Məhkəmə qərarları › İş №e-2(004)-106/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-106/2023

13.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-106/2023 13.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı «kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı «payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin ümumi paylara müvafiq olaraq naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 491.50 kv.m olan fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ üzrə aşağıdakı şəxslərin mülkiyyətindədir: Cavabdeh4 3/48 hissə; X4 3/48 hissə; Cavabdeh2 2/12 hissə; Cavabdeh6 3/48 hissədən bir hissə; Cavabdeh3 3/48 hissədən bir hissə; Cavabdeh1 2/12 hissə; Cavabdeh5 3/48 hissə; İddiaçı 5/12 hissədən ibarətdir. Buna dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli elektron qaydada təsdiq edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Eyni zamanda, adıçəkilən fərdi yaşayış evinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********35-10301reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Həmin texniki pasporta nəzər yetirdikdə daşınmaz əmlakın 1875-ci ildə tikilməsi 2 mərtəbə və 1 zirzəmi mərtəbəsindən, 201 yaşayış otaqlarından ümumi sahənin 491.5 kv.m, yaşayış sahəsinin 265.3 kv.m, köməkçi sahəsinin isə 226.2 kv.m olması müəyyən edilmişdir. Fərdi yaşayış evinin zirzəmi mərtəbəsində yerləşən 3 ədəd təsərrüfat otağı, 1 ədəd dəhliz və 1 ədəd yaşayış otağının mövcud olduğu öz əksini tapmışdır. Lakin həmin zirzəmi mərtəbəsində yerləşən sahə rəsmi qaydada hüquqmüəyyənedici sənədlərdə öz əksini tapmır. Hazırda onun adıçəkilən fərdi yaşayış evində payı 5/12 olsa da, o, mülkiyyətində olan hissədən tam şəkildə istifadə edə bilmir. Buna səbəb digər payçılar tərəfindən onun paylı mülkiyyətində olan sahələrin zəbt edilməsidir. Belə ki, onun payına münasibətdə ümumilikdə 205 kv.m ümumi sahəsi olmalı olduğu halda, faktiki istifadə etdiyi sahə bundan azdır. Bu əsasdan hesab edir ki, mübahisəli fərdi yaşayış evi üzrə mülkiyyətçilərin payları naturada bölünməli və cavabdehlər tərəfindən onun mülkiyyətində olan və zəbt olunmuş sahələr boşaldılaraq ona təhvil verilməlidir. Bundan sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbiin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ üzrə ona məxsus zəbt olunmuş hissələrin əvəzinə cavabdehlər tərəfindən kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 491.50 kv.m olan fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan əmlakın iddiaçının payına düşən hissəsinin bir qismi cavabdehlər, yəni digər payçılar tərəfindən zət edilmişdir. Eksper rəyindən də görünür ki, iddiaçının faktiki istifadəsində olan sahə sənəd üzrə ona məxsus olan sahədən azdır. Ona görə də, iddia tələbii dəyişdirirək, iddiaçıya məxsus sahəni zəbt etmiş payçılar tərəfindən kompensasiya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etməyərək, iddianı rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəməsən iddianı rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2iddia tələbini qəbul etməyərək, iddianı rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qəbul etməyərək, izahatənda bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi əvvəldən necə bölünmüşdürsə indi də hamı öz evində yaşayır və heç kim iddiaçıya məxsus sahəni mənimsəməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək, iddianı rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 iddia tələbini qəbul etməyərək, iddianı rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 76 nömrəli ev üzərində Cavabdeh5 3/48 hissə, Cavabdeh1 2/12 hissə, Cavabdeh2 2/12 hissə, X2 3/48 hissə, Cavabdeh3 3/48 hissədən bir hissə, Cavabdeh4 3/48 hissə və Cavabdeh6 3/48 hissə və İddiaçı 5/12 hissə payı müəyyən edilmiş, İddiaçı 5/12 hissə payı daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə********** nömrə ilə qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/6805 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində olan digər payçıların istifadəsində olan yaşayış və köməkçi sahələrin qismən ayrı olması müəyyən edilmişdir. İddiaçının payına düşən 5/12 hissənin (204.79 kv.m) tamamlanması üçün lazım olan sahənin, həmin hissələrdən ayrılıb verilməsi texniki cəhətdən mümkün deyil. Bu səbəbdən İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində mövcud olan 5/12 payının naturada ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə qeyd edir ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə, nəzərdə tutulan qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Həmin maddəyə əsasən, əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə təqdim edilmiş ekspert rəyinə əsasən, mübahisə predmeti olan əmlakın naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, ayrılan mülkiyyətçiyə payının dəyərinin ödənilməsi paylı mülkiyyətin mülkiyyətçilərinin vəzifəsi deyil. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, ayrılan mülkiyyətçi əmlakın hərracdan satılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Hazırki halda cavabdehlər də kompensasiya ödənilməsinə razı olmadıqlarını bildirmişlər. Belə olduğu təqdirdə, paylı mülkiyyətin digər mülkiyyətçilərinin üzərinə iddiaçının paylı mülkiyyətinə olan və istifadəsində olmayan hissənin dəyərinin ödənilməsi vəzifəsi qoyula bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı «kompensasiya ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı «kompensasiya ödənilməsi» tələbi barədə iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar