Məhkəmə qərarları › İş №e-2(004)-1167/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1167/2024

16.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1167/2024 16.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü ildə anadan olmuş X2 04 noyabr 2023-cü il tarixdə qəflətən ürək tutmadan ölməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsinin Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1953-cü ildə Naxçıvan MR-da anadan olmuş atası X3 rayonu, Mehdiabad qəsəbəsi,Bakı küçəsi ünvanında yaşayırmış. X1 xx.xx.2022-ci ildə vəfat etmişdir. Ondan sonra atası tək yaşayırmış. 04 noyabr 2023-cü il tarixdə X2 qəflətən halı pisləşmiş və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasına verilmiş çağrıya əsasən həkim gələndə atasının qəflətən ürək dayanması nəticəsində ölməsini müəyyən etmişdir. Atasını 04 noyabr 2023-cü il tarixdə Abşeron rayonu,Mehdiabad qəbristanlığında dəfn ediblər. X2 yas mərasimini verəndən bir neçə gün keçəndən sonra ölüm haqqında şəhadətnamə almaq üçün Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir və müraciətinə Qeydiyyat şöbəsi tərəfindən ona ünvanlanmış 28 noyabr 2023-cü il tarixli 3-16-5/8-2890/2023 saylı cavab məktubunda ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etməyi izah edilmişdir. Daha sonra Ərizəçi iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə hazırlıq iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA4889508 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1953-cü il tarixində Naxçıvan MR-da anadan olmuşdur. Bakı şəhəri, Xətayi rayonu, General Mehmandarov küç.,90,25 ünvanında qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13” “Abşeron Rayon mərkəzi Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli, 18-1-20-/2-Ə/660-42-388/2023 saylı məktubundan görünür ki, X6 qəfləti ölüm təsdiqləndiyi üçün, bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4.5-ci bəndinə əsasən poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 2-16-5/8-15- 2890/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim olunmadığı üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmişdir. Sumqayıt Tibb Mərkəzi PHŞ Təcili Tibbi Yardım Stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Bakı küç ünvanda yaşayan 04 iyul 1953-cü təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə qəflətən ürək dayanması xəstəliyindən vəfat etmişdir. Azərbaycan Respublikası Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 129 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Mehdiabad qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 04 iyul 1953-cü il təvəllüdlü X5 04 noyabr 2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 iyul 1953-cü il tarixində Naxçıvan ASSR-də anadan olmuş X5 04 noyabr 2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar