Məhkəmə qərarları › İş №e-2(004)-1030/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1030/2025

06.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1030/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı İdris qızı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı İdris qızının Cavabdeh MMC-yə qarşı "əmrin ləğvi, əmək müqaviləsinə xitam verilməsi, ödənilməmiş əmək haqqının, mükafatların, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı İdris qızı Cavabdeh MMC-yə qarşı "əmrin ləğvi, əmək müqaviləsinə xitam verilməsi, ödənilməmiş əmək haqqının, mükafatların, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi; cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı 2024-cü ilin oktyabr ayı üçün ödənilməmiş 1500 manat aylıq əmək haqqısının, 2023-cü il üçün 10 000 və 2024-cü il üçün 10 000 manat bonusların , 20000 manat mənəvi ziyanın və son haqq hesabının, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 530 manat məbləğində pulun, mediasiya üçün ödənilən 50 manat məbləğində pulun ödənilməsi və cavabdeh “X6” MMC tərəfindən İddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən yəni 01 noyabr 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq, ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı “X6” MMC tərəfindən şirkətdə işləməyə dəvət olunmuşdur və cavabdeh “X6” MMC iddiaçı arasında 01.09. 2023-cü il tarixdə xxxxxxx000400 nömrəli əmək müqaviləsi bağlanaraq İddiaçı mühasib vəzifəsinə işə qəbul edilmişdir. Sözü gedən əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 580 manat gross məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir. Daha sonra isə MMC rəhbərliyinin ATL10/2024 saylı Qərarına əsasən İddiaçı əmək haqqısı artırılaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi aylıq 1500 AZN müəyyən edilmişdir. İddiaçı şirkətdə korrupsiya hallarına yol verilməsindən şübhələnərək bir neçə dəfə rəhbərliyin qarşısında bu barədə məsələ qaldırmışdır. Bundan əlavə, L. Balakişiyeva əməkdaşlara vaxtaşırı verilən bonusların ona verilmədiyinə görə də rəhbərliyə öz narazılığını bildirmişdir. İddiaçı şirkətdə baş verən qanunsuzluqlara rəhbərlik tərəfindən münasibət bildirilmədiyini və bonusların ona verilmədiyini görüb 14 oktyabr 2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işə götürənə ərizə ilə müraciət etmişdir. Təkrar olaraq 31 oktyabr 2024-cü il tarixdə işəgötürənə eyni məzmunlu təcili poçt vasitəsilə çatdırılan xəbərnaməli ərizə göndərmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı göndərdiyi ərizəni Cavabdeh aldıqdan sonra qanunla müəyyən edilmiş bir ay müddəti gözləmədən iddiaçıdan qisas almaq məqsədilə özünün 31 oktyabr 2024-cü il tarixli 004 nömrəli əsassız və qanunsuz əmri ilə İddiaçı ilə bağlanmış xxxxxxx000400 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. İddiaçı işdən çıxarılarkən 2024-cü ilin oktyabr ayı üçün olan 1500 manat əmək haqqısı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabı ona ödənilməmişdir. İddiaçı cavabdeh “X6” MMC-nin qanunsuz hərəkətlərindən 09 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə şikayət etmişdir. İddiaçı 31 oktyabr 2024-cü il tarixdən, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Cavabdeh “X6" MMC-yə rəsmi müraciət edilməsinə və dəfələrlə əlaqə yaradılmasına baxmayaraq sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək L. Balakişiyevaya ödənilməyən əmək haqqı və son haqq- hesabını ödəməkdən boyun qaçırır. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, cavabdeh “X6” MMC tərəfindən İddiaçı, 2023-cü il üçün 10 000 manat, 2024-cü il üçün 10 000 təşkil edən bonuslar, manat hüquqlarını müdafiə edən vəkilə ödədiyi 530 manat məbləğində pul, mediasiya üçün ödənilən 50 manat məbləğində pul və mənəvi ziyana görə 20 000 manat məbləğində pul və son haqq hesabı ödənilməlidir. Həmçinin qanunun tələbinə əsasən cavabdeh “X6” MMC tərəfindən İddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni 31 oktyabr 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur. Göründüyü kimi, İddiaçı işdə korrupsiya ilə əlaqədar hüquqpozmaların olmasından şübhələnərək bu barədə şirkətin rəhbərliyinə məlumat vermişdir. Onun məlumatı nəzərə alınaraq yoxlama aparılması əvəzinə əksinə olaraq, onun özünü qanunu əsaslar olmadan işdən azad etmişlər. İddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə cavabdehə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. xx.xx.2024-cü il tarixdə isə 9 saylı Mediasiya təşkilatından ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib edilmişdir. Məhkəmə gedişatında iddiaçı tələbinə dəqiqləşdirmə ərizəsi verərək, iddia tələbinin təmin edilməsi; Cavabdeh MMC-nin 31 oktyabr 2024-cü il tarixli 004 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə onunla bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə xitam verilməsi, İddiaçı 2024-cü ilin oktyabr ayı üçün ödənilməmiş 1500 manat aylıq əmək haqqının ödənilməsi, 2023-cü il üçün 10.000 və 2024-cü il üçün 10.000 manat (bonusların) mükafatların ödənilməsi, iddiaçının xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 530 manat məbləğində pulun ödənilməsi, mediasiya üçün ödənilən 50 manat məbləğində pulun ödənilməsi, 20.000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İdris qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şirkət tərəfindən hər hansı bir yerə səfərə göndərilməmiş, 2024-cü ildə öz hesabına xarici ölkəyə səfərə çıxmışdı. Şirkət əmək haqqının bir hissəsini kart hesabına və qalan hissəsini də əldən verməklə ödəyirdi. O sadəcə şirkətlərdə işləyən menecerləri tanıyırdı, onlar ödənişləri yazır və həmin ödənişlər “X6” MMC-nin bunun üçün olan xüsusi proqramına düşürdü, o isə sadəcə təsdiq düyməsini basırdı. Nə şirkətləri, nə də adları çəkilən Nigar Qayıbova, Jamal Qayıbova, Tərlan Fataliyev, Vüsal Eyvazovu tanımır. Yalnız hesabda olan, bilavasitə bank vasitəsilə ödəniş etdikləri şirkətlərə ödəniş edirdi, qalan ödənişləri o etmirdi. Hal-hazırda "xxxx" MMC-də mühasib işləyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 həmçinin iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı İdris qızı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı vəzifə cinayətləri törətmiş və iqtisadi fəaliyyət sahəsində cinayət törətməkdə şübhəli bilinən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılıb AR Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddianı qismən, yəni 31 oktyabr 2024-cü il tarixli 004 nömrəli əmrin ləğv edilib, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə onunla bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə xitam verilməsi hissəsində qəbul edirlər. İddia tələbini qalan hissədə qəbul etmirlər. Bildirir ki, tərəflər arasında məhkəmədə mübahisə olunacaq məsələ yoxdur. Belə ki, iddiaçı mediasiyaya müraciət edərkən, tərəflərindən ona bildirilmişdir ki, yanlışlıqla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir, ona görə də ona təklif edilmişdir ki, işdən çıxarılma əmri tərəflərindən ləğv edilsin və o, yenidən işə bərpa olunaraq işinə davam etsin. Lakin iddiaçı bununla razılaşmamış, məhkəməyə onlara qarşı iddia tələbi ilə müraciət etmişdir. Şirkətrə işlədiyi müddətdə iddiaçı mühasib olaraq özünə maaşı hesablayıb və ödəmişdir. Lakin daha sonra diqqət etdikdə uyğunsuzluq ortaya çıxmışdır. Bununla bağlı “X6” MMC-nin tərtib etdiyi aktı, şirkətin vergi borcunun ödənilməsinə dair bildirişlər və digər sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı şirkətin 15.882 manat vergi borcu manat olmasına baxmayaraq, onun hamısını ödəməmiş, həmin geridə qalan məbləğ vergi borcu kimi qalmışdır. Bundan başqa iddiaçı şirkətlərə 4979 manat ödəniş etməli olduğu halda 4278 manat ödəniş etmiş, onu da öz şəxsi bank kartı vasitəsilə etmişdir. Həmin çıxarışı da məhkəməyə təqdim etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçıya son haqq-hesab ödənilməyib, çünki ona təklif ediblər ki, yenidən qayıdıb işinə davam etsin. İddia tələbinin qismən, yəni 31 oktyabr 2024-cü il tarixli 004 nömrəli əmrin ləğv edilib, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi hissəsində təmin edilməsinə etiraz etmir. İddia tələbinin qalan hissədə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ″Travelmanıa Az″ Məhdud Məsuliyyətli Cəmiyyətinin meneceri vəzifəsində çalışır. Bundan əvvəl Cavabdeh MMC-nin direktoru vəzifəsində çalışırdı. Direktoru olduğu Cavabdeh MMC-də 30 oktyabr 2024-cü il tarixdən Asan İmza onda olmamış və qeyd olunan tarixdən etibarən Asan İmza ilə verilən qərarlardan xəbərsiz olmuşdur. Bununla bağlı hər iki təsisçini xəbərdar etmişdir. Hətta o, xx.xx.2024-cü il tarixində mühasib vəzifəsində işləyən İddiaçı İdris qızının onun xəbəri olmadan AR ƏMnin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad edilməsi səbəbi ilə xx.xx.2019-cu il tarixindən tutduğu Direktor və X4 MMC-nın qanuni təmsilçi vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair ərizə ilə MMC-nın rəhbərliyinə müraciət etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şahidin ifadəsini dinləyib işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh MMC-nın direktoru Şahid tərəfindən verilmiş 01 yanvar 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı İdris qızının Cavabdeh MMC turizm şirkətində xx.xx.2024xx.xx.2024 tarixləri intervalında işləməsinə qərar verilmişdir. Cavabdeh MMC-nın “Mühasibin iş yerində etibardan sui-istifadə edərək öz əmək haqqısında uyğunsuzluq etdiyi barədə” AT01/24 saylı, 05 oktyabr 2024-cü il tarixli Akta əsasən İddiaçı İdris qızı iş yerində etibardan sui-istifadə edərək, öz əməkhaqqısında 3128.55 manat məbləğində uyğunsuzluq etmişdir. Cavabdeh MMC-nın “Mühasibin iş yerində etibardan sui-istifadə edərək öz əmək haqqısında uyğunsuzluq etdiyi barədə” AT01/24 saylı, 05 oktyabr 2024-cü il tarixli Akta əsasən İddiaçı İdris qızı iş yerində etibardan sui-istifadə edərək, kassada uyğunsuzluq etmişdir. Belə ki, daxili hesabat kassasındakı menecer Aybəniz Quliyevanın 1231 nömrəli satışın otel invoice xərci şişirdilmişdir. Şişirdilmiş invoice məbləğini mühasib şirkətin istifadə etdiyi bank kartından şəxsi adına olan kartına göndərilmiş və şirkət satışının otelə olan borcunu (mövcud invoice məbləğini) öz şəxsi bank kartı vasitəsilə ödəmişdir. 004 saylı, 31 oktyabr 2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən "Turizm“ bölməsində “Mühasib" vəzifəsində işləyən "X1“ haqqında “İşçi ış zamanı oğurluq etmişdir və şirkətin pul vəsaitini mənimsəmişdir.” faktını nəzərə alaraq, “Turizm” bölməsində “Mühasib* vəzifəsində İşləyən İddiaçı İdris qızı ilə bağlanılmış 268.EKKF000400 nörməli əmək müqaviləsinə, AR ƏM-nin 70 “Ç” - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda» maddəsinə əsasən yuxaRİda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilməsi; işçinin xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq- hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. İddiaçı İdris qızının Cavabdeh MMC-nın direktoru Şahid ünvanladığı 02 noyabr 2024-cü il tarixli ərizədə qeyd edilir ki, “Mənimlə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 31 oktyabr 2024-cü il tarixdə 004 nömrəli əmrinizlə xitam verilmişdir. Lakin bu günə qədər mənimlə son haqq-hesab edilməmişdir...” xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-01472 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə 9 saylı Mediasiya arayışına əsasən qarşı tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. 17186 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı İdris qızı tərəfindən “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun bank hesabına 530 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə “tərəflərdən birinin təşəbbüsü” Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı İdris qızının Cavabdeh MMC-də mühasib vəzifəsində işləmişdir. 004 saylı, 31 oktyabr 2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən X1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “Ç” maddəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı əmrin ləğv edilməsi, işdən çıxma hüquqi əsasının dəyişdirilməsi, son haqq-hesabının ödənilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatında cavabdeh tərəf etiraf etmişdir ki, iddiaçının əmək müqaviləsinə yanlışlıqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Odur ki, iddia tələbi həmin hissədə qəbul edilməli, Cavabdeh MMC-nin İddiaçı İdris qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə dair 31 oktyabr 2024-cü il tarixli, 004 saylı əmri ləğv edilməli; İddiaçı İdris qızı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə (işçinin ərizəsi əsasında) xitam verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Əmək Məcələsinin 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı İdris qızına son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi qalan hissədə yetərincə əsaslandırılmadığından həmin hissədə təmin edilə blməz. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı vəzifə cinayətləri törətmiş və iqtisadi fəaliyyət sahəsində olan cinayətlər törətməkdə şübhəii bilinən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarıb Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə xüsusi qərardadın çıxarılmasını məqsədə uyğun hesab etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan cavabdeh X5” MMC-dən hüquqi xidmətə görə vəkilə ödənillmiş 200 (iki yüz) manat və 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı İdris qızına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-nin İddiaçı İdris qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə dair 31 oktyabr 2024cü il tarixli, 004 saylı əmri ləğv edilməli; İddiaçı İdris qızı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə (işçinin ərizəsi əsasında) xitam verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalı; İddiaçı İdris qızına son haqqhesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi vəzifəsi Cavabdeh MMCnin üzərinə qoyulmalı; Cavabdeh X5” MMC-dən hüquqi xidmətə görə vəkilə ödənillmiş 200 (iki yüz) manat və 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı İdris qızına ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-nin İddiaçı İdris qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə dair 31 oktyabr 2024-cü il tarixli, 004 saylı əmri ləğv edilsin. İddiaçı İdris qızı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə (işçinin ərizəsi əsasında) xitam verilməsi vəzifəsi Cavabdeh MMCnin üzərinə qoyulsun. İddiaçı İdris qızına son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Cavabdeh X5” MMC-dən hüquqi xidmətə görə vəkilə ödənillmiş 200 (iki yüz) manat və 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı İdris qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar