Məhkəmə qərarları › İş №e-2(003)-924/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-924/2025

08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-924/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-yə dəymiş zərərlə bağlı Cavabdeh 350 (üç yüz əlli) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 131 saylı MKİS-nin vermiş olduğu akta əsasən, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, ev 27, mənzil 35-dən qonşu mənzil ünvan 1-yə su axıdılaraq zərər vurulmuşdur. Həmin zərərvuran mənzilin sahibi 131 saylı MKİS-nin vermiş olduğu arayışa əsasən Cavabdeh məxsus olduğu bildirilmişdir. İş materiallarına əlavə edilmiş sığorta aktından və daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən göründüyü kimi ünvan 1 "xxxx" SŞda sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, ünvan 1-yə xx.xx.2019-cu il tarixində 350 AZN (üç yüz əlli manat) məbləğində zərər dəymişdir. "Atəşgah” Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 10953 nömrəli ödəniş tapşırığına əsasən, ünvan 1-yə xx.xx.2019-cu il tarixli dəymiş zərərə görə zərərçəkən X2 350 (üç yüz əlli) manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixli hadisə ilə əlaqədar Cavabdeh qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, ünvan 1- yə qarşı baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC sığorta ödənişi həyata keçirmiş bu səbəbdən də subroqasiya hüququmuz yaranmışdır. Hesab edirlər ki, ödənilmiş 350 (üç yüz əlli) manat sığorta ödənişi zərərvuran Cavabdeh iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. 131 saylı MKİS-nin vermiş olduğu aktdan əlavə Cavabdeh hal-hazırdakı rəsmi qeydiyyat ünvanı məlum olmadığı üçün onlara məlum olan son qeydiyyat ünvanı və sahibi olduğu mənzil Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, ev 27, mənzil 35 olduğu üçün hesab edillər ki, işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdeh isə gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işin materiallarında olan 074782 saylı sığorta aktının surətindən görünür ki, sığortalanmış ünvan 1 ünvanında yerləşən mənzilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 350,0 manat müəyyən edilmiş, həmin məbləğ İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilin sahibi X2 ödənilmişdir. İş materiallarında olan FMP-182846 nömrəli, xx.xx.2018-ci il tarixli Əmlak Sığortası Şəhadətnaməsinin surətində görünür ki, Azərbaycan Respublikası, ünvan 2 ünvanının sahibi X3 ilə İddiaçı Sığorta Şirkəti ASC arasında xx.xx.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanmışdır. İşdə olan dəymiş zərərin qiymətləndirilməsi barədə oktyabr 2019-cu il il tarixli hesabatın surətindən görünür ki, zədələnmiş əmlaka keçirilmiş baxış nəticəsində dəymiş zərərin 350 (üç yüz əlli) manat həcmində olması müəyyən edildi. Zədələnmiş detallar, zədələrin xarakteri, dəyişdirilmə və ya təmir edilmə zərurəti, görüləcək işlər və onların miqdarı, ölçü vahidi, məbləğləri barədə məlumatlar aşağıdakı cədvəldə əks etdirilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak X1 adına daşınmaz əmlakın dövlət reyestrində 2397 nömrəli reyestr kitabının 223037 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 7 noyabr 2019-cu il tarixli, 10953 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 "xxxx" ASC vasitəsilə xx.xx.2019-cu il tarixli 074782 saylı sığorta aktına əsasən 350 manat sığorta ödənişi etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, 131 saylı MKİS-nin rəisi A.Mürsəlov, işçisi Q.B.Zeynalov bu aktı tərtib etdik ondan ötrü ki, Binə qəsəbəsi, 2146-cı məhəllə, ev 27 mənzil 32 ünvanına X1 müraciəti əsasında baxış keçiril, baxış zamanı müəyyən edilmişdir ki, binanın 5-ci mərtəbəsindəki 35 saylı mənzilin (mülkiyyətçi Cavabdeh) sanitar qovşağından axan su 32 saylı mənzilin mətbəxin sanitar qovşağının tavan və divarlarının təmirinə ciddi ziyan vurmuşdur. Bundan əlavə mətbəx və sanitar govşağından keçən daxili elektrik xətlərində tez-tez qısa qapanma halları baş verdiyindən elektrik xətləri yararsız vəziyyətə düşmüşdür. Nəticədə mənzilin ziyan dəyən yerlərinin təmirinə ehtiyac yaranmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli pretenziya məktublarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh 7 iş günü ərzində zərərin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmə orqanına müraciət ediləcəyi bildirilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASCnin iddiasının əsası kimi istinad etdiyi 131 saylı MKİS-nin vermiş olduğu akta əsasən, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, ev 27, mənzil 35-dən qonşu mənzil ünvan 1-yə su axıdılaraq zərər vurulması sübut olunur. Bununla da sığortalanmış xx.xx.2019-cu il tarixində Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, ev 27, mənzil 35-dən qonşu mənzil ünvan 1yə su axıdılması nəticəsində vurulmuş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, göstərilən mənzilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ İddiaçı Sığorta Şirkəti ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, bununla da göstərilən mənzilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı “İddiaçı Sığorta Şirkəti ASC-yə keçdiyindən, bununla da İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yarandığından, sığorta ödənişi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən vurulmuş ziyan Cavabdeh alınaraq İddiaçı Sığorta ASC-nə ödənilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 350 manat məbləğində sığorta ödənişi əvəzi və ödənilmiş 30,0 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 380 manat alınaraq İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar