Məhkəmə qərarları › İş №e-2(003)-970/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-970/2025

28.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-970/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2 ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Səmədddin qızı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 aralarında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02297 saylı “Barışıq Sazişi”-nin məhkəmə qaydasıda təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tərəflər Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə No 1226 qeydi ilə bağlanan nikahın pozulmasına razıdırlar. Quliyeva X2 Samid Xanlar oğlu birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları Ərizəçi qıznın yanında qalmasına razıdırlar. Maraqlı şəxs2 oğlu birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetknlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 250 manat olmaqla ümumilikdə 500 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin cavabdehə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair cavabdehin götürdüyü öhdəliklə razıdır. Quliyeva X2 Samid Xanlar oğlu birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdən etibarən Maraqlı şəxs2 ilə vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmasına şərait yaradacaq. Tərəflər mübahisənin məhkəmədən kənar qaydada qarşılıqlı razılıq ilə həll olunduğunu təsdiq edirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi Səmədddin qızı ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, maraqlı şəxs Barışıq Sazişinin şərtlərinə əməl etməyərək uşaqların saxlanması üçün alimenti ödəmir. Uşaqlar hal-hazırda həm ataları ilə həm də onunla qalır. Barışıq Sazişinin təsdiq olunmasın xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, maraqlı şəxs tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin şərtlərinə əməl etməyərək uşaqların saxlanması üçün alimenti ödəmir. Barışıq Sazişinin uşaqların ananın himayəsinə verilməsi və uşaqların saxlanması üçün alimentin ödənilməsi hissəsində təsdiq olunmasın xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 və nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazında bildirmişdir ki, iddia əsassız olduğuna görə iddianı qəbul etmir, iddiaya etiraz edir və məhkəmədən Barışıq Sazişinin təsdiq edilməməsini, etibarsız hesab edilməsi, iddianın təmin edilməməsi və rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Arvadı Ərizəçi Saməddin qzı əslən Füzuli rayonundandır. Onunla xx.xx.2013-cü ildə rəsmi nikaha girmişlər və onların rəsmi nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017ci il təvəllüdlü X8 anadan olmuşlar. İndiyədək onlar Bakı şəhərində yaşamışlar. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı başa çatdıqdan sonra Qarabağ və arvadı Ərizəçi Səmədddin qızının vətəni Füzuli rayonu azad olundu. Məcburi köçkünlər öz rayonlarına köçürülməyə başlandi. Bundan sonra arvadı Ərizəçi ona Bakı şəhərində anadan olmasını və Binə qəsəbəsində atasının şəxsi evi olduğunu və ona görə də Füzuli rayonuna qayıtmaq və orada torpaq sahəsi, ev almaq istəsələr dövlət orqanlarının buna razı olmayacağını demişdir. Ərizəçi ona təklif etmişdir ki, məhkəməyə boşanmaq barədə saxta ərizə yazsınlar və orada göstərsinlər ki, azyaşlı uşaqları anaları Ərizəçi Səmədddin qızının yanında qalırlar. Belə olsa onlara Füzuli rayonunda daha geniş ev verərlər və daha çox torpaq sahəsi ayırarlar. Maraqlı şəxs2 onun bu təklifindən heç bir yalan və hiylə hiss etmədiyini və razı olduğunu qeyd etmişdir . Ərizəçi qız nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciat etdi. Bundan sonra onları 8 saylı Mediasiya Taşkilatına çağırmışlar və orada onlara "Barışıq Sazişi" bağlanması təklif edilmişdir. Tağıyev X1 boşanma baradə razılığa gəldiyi üçün razılaşmışdır. Mediasiya təskilatının Mediatoru "Barışıg sazişi" tərtib etmiş sazişin məzmununu ona izah etməmiş və bildirmişdir ki, nikahın pozulmasına, iki azyaşlı övladlarının analarının yanında qalmalarına və hər birinə ayda 250 manat aliment verməyə razılaşmışdır. Mediasiya xərclərini də 260 manat miqdarında Maraqlı şəxs2 saxta boşanma barədə razılığa gəldiyi üçün ödəmişdir. Barışıq sazişi bağlandıqdan sonra Ərizəçi 2 azyaşlı uşaqları onun yanında qoyub, evdən çıxıb getmiş və kirayədə yaşamağa başlamışdır və Maraqlı şəxs2 onu aldatdığını ,və həqiqətən də boşandığını demişdir. Maraqlı şəxs2 Ərizəçi tərəfindən aldadıldığını və ona görə də gedib özünə vəkil tutmuş və vəkili ona "Barışıq sazişi" ilə tanış olduqdan sonra izah etmişdir ki, arvadı və Mediasiya təşkilatının Mediatoru tərəfində aldadılıb. Buna görə həmin “Barışıq sazişi"'nin ləğv edilməsi barədə, arvadı Ərizəçi "Barışıq sazişi" ilə razı olmadığı barədə məktub yazmış ancaq hal-hazıra qədər heç bir cavab almamışdır. Ərizəçi artiq 6 aya yaxındır ki, 2 uşağı da atıb evdən gedib, və onların necə yaşamaları, təhsil almaları barədə maraqlanmadığını bildirmişdir. Maraqlı şəxs2 aralarında bağlanmış nikahın pozulmasına razı deyil ,2 azyaşlı uşaqlarının onun yanında daimi qalmalarını istəyir. Arvadı Ərizəçi tərəfindən aldadıldığına görə "Barışıq sazişi" təsdiq olunmamasını və saxta olduğuna görə etibarsız hesab olunmasını xahiş etmişdir. İş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən tərəflərə aid məlumat pəncərəsindən görünür ki, Ərizəçi ünvan 1, Maraqlı şəxs2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarında olan Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, Tərəflər Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə No 1226 qeydi ilə bağlanan nikahın pozulmasına razıdırlar. Quliyeva X2 Samid Xanlar oğlu birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları Ərizəçi qıznın yanında qalmasına razıdırlar. Maraqlı şəxs2 oğlu birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetknlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 250 manat olmaqla ümumilikdə 500 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin cavabdehə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair cavabdehin götürdüyü öhdəliklə razıdır. Quliyeva X2 Samid Xanlar oğlu birgə nikahdan dünyaya gələn övladları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdən etibarən Maraqlı şəxs2 ilə vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmasına şərait yaradacaq. Tərəflər mübahisənin məhkəmədən kənar qaydada qarşılıqlı razılıq ilə həll olunduğunu təsdiq edirlər. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri-mümkün olduğundan, tərəflər aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamış, lakin barışıq sazişi üzrə maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi uşaqların ananın himayəsinə verməsi və hər ay müəyyən olunmuş aliment məbləğini ödənilməsi hissəsind yerinə yetirməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq xx.xx.2024-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə ərizənin dəlillərini araşdıraraq, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin alimentin tutulması və uşaqların ananın himayəsində qalması hissəsi, tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur, sazişin ikinci tərəfi uşaqların ananın himayəsinə verməli olması və hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etmədiyindən ərizə təmin təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02297 barışıq sazişi uşaqların ananın himayəsinə verməsi və hər ay müəyyən olunmuş aliment məbləğini ödənilməsi hissəsində təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar