Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1385/2025 10.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair kiçik mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən AZ62RBTA******************** saylı kart hesabı açılmışdır. xx.xx.2022-ci il tarixində müştəri yuxarıda qeyd edilən kart vasitəsilə İpoteka və Kredit Zəmanət fonduna 54.69 manat (tranzaksiya nömrəsi - **********92) , 13.18 manat (tranzaksiya nömrəsi- **********741), 802.69 manat (tranzaksiya nömrəsi- **********02), 168.03 manat (tranzaksiya nömrəsi- **********61), 70 manat (tranzaksiya nömrəsi - **********02) olmaqla ümumilikdə 1108, 59 manat ödəniş etmiş, lakin ödənişlər ləğv edilmiş statusuna düşmüş, realda isə ödənişlər keçmiş və xx.xx.2022-ci il tarixində isə ləğv edilmiş əməliyyatın silinməsi olaraq balansa geri qayıdaraq balansı 1108,59 manat artırmışdır. Yəni, müştərinin həm ödənişləri keçmiş, həm də keçən ödənişlərin məbləği balansa geri qayıtmışdır. Nəticədə, müştəri həmin vəsaiti kartdan karta köçürmə edərək istifadə etmişdir. Beləliklə balansda 957,29 manat overdraft borc yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə hesabına edilmiş mədaxillər (64,31 manat) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə qalıq 892,98 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 45,10 manat faiz borcu olmaqla,cəmi 938,08 manat borcu vardır. Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat, 45.10 (qırx beş manat on qəpik) manat faiz borcu və 30 (otuz) manat dövlət dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 1.1.17-ci bəndinə əsasən müəyyən edilir ki, Texniki Overdraft dedikdə, akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki səbəblərdən Bankı və Müştərinin iradəsi xaricində kart hesabında qalan mənfi qalıq, borc və ya öhdəliklər başa düşülür. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müəyyən edilir ki, Müştəri kart hesabında texniki overdraft yaranacağı təqdirdə .... bütün borc və öhdəlikləri təcili yerinə yetirməyi və bununla əlaqədar bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 10.3.7-ci bəndinə əsasən, Kartın təhlükəsiz şəraitdə saxlanılmasını və istifadəni təmin etmək və itməsi, oğurlanması və ya üzərində təhriflər edilməsi ilə bağlı müştəri məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat, 45.10 (qırx beş manat on qəpik) manat borcu vardır. İş materiallarında olan bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmiş, pulu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin hüquqi əsasını İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 1.1.17, , 8.1 və 10.3.7-ci bəndləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci (öhdəliyə münasibətdə), 390.1 və 390.5, 445.7-ci (gecikdirilmiş faiz borcuna münasibətdə) maddələri təşkil edir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. MM-in 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, mübahisənin hüquqi əsasən əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- Cavabdeh varlanmışdır. 2-ci şərt də ödənilir, İddiaçı ASC pul vəsaitindən məhrum olmuşdur. Lakin, 3-cü dispozitiv şərt ödənilmir, çünki tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur. Deməli, mübahisənin qanuni əsası qismində əsassız varlanmanın çıxış etməsi istisna olunur. Lakin, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 1.1.17, , 8.1 və 10.3.7-ci bəndləri hazırki iddia tələbi üzrə münasibətlər tənzimlənmişdir. Belə ki həmin müqavilə şərtləri üzrə, texniki overdraft dedikdə, akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki səbəblərdən Bankı və Müştərinin iradəsi xaricində kart hesabında qalan mənfi qalıq, borc və ya öhdəliklər başa düşülür. Müştəri kart hesabında texniki overdraft yaranacağı təqdirdə .... bütün borc və öhdəlikləri təcili yerinə yetirməyi və bununla əlaqədar bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürür. Kartın təhlükəsiz şəraitdə saxlanılmasını və istifadəni təmin etmək və itməsi, oğurlanması və ya üzərində təhriflər edilməsi ilə bağlı müştəri məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən AZ62RBTA******************** saylı kart hesabı açılmışdır. xx.xx.2022-ci il tarixində müştəri yuxarıda qeyd edilən kart vasitəsilə İpoteka və Kredit Zəmanət fonduna 54.69 manat (tranzaksiya nömrəsi - **********92) , 13.18 manat (tranzaksiya nömrəsi- **********741), 802.69 manat (tranzaksiya nömrəsi- **********02), 168.03 manat (tranzaksiya nömrəsi- **********61), 70 manat (tranzaksiya nömrəsi - **********02) olmaqla ümumilikdə 1108, 59 manat ödəniş etmiş, lakin ödənişlər ləğv edilmiş statusuna düşmüş, realda isə ödənişlər keçmiş və xx.xx.2022-ci il tarixində isə ləğv edilmiş əməliyyatın silinməsi olaraq balansa geri qayıdaraq balansı 1108,59 manat artırmışdır. Yəni, müştərinin həm ödənişləri keçmiş, həm də keçən ödənişlərin məbləği balansa geri qayıtmışdır. Nəticədə, müştəri həmin vəsaiti kartdan karta köçürmə edərək istifadə etmişdir. Beləliklə balansda 957,29 manat overdraft borc yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə hesabına edilmiş mədaxillər (64,31 manat) onun overdraft borcundan silinmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixinə qalıq 892,98 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 45,10 manat faiz borcu olmaqla,cəmi 938,08 manat borcu vardır. Cavabdeh bu barədə xəbərdarlıq edilmiş və bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 1.1.17, , 8.1 və 10.3.7-ci bəndləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci (öhdəliyə münasibətdə), 390.1 və 390.5, 445.7-ci (gecikdirilmiş faiz borcuna münasibətdə) maddələri ilə iddianın faktiki və hüquqi əsasları eynilik təşkil edir. Məhkəməyə iddiaya iddiaçının tələbi həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, məhkəmə iclaslarında iştirak edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat overdraft borcu, 45.10 (qırx beş manat on qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə, 938,08 (doqquz yüz otuz səkkiz manat səkkiz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat overdratf borcu, 45.10 (qırx beş manat on qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə, 938,08 (doqquz yüz otuz səkkiz manat səkkiz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1385/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1385/2025
10.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver