Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1097/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdeh X12, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon İcra Hakimiyyəti və Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS-i cəlb edilməklə cavabdeh X5rşı “zəbt olunmuş əmlakın boşaldılması və maneələrə son qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5rşı “zəbt olunmuş əmlakın boşaldılması və maneələrə son qoyulması" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən və İran İslam Respublikası vətəndaşı X12 tərəfindən zəbt edilmiş köşkün boşaldılması və qanuni sahibliyində olan köşkdən istifadə edə bilmək üçün yaradılmış maneələrə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Yasamal Rayon İcra Hakimiyyəti və 56 saylı Mənzil Kommunal İstismar Sahəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddiaçının vəkilinin ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılmış, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1097/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh X5rşı “zəbt olunmuş əmlakın boşaldılması və maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4068/2022 saylı, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4068/2022 saylı, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə 56 saylı Mənzil Kommunal İstismar sahəsinin verdiyi H.Qasımovun imzaladığı sənəddən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, İnşaatçılar metrosunun yaxınlığında yerləşən köşk İddiaçı istifadəsinə verilmişdir. İddiaçı məxsus olan köşk hal-hazırda X10 vətəndaşı, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq hüququ olan şəxs X12 tərəfindən zəbt edilmişdir. Beləliklə də iddiaçının mülkdən istifadə hüququ məhdudlaşdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə və Bakı Şəhəri Yasamal Rayon Prokurorluğuna müraciət etsələr də, müraciət nəticəsiz qalmışdır. Müraciətlərə cavab olaraq bildirilmişdir ki, hüquqmühafizə orqanlarına müraciət etməklə hüquqlarını bərpa edə bilərlər. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, İnşaatçılar metrosunun yaxınlığında yerləşən, xx.xx.2012-ci il tarixdə 56 saylı mənzil Kommunal İstismar sahəsinin verdiyi və sahə nəzarətçisi H.Qasımovun imzaladığı sənəd ilə köşkün İddiaçı mülkiyyətində olmasına heç bir maneə yoxdur. Mübahisəli köşk iddiaçıdan başqa hər hansı dövlət qurumu tərəfindən başqa şəxsin qanuni sahibliyinə verilməmişdir. Köşk sonuncu dəfə xx.xx.2012-ci il tarixdə 56 saylı mənzil Kommunal İstismar sahəsinin verdiyi akt sənədinə əsasən İddiaçı qanuni sahibliyinə verilmişdir. Beləliklə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, İnşaatçılar metrosunun yaxınlığında yerləşən köşk İddiaçı tərəfindən inşa edildiyindən onun əmlakıdır və onun köşkə dair qanuni istifadə hüququ vardır. Bildirir ki, X7 zəbti nəticəsində iddiaçı öz əmlakı olan köşkdən istifadə edə, barəsində sərəncam verə bilmir. Ondan mənfəət əldə etmək imkanı və hüququ məhdudlaşmışdır. İddiaçı əmlakı hesab edilən köşk barəsində ondan istifadə etmək, sərəncam vermək və əmlaka sərbəst surətdə sahib ola bilmək hüququ X12 tərəfindən pozulur. Belə ki, iddiaçı köşkü cavabdehə şifahi razılaşma əsasında icarəyə vermişdir. 2014-2021-ci illər aralığında iddiaçı Azərbaycan Respublikasında olmamışdır. Bu müddət ərzində köşklə bağlı işlərin aparılmasını oğlu İbrahimə həvalə etmiş və oğlu köşkdən şəxsi ehtiyacları üçün istifadə etmişdir. Sonradan 2020-ci ildə iddiaçı Bakı şəhərinə qayıtdıqdan sonra köşklə maraqlanmış, lakin cavabdeh oğlu İbrahimin köşkü ona satdığını bildirmişdir. Lakin iddiaçının buna dair hər hansı razılığı olmamışdır. Köşkün iddiaçının istifadəsinə verilməsi ilə bağlı bildirir ki, köşk iddiaçıya Yasamal Rayon İcra Hakimiyyətinin razılığı ilə həmin rayon ərazisində müəllimə kimi fəaliyyət göstərdiyinə görə 2012-ci ildə onun rəsmi müarciətinə əsasən istifadəsinə verilmişdir. Köşk 56 saylı MKİS-in ərazisi olduğundan akt əsasında ona təqdim edilmişdir. Dövlət qurumu tərəfindən köşkün istifadəçisi kimi İddiaçı tanınmışdır. Kommunal xərclər onun adından ödənilmişdir. Lakin buna dair qəbzlər verilmədiyindən sübut olaraq təqdim edə bilmir. MKİS tərəfindən ödənişlərin iddiaçı tərəfindən həyata keçirildiyi təsdiq edilir və bu hal işin mübahisəsiz halıdır. Suala cavab olaraq bildirir ki, akt hazırda qüvvədədir, MKİS köşkü icarə müqaviləsi əsasında verməmişdir, köşk iddiaçıya müəyyən kateqoriyalı şəxs kimi gözəştli olaraq təmənnasız verilmişdir. Lakin kommunal xərclər və digər zəruri xərclər köşkü istifadə edən şəxs tərəfindən ödənilməlidir. MKİS Yasamal Rayon İcra Hakimiyyətinin razılığı ilə köşkü vermişdir. Köşk MKİS-in aktı ilə verilmişdir. Köşk MKİS-ə aiddir, ona dair təsdiqedici sənədlər iş materiallarında vardır. 2008-2010-cu illərdə BŞİH-nin belə bir proqramı var idi ki, şəhərin müxtəlif yerlərində müəyyən kateqoriyalı şəxslərə gəlir əldə etməsi üçün müəyyən güzəştlər verilirdi. BŞİH köşkləri rayon icra hakimiyyətlərinə vermiş, icra hakimiyyətləri də həmin səlahiyyətləri MKİS-ə təqdim etmişdir. Buna dair sənədi yoxdur. Əlavə olaraq bildirir ki, xarici ölkənin vətəndaşının Azərbaycan Respublikasında əmlak əldə etməsi məsələsinə də qiymət verilməlidir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, əvvəllər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Cavabdeh də həmin zaman onların qonşusu olmuş və orada kirayə qalmışdır. Onun keçmiş yoldaşının avtomobili olmuş və cavabdeh də avtomobil ustası olduğundan yoldaşı ona müraciət etmişdir. Onların tanışlığı oradan başlamışdır. 2010-cu ildə o, elmi dərəcəsi olan müəllimə olaraq İcra hakimiyyətinə müraciət etmiş, bir müddətdən sonra icra hakimiyyətinin razılığı ilə və həmin vaxt icra başçısının tapşırığı ilə 56 saylı MKİS tərəfindən ona köşk verilmişdir. Köşk ona təhvil verilərkən topoqraf gələrək həmin yerin sxemini çəkmişdir. Onun 30 ilə yaxın köşkə istifadə hüququ vardır. Hazırda köşkdə işləyən işçi birinci onun işçisi olmuşdur. Həmin şəxs də, bildirir ki, cavabdehin həmin köşkə ehtiyacı yoxdur, həmin köşkün icarə haqqını cavabdeh deyil, digər şəxs alır. Cavabdehin Masazırda evi və avtomobil təmiri yeri vardır. Hazırda həmin köşkə onun ehtiyacı vardır. Cavabdeh isə ona 60.000 manat pul müqabilində həmin köşkü ona geri qaytara biləcəyini qeyd edir. Suala cavab olaraq bildirir ki, o, xaricə gedərkən köşkün idarəetməsini oğluna həvalə etmişdir. O, xaricdən gələndən sonra məlum olmuşdur ki, oğlu İbrahim köşkü cavabdehə vermiş, lakin o, oğluna heç bir etibarnamə verməmişdir. Oğlu bu işləri özbaşına etmişdir. Oğlu İbrahimlə cavabdehin arasında olan danışıqlardan məlumatsız olmuşdur. Sonradan bilmişdir ki, oğlunun arvadı çətin hamiləlik keçirdiyindən ona təcili pul lazım olmuşdur. İbrahim cavabdehə borc pul üçün müraciət etmişdir. Cavabdeh isə ona köşkü satmasını təklif etmişdir. Oğlu köşkü satmağa görə 3-4 ilin icarə haqqının pulu olaraq cavabdehdən 6500 manat pul almışdır. O, köşkü oğluna işlədib gəlir əldə etməsi üçün müvəqqəti olaraq vermişdir. Qeyd edir ki, onun hansısa ailə üzvü ilə cavabdehin nə danışmasının ona aidiyyəti yoxdur. O, ərindən boşanmışdır. Belə ki, əri cavabdehə evi onun razılığı olmadan satmışdır. Köşkü isə o, öz vəsaiti hesabına inşa etmişdir. Köşk 56 saylı MKİS-in ərazisində yerləşdiyindən onun balansındadır. MKİS-ə kommunal xərclərlə bağlı birbaşa ödəniş olduğundan qəbzləri yoxdur. Köşkdə fəaliyyət göstərən şəxsin hazırda kimə icarə haqqı verdiyini bilmir. İddianı qaldırarkən köşkdə fəaliyyət göstərən İsmayıl adlı şəxs bildirmişdir ki, həmin köşk X2, bu səbəbdən cavabdeh qismində onu qoymuşdur. Ölkədən xaricə 2014-cü ildə getmişdir. 2012-ci ildən 2013-cü ilin sonuna qədər ödənişlər etmişdir. Ödəniş həmişə olmuş, o gedəndən sonra ödənişlərin kim tərəfindən ödənildiyini bilmir. Lakin oğlunun deməsinə görə bir neçə ilin icarə haqqı olaraq 6500 manat pulu cavabdehdən almışdır. Lakin oğlu İbrahim bunu özbaşına etmiş onun heç bir razılığını almamış və bu barədə ona məlumat verməmişdir. İşıq əvvəl oğlu İbrahimin sonra isə bildiyinə görə faktiki istifadə edən cavabdehin adına rəsmiləşdirilmişdir. O, bununla bağlı razılıq verməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı ilə qonşu olmuşdur. Onun keçmiş həyat yoldaşından ev almışdır. Evin bir hissəsindən iddiaçı çıxmaq istəməmiş, aralarında mübahisə olmuşdur. Bir müddət sonra iddiaçı oğlu ilə ona müraciət edərək köşkü satıb ölkədən getmək istədiklərini bildirmişdir. 1500 (bir min beş yüz) manat iddiaçıya vermişdir, səhəri gün isə qalan 5000 (beş) min manat pulu oğlu vasitəsilə vermişdir. Həmin köşk 6500 manat müqabilində iddiaçının oğlu İbrahim tərəfindən ona satılmışdır. Əlavə olaraq bildirir ki, bu vaxta kimi köşkdən hər ay pul götürmüşdür. Belə ki, köşk ona satılarkən İsmayıl adlı şəxs tərəfindən icarəyə götürülmüşdür, o, icarəçiyə etiraz etməmiş və İsmayıl davamlı olaraq icarə haqqını ona vermişdir. Verilmiş suallara əsasən cavabdeh əlavə olaraq bildirmişdir ki, iddiaçının oğlu İbrahim ona köşkü satarkən etibarnamə alımış onun adından, həmçinin pulun verilməsini rəsmiləşdirmək üçün beh müqaviləsi bağlamışdır. Köşkün onun adına rəsmiləşdirilməsi üçün İbrahim ondan əlavə olaraq 600 (altı yüz) manat pul istəməsinə baxmayaraq, sonuncu onu aldaraq icra hakimiyyətinin qarşısında ondan qaçmışdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, onlar iddiaçının iddia verməsi ilə bağlı subyektiv hüququnun olmasını mübahisələndirirlər. Belə ki, iddiaçının hazırki iddia tələbini verməsi üçün subyektiv hüququ yoxdur. Köşkün 56 saylı MKİS-in mülkiyyətində olması ilə bağlı sənəd təqdim edilməmişdir. Əlavə olaraq bildirir ki, köşk faktiki olaraq Şahid1 faktiki sahibliyində olmuş və o da köşkü Moharram Tahmasebiyə satmışdır. 56 saylı MKİS heç vaxt köşkün sahibi olmamışdır. İddiaçının həmin əmlakla bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Xarici vətəndaş torpaq sahəsi istisna olmaqla, Azərbaycan Respublikasında əmlak ala bilər. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS-in nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, o, 25 ildən artıq müddətdir Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsində sahə nəzarətçisi olaraq işləyir. İddiaçı onların sakini olmuşdur. İddiaçı ilə cavabdeh arasında olan münasibətlərdən isə məlumatı yoxdur. Köşklə bağlı bildirir ki, 2012-ci ildə İddiaçı verilmiş, 2012-2015-ci illərdə köşkdən Həcər və oğlu İbrahim tərəfindən istifadə edildiyini görmüşdür. Suala cavab olaraq bildirir ki, köşkün hansı qaydada iddiaçının istifadəsində verildiyini bilmir, amma həmişə iddiaçının oğlunun köşkdə işlədiyini görmüşdür, köşkü iddiaçının oğlu idarə etmişdir. Cavabdehi tanımır, ancaq köşkün sahibi kimi Həcəri tanımışdır. İddiaçıdan sonra Mənzil Kommunal İstismar Sahəsinə ödənişlərin kimin ödədiyini bilmir. Köşkün hansı sənədə əsasən verildiyini bilmir, amma Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisinin razılığı ilə verilmişdir, köşk Mənzil Kommunal İstismar Sahəsinin balansındadır və MKİS tərəfindən nəzarət edilir. 2012-ci ildən bilir ki, köşk iddiaçıya aiddir. Onda olan məlumata görə köşk Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Akif müəllimin tapşırığı ilə iddiaçıya verilmişdir. Lakin hansı sənədə əsasən və necə verilməsini detallı şəkildə bilmir. Köşkün təxmini ölçüsü 6 kv.m olar. Kommunal ödənişlər Həcərin adından həyata keçirilibdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxaraq izahatında bildirmişdir ki, mübahisəli köşkün hansı qurumun tərkibində olması barədə Yasamal Rayon İcra Hakimiyyətində hər hansı məlumat yoxdur. Köşkün yerləşdiyi ərazi isə Yasamal Rayon MKTB-nin 56 saylı MKİS-nin ərazisidir. MKİSin isə həmin köşklə bağlı hər hansı hüquqmüəyyənedici sənəd vermək səlahiyyəti yoxdur. Suala cavab olaraq bildirir ki, hazırda köşklə bağlı hüquqmüəyyənedici sənəd vermək səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentindədir. Həmin departamentin köşklərlə, iaşə obyektləri ilə bağlı lisenziya və ya digər hüquqi sənədlər vermək səlahiyyəti vardır. Köşkün illərlə fəaliyyət göstərməsinin hüquqi əsasları ilə bağlı onlarda məlumat yoxdur. Lakin o, qeyri-rəsmi olaraq MKİS-in əməkdaşları ilə əlaqə saxlamış və kimə məxsusluğunu soruşmuşdur. Ona həmin köşkün İddiaçı məxsus olduğu, ancaq başqa şəxsin orada fəaliyyət göstərdiyi bildirilmişdir. Lakin bununla bağlı İcra hakimiyyətində və MKİS-də hər hansı bir sənəd yoxdur. Köşkün cavabdehə verilməsinə dair hər hansı bir sənəd yoxdur və cavabdehin qanuni sahibliyində olması bəlli deyildir. 2012-ci ildə 56 saylı MKİS-in vermiş olduğu aktla bağlı bildirir ki, hər hansı bir vətəndaş yaşayış və qeyri-yaşayış sahəsinin sxeminin çəkilməsi ilə bağlı MKİS-ə müraciət edə bilər və MKİS müəyyən sxem çəkə bilər. Amma bu hüquqmüəyyənedici sənəd deyildir. Hesab edir ki, 2012-ci ildə 56 saylı MKİS vermiş olduğu aktla iddiaçıya köşkün verilməsini qanuniləşdirmişdir. Qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Mənzil Kommunal Təsərrüfat Departamenti, onun tərkibində isə Bakı şəhərinin rayonları üzrə mənzil kommunal təsərrüfat birlikləri, mənzil kommunal təsərrüfat birliklərinin tərkibində isə mənzil kommunal istismar sahələri fəaliyyət göstərir. 56 saylı MKİS-in 2012-ci ildə həmin sxemi çəkməklə köşkü iddiaçıya vermək səlahiyyəti olmamışdır. Lakin sxemin çəkilməsi qanunsuz da deyildir. Belə ki, vətəndaşın müraciəti əsasında MKİS gördüyü yerlə bağlı sxem çəkə bilər. Həmçinin vurğulayır ki, 2012-ci ildə rayon icra hakimiyyətinin iaşə obyektinin qoyulması, tikintiyə icazə verilməsi, torpağın ayrılması barədə səlahiyyəti olmuşdur. MKİS-in isə rayon icra hakimiyyətinə də tabeçiliyi vardır. Köşklərin özəlləşdirilməsini 2017-ci ildən Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti həyata keçirir. Müəllimlərə 2012-ci ildə torpağın ayrılması, torpaqda hansısa işlərin görülməsi kimi güzəştlər olmuşdur. Həmin köşkü nə vaxtsa sökmək istəsələr kimə müraciət edəcəkləri ilə bağlı suala cavab olaraq bildirir ki, həmin köşkün mülkiyyətçisi olmadığından suala cavab verə bilmir. MKİS-dən ona köşkün Həcər xanıma məxsus olmağını, köşkün Həcər xanım tərəfindən abadlaşdırıldığını bildirsələr də, bugünki gündə köşkün iddiaçıya və ya cavabdehə məxsus olması barədə hər hansı sənəd yoxdur. Onda olan məlumata görə Yasamal İH səlahiyyəti olan dövrdə əlillərə, müharibə veteranlarına, o cümlədən müəllimələrə bəzi köşklər verilmişdir. Lakin köşklərin verilməsinin Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olduğu vaxtlarda köşklər sərəncam əsasında verilmişdir. Onlar iddiaçı olan Həcər xanıma isə sərəncam verilməsi aşkar olunmamışdır. Şifahi də olsa köşkün Həcər xanıma verilməsi ilə bağlı sənəd, sübut və məlumat yoxdur. Ola bilər ki, sərəncamsız verilmişdir, lakin rəsmiləşdirilmədiyindən buna dair heç bir məlumat yoxdur. Həmin dövrdən iki icra başçısı dəyişmiş və kadr dəyişiklikləri olmuşdur. Hesab edir ki, icra hakimiyyətinin həmin vaxt üçün səlahiyyətli şəsxlərinin məlumatları olmuş olsa da hər hansı sənəddə qeyd edilməmişdir. Ona görə də konkret söz deyə bilmir və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli köşkün istifadəsinə dair sxemdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən köşk İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan müəyyən edilir ki, X12 tərəfindən köşkün boşaldılması ilə bağlı tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar ona məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Həmin məktubdan həmçinin müəyyən edilir ki, iddiaçıya cavab məktubunda köşkün cavabdeh X1i istifadəsinə verilməsi ilə bağlı hər hansı məlumat göstərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə xx.xx.2014-cü il tarixli vəsiqənin surətindən görünür ki, X12 yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Şahid1 ilə X12 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Daşınmaz Əmlak Agentliyi” adlı beh müqaviləsindən görünür ki, Əliyev X4 rayonu, Şərifzadə küçəsində yerləşən ticarət köşkünün dəyəri 6.500 manat qiymətləndirilmiş və həmin məbləğ X12 tərəfindən Şahid1 ödənilmişdir. Müqavilənin məzmunundan həmçinin müəyyən edilir ki, alqı-satqı kimi deyil mahiyyət etibarı ilə behin verilməsi kimi rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, ƏN-İ seriyalı, 502293 nömrəli etibarnaməyə əsasən Şahid1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. səlahiyyətlərini 40 il müddətinə X9 etibar etmişdir. İş materiallarına əlavə edilmiş Şahid1 tərəfindən yazılmış və imzalanmış xx.xx.2015-ci il tarixli qəbzin məzmunundan görünür ki, o, Şərifzadə küçəsi, 158 ünvanında yerləşən obyekti Tahmasebi Moharrama satdığını və bunun müqabilində 6500 manat aldığını qeyd etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X13 arasında bağlanmış xx.xx.2015-ci il tarixli elektrik enerjisinin alğı-satqısı müqaviləsinə əsasən "xxxx" ASC Şərifzadə küçəsi156 ünvanında yerləşən qeyri-yaşayış sahəsini elektrik enerjisi ilə təmin etməyi, X13 isə bunun müqabilində istifadə edilmiş elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, köşkün hər hansı qurumun balansında olmasına dair məlumat, o cümlədən icra hakimiyyəti tərəfindən köşkə dair razılıq və ya icazə verilməsi barədə sənəd mövcud deyildir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır, Həcər xanımı yaxınlarda, oğlu İbrahimi isə əvvəldən tanıyır. O, uzun müddətdir ki, mübahisəli köşkdə fəaliyyət göstərir. O, köşkü İbrahimdən icarəyə götürmüşdür. Əvvəllər İbrahimə 400 manat icarə haqqı vermişdir. Bir müddət sonra İbrahim ona köşkü satmaq istədiyini bildirmiş, hətta qiymətini 8000 (səkkiz min) manat demişdir. Bundan bir neçə gün sonra isə ona köşkü Tahmasebi Moharrama satdığını bildirərək sonuncu ilə tanış etmişdir. O, aqibəti barədə maraqlandıqda İbrahim ona narahat olmamasını və ona aidiyyəti olmayacağını, icarə haqqını Moharram Tahmasebiyə verməsini demişdir. Həmin vaxt cavabdeh Moharram Tahmasebi də ona bildirmişdir ki, ona görə icarəçinin kim olması fərq etmir və onunla icarə münasibətlərini davam etdirəcəkdir. Həmin vaxtdan o, Moharram Tahmasebiyə aylıq 300 manat icarə pulu verir. Onda olan məlumata görə İbrahim köşkü Tahmasebi Moharrama yaxınlıqdakı ev alğı-satqı olunan yerdə rəsmiləşdirərək 6.500 manata satmışdır. Bundan sonra İbrahim ilə Tahmasebi Moharram birlikdə "xxxx" ASC-yə getmişlər və işıq sayğacı Tahmasebi Moharramin adına rəsmiləşdirilmişdir. O gündən indiyə kimi icarə pulunu Tahmasebi Moharrama verir, həmçinin işıq pulunu da Tahmasebi Moharramın adından ödəyir. Son ödənişi də 20-25 gün əvvəl ödəmişdir. Suala cavab olaraq bildirir ki, təxminən 2-3 il əvvəl İbrahim köşkün yanına gəlmiş və Tahmasebi Moharrami çağıraraq bildirmişdir ki, köşkü vaxtında ona satsa da, lakin səhv etmişdir, bu yerin qiyməti həmin qiymət deyildir. X3 əlavə olaraq 3-4 min pul istəmişdir. Razılaşmadıqdan sonra X6 prokurorluğa şikayət etmişdir. Onun özünü də bu araşdırmalarla bağlı bir neçə dəfə müxtəlif orqanlara şahid kimi çağırmışlar. Bundan əlavə qeyd edir ki, hər hansı dövlət orqanı köşklə bağlı ondan ödəniş tələb etməmişdir. İbrahimin köşkü satmağa səlahiyyətinin olub-olmaması ilə bağlı məlumatı yoxdur. O, köşkü icarəyə götürərkən icarə haqqını İbrahimə ödəmişdir, Həcər xanımı isə bu yaxınlarda tanımışdır. Alğı-satqıdan bir neçə gün sonra İbrahim ona icarə haqqını Tahmasebi Moharrama ödəməyi bildirmişdir. O, Tahmasebi Moharramı tanımamış, onları İbrahim tanış etmişdir. İş materiallarında olan Tahmasebi Moharram tərəfindən təqdim edilmiş sənədləri ona Tahmasebi Moharram vermişdir ki, vəkilə versin. Alğı-satqı barədə sənədi də orada görmüşdür. Onun İbrahim ilə problemi olmamışdır, indi də yoxdur. O, köşkə ödənişlə bağlı icarə haqqından əlavə işıq pulu və zibil pulu vermişdir, zibil pulunu təmizlikçilərə fərdi qaydada ödəyirdi. O, köşkü İbrahimdən götürərkən köşkün Həcər xanıma məxsusluğunu bilməmişdir. İbrahim ondan əvvəl digər şəxsə də köşkü icarəyə vermişdir, o orada olanda həmin şəxsi görmüşdür, sonradan köşkü onun işlədəcəyi ilə bağlı aralarında razılaşmışlar. İbrahim ilə Tahmasebi Moharramin mübahisələrinin şahidi olmuşdur, İbrahim köşkün qaytarılmasını tələb etmiş, Tahmasebi Moharram isə köşkü aldığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hazırda da ictimaiyyət arasında köşkün sahibi kimi İbrahim tanınır, faktiki olaraq Tahmasebi Moharram idarə etməsinə baxmayaraq. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, köşk 2012-ci ildə iddiaçı olan anasının adına verilmiş və anasının vasaiti hesabına tikilmişdir. Sonra köşkü o idarə etmişdir. İlk əvvəl köşkdə meyvə-tərəvəz satmışdır. 2013-cü ildən etibarən köşkü icarəyə vermişdir. 2015-ci ildən isə icarə haqqı ona ödənilməmiş, cavabdehə ödənilmişdir. Belə ki, onun yoldaşı çətin hamiləlik keçirdiyi vaxt banklara borcu yaranmış və təcili pula ehtiyacı yaranmışdır. O, cavabdehdən şəxsi problemlərinə görə 7000 (yeddi min) manat borc almışdır. Cavabdeh atası ilə də dost olmuşdur, onlar öz evlərini də cavabdehə dəyər-dəyməzə satmışlar. Anası xaricdə olarkən o, heç kimə xəbər etmədən verilmiş pulun rəsmiləşdirilməsi ilə bağlı cavabdehin təkidi ilə beh müqaviləsinə və qəbzə imza edərək, cavabdehə vermişdir. Suala cavab olaraq bildirir ki, cavabdehin adına etibarnamə verməklə və cavabdehdən pul almaqla bağlı bildirir ki, cavabdehə köşkü icarəyə vermişdir, icarə haqqı aylıq 400 manat olmuş, cavabdehdən bir neçə vaxtın pulunu ümumilikdə almışdır. Cavabdeh ondan şikayət etmişdir, 2018-ci ildə bununla bağlı polis orqanlarında araşdırma aparılmışdır. Bundan sonra verdiyi həmin 2015-ci il tarixli etibarnaməni ləğv etmişdir. Etiraf edir ki, iş materiallarında olan 10 mart 2015-ci il tarixli əlyazmanı yazaraq imzalamışdır, çünki həmin əlyazmada “icarəyə vermək” sözü yazılsa düzgün olmazdı. Köşk dəmir konstruksiyadandır. Anası ona köşkə dair etibarnamə verməmişdir, yalnız işıq sayğacı onun adına olmuşdur. Köşklə bağlı olan ödənişlər barədə qəbzlər yoxdur. Beh müqaviləsini o, imzalamışdır. Köşkü valideynindən icazəsiz səlahiyyəti olmadan cavabdehi aldadaraq satmışdır, köşk aidiyyəti dövlət qurumlarının icazəsi ilə iddiaçının vəsaiti ilə qurulmuşdur. Anasının razılığı olmadan cavabdehlə köşklə bağlı münasibətə girmiş, cavabdehdən 7000 manat almışdır. 2015-ci ilin yanvar ayına qədər işıq pulunu o ödəmişdir. Əlyazmanı yazarkən faiz tutula biləcəyi üçün icarə sözünü yazmamışdır. Köşk anasının olsa da, o, köşklə bağlı öz adından çıxış edərək, cavabdehi aldatmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, o, köşkün satılmasında iştirak etməmişdir. Suala cavab olaraq bildirmişdir ki, iddiaçı olan həyat yoldaşından sonra köşkü oğlu istifadə etmişdir. Köşklə bağlı ödənişlər olmuşdur. Köşkün satılması ilə bağlı oğlu ona məlumat verməmişdir, köşkü valideynlərindən icazəsiz satmışdır. Məlumatı olsaydı icazə verməzdi. Cavabdeh də onu tanıdığı halda məlumatlandırmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti MKİB-nin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansında olmaqla Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən köşk, xx.xx.2012-ci il tarixdə İddiaçı istifadəsinə verilmişdir. İddiaçının oğlu Şahid1 xx.xx.2015-ci il tarixdə cavabdehlə beh müqaviləsi bağlayaraq həmin köşkü cavabdehə satmaq məqsədilə razılaşmış və müqabilində 6500 manat pul almışdır. İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya onun qanuni sahibliyində olan köşkün istifadəsi ilə bağlı maneələr yaradılır. Hazırda iddiaçı onun istifadəsinə verilmiş köşkün qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən istifafə olunmasını bildirərək qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Cavabdeh isə əmlakı pul müqabilində aldığından iddianın əsassız olduğunu bildirərək rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan sübutlar, tərəflərin izahatları və şahidlərin verdikləri ifadələr əsasında aparılan məhkəmə araşdırmasına əsasən müəyyən edilmişdir ki, mübahisə predmeti olan köşk aidiyyəti dövlət qurumlarının icazəsinə əsasən iddiaçının istifadəsinə verilmiş və köşkün ona təhvil verilməsi 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli sxem aktına əsasən rəsmiləşdirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Yasamal Rayon İcra Hakimiyyətində buna dair hüquqmüəyyənedici sənədin olmamasına baxmayaraq məhkəmə iclasında iştirak edən səlahiyyətli nümayəndəsi dolayısı ilə qəbul etmişdir ki, icra hakimiyyətinin qanunvericiliklə köşkə dair sərəncam vermək səlahiyyəti olduğu dövrdə, yəni 2012-ci ildə köşk iddiaçı təhvil verilmiş olsa da belə rəsmiləşdirilməmişdir. Aktla təsdiq edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən köşk İddiaçı istifadəsinə verilmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının oğlu, hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid1 hər hansı qanunla müəyyən edilmiş səlahiyyəti olmadan, eləcə də iddiaçının razılığı olmadan köşkü etibarnamə əsasından 6500 manat müqabilində cavabdehə vermişdir. Hazırda cavabdeh köşkün iddiaçının oğlu tərəfindən ona satılmasına dair iddiasına münasibətdə məhkəmə qeyd edir ki, əvvəla məhkəməyə cavabdeh tərəfindən sübut olaraq təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, qəbz xx.xx.2015-ci il tarixdə, müqavilə xx.xx.2015-ci il tarixdə, elektrik enerjisinin təchizatı ilə bağlı müqavilə isə xx.xx.2015-ci il tarixdə tərtib edilmişdir. Dolayısı ilə cavabdeh hələ istifadəsində olmayan köşkə dair xx.xx.2015-ci il tarixdə elektrik enerjisi ilə bağlı müqavilə bağlaması özü-özlüyündə şübhəlidir. Digər tərəfdən isə alqı-satqı kimi rəsmiləşdirilməsi iddia edilən xx.xx.2015-ci il tarixli müqavilə faktiki olaraq beh mahiyyətində olmaqla qanunvericiliyin tələbinə uyğun tərtib edilmədiyindən cavabdehin həmin müqaviləyə əsasən mülkiyyət hüququ yarana bilməz. Odur ki məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixi beh müqaviləsi və etibarnamə cavabdehin etirazı üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Lakin iddiaçı tərəfindən öz əmlakının cavabdehə satılması, onun istifadəsinə, icarəyə və s. bu kimi səlahiyyətlərin verilməsi barədə hər hansı razılaşma və ya müqavilə aşkar edilməmişdir. Buna baxmayaraq iş materiallarında olan xx.xx.2015-ci il tarixli elektrik enerjisinin alğı-satqı müqaviləsindən müəyyən olunur ki, həmin köşk X8 istifadəsindədir. Bu da onu deməyə əsas verir ki, cavabdeh iddiaçının əmlakından onun iradəsinə zidd olaraq istifadə etməklə mülkiyyət hüquqlarını pozur. Cavabdeh isə Şahid1 ilə razılaşıb müqavilə bağlayaraq həmin köşkün ona satıldığını, etibarnamə verildiyini və bunun müqabilində 6.500 (altı min beş yüz) manat məbləğində pul ödədiyini bildirir. Hansıki, köşkün Şahid1 mülkiyyətində olmamasına baxmayaraq həmin etibarnamənin verilməsi köşkə münasibətdə sərəncam vermək səlahiyyəti vermir. Dolayısı ilə beh müqaviləsi özü-özlüyündə etibarsızdır. Belə ki, ilk növbədə Şahid1 mübahisə predmeti olan köşkə dair hər hansı mülkiyyət hüququ olmamışdır. Şahid1 məhkəmə iclasında ifadəsində özü də etiraf etmişdir ki, o, cavabdehi aldadaraq, iddiaçının xəbəri olmadan əmlakı ona vermişdir. Həmçinin xx.xx.2015-ci il tarixli etibarnamə mübahisə predmeti olan köşk barəsində deyil, Şahid1 mülkiyyətində olan əmlaklar barədə səlahiyyətlərin X11 etibar edilməsi ilə bağlıdır. Bu halda Şərifzadə küçəsində yerləşən köşk Şahid1 əmlakı hesab olunmadığından, həmçinin iddiaçı tərəfindən ona həmin əmlak barəsində səlahiyyətlərin etibar edilməsi müəyyən edilmədiyindən qeyd olunan etibarnamə də cavabdehin etirazının əsası kimi qəbul edilmir. Məhkəmə cavabdehin iddiaçının köşkə dair subyektiv hüququnun olmamasına dair münasibətdə isə qeyd edir ki, iddiaçının köşkün onun istifadəsində verilməsinə dair akt mövcuddur. Akt qüvvədədir və səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən onun həqiqiliyi mübahisələndirilmir. Məhkəmə qeyd olunanları və Şahid1 barəsində xüsusi qərardad qəbul edilməsini nəzərə alaraq qeyd edir ki, iddiaçı öz əmlakını cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, iddia tələbi təmin edilməli, İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, İnşaatçılar metrostansiyası yaxınlığında yerləşən köşk cavabdeh X14 tərəfindən boşaldılmalı və iddiaçının köşkdən istifadəsi üçün maneələr aradan qaldırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, “İnşaatçılar” metrostasiyasının yaxınlığında yerləşən köşk cavabdeh X14 tərəfindən boşaldılsın və iddiaçının köşkdən istifadəsi üçün maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-1097/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1097/2023
02.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver