Məhkəmə qərarları › İş №e-2(004)-107/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-107/2025

13.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-107/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “ərazinin boşaldılması və əvəzləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC, X36 və Cavabdeh1 qarşı “ərazinin boşaldılması və əvəzləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 7al rayonu, İ.Əbilov və M. F.Axundov küçələrində yerləşməklə iddiaçıya şəxsi mülkiyyət hüququ əsasında məxsus olmaqla ümumi sahəsi 149,8 kv.m olan yaşayış sahəsinin (ərazinin) iddiası üzrə 1-ci cabvabdeh Cavabdeh1 tərəfindən zəbt edilmiş 50,0 kv.m hissəsinin və iddiası üzrə 2-ci cabvabdeh X36 tərəfindən zəbt edilmiş 25,8 kv.m hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 3-cü cavabdeh “City Life" MMC-nin üzərinə iddiaçıya şəxsi mülkiyyət hüququ əsasında məxsus olmaqla ümumi sahəsi 149,8 kv.m olan yaşayış sahəsinin (ərazinin) onunla qarşılıqlı razılıq əsasında əvəzləşdirilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçıya verilmiş çıxarışlara əsasən ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi və Bakı şəhəri Yasamal rayonu, M.F.Axundov küçəsində yerləşməklə ümumi sahəsi 149,80 kv.m olan mənzillər, o cümlədən: 1. ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39, sahəsi 25,8 kv.m olan mənzil - (mülk., hüq., dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış); 2. ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39, sahəsi 20,0 kv.m (əslində isə 33,0 kv.m) olan mənzil - (mülk., hüq., dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış);

3. ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39, sahəsi 48,0 kv.m olan mənzil 14 - (mülk., hüq., dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış); 4. ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39, sahəsi 26,0 kv.m olan mənzil - (mülk., hüq., dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış); 5. Bakı şəhəri, Ysamal rayonu, X53 küçəsi, ev 158, sahəsi 17,0 kv.m olan mənzil 10 -(mülk., hüq., dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış) iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin yaşayış sahələrini hələ 2017-ci ildə müvafiq alqı-satqı müqavilələri əsasında əldə etmiş olsa da, mülkiyyət hüququ obyektiv, yəni ondan asılı olmayan səbəblərdən yuxarıda göstərilən tarixlərdə dövlət qeydiyyatına alınmışdır. Və qeyd edilir ki, göstərilən yaşayış sahələrinin texniki pasportları da mövcuddur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 59 saylı Sərəncamı ilə Yasamal rayonu, C.Cabbarlı, İ.Əbilov, N.Aşurbəyova, S.Salayev və F.İbrahimbəyov küçələrinin əhatə etdiyi ərazidəki, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2,87 ha torpaq sahəsi, həmin tikililərin istifadəçiləri və mülkiyyətçiləri ilə müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında Cavabdeh2 MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Cavabdeh2 MMC-nin istifadəsinə ayrılmışdır ki, iddiaçının mülkiyyətində olan yuxarıda göstərilən mənzil (yaşayış) sahələri də sökülməsi nəzərdə tutulan ərazidə yerləşir. İddiaçı qeyd edir ki, yuxarıda 2-ci və 5-ci sıralarda göstərilən yaşayış sahələri, o cümlədən ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39, sahəsi 20,0 kv.m (əslində isə 33,0 kv.m - belə ki, 33,0 kv.m yaşayış sahəsini aldığı halda notarius müqavilədə səhvən 20 kv.m göstərmişdir, odur ki, düzəliş barədə notariusa məktub verilmişdir) və Bakı şəhəri, Ysamal rayonu, X53 küçəsi, ev 158, sahəsi 17,0 kv.m olan 10 saylı mənzilin sahələri (yəni ümumilikdə 50,0 kv.m) iddia üzrə 1-ci cabvabdeh Cavabdeh1 tərəfindən, 1-ci sırada göstərilən yaşayış sahəsi, o cümlədən ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39, sahəsi 25,8 kv.m olan mənzilin sahəsi isə iddia üzrə 2-ci cavabdeh X36 tərəfindən zəbt edilərək özlərinin istifadələrində olan sahələrə qatılmışdır. Ərazidə söküntü-tikinti işləri aparan iddia üzrə 3-cü Cavabdeh2 MMC-nin səlahiyyətli əməkdaşları ilə iddiaçıya məxsus yuxarıda göstərilən yaşayış sahələrinin əvəzləşdirilməsi ilə bağlı aralarında dəfələrlə olan söhbətlər zamanı ona bildirilmişdir ki, ərazidə olan yaşayış sahələrinin müəyyən hissəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər olmadığından, sakinlərlə onların bilavasitə istifadəsində olan faktiki sahə nəzərə alınmaqla əvəzləşdirmə aparılır, odur ki, bu səbəbdən, yuxarıda göstərilən cavabdehlərlə də onların istifadələrində olan faktiki yaşayış sahəsi üzrə əvəzləşdirmə aparılacaqdır. Hansı ki, yuxarıda qeyd edilən kimi, sözügedən cavabdehlərin istifadəsində olan yaşayış sahələrinin ümumilikdə 75,8 kv.m hissəsi (50,0 +25,8) hissəsi üzərində iddiaçının mülkiyyət hüququ mövcuddur ki, həmin cavabdehlər bu faktı inkar edərək onun hüququna məhəl qoymur, “Əlindən gələni beş qaba çək, get ver məhkəməyə!” deyərək məsələnin həllindən yayınırlar. Digər tərəfdən, 3cü Cavabdeh2 MMC yuxarıda göstərilən çıxarışlar əsasında ona məxsus 149,80 kv.m ümumi sahənin 74,0 kv.m-lik hissəsi üzərində tikilinin olmadığını da əsas gətirərək həmin hissə üzrə də onunla heç bir razılaşma və əvəzləşdirmə aparılmadan söküntü-tikinti işlərinin aparılacağını bəyan etmişdir. Bir sözlə, cavabdehlər iddiaçının mülkiyyət hüququna bu günədək məhəl qoymur və onu başlarından edib məhkəməyə üz tutmağa vadar edirlər. Ona görə də o hesab edir ki, məsələ məhkəmə qaydasında həll edilməli, iddia üzrə 1-ci Cavabdeh1 tərəfindən zəbt edilmiş ümumi sahəsi 50,0 kv.m olan yaşayış sahəsi (ərazi) və iddia üzrə 2-ci cabvabdeh X36 tərəfindən zəbt edilmiş ümumi sahəsi 25,8 kv.m olan yaşayış sahəsi (ərazi) boşaldılaraq ona təhvil verilməli, 3-cü Cavabdeh2 MMCyə isə iddiaçıya şəxsi mülkiyyət hüququ əsasında məxsus olmaqla ümumi sahəsi 149,8 kv.m olan yaşayış sahəsinin (ərazinin) onunla qarşılıqlı razılıq əsasında əvəzləşdirilməsi öhdəliyi qoyulmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X37 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 7l rayonu, İ.Əbilov və M.F.Axundov küçələrində yerləşən və İddiaçı şəxsi mülkiyyət hüququ əsasında məxsus olmaqla ümumi sahəsi 149,8 kv.m olan yaşayış sahəsinin (ərazinin) 1-ci Cavabdeh1 tərəfindən zəbt edilmiş 50,0 kv.m hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 2- ci cabvabdeh X23 ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.20210-cu il tarixli mülkiyyət hüququna dair ******* nömrəli Çıxarışın 25,8 kv.m hissədə ləğv edilməsi və həmin hissə üzərində İddiaçı mülkiyyət hüququnun tanınması, 3-cü Cavabdeh2 MMC-nin üzərinə İddiaçı şəxsi mülkiyyət hüququ əsasında məxsus olmaqla ümumi sahəsi 149,8 kv.m olan yaşayış sahəsinin (ərazinin) qarşılıqlı razılıq əsasında əvəzləşdirilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə təmsil etdiyi İddiaçı iddiasının predmetini “ünvan 7l rayonu, İ.Əbilov və M.F.Axundov küçələrində yerləşməklə ona şəxsi mülkiyyət hüququ əsasında məxsus olmaqla ümumi sahəsi 149,8 kv.m olan yaşayış sahəsinin (ərazinin) iddia üzrə 1-ci Cavabdeh1 tərəfindən zəbt edilmiş 50,0 kv.m hissəsinin və iddia üzrə 2-ci cabvabdeh X36 tərəfindən zəbt edilmiş 25,8 kv.m hissəsinin boşaldılaraq təhvil verilməsi, 3-cü Cavabdeh2 MMC-nin üzərinə iddiaçıya şəxsi mülkiyyət hüququ əsasında məxsus olmaqla ümumi sahəsi 149,8 kv.m olan yaşayış sahəsinin (ərazinin) qarşılıqlı razılıq əsasında əvəzləşdirilməsi öhdəliyinin qoyulması” tələbi təşkil edir. İş üzrə 21 iyun 2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak edən X41 məhkəməyə Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli 359 nömrəli arayış təqdim edərək iddia tələbi üzrə 2-ci cavabdeh X16 xx.xx.2024-cü il tarixdə vəfat etdiyini, odur ki, vərəsəlik işi açıldığını, özünün və mərhumun nəvəsi X17 mərhumun qanun üzrə vərəsəsi olduqlarını bildirmişdir. X41 eyni zamanda mərhum atasına qarşı iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya aid heç bir sahə zəbt edilməmişdir. Belə ki, ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən vaxtilə atasının adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.20210-cu il tarixli mülkiyyət hüququna dair ******* nömrəli Çıxarışdan görünür ki, atasına məxsus sahə hər biri 146.1 kv.m (ümumi sahə 292.2 kv.m) olmaqla 2 mərtəbəli tikilidən ibarətdir. Hansı ki, digər sənəddən, yəni DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X23 xx.xx.2006-cı il tarixdə verilmiş “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportu”ndan görünür ki, həmin şəxsə məxsus mənzil 2 otaqdan ibarətdir və həmin otaqların ümumi sahəsi cəmi-cümlətanı 28,5 kv.m təşkil edir. Digər tərəfdən, həmin Texniki Pasportda göstərilən şəxsə məxsus hər hansı torpaq sahəsinin olduğu müəyyən edilmir. Bu faktın özü həmin şəxs tərəfindən mübahisəli ərazidə əlavə sahələr əldə etməklə yeni yaşayış sahəsinin inşa olunaraq özəlləşdirildiyinə və bu zaman İddiaçı məxsus 25,8 kv.m mənzil sahəsinin də yuxarıda göstərilən sahəyə qatıldığına bilavasitə dəlalət edir. Göstərilən səbəblərdən hazırki iş üzrə cavabdehlərdən olan X23 qarşı iddia tələbinin predmetinə dəyişiklik edilməsi zərurəti yaranmışdır. Ona görə də hesab edirlər ki, ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X16 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.20210-cu il tarixli mülkiyyət hüququna dair ******* nömrəli çıxarış qismən, yəni 25,8 kv.m hissədə ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3036/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X36 və Cavabdeh2 MMC-yə qarşı “ərazinin boşaldılması və əvəzləşdirilməsi” tələbinə dair mülki iş üzrə icraata cavabdeh X23 dair hissədə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, ünvan 7al rayonu, İ.Əbilov və M.F.Axundov küçələrində yerləşən mülki iş üzrə Cavabdeh1 məxsus fərdi yaşayış evi artıq bir neçə aydır ki, tamamilə sökülərək həmin ərazi cavabdeh City Life MMC-yə təhvil verilmişdir. Bu səbəbdən də hesab edir ki, artıq məhkəmə mübahisəsi və mülki iş üzrə perspektiv qalmamışdır. Həmin mənzil mövcud olmadığından, cavabdeh kirayə mənzilə köçürüldüyündən və ekspert rəyinə əsasən həmin ərazinin cavabdeh tərəfindən zəbt edilməsi təsdiqini tapmadığı üçün hesab edir ki, mülki işə üzrə icraata xitam verilməlidir. Əlavə olaraq bildirmişdir, xx.xx.2025-ci il tarixdə saat 14.00 da Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesim vardır. Bu səbəbdən də sədrliyinizlə keçriləcək iclasa gecikmə ehtimalı vardır. Qeyd olunanları nəzərə alaraq məhkəmə iclasına gecikmə ehtimalımın olması nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 59 saylı “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin Cavabdeh2 MMC-nin istifadəsinə verilməsi haqqında” sərəncamı ilə Yasamal rayonu, C.Cabbarlı, İ.Əbilov, N.Aşurbəyova, S.Salayev və F.İbrahimbəyov küçələrinin əhatə etdiyi ərazidəki, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2,87 ha torpaq sahəsi, həmin tikililərin istifadəçiləri və mülkiyyətçiləri ilə müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında Cavabdeh2 MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Cavabdeh2 MMC-nin istifadəsinə ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısı ilə Cavabdeh2 MMC arasında 16 aprel 2020-ci il tarixli, 1575 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 59 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-cl il tarixli yerquruluşu planına əsasən ünvan 7al rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən 28 700 (iyirmi səkkiz min yeddi yüz) kv.m olan torpaq sahəsi 49 il müddətinə Cavabdeh2 MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surətinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48 m2 olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surətinə əsasən ünvan 7al rayonu, X53 küçəsi, ev 156 ünvanında yerləşən, ümumi sahəsi 146.1 m2 olan mənzil xüsusi mülkiyyət kimi X11 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin direktoru İddiaçı ilə X36 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 2 nömrəli kooperativ yaşayş binasında mənzil tikintii haqqında müqaviləyə əsasən Bakı şəhəri Əbilov, Sereteli və M.Fətəli küçələrinin kəsişməsində yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 250 kv.m sahəni X23 65934 manat pay haqqı ödənilməklə verilməsi razılaşdırılmışdır. İş materiallarında olan 20 dekabr 2006-cı il tarixli, 169354 nömrəli kassa mədaxil qəbzinə əsasən X36 avans ödənişi kimi 26220 manat məbləği "xxxx" MMC-yə ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin rəhbərliyinin yazılı qeydlərinə əsasən .03.2006-cı il tarixli, 2 nömrəli müqavilə üzrə Yasamal rayonu, Əbilov, Sereteli, M.Fətəli küçələrinin kəsişməsində tikiləcək 2 bloklu 16 mərtəbəli binanın 1-ci mərtəbəsində Sereteli, Əbilov tinində 250 m2 qeyri-yaşayış sahəsini “Payçı” X23 200 m2 üçün 700 ABŞ dolllarına, 50 m2 isə 800 ABŞ dolları olmaqla, cəmi 180000 (yüz səksən min) ABŞ dollarına satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ 421868 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətinə əsasən X36 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 196 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan “Nikah haqqında şəhadətnamə”nin surətinə əsasən X36 ilə X18 xx.xx.1968-ci il tarixdə Gürcüstan SSR Marnaul rayonunda nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3129 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Əbilov qəsəbəsi ünvanında yerləşən ev xüsusi mülkiyyət kimi Cavabdeh1 adına 2403 qeydiyyat nömrəsi ilə xx.xx.1994-cü il tarixdə qeydiyyatı aparılmışdır. İş materiallarında olan xx.xx.1993-cü il tarixli 1996-cı il tarixli Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş texniki pasporta əsasən ünvan 7al rayоnu, X53 küçəsi bina 158, mənzil 10 ünvanında yerləşən mənzilin ümumi sahəsi 16 kv.m olaraq qeyd edilmişdir. İş materiallarında olan may 1996-cı il tarixli Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş texniki pasporta əsasən ünvan 5 ünvanında yerləşən mənzilin ümumi sahəsi 33 kv.m olaraq qeyd edilmişdir. İş materiallarında olan X49 ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X49 mülkiyytəində olan Bakı şəhəri Yasamal r-nu, M.Fətəli küç, 158 nömrəli binada yerləşən üm/sah.17,0kv.m; yaş/sah. 10,0 kv.m; bir otaqlı 10 №li mənzilini 14790 (on dörd min yeddi yüz doxsan) manata İddiaçı sataraq onun tam mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surətinə əsasən ünvan 7al rayonu, X53 küçəsi, ev 158, mənzil 10 ünvanında yerləşən, ümumi sahəsi 17 m2 olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surətinə əsasən ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39, mənzil ünvanında yerləşən, ümumi sahəsi 20 m2 olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surətinə əsasən ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39 mənzil ünvanında yerləşən, ümumi sahəsi 25.8 m2 olan mənzil xüsusi mülkiyyət kimi X24 adına daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan X25 ilə X42 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X25 mülkiyytəində olan ünvan 8 ünvanda yerləşən üm/sah.25,8 kv.m; yaş/sah. 13,5 kv.m; bir otaqlı 39 №li mənzilini 53700 (əlli üç min yeddi yüz) manata sataraq X24 tam mülkiyyətinə vermişdir. İş materiallarında olan 5 aprel 2007-ci il tarixli Daşınmaz Əmlakın X49 və İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən X49 ünvan 9 ünvanda yerləşən üm/sah.25,8 kv. m; yaş/sah. 13,5 kv. m; bir otaqlı, 39 saylı evi və ev 39 ünvanda üm/sah.48,0 kv.m; yaş/sah 39. kv.m dörd otaqlı 14 nömrəli mənzilini 42270 (qırx iki min iki yüz yetmiş) manata sataraq İddiaçı tam mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surətinə əsasən ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39, mənzil ünvanında yerləşən, ümumi sahəsi 25.8 m2 olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surətinə əsasən ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39, mənzil ünvanında yerləşən, ümumi sahəsi 48 m2 olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surətinə əsasən ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39, mənzil ünvanında yerləşən, ümumi sahəsi 26 m2 olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş texniki pasportun notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 7al rayоnu, Əbilov küçəsi, bina 39 mənzil ünvanında yerləşən mənzilin ümumi sahəsi 24 kv.m olaraq qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən X8 mülkiyyətində olan mənzilin xx.xx.1998-ci il tarixli texniki pasportun notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 7al rayоnu, Əbilov küçəsi, bina 39 mənzil ünvanında yerləşən mənzilin ümumi sahəsi 26 kv.m olaraq qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X31 mülkiyyətində olan mənzilin texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətinə əsasən əsasən ünvan 10 ünvanında yerləşən mənzilin ümumi sahəsi 48.78 kv.m olaraq qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş texniki pasportuna əsasən ünvan 11 ünvanında yerləşən mənzilin ümumi sahəsi 26 kv.m olaraq qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-30334/2024 **********34 nömrəli sorğuya cavab məktubuna əsasən ünvan 7al rayonu, X53 küçəsi, ev 158, mənzil 10 ünvanı keçmiş Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 14/12 nömrəli xx.xx.1991-ci il tarixli qərarına və Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 1knD-4109 reyestr nömrəli xx.xx.1991-ci il tarixli müqaviləyə əsasən xx.xx.1991-ci il tarixdə X22 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 12 saylı notariat kontorunun 2V-1-80 reyestr nömrəli xx.xx.2006-cı il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2006-cı il tarixdə X26 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı notariat kontorunun 4Ə-02- 275 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 21 dekabr 1993-cü il tarixində vəfat etmiş X22 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi Bakı şəhəri, Qasım-zadə küçəsi, ev 11, mən.118-də yaşayan X29 vəsiyyət edilən əmlak Bakı şəhəri Tİ və MHQ İdarəsi tərəfindən xx.xx.1991-ci il tarixdə 06 № -15 kitabın 899-cu səh. verdiyi qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, M.Fətəli küç., ev 158 saylı Bakı əərazisində yerləşən mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-30336/2024 **********36 nömrəli sorğuya cavab məktubuna əsasən ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39 ünvanında yerləşən mənzil 029042 nömrəli xx.xx.1998-ci il tarixli orderə və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Baçşısının 1267 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına əsasən xx.xx.1998-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 12 saylı notariat kontorunun 4Ə-8-1335 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2003-cü il tarixdə X9 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı notariat kontorunun 4Ə-02-368 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə X19 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 12 saylı notariat kontorunun 3M-7-1713 reyestr nömrəli xx.xx.2006-cı il tarixli “Alqı-satqı müqaviləsinin ləğvi haqqında sazişə əsasən X25 ilə X38 arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bakı şəhəri 12 saylı notariat kontorunun 4Ə-02-261 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materialarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1267 saylı “E.X.Budaqovun yaşadığı sığınacağa daimi order verilməsi haqqında” sərəncamına əsasən E.Budaqova xx.xx.1998ci il tarixli, 029042 nömrəli order verilmişdir. ünvan 12 ünvanda yerləşən yaşayış evi 13.5 kv. metrdir. İş materiallarında olan xx.xx.2002-ci il tarixli, 165033 nömrəli müqaviləyə əsasən Budaqov E.X. oğlu Bakı şəhəri, TİB-dən xx.xx.1998-ci il tarixdə 989 nömrəli qeydiyyata alınmış qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı ş., Əbilov küç., ev 39-da yerləşən bir otaqlı ü/sah, 25.8 kv.m., y/sah 13.5 kv.m ibarət yaşayış evini vətəndaş X12 22000000 manata satmışdır. İş materiallarında olan 16 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinin ləğvi haqqında sazişə əsasən İddiaçı və X25 28 aprel 2006-cı il tarixdə 4Ə-2-368 reyestr nömrəsi ilə qeydiyatdan keçiriİmiş X13 məxsus olan ünvan 13 ünvanında yerləşən mənzilin X2 haqqında bağlanmış alqı-satqı müqaviləsini hər ikisinin 12 dekabr 2006-cı il tarixli, 7E-47-22033/ 22034 nömгə ilə qeydiyyatdan keçirilmiş ərizələrə əsasən ləğv edilmiş, X19 adına verilmiş 07 noyabr 2006-cı il tarixli, 042588 №-li çıxarış etibarsız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-32554/2024 **********54 nömrəli sorğuya cavab məktubuna əsasən ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39 ünvanında yerləşən ümumi sahəsi 26 kv.m olan mənzil ilkin olaraq xx.xx.1999-cu il tarixdə X20 adına qeydiyyata alınmışdir. Sözügedən mənzil Bakı şəhəri 5 saylı DNK-nın 4Ə-4-474 reyestr nömrəli, 02.09 2006-cı ii tarixli alqı-satqı müqaviləsinə əsasən X14 mülkiyyətinə keçmişdir. Reyestr kitabında olan məlumatlara əsasən ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci i tarixli müraciət ilə razılıq sazişi əsasında 5 saylı DNK-nın 4Ə-4-474 reyestr nömrəli, 12 09.2006-cı il tarixli alqı-satqı müqaviləsi ləğv edilmiş və nəmin mənzil X20 mülkiyyətinə qaytarılmışdır. Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-02-249 reyestr nömrəli, 03 04.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin mənzil İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan 3 aprel 2007-ci il tarixli, AN-İ ******* nömrəli X15 və Vaqif Əlihüseyn oğlunun etibarnamə üzrə nümayəndəsi X49 və İddiaçı arasında bağlanmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 14 ünvanda yerləşən üm/sah. 26.0 kv.m; yaş/sah 14.0 kv.m; bir otaqlı və yaş/sa 20.0 kv.m iki otaqlı 39 saylı evi 47795 (qırx yeddi min yetmiş yüz doxsan beş) manata İddiaçı tam mülkiyyətinə verir. İş materiallarında olan 02 sentyabr 2006-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X39 ünvan 15 ünvanında yerləşən bir otaqlı, ümumi sahəsi 26.0 kv.m., yaşayış sahəsi 14,0 kv.m., оlan mənzilini 70.640 (yetmiş min altı yüz qırx) manata sataraq X21 mülkiyyətinə verir. İş materialarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon icra hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1870 saylı N.Muradovanın müvəqqəti yaşadığı mənzilinə daimi order verilməsi haqqında sərəncamına əsasən N.Muradova mənzil uçotundan çıxarılmış və xx.xx.1996-cı il tarixdə 029431 nömrəli orderə əsasən ona ünvan 12 ünvanda yerləşən ümumi sahəsi 14 kv m olan 1 otaqlı mənzil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-32563/2024 **********63 nömrəli sorğuya cavab məktubuna əsasən ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi ev 39 ünvanında yerləşən ümumi sahəsi 20 kv.m olan mənzil ilkin olaraq xx.xx.1996-cı il tarixdə X3 adına qeydiyyata alınmışdır. Sözügedən mənzil Bakı şəhəri 5 saylı DNK-nın 4Ə-4-439 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 mülkiyyətinə keçmişdir. 5 saylı DNK-nın 3M-20-2333 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-02-249 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli alqı-satq müqaviləsi əsasında həmin mənzil İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan X10 və X51 oglu arasında 17.08 2006-ci il tarixli, AN-İ ******* nömrəli bağlanmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 mülkiyyətində olan Bakl şəhəri, Əbilov küçəsi ev 39 ünvanında yerləşən, iki otaqlı, yaşayış sahəsi 20.0 kv.m. olan mənzilini 62.000 (altmış İki min) manata X51 ogluna sataraq onun müllkiyyətinə verir. İş materiallarında olan ünvan 7al rayonu İcra Hakimiytəinin başçısının xx.xx.1995-ci il tarixli, 143/14 nömrəli “Kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” sərəncamına əsasən Əbilov küçəsi 39 nömrəli evdə yaşayan mənzil kirayəçisi X1 yeni mənzil alması və pasport qeydiyyatından çıxması ilə əlaqədar olaraq 2 otaqlı, sahəsi 20 kv. m olan mənzilin kirayə müqaviləsi onun oğlu X10 ilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-32988/2024 **********8 nömrəli sorğuya cavab məktubuna əsasən ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan 14 saylı mənzil ilkin olaraq xx.xx.1992-ci il tarixdə X28 adına qeydiyyata alınmışdır. Sözügedən mənzilin 1/2 hissəsi Bakı şəhəri 5 saylı DNK-nın 2v-1/69 reyestr nömrəli, xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X34 mülkiyyətinə keçmişdir. Bakı şəhəri 12 saylı DNK-nın 2v-1/63 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X34 mülkiyyətinə keçmişdir. Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-04-758 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X24 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 12 dekabr 2006-cı il tarixli ”Alqı-satqı müqaviləsinin ləğvi haqqında” sazişə əsasən Elburus Bulud oğlunun adından Bakı şəhəri 12 saylı dövlət notariat Kontorunun 25 oktyabr 2006-cı il tarixli etibarnaməsi əsasında "xxxx" MMC-nin təsisçisi, İddiaçı və X47 xx.xx.2006-cı il tarixdə 4Ə-4-758 reyestr nömrəsi ilə qeydiyatdan keçirilmiş X40 məxsus olan ünvan 16 ünvanında yerləşən mənzilin X2 haqqında bağlanmış alqı-satqı müqaviləsini hər ikisinin 12 dekabr 2006-cı il tarixli, 7E-47- 21723/12724 nömrə ilə qeydiyyatdan keçirilmiş ərizələrinə əsasən ləğv edilməsi və X19 adına verilmiş 07 noyabr 2006-cı il tarixli, 042692 №-li çıxarışın etibarsız hesab edilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan X48 və X38 arasında bağlanmış 16 sentyabr 2006-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X48 mülkiyyətində olan ünvan 7al rayonu, M.M.Əbilov küçəsi, 39 nömrəli binada yerləşən yaşayış sahəsi 48,0 kv.m., ümumi sahə 39,0 kv.m. dörd otaqdan ibarət 14 nömrəli mənzilini 70.240 (yetmiş min iki yüz qırx) manata X4 onun mülkiyyətinə verir. İş materiallarında olan xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 17 noyabr 2002-ci il tarixdə vəfat etmiş X28 vərəsəsi ünvan 7al rayonu, Əbilov küçəsi, ev 39-da yaşayan qızı X35. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Tİ və MHQİ-nin xx.xx.2003-cü il tarixli 40a/s nömrəli kitabın, 7763 səhifəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 12 mənzil 14-də yerləşən dörd otaqdan ibarət ümumi sahəsi 39.0 kv.m olan mənzilin ½ hissəsi açıq saxlanılır İş materiallarında olan xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 17 noyabr 2002-ci il tarixdə vəfat etmiş X28 vərəsəsi ünvan 7al rayonu, Əbilov küçəsi, ev 39-da yaşayan qızı X35. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Tİ və MHQİ-nin xx.xx.2003-cü il tarixli 40a/s nömrəli kitabın, 7763 səhifəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 12 mənzil 14-də yerləşən dörd otaqdan ibarət mənzil mərhuma məxsus mirasdan ibarətdir. Verilmiş şəhadətnamə Bakı şəhəri Ərazi İdarəsindən qeydiyyatdan keçirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/7092 nömrəli ekspert rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli ,********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi ev 39, ümumi sahəsi 20 kv.m olan mənzilin iş materiallarına əlavə edilmiş 1996-cı il tarixli Texniki Pasport sənədində və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 7al rayonu, X53 küçəsi, ev 158, mənzil 10 ünvanında yerləşən ümumi sahəsi 17 kv.m olan mənzilin xx.xx.1993-cü il tarixli Texniki Pasport sənədində situasiya planı göstərilmədiyindən, koordinatlar mövcud olmadığından, eyni zamanda xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 məxsus ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39, mənzil 11-in texniki pasportu (koordinatları) təqdim olunmadığından həmin mənzillərin naturada yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı təqdim olunan mənzildə tikililərin planlı yerləşməsi, ölçüləri, sahəsi və.s texniki parametrləri ilə iş materiallarında olan ünvan 17 ünvanında yerləşən 20 kv.m mənzilin 1996-cı il tarixli Texniki Pasport sənədində və Yasamal rayonu, X53 küçəsi, ev 158, mənzil 10 ünvanında yerləşən ümumi sahəsi 17 kv.m olan mənzilin xx.xx.1993-cü il tarixli Texniki Pasport sənədində göstərilən parametrləri (sahələri, planlı yerləşmə vəziyyəti konfiqurasiya və.s.) müqayisəli şəkildə təhlil edərkən, baxış zamanı təqdim olunan mənzil ilə ünvan 18 ünvanında yerləşən mənzilin 1996-cı il tarixli Texniki Pasport sənədində və Yasamal rayonu, X53 küçəsi, ev 158, mənzil 10 ünvanında yerləşən mənzilin xx.xx.1993-cü il tarixli Texniki Pasport sənədində göstərilən mənzillərin parametrlərinin üst-üstə düşmədiyi müəyyən edilir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülk Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh X36 İddiaçı tərəfindən ona qarşı ərazinin boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edilməsindən əvvəl öldüyündən, tərəflərdən birinin şəxsi iştirakı olmadan icranın mümkünsüz olduğu, eləcə də şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmədiyindən mülki iş üzrə icraata cavabdeh X23 dair hissədə xitam verilmişdir. Məhkəmə iddiaçıya məxsus ümumi sahəsi 149,8 kv.m olan yaşayış sahəsinin (ərazinin) Cavabdeh1 tərəfindən zəbt edilmiş 50,0 kv.m hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçının Cavabdeh1 tərəfindən zəbt olunduğu iddia edilən ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39, ümumi sahəsi 20 kv.m olan və ünvan 7al rayonu, X53 küçəsi, ev 158, mənzil 10 ünvanında yerləşən ümumi sahəsi 17 kv.m olan mənzillər hazırda söküldüyündən və ərazi Cavabdeh2 MMCyə təhvil verildiyindən həmin tələb üzrə araşdırmanın davam etdirilməsi əhəmiyyət kəsb etmir. Bundan başqa məhkəmə qeyd edir ki, ekspert rəyinə əsasən İddiaçı məxsus ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi ev 39, ümumi sahəsi 20 kv.m olan mənzilin Texniki Pasport sənədində və İddiaçı məxsus ünvan 7al rayonu, X53 küçəsi, ev 158, mənzil 10 ünvanında yerləşən ümumi sahəsi 17 kv.m olan mənzilin Texniki Pasport sənədində situasiya planı göstərilmədiyindən, koordinatlar mövcud olmadığından, eyni zamanda xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 məxsus ünvan 7al rayonu, İbrahim Əbilov küçəsi, ev 39, mənzil 11-in texniki pasportu (koordinatları) təqdim olunmadığından həmin mənzillərin naturada yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı təqdim olunan mənzildə tikililərin planlı yerləşməsi, ölçüləri, sahəsi və.s texniki parametrləri ilə iş materiallarında olan ünvan 17 ünvanında yerləşən 20 kv.m mənzilin 1996-cı il tarixli Texniki Pasport sənədində və Yasamal rayonu, X53 küçəsi, ev 158, mənzil 10 ünvanında yerləşən ümumi sahəsi 17 kv.m olan mənzilin xx.xx.1993-cü il tarixli Texniki Pasport sənədində göstərilən parametrləri (sahələri, planlı yerləşmə vəziyyəti konfiqurasiya və.s.) müqayisəli şəkildə təhlil edərkən, baxış zamanı təqdim olunan mənzil ilə ünvan 18 ünvanında yerləşən mənzilin 1996-cı il tarixli Texniki Pasport sənədində və Yasamal rayonu, X53 küçəsi, ev 158, mənzil 10 ünvanında yerləşən mənzilin xx.xx.1993-cü il tarixli Texniki Pasport sənədində göstərilən mənzillərin parametrlərinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, ekspertin texniki sənədlər üzrə aparılmış tədqiqatın nəticələrinə əsasən Cavabdeh1 tərəfindən həmin ərazinin zəbt edildiyi müəyyən edilməmiş və təqdim edilən sübutlarla təsdiq edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə İddiaçı məxsus ümumi sahəsi 149,8 kv.m olan yaşayış sahəsinin (ərazinin) qarşılıqlı razılıq əsasında əvəzləşdirilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması tələbinə münasibətdə ilk öncə qeyd edir ki, müqavilə azadlığı tərəflərin müqavilə bağlamaqda sərbəstliyini təmin edən fundamental hüquqi prinsiplərdən biridir. Qanunvericiliyin tələbinə görə müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə müqavilənin bağlanılmasının tərəflərin qarşılıqlı razılıqla iradə ifadəsindən asılı olmasının, müqavilə bağlamağa məcburetməyə yol verilməməsinin qanunvericiliklə tənzimləndiyini nəzərə alaraq hesab edir ki, belə öhdəlik qarşı tərəfin üzərinə qoyula və ondan tələb edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, ünvan 7l rayonu, İ.Əbilov və M.F.Axundov küçələrində yerləşən və İddiaçı şəxsi mülkiyyət hüququ əsasında məxsus olmaqla ümumi sahəsi 149,8 kv.m olan yaşayış sahəsinin (ərazinin) Cavabdeh1 tərəfindən zəbt edilmiş 50,0 kv.m hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh2 MMC-nin üzərinə İddiaçı şəxsi mülkiyyət hüququ əsasında məxsus olmaqla ümumi sahəsi 149,8 kv.m olan yaşayış sahəsinin (ərazinin) qarşılıqlı razılıq əsasında əvəzləşdirilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 100 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində məhkəmə tikinti-texniki ekspertizası xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 100 (yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minirİddia təmin edilsin.

Hakim : Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar