirverici qab-1 ədəd 20 manat, 38 qonaq otağı üçünPərdə-1 ədəd 660 manat, 39 2 mərtəbəli Şirniyyatqabı-1 ədəd, Tortqabı-4 ədəd, Meyvəqabı-1 ədəd 80 manat, 40 rəngli Şamdan-1 ədəd 30 manat, 41 Kondisioner-1 ədəd 800 manat 2. MƏTBƏX: CƏMİ-15578 manat 1 Soyuducu Hoffman-1 ədəd 2500manat, 2 Qəhvə dəmləyən aparat-Pitticoffee-1 ədəd 450 manat, 3 blincik hazirlayan-1 ədəd 55 manat, 4 Şirəçəkən- 1 dəst 380 manat, 5 toster-bosch- 1 ədəd 320 manat, 6 Blender-1 ədəd 180 manat, 7 elektrik çaydan-1 ədəd 120 manat, 8 kofemolka-bosch-1 ədəd 80 manat, 9 1 ədəd-36 parça mətbəxdə yemək dəsti-12 nəfərlik 280 manat, 10 1 ədəd bıçaq dəsti-7li bamboo 4585 manat 220 manat 11 mətbəxdə istifadə üçün 1 ədəd-12 nəfərlik (gündəlik) bıçaq, qaşıq, desert qaşığı,çəngəl dəsti 200, manat, 12 limon götürən-12 ədəd 30 manat, 13 saxlama qabları-böyük bamboo-10 ədəd 120 manat, 14 saxlama qabları-balaca bamboo-6 ədəd 48 manat, 15 Borcam-8 ədəd 180 manat, 16 Tərəvəz doğrayan- 1 ədəd 50 manat, 17 Süzgəc plasmas-7 ədəd və dəmirsüzgəc-7 ədəd 70 manat, 18 Plasmas dəst yemək bişirmə qaşıq seti- 1 ədəd 65 manat, 19 Bamboo dəst taxta qaşıq seti-1 ədəd 60 manat ,20 Çaydan caynik dəsti-1 ədəd 963 manat 140 manat, 21 Çörək qabı-1 ədəd 50 manat, 22 Duz, istiot, pesok qabı dəst-3 ədəd (qapağı bamboo) 35 manat, 23 Əlsilmək üçün Salfetka qabı ağ rəng-1 ədəd 20 manat, 24 Qabyuyan tökməyə ağ qab-1 ədəd 15 manat, 25 Mətbəx silmək üçün salfetka qabı bamboo-1 ədəd 25 manat, 26 1 ədəd-Su qrafini və 6 bakalı Luminarc 35 manat, 27 3 ədəd-madame coco bakal meyvəli bakallar 30 manat, 28 Tərəvəzmeyvə doğrama taxta ve silikonlar-8 ədəd 65 manat, 29 Çay süzgəci 2 ədəd balaca, 2 ədəd orta, 1 ədəd böyük 25 manat, 30 1 ədəd-Podnos-6-lı dəst 370 manat 70 manat, 31 Podnis güllü-4 ədəd 50 manat, 32 Zeytun yağı qabı-2 ədəd bamboo 30 manat, 33 Saxlama qabları plasmas-30 ədəd 45 manat, 34 Saxlama qabları keramika -14 ədəd 28 manat, 35 Bıçaq saxlama qabı -1 ədəd 5 manat, 36 Ağ kruşka dəst-6 ədəd 38 manat, 37 Rənglisaxlama qabları, böyük və balaca - 20 ədəd 90 manat, 38 Ürək balaca atışdırmalıq qablar-6 ədəd 23 manat, 39 Termus -2 ədəd ( yasil və ag) 40 manat, 40 Silikon qaşıq dəstləri-4 ədəd 362 manat 13 manat, 41 silikon spatula -3 ədəd 7 manat, 42 Dəmçaynikləri -7 ədəd 70 manat, 43 Qırmızı qazan dəsti - 6 ədəd 180 manat, 44 Bənövşəyi qazan dəsti -6 ədəd 430 manat, 45 Güllü içi qara Tefal qazan- 2 ədəd 70 manat, 46 Qara qazan -1 ədəd 55 manat, 47 Aliminiumqazanlar- 2 ədəd 50 manat, 48 skavarotka - 5 ədəd 230 manat, 49 Acıqmalina rəng qazan dəsti -6 ədəd 220 manat, 50 Yağ və pendir qabı bamboo -2 ədəd 1342 manat 30 manat, 51 sunumqab qacaqlar- 10 ədəd 90 manat, 52 Bamboo duz, istiot qabı bamboo -1 ədəd 20 manat, 53 3-lü cərəz qabı üst-üstə-1 ədəd 25 manat, 54 Mətbəx üçün gül qabı və gülləri- 1 ədəd 43 manat, 55 Lüstr- 1 ədəd 350 manat, 56 Pərdə,zanaveska-1 ədəd 370 manat, 57 3lü birləsik qablar-6 ədəd 59 manat, 58 Süşə qızılgül qabı-4 ədəd 15 manat, 59 1 ədəd Stol və 4 stul üstü parçalı 800 manat, 60 Qabların altına toxuma sunum-12 ədəd 1807 manat 35 manat, 61 mətbəx üçün-10 ədəd balaca ağ kasalar 25 manat, 62 2 ədəd-böyük tea time kruşka seti 15 manat, 63 Plasmas su çəkmə qabları-5 ədəd 25 manat, 64 Şüşə yemək dəsti-18 dəst 80 manat, 65 Xəmir yoğurmağa şüşə qab - 3 ədəd 35 manat, 66 Un ələyən -2 ədəd 10 manat ,67 2 ədəd dekor ag zərli podnos 20 manat, 68 Fasfood üçün 4 ədəd qab (hər qab 4lü) 33 manat, 69 Limon saxlama qabı-1 ədəd 3 manat, 70 çay dəsmalları - 40 ədəd 436 manat 190 manat, 71 Stəkan altlığı-12 ədəd 30 manat, 72 Kofe stəkanları bamboo- 6 ədəd 30 manat, 73 Xəmir açmaq üçün silikon+ oxlov-1 ədəd 20 manat, 74 Sütlac qabları keramika -6 ədəd 30 manat, 75 Göy qapaqlışüşə saxlama qabı-4 ədəd 8 manat, 76 Su süzən (filter) göy rəng-1 ədəd 30 manat, 77 Sürtgəc plasmas qabı ilə-1 ədəd 15 manat, 78 Sonluğu taxla bıçaqlar-6 ədəd 35 manat, 79 Qaşıq bıçaq qabı-1 ədəd 30 manat, 80 Ağ qaşıq çəngəlseti- 24 ədəd 348 manat 120 manat, 81 Ağ mətbəx zibil qabı-1 ədəd 50 manat, 82 1 ədəd-Grafin və 6 bakallı dəst 55 manat, 83 Qazan tutmağa əlcək həmsilicon, həmdə parça -3 dəst 29 manat, 84 Kəpənək asqı-1 ədəd 10 manat, 85 minisurtgəc-1 ədəd 5 manat, 86 qaşıq yuyub qoymağa dəmir qab-1 ədəd 10 manat, 87 qaşıq saxlamaq üçün qab-1 ədəd 15 manat, 88 altışamdanlı qazan-1 ədəd 130 manat, 89 stol üçün saat madame coco-1 ədəd 38 manat, 90 Göyərti qurutmaq üçün plasmas qab -2 ədəd 352 manat 10 manat, 91 Mikser-1 ədəd 140 manat, 92 Günəbaxan qabı kəpənək-2 ədəd 10 manat, 93 Langet üçün ətdöyən-1 ədəd 15 manat, 94 Limonsıxan-1 ədəd 3 manat, 95 Sarımsaq, sogan saxlama qabı-2 ədəd 5 manat, 96 Çaydan altlığı 5 ədəd (işləmə taxta 1 ədəd, digərlərisadə altlıqlar) 40 manat, 97 Mətbəx mebeli dəsti 3500manat, 98 Qabyuyan Sumsung (addwash)-1 ədəd 1300manat 3.YATAQOTAGİ: CƏMİ-8010 manat, 1 Tumba-3 ədəd 80 manat, 2 Svitelnik uzun-1ədəd 220 manat, 3 1 Ay və gün yazılan kosmetika Şkafi-1ədəd 140 manat, 4 xalça – 3 ədəd 590 manat, 5 TozsoranHoffman-1ədəd 220 manat, 6 yataq otagı pərdə-1 ədəd 440 manat, 7 yataq otağı lüstr-1 ədəd 400 manat, 8 kanon fotoaparat-1 ədəd 780 manat, 9 oğlumun oyuncaqları 50 manat, 10 Yataq dəsti -11 ədəd 3000manat, 11 pokrival – 2 dəst 550 manat, 12 Yastıq - 10 ədəd 240 manat, 13 yorğan- 2 ədəd 120 manat, 14 odeyal böyük qırmızı-1 ədəd 80 manat, 15 odeyal biraz daha nazik - 6 ədəd 190 manat, 16 yazliq üst örtüsü - 6 ədəd 210 manat, 17 Tokla isinən döşək üzlük- 1 ədəd 55 manat, 18 can dəsmalları - 7 ədəd 160 manat, 19 əl-üz dəsmalı- 22 ədəd 310 manat, 20 yer üçün bənövşəyi ayı figurlu ayaqaltı-madame coco 75 manat, 21 Matras-1 ədəd 400 manat, 22 Matras üzü-1 ədəd 100 manat 1. DƏHLİZ: CƏMİ-8650 manat 1. Dekor(Uzun şamdan)-2 ədəd 60 manat, 2. Yeni il üçün dekorşamdan, Şaxta Baba, Qar qız, Şamagacı, ayı və s. hərəsindən 1 ədəd 75 manat, 3. Dekor(Ayətül-Kursi asqı)-1 ədəd 55 manat, 4. Dekor(mələk)-1 ədəd 10 manat, 5. Dekor(yaşıl mini agac)-1 ədəd 5 manat, 6. Ayaqqabı üçün Şkaf (üstü parçalı)-1 ədəd 150 manat, 7. Güzgü (altıstollu siyirməli)-1 ədəd 300 manat, 8. Xalca (kovrik)-1 ədəd 90 manat, 9. Koridor üçün uzun yığma Şkaf- 1 ədəd 900 manat, 10. Koridorlustra-1 ədəd 330 manat, 11. Koridor xalca- 1 ədəd 170 manat, 12. Silikon süpürgə və zibil yiğanı-1 ədəd 35 manat, 13. Paltar qurutmaq üçün dəmir asqı-1 ədəd 55 manat, 14. Paltarsəbəti -2 ədəd 35 manat, 15. Hamamüçün zibil qabı və şotka-1 ədəd 45 manat, 16. Dəst sabun qabı, diş fırçası qabı, maye sabun qabı-hərəsindən 1 ədəd 55 manat, 17. yersilmək üçünPaspas (madame coco)-1 ədəd 140 manat, 18. hamamxalatı,əl-üz dəsmalı, ayaq altlıq dəsmal-hərəsindən 1 ədəd 250 manat, 19. Şuba 2 ədəd - uzun və qısa ( uzun İtaliya istehsali ) 1700 manat + 1500 manat = 3200 manat, 20. duty kurtka- 6 ədəd 1500 manat, 21. açıq kremrəng klassik dəst-1 ədəd 250 manat, 22. malinoviy platia-1 ədəd 200 manat, 23. tigroviy platia-1 ədəd 150 manat, 24. qırmızı platiya (klassik)-1 ədəd 200 manat, 25. Güllü dəst platiya-1 ədəd 50 manat, 26. Buxarlısaç düzləşdrici-1 ədəd 170 manat, 27. Xozyayuşka hədiyyə kartı- 1ədəd 50 manat, 28. Çimərlik çantaları və geyimləri-1 dəst 100 manat, 29. Saxlama parça qablar- 1 dəst 20 manat 5.QİZİLLAR: CƏMİ-13488 manat 1. Komplekt: 1 ədəd-sırğa, 1 ədəd-uzuk , 1 ədəd-sep, 1 ədəd-qolbaq 720 prob ( 27gr * 120 azn ) 3240manat, 2. Yaşıl qaşlı dəst komplekt: 1 ədəd-sırğa və 1 ədəd-sep 750 ( 11 gr * 120 ) 1320 manat, 3. Elçilikdə verilənÜzük-1 ədəd 750 prob ( 2.5 gr* 120) 300 manat, 4. NigahÜzüyü-1 ədəd 750 prob ( 5.5 gr *120) 660 manat, 5. Qızıl qolbaq (qaşlı)-1 ədəd 750 prob ( 10 gr*120 ) 1200 manat, 6. 2 qaşlı 2 asqılı qızıl Sep-1 ədəd 750 prob ( 7 gr*120 azn ) 840 manat, 7. açar qızil Sep- 1 ədəd 585 prob ( 4gr *90azn ) 360 manat, 8 Tac qızıl Sırğa-1 cüt 750 prob ( 2.5 gr*120) 300 manat, 9. Tək qaşlı ağ qızıl Sep-1 ədəd 750 prob ( 3.2 gr *120azn ) 384 manat, 10. Ulduztək qaşlı qızıl Sep-1 ədəd 750 prob ( 2.7 gr *120azn ) 324 manat, 11. Komplekt: 1 ədəd-sırğa, 1 ədəd-uzuk , 1 ədəd-sep, 1 ədəd-qolbaq 720 prob ( 27gr * 120 azn ) 3240 manat, 12. Yaşıl qaşlı dəst komplekt: 1 ədəd-sırğa və 1 ədəd-sep 750 ( 11 gr * 120 ) 1320 manat 6.QONAQOTAĞİ İSTİKBALMEBEL (SU YAŞİLİ): CƏMİ-10950 manat 1 Divan (4 ədəd döşəkcə ilə birlikdə)-1 ədəd 1450 manat, 2 1 ədəd Stol və 6 ədəd stul ( 250*6 + 550 sol ) 2050 manat, 3 Gümüşlük qabların yığılması üçün şkaf -2 ədəd 900 manat, 4 TVStend- 1 ədəd 350 manat, 5 Güzgülük bufe + güzgüsü --1 ədəd ( 600 + 150 ) 750 manat, 6 Yataq + baza-1 ədəd 2500 manat, 7 Sürüşməli geyimŞkafı (güzgülü)-1 ədəd 1700 manat, 8 Tumba-1 ədəd 700 manat, 9 1 ədəd güzgülü kosmetika Skafı (1 ədəd stul ilə birlikdə) 550 manat 7.TOM XRUSTALLAR: CƏMİ-1940 manat 1 Tombakal 250 manat, 2 tomlimon qabı-4 ədəd 120 manat, 3 24 nəfərlik tomstəkan dəsti 400 manat, 4 böyük tomgüldan-1 ədəd 230 manat, 5 böyük tommeyvə qabı-1 ədəd 200 manat, 6 tomkonfet qabı- 2ədəd 270 manat, 7 tommürəbbə qabı-2 ədəd 230 manat, 8 tomçərəz qabı-2 ədəd 240 manat 8.ELEKTRONİKA(BAKUELECTRONİCS): CƏMİ-4260 manat 1 Mikrovalnovka (Bosch)-1ədəd 700 manat, 2 Elektrik soba (Bosch)- 1ədəd 650 manat, 3 Qabyuyan (Sumsung)- 1ədəd 780 manat, 4 Bişirmə paneli ( Bosch )- 1ədəd 400 manat, 5 Aspirator(Bosch)- 1ədəd 300 manat, 6 Ətçəkənmaşın (Tefal) 1ədəd 350 manat. 7 Tozsoran (Roventa)-1ədəd 380 manat 8 Televizor(Sumsung)- 1ədəd 700 manat bütün cehizvə qızıl_zinətəşyalarının cəmi dəyəri: 72361 (yetmiş iki min üç yüz altmış bir) manat. xx.xx.2020-ci il tarixdə o evdə olarkən keçmiş həyat yoldaşı, hal-hazırki iş üzrə cavabdeh Fuad ona bildirdi ki, düşək həyətə, qardaşın gəlir, söhbət edək. Onlar həyətə düşdü, həyətdə olarkən gördü ki, qayınanası Dilarə və qayınatası Azər də həyətdədirlər. O onlara bildirdi ki, siz nəyə görə gəlibsiz, onların hər ikisi ona bildirdilər ki, evdən çıxmalısan, o, də onlara bildirdi ki, niyə evdən çıxmalıdır? Evin açarları onda yox idi. Fuad artıq çıxıb getmişdi. Fuadın valideynləri ona bildirdilər ki, evdən çıx, əşyalarının bir hissəsini bu gün götür, səhər hamısını çıxarararsan. Onlar birlikdə evə qalxdılar. Hal-hazırki iş üzrə Cavabdeh2 mənə bildirdi ki, qapını bir şərtlə açar ki, əşyalarını götür, evdən çıx. Onunla razılaşdı. Cavabdeh2 qapını açdı, içəri daxil oldular, ona bildirdilər ki, əşyalarını yığ, o onlara bildirdi ki, evdən çıxmır. Bundan sonra Fuadın valideynləri ona bildirdilər ki, indi evdən çıx, Fuad axşam gəlib gətirər. O Fuada zəng etdi, o bildirdi ki, gözləsin gəlir. Fuad evə gəldi, ona bildirdi ki, evdən çıxmalısan. Mən ona yalvarsamda o mənə məhəl qoymadı, Bundan sonra, həmin evə gələn qardaşı Şahlar ona bildirdi ki, kimə görə ağlayırsan. Bundan sonra o evdən çıxdı, onlar evdə qaldılar. O qardaşı ilə həyətə düşdü, əsəbindən ürəyi getdi. Qardaşı TYS-dən həkim çağırdı, həkimlər onu xəstaxanaya apardılar. Onu müayinə etdilər və evə buraxdılar. Həmin hadisədən sonra 25-cı PŞ-nə Ərizə ilə müraciət etdi. Göründüyü kimi, 29 iyul 2020-ci il tarixdə o Cavabdeh1 və valideynləri tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, istifadə hüququnun olduğu mənzildən cavabdehlərin qanunsuz əməlləri nəticəsində qovulmuş və bu zaman ona məxsus bütün cehiz və qızıl zinət əşyaları həmin mənzildə qalmışdır. Bundan sonra onun şikayəti əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırma aparılmış və ona mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Yuxarıda adları qeyd edilən ona məxsus cehiz əşyalarının alınması, həmin mənzildə yerləşdirilməklə mövcud olması, onun Cavabdeh1 və onun valideynləri tərəfindən evdən qovulan zaman ona məxsus bütün cehiz və qızıl-zinət əşyalarının həmin mənzildə qalması İddia Ərizəsinə əlavə edilən çoxsaylı mötəbərsübutların məcmusu ilə təsdiq olunur. Azərbaycan Respublikasi İcbari Tibbi Siğorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi 3 nömrəli Şəhər Klinik Xəstəxanası X23 tərəfindən verilmiş 1351 nömrəli, 05 noyabr 2020-ci il tarixli Arayışda deyilir ki, “...Verilir ondan ötəri ki, İddiaçı həqiqətən 29.07.20-ci il tarixdə saat 14:40-da 6 saylı təcili yardım briqadası ilə xəstəxananın doğum şöbəsinə müraciət etmişdi. Diaqnoz: 32 həftəlik hamiləlik, bayılma, əsəblə şöbəyə daxil olmuşdur. Həkim müayinəsi olunmuş, USM müayinəsindən keçmişdir. Həkim xəstənin müayinə və müalicə üçün şöbədə qalmasını təklif etmişdir, lakin xəstə öz xahişi ilə qalmaqdan imtina etmiş və bu barədə qeyd kitabına qeyd etdirilmişdir.” Onunla Cavabdeh1 arasında olan votsap yazışmalarında qeyd edilən cehiz əşyalarının onun tərəfindən alınması ən mötəbərşəkildə sübut olunur və cavabdeh tərəfindən etiraf olunur. Daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan aşağıdakı cehiz və qızılzinət əşyalarının və ya geri qaytarılması mümkün olmayan (mövcud olmayan, sayına görə tam olmayan, yararsız, zədələnmiş, əvvəlki keyfiyyətini və dəyərini itirmiş və sair) hər bir cehiz və qızıl-zinət əşyasının (əşyalarının) İddia Ərizəmdə qeyd edilən dəyərinin, cəmi 12328 (on iki min üç yüz iyirmi səkkiz) manat (3400 manat+8928 manat=12328 manat) məbləğində pulun: İ. elektronıka (baku electronıcs) əşyaları: cəmi- 3400 (üç min dörd yüz) manat: 1. 1 ədəd-mıkrovalnovka (bosch)-700 manat; 2. 1 ədədelektrık soba (bosch)-650 manat; 3. 1 ədəd bişirmə paneliqaz plitəsi (bosch )-400 manat; 4. 1 ədəd ətçəkən maşin (tefal)-350 manat; 5. 1 ədəd tozsoran (roventa)-380 manat; 6. 1 ədəd televizor (sumsung)-700 manat; 7. 1 ədəd buxar ütüsü (bosch )-220 manat; ii. qizil-zinət əşyalari: CƏMİ-8928 (səkkiz min doqquz yüz iyirmi səkkiz) manat: 1. 1 dəst Komplekt: 1 cüt-Sırğa, 1 ədədÜzük, 1 ədəd-Boyunbağı, 1 ədəd- Qolbağ; Əyarları: 720; (cəmi Çəkiləri: 27gram * 120 manat ); Dəyərləri: 3240 manat; 2. Yaşıl qaşlı dəst komplekt: 1 cüt-Sırğa və 1 ədəd-Boyunbağı; Əyarları: 750; (cəmi Çəkiləri: 11 gram * 120 manat); Dəyərləri: 1320 manat; 3. Elçilikdə verilən 1 ədəd Üzük; Əyarı: 750, (Çəkisi: 2.5 gram* 120); Dəyəri: 300 manat; 4. 1 ədəd Nikah Üzüyü; Əyarı:750; (Çəkisi: 5.5 gram *120); Dəyəri: 660 manat; 5. 1 ədəd Qızıl qolbaq (qaşlı); Əyarı: 750; (Çəkisi: 10 gram*120); Dəyəri: 1200 manat; 6. 1 ədəd-2 qaşlı, 2 asqılı, qızıl Boyunbağı; Əyarı: 750; (Çəkisi: 7 gram*120 azn ); Dəyəri: 840 manat; 7. 1 ədəd-Açarformalı, qızıl Boyunbağı; Əyarı: 585; (Çəkisi: 4 gram*90 manat); Dəyəri: 360 manat; 8. 1 cüt-Tac qızıl Sırğa; Əyarı: 750; (Çəkisi: 2.5 gram*120); Dəyəri: 300 manat; 9. 1 ədəd-Tək qaşlı, ağ qızıl Boyunbağı; Əyarı: 750; (Çəkisi: 3.2 gram*120 manat); Dəyəri: 384 manat; 10. 1 ədəd-Ulduz formalı, tək qaşlı, qızıl Boyunbağı; Əyarı: 750; (Çəkisi: 2.7 gram *120 manat), Dəyəri: 324 manat; Cavabdeh1 və Cavabdeh2 Sadiq oğlundan müştərək qaydada alınaraq ona təhvil verilməsi və iddianın verilməsi üçün məhkəməyə ödənilmiş 315 (üç yüz on beş) manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 Sadiq oğlundan müştərək qaydada tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdi. Proses iştirakçılarının izahatı Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, xx.xx.2020-ci ildə tərk eləyib evi. 4 ildə iddia qaldırmamağının səbəbi başqa cavabdehlə aralarında olan digər məhkəmə çəkişmələri ilə bağlı olub. Həmin məhkəmənin nəticəsini gözləməyi olub. Belə ki, əvvəlki vəkili ona bildirib ki, qeyd olunan işlər bitsin sonra müraciət edərik yoxsa proses uzanacaq. Cavabdehlə küsülü olduğu üçün getməyindən 3 gün öncə evə gəlmişdi bağda qalırdı. 2 gün qapını arxadan kilidləyirdi o evdə olanda. O da dedi ki, qardaşıgil gəlir qapını aç. Həmin günü səhər 9 radələri idi, Fuad gəldi telefonlarını aldı, onu həyətə apardı. Tək otuzdurdu həyətdə. Telefonları ona verdi hər ikisi sönmüşdü. Sonra Fuadın ata-anası gəldi. O da qardaşına zəng elədi qapıçının telefonu ilə ki, gəlsin onu götürsün. Qardaşı onu aparmaq istəyirdi amma o israr elədi ki, qalxıb pal-paltar götürsün. Evə qalxdılar paltar götürdü, Fuad da orda idi. 15 dəqiqə vaxta yığdı paltrını və kosmetik vasitələri. 2 çanta yığdı. Yuxarı qalxanda Fuad orda idi. Qapını o açdı. Liftdə halı pisləşdi yıxıldı, ona görə təcili tibbi yardım çağırdılar. Ordan da onu xəstəxanaya apardılar. Qardaşına evdən zəng eləmişdi, o, o məqsədlə onu çölə çıxartdı ki, evdən heçnə götürməyisin. Oardaşını ona görə ça ğırdı ki, evdən getmək istəyirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddiasını müdafiə elektronika (Baku Electronics) əşyalari: 1 ədəd-mikrovalnovka (bosch), 1 ədəd elektrik soba (bosch), 1 ədəd bişirmə paneli-qaz plitəsi (bosch), 1 ədəd ətçəkən maşin (tefal), 1 ədəd tozsoran (roventa),1 ədəd televizor (sumsung), 1 ədəd buxa: ütüsü (bosch) və qizil-zinət əşyalarını cavabdehlərdən tələb edirlər. Qalan hissədə iddiadan imtina etdiklərini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 bildirdi ki, telefon mesajları tətqiq ediləndə Ruslanın adı keçir, Ruslan Fuadın dostudur. Cehiz əşyaları satır, əvvəl TAC firması idi Nizami metrosunun yanında yerləşirdi dükanı. Cehiz əşyaları Fuad almayıb. Yaxın dostluğu ilə əlaqədar tövsiyyə edir ki, Ruslan münasib qiymətə verəcək deyə ondan alın deyir. Qardaşı ala biləcəyi halda Fuada pulu verib onun alması məntiqli deyil. Fuadın ipoteka borcu olduğu üçün mənzili satıb borcunu ödəməli idi, ona görə də onun marağındadır ki, evi satsın. Evin içindəki əşyaları çıxartmaq onun marağında idi. Əşyaları da çıxaran kimi satdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, iddiaçı onun bacısıdır. Cehiz əşyalarını bacısı özü şəxsən seçib alırdı. Elektronik əşyaların hamsını onlar alıb, lakin o, əşyaların alınmasında iştirak etməyib. Bacısı mənzildən çıxan gün anası zəng edib bildirdi ki, bacısının dişi ağrıyır, onu çölə buraxmırlar, Fuada zəng etdikdə dedi söhbət edək. O həyətə çatanda bacısı ev paltarında idi, ağlayırdı. Bacısını aparmaq istədi lakin o paltarını dəyişməli olduğunu bildirdi, qalxdılar evə, paltar götürüb çıxdılar. İş materiallarına əlavə olunmuş sənədlər Qubadlı Rayon Məhkəməsinin 2(028)-14/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əşyaların mənzildən çıxarılması” barədə ilkin, İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-355/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması” barədə iddia tələbi təmin edilməmişdir. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-4/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında olan rəsmi nikah pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2490/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki,Sumqayıt Apellyasiya Məhkəməsinn 2(105)-2044/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TQS №114 xx.xx.2020-ci il tarixli müşayiət vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli çağırışı olmuşdur. xx.xx.2020-ci il tarixli 1351 saylı arayışın sürətindən görünür ki, İddiaçı həqiqətən 29.07.20-ci il tarixdə saat 14:40-da 6 saylı təcili yardım briqadası ilə xəstəxananın doğum şöbəsinə müraciət etmişdi. Diaqnoz 32 həftəlik hamiləlik, bayılma əsəblə şöbəyə daxil olmuşdur.” Həkim müayinəsi olunmuş, USM-müayinəsindən keçmişdir: Həkim xəstənin müayınə və müalicə üçün şöbədə qalmasını təklif etmişdir, lakin xəstə öz xahişi ilə qalmaqdan imtina etmiş və bu barədə qeyd kitabına qeyd etdirilmişdir. xx.xx.2023-cü il tarixli aktın sürətindən görünür ki, İddiaçı iştirakı ilə qeyd Nizami Rayon İcra Şöbəsinin icra məmuru əşyaları siyahına almış və bu barədə akt tərtib etmişdir. Səma LTD MMM-in Qubadlı Rayon Məhkəməsinə təqdim etdiyi qəbzə əsasən ümümi dəyəri 8850,0 manat olan mebel avadanlıqıarı alınmışdır. Whatsapp yazışmalarının sürətindən görünür ki, İddiaçı cehiz əşyalarının alınması prosesində birbaşa iştirak etmiş, Cavabdeh1la birlikdə elektrik əşyalarının rəngi üzrə razılıq əldə etmiş, daha sonra isə həmin əşyaların alınması üçün ya ödəniş etmiş, ya da pul vəsaiti köçürmüşdür. Şəkil və video yazılarından görünür ki, iddia ərizəsində qeyd olunan əşyaların İddiaçı məxsus yaşayış sahəsində – xüsusilə mətbəx hissəsində – mövcud olduğu təsdiq olunur. İddiaçı evdən çıxması zamanı çəkilmiş şəkil və video materiallardan görünür ki, o, yalnız şəxsi istifadə üçün nəzərdə tutulan geyim və əşyalarını özü ilə aparmışdır. Həmin görüntülərdə İddiaçı qızıl-zinət əşyalarının yerində olmadığını görüb harda olduğunu soruşur. Lift daxilində qeydə alınmış video görüntülərdə İddiaçı üzərində hər hansı bir qızılzinət və ya bəzək əşyası olmadığı müşahidə edilir. İddiaçı evə köçürüldüyü zaman çəkilmiş video materialda o, açıq şəkildə elektrik sobası, plitə, mikrodalğalı soba, televizor, qızıl-zinət əşyaları və bahalı geyim əşyalarının evdə olmadığını bildirir və bu barədə video qeydə alınır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-83/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9, ev 7, mənzil 61, (Yeni qaydalarla: AZ1060, ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna 15.000 (on beş min) manat kompensasiya verilməklə xitam verilməsi və cehiz əşyaları ilə birlikdə evdən çıxarılması qət edilmişdir. xx.xx.2024-cü il tarixli aktın sürətindən görünür ki, İddiaçı siyahı üzrə qeyd edilmiş əşyaları təhvil almışdır. Baku electronics MMC-nin zəmanət talonunun sürətindən görünür ki, İddiaçı iddia ərizəsi üzrə qeyd etdiyi elektronik əşyalar X7 adına alınmış və qiymətləri qeyd edilmişdir. Premium Qiymətləndirmə MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 2019-cu il üçün 1 qram 750 əyar qızılın qiyməti-90 AZN 2019-cu il üçün 1 qram 585 əyar qızıln qiyməti-75 AZN 2019-cu il üçün 1 qram 583 əyar qızılın qiyməti 60 AZN olmuşdur. xx.xx.2025-ci il tarixi üçün - Bazar dəyəri: 8.488.0 AZN (səkkiz min dörd yüz səksən səkkiz manat) 2019-cu il üçünBazar dəyəri: 6.396.0 (altı min üç yüz doxsan altı) manatdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı “Məhkəmə qətnaməsi haqqında” qərarının 9.2-ci bəndinə əsasən əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin vaxtdan ona məxsus cehiz əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9 ünvanında yerləşən 7-ci bina, 1-ci blok, 10-cu mərtəbə 61 saylı mənzilə köçərək onunla həmin mənzildə birgə yaşamışlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X16 adlı ümumi uşaqları doğulmuşdur. Lakin sonradan aralarında ailə münasibət pozulmuşdur. İddiaçı ailə qurarkən ər evinə gəlin köçdüyü zaman ata-anası tərəfindən verilmiş cehiz əşyalarının və nikah zamanı ona hədiyyə olaraq verilən qızıl əşyalarının cavabdehdə qaldığını iddia edərək həmin əmlakları tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh2 iddiaçının qaynatasıdır. O, iddiaçının gəlin köçdüyü evdə yaşamamış, həmin evdə faktiki yaşayış və əmlaka nəzarət hüququ olmamışdır. AR Mülki qanunvericiliyinə əsasən, yalnız mülki hüquq münasibətlərinin subyekti olan şəxslər mülki məsuliyyət daşıyırlar. Cavabdeh yalnız həmin hüquq münasibətində iştirak edən şəxs ola bilər. Bu baxımdan, Cavabdeh2 barəsində iddia tələbi hüquqi əsaslar olmadan irəli sürüldüyündən, həmin hissədə iddia təmin edilməməlidir. Bundan başqa məhkəmə nəzərə alır ki, hazırkı mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə iclasında cavabdehin vəkili iddiaçıya məxsus cehiz əşyalarının və qızıl zinət əşyalarının cavabdehdə qalmadığını bildirmişdir. Lakin iş materialları ilə sübuta yetirilmişdir ki, İddiaçı cehiz əşyalarının əldə olunması prosesində birbaşa iştirak etmiş, Cavabdeh1la elektrik məişət avadanlıqlarının rəngi və seçimi ilə bağlı qarşılıqlı razılıq əldə etmiş, sonrakı mərhələdə isə həmin əşyaların alınması üçün ya bilavasitə ödəniş etmiş, ya da müvafiq pul vəsaiti köçürmə yolu ilə təmin etmişdir. Mövcud foto və video materiallardan açıq şəkildə görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarını faktiki olaraq istifadə etdiyi yaşayış sahəsində (mətbəx və digər məişət sahələri) yerləşdirmişdir. Bu hallar texniki vasitələrlə qeydə alınmış görüntülərlə təsdiq olunur. İddiaçı yaşayış sahəsini tərk etdiyi gün çəkilmiş video və foto sübutlardan aydın olur ki, o, yalnız şəxsi istifadəsinə aid olan geyim və əşyaları özü ilə aparmış, digər əşyalar isə mənzildə qalmışdır. Eyni zamanda həmin videolardan birində o, qızıl-zinət əşyalarının harada saxlanıldığını soruşur ki, bu da onların həmin vaxt onun nəzarətində olmadığını göstərir. Həmçinin lift daxilində qeydə alınmış video müşahidə materiallarından da görünür ki, İddiaçı üzərində hər hansı bir qızıl-zinət və digər qiymətli bəzək əşyaları olmamışdır. Bundan əlavə, İddiaçı yaşayış sahəsinə geri köçürüldüyü zaman çəkilmiş video görüntülərdə o, mənzildə elektrik sobası, plitə, mikrodalğalı soba, televizor, habelə qızılzinət və bahalı geyim əşyalarının olmadığını bəyan edir. Bu bəyanat video sübutlarla təsdiq olunur. Bununla belə, iş üzrə təqdim edilmiş cehiz əşyalarına dair alqı-satqı qəbzləri, məhkəmə prosesi gedişaatında akt tərtib edilərək iddiaçı tərəfindən əşyaların bəzilərinin götürülməsi və digər sübutlar əsasında qalan əşyalarında cavabdehdə olduğu gümanına gəlməyə əsas verir. Bundan başqa işin tam və obyektiv həlli üçün iş üzrə əşyaların qiymmətləndirilməsi üçün aparılmış ekspertiza nəticəsində təqdim edilmiş rəyə əsasən, mübahisələndirilən qızıl zinət əşyalarının real bazar dəyəri müəyyən olunmuşdur. Belə ki, iş materiallarında olan Premium Qiymətləndirmə MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1dəst komplekt (1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq) 3240,0 manat, yaşıl qaşlı dəst komplekt (1 cüt sırqa, 1 ədəd boyunbağı) 880,0 manat, elçilikdə verilən 1 ədəd üzük 300,0 manat, 1 ədəd nikah üzüyü 660,0 manat, 1 ədəd qaşlı qızıl qolbaq 1200,0 manat, 1ədəd 2 qaşlı 2 asqılı qızıl boyunbağı 840,0 manat, 1 ədəd açar formalı qızıl boyunbağı 360,0 manat, 1 cüt tac qızıl sırqa 300,0 manat, 1 ədəd təkqaşlı qızıl boyunbağı 384,0 manat, 1 ədəd ulduz formalı təkqaşlı qızıl boyunbağı 324,0 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia təmin edilməlidir. İddiaçı qaytarılmasını tələb etdiyi dəyəri 650,0 manat olan Bosch markalı elektrik soba, dəyəri 700,0 manat olan Samsung markalı televizor hissəsində məhkəmə hesab edir ki, məhkəmə iddia tələbindən kənara çıxmamalıdır və iddia bu hissədə təmin edilməlidir. Lakin digər əşyalara münasibətdə məhkəmə bildirir ki, iddia tələbi həmin hissədə xarakterinə görə əsaslıdır lakin həcminə görə tam əsaslı deyildir. Belə ki, iddiaçı siyahı üzrə tələb etdiyi əşyaların qiymətlərini də qeyd etsə də, məhkəməyə təqdim edilmiş zəmanət talonunda göstərilən qiymətlər arasında fərg olduğundan məhkəmə zəmanət talonunu sübut kimi qəbul edir və 1ədəd Bosch markalı mikrodalğalı sobanın dəyəri 522,0 manat, Bosch markalı bişirmə paneli –qaz plitəsinin dəyəri 275,0 manat, dəyəri 341,0 manat olan Tefal markalı ətçəkən, dəyəri 191,0 manat olan Bosch markalı burax ütüsü və dəyəri 266,0 manat olan Rowenta markalı tozsoranın cavabdehdən tutularaq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyərindən iddiaçı öz üzərinə düşən hissəni ödəmiş, 300 manat qalmışdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyərindən qalan 300,0 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq Premium Qiymətləndirmə MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, Cavabdeh1 dəyəri 3240,0 manat olan 1dəst komplekt (1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq), dəyəri 880,0 manat olan yaşıl qaşlı dəst komplekt (1 cüt sırqa, 1 ədəd boyunbağı), dəyəri 300,0 manat olan elçilikdə verilən 1 ədəd üzük, dəyəri 660,0 manat olan 1 ədəd nikah üzüyü, dəyəri 1200,0 manat olan 1 ədəd qaşlı qızıl qolbaq, dəyəri 840,0 manat olan 1ədəd 2 qaşlı 2 asqılı qızıl boyunbağı, dəyəri 360,0 manat olan 1 ədəd açar formalı qızıl boyunbağı, dəyəri 300,0 manat olan 1 cüt Tac qızıl sırqa, dəyəri 384,0 manat olan 1 ədəd təkqaşlı qızıl boyunbağı, dəyəri 324,0 manat olan 1 ədəd ulduz formalı təkqaşlı qızıl boyunbağı, dəyəri 522,0 manat olan 1ədəd Bosch markalı mikrodalğalı soba, dəyəri 650,0 manat olan Bosch markalı elektrik soba, dəyəri 275,0 manat olan Bosch markalı bişirmə paneli –qaz plitəsi, dəyəri 341,0 manat olan Tefal markalı ətçəkən, dəyəri 266,0 manat olan Rowenta markalı tozsoran, dəyəri 700,0 manat olan Samsung markalı televizor, dəyəri 191,0 manat olan Bosch markalı burax ütüsü alınaraq iddiaçıya qaytarılsın, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri Cavabdeh1 alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 dəyəri 3240,0 manat olan 1dəst komplekt (1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq), dəyəri 880,0 manat olan yaşıl qaşlı dəst komplekt (1 cüt sırqa, 1 ədəd boyunbağı), dəyəri 300,0 manat olan elçilikdə verilən 1 ədəd üzük, dəyəri 660,0 manat olan 1 ədəd nikah üzüyü, dəyəri 1200,0 manat olan 1 ədəd qaşlı qızıl qolbaq, dəyəri 840,0 manat olan 1ədəd 2 qaşlı 2 asqılı qızıl boyunbağı, dəyəri 360,0 manat olan 1 ədəd açar formalı qızıl boyunbağı, dəyəri 300,0 manat olan 1 cüt Tac qızıl sırqa, dəyəri 384,0 manat olan 1 ədəd təkqaşlı qızıl boyunbağı, dəyəri 324,0 manat olan 1 ədəd ulduz formalı təkqaşlı qızıl boyunbağı, dəyəri 522,0 manat olan 1ədəd Bosch markalı mikrodalğalı soba, dəyəri 650,0 manat olan Bosch markalı elektrik soba, dəyəri 275,0 manat olan Bosch markalı bişirmə paneli –qaz plitəsi, dəyəri 341,0 manat olan Tefal markalı ətçəkən, dəyəri 266,0 manat olan Rowenta markalı tozsoran, dəyəri 700,0 manat olan Samsung markalı televizor, dəyəri 191,0 manat olan Bosch markalı burax ütüsü alınaraq iddiaçıya qaytarılsın, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri Cavabdeh1 alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300,0 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq Premium Qiymətləndirmə MMC-nin (Hesab nömrəsi- AZ85ACAB********************, Vöen **********1, Müxbir hesab- AZ10N4ABZ********************, Bankın kodu-505000) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar