Məhkəmə qərarları › İş №e-2(004)-1481/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1481/2025

06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1481/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1951-ci il təvəllüdlü X6 onun anasıdır. Ölümü xx.xx.2024-cü il tarixində qəfil baş vermişdir. İlk növbədə bunu evdə hərəkətsiz olmağını görmüş bununla bağlı Təcili və X4 xidmətinə yığmışdır. xx.xx.2024-cü il tarixdə saat 03:45-də Təcili və X4 Stansiyasının əməkdaşları gəlmişdirlər. Onlar tərəfindən Ölüm Haqqında xəbərdarlıq vərəqəsi verilmiş və “həkimə qədər ölüm” qeydi edilmişdir. Daha sonra qohumlarının iştirakı ilə Qusar rayonu X13 kəndində dəfn etmişlər. Bu faktı X7, X8, X5 və digərləri təsdiq edirlər. Həmçinin bununla bağlı Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 609 saylı xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün “Bakı Baş Səhiyyə Mərkəzi” X15 3 nömrəli şəhər poliklinikasına müraciət edilmiş, lakin 12 iyun 2024-cü il tarixli 18-1-1-1/2-S-647-xx-xx/2024 nömrəli arayışla imtina edilmişdir. Daha sonra ölüm şəhadətnaməsinin alınması ilə bağlı 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin şöbənin 3-16-5\8- 78-2918\2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubu ilə şəxsin ölümünü təsdiq edən tibbi sənədlərin olmaması səbəbi ilə imtina olunmuşdur. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, mərhum həmin gün axşam saat 03:00-04:00 radələrində vəziyyətinin pis olduğunu bildirmişdir. Təcili və X4 xidmətini çağırmışlar. Təcili və X4 xidməti gələndə mərhum artıq vəfat etmişdi. Səhər saatlarında mərhumu məscidə aparmış, daha sonra kənddə dəfn etmişlər. Mərhum paranoid-şizofreniya və Parkinson xəstəliyindən əziyyət çəkirdi. Mərhumla bir yerdə yaşamışlar Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, ölüm şəhadətnaməsinin alınması ilə bağlı 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə müraciət edilmiş, lakin şöbənin cavab məktubu ilə şəxsin ölümünü təsdiq edən tibbi sənədlərin olmaması səbəbi ilə imtina olunmuşdur. Qusar RİHB-nın X9 Ərazi Darirəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum Qusar rayon Köhnə Xudat-Qazmalar kənd qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təcili və X4 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Zərdabi 202 ünvanına təcili tibbi yardım çağırılmış, lakin həkiməqdər ölüm baş vermişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki: “3 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi onun xx.xx.2024-cü il tarixli 09.06.24-cü ildə ölmüş anası X1 ölümünün qeydə alınması ilə bağlı müraciətinə əsasən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1, 8.2 və 8.3 -cü bəndlərinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən nüəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş berdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respubllkasmın ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Həmin Qaydanın 8.5.-ci bəndində isə göstərilir ki, "Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır". Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar masında ananızın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanımız xaricindədir". İş materiallarında olan 3 nömrəli şəhər poliklinikasının Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, anası xx.xx.1951-ci il təvəllüdlü X2 ölümü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında Şəhadətnamə”nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən tərəflərindən mərhumun adına “Ölüm haqqında tibbi Şəhadətnamə” verilməsi mümkün deyildir. İş materiallarında olan X9 Ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli Arayışında qeyd edilmişdir ki, Bakı şəhərində qeydiyyatda olan Ərizəçi anası xx.xx.1951-ci il təvəllüdlü Bakı şəhərində qeydiyyatda olan X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir və Qusar rayon Köhnə Xudat – qazmalar kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X2 xx.xx.1951-ci ildə doğulduğu, xx.xx.2024-cü ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi dayısı oğludur. Həmin gün axşam saatlarında ərizəçi ona zəng edərək, mərhumun vəfat etdiyini və səhər saatlarında mərhumu dəfn etmək istədiyini bidlirmişdir. Mərhumun dəfnində iştirak etmişdir. Mərhum Qazmalar kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Mərhum Bakı şəhərində vəfat etmişdir.Mərhumun yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid Oqtay oğlu ifadəsində bildirmişdir ki, ərizəçi həmkəndlisidir. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 ərizəçinin anası olmuşdur. xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin ərinin ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ərinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin anası xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar