Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1009/2025 16.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK və Cavabdeh4 qarşı “protokoldan çıxarışın, paydan imtina barədə ərizənin və müqavilənin etibarsız hesab edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK və Cavabdeh4 qarşı “protokoldan çıxarışın, paydan imtina barədə ərizənin və müqavilənin etibarsız hesab edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında şifahi vəsatət verərək bildirmişdir ki, eyni Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, eyni tərəflər arasında, yəni, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(004)-576/2025 nömrəli mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ülkər Xəlilin icraatındadır. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin operativ, səmərəli və düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən biri, ilkin olaraq icraata qəbul edilmiş digər işə birləşdirilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK və Cavabdeh4 qarşı “protokoldan çıxarışın, paydan imtina barədə ərizənin və müqavilənin etibarsız hesab edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair e-2(004)- 1009/2025 nömrəli və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(004)-576/2025 nömrəli mülki işlər bir-biri ilə əlaqəli olduğundan, yəni, eyni şəxslərin bir-birinə qarşı bir-biri ilə əlaqəsi olan müxtəlif iddia tələbləri ilə bağlı olması müəyyən edildiyindən hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez, səmərəli və obyektiv həllinə xidmət etdiyi üçün sözügedən mülki işlər bir icraatda birləşdirilməli və mülki işə e- 2(004)-576/2025 nömrə verilməlidir. Müəyyən edilir ki, sözügedən mülki işlər üzrə mübahisə tərəfləri eynidir, mübahisələrin obyekti olan mənzil və mübahisələrin predmeti, mahiyyəti eynilik təşkil edir. Həmin işlərə eyni icraatda baxılması zəruridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK və Cavabdeh4 qarşı “protokoldan çıxarışın, paydan imtina barədə ərizənin və müqavilənin etibarsız hesab edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair e-2(004)-1009/2025 nömrəli və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(004)-576/2025 nömrəli mülki işlər bir icraatda birləşdirilsin və mülki işə e-2(004)-576/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1009/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1009/2025
16.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver