Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1483/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, ərizəçilər Əliyeva (Dadaşova) X37 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçilər Əliyeva (Dadaşova) X44 və İddiaçı1 maraqlı şəxs Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər İddiaçı1 və Əliyeva (Dadaşova) X44 maraqlı şəxs Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 03.02.2022-ci ildə məhkəməyə müraciət edərək, ərizəçilərdən Əliyeva (Dadaşova) X37 babası, İddiaçı1 isə ulu babası X26 1942-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər, yəni Əliyeva (Dadaşova) X37 babası, İddiaçı1 babasının atası olan (ulu babası) X26 mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonunda yerləşən, hazırda ərizəçilərin qeydiyyatda olduqları və yaşadıqları Mirzə Fətəli küçəsində yerləşən dalan 10, ev 4-ü vərəsəlik yolu ilə öz adlarına rəsmiləşdirmək istəmişlər. Lakin evin mülkiyyətçisi olan X26 ölüm haqqında şəhadətnaməsinin olmaması müəyyən edilmişdir. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəlləfat Bürosunun 08 aprel 1948-ci il tarixdə verdiyi 175 saylı kitabın 7831-ci səhifəsində olan qeyddən və Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışdan göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsində yerləşən dalan 10, ev 4 X26 mülkiyyətindədir. İddia ərizəsinə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Əliyeva (Dadaşova) X37 atası X31r. İddiaçı1 doğum haqqında şəhadətnaməsindən göründüyü kimi onun atası X12r. X10 doğum haqqında şəhadətnaməsindən görünür ki, onun atası X31r. X27 doğum haqqında şəhadətnamədən görünür ki, o, 02 iyun 1898-ci ildə doğulmaqla onun atası Ağa- Dadaş Ələkbər oğludur. X27 ölüm haqqında şəhadətnaməsindən görünür ki, o 06 mart 1973-cü ildə vəfat etmişdir. Lakin ərizəçilər Əliyeva (Dadaşova) X37 babası, İddiaçı1 babasının atası olan (ulu babası) X26 da vəfat etməsinə baxmayaraq onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu fakt Yasamal rayon Qeydiyyat şöbəsinə, Milli Arxivə eləcə də digər orqanlara sorğu verilməsi nəticəsində müəyyənləşdirilmişdir. Beləliklə ərizəçilər X26 ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizə ilə eyni məzmunlu izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli 389 saylı məktubdan müəyyən edilir ki, X1 yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmiş və məzar daşı hal-hazırda Dağüstü 1 qəbiristanlığının 2-ci sektorunda yerləşir. Bundan başqa məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi, məzar daşı köhnə olduğundan onun üzərində X23 ölüm tarixi oxunmur, yalnız şahid ifadələri ilə müəyyən edilir ki, o, İİ Dünya müharibəsi dövründə, yəni 1942-ci ildə Bakı şəhərində vəfat etmiş və həmin vaxt müharibə şəraiti ilə bağlı onun ailə qəbiristanlığında dəfn edilməsi mümkün olmamış, bu səbəbdən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında bildirmişdir ki, mərhum X38 onun xalasının qayınatası, eyni zamanda anasının xalasının əri olmuşdur. O, X26 ölüm tarixini dəqiq bilməsə də, yalnız mərhum xalasının danışıqları əsasında bilmişdir ki, mərhum X38 İİ dünya müharibəsi dövründə, təxminən 1942-ci ildə vəfat etmiş, həmin vaxt müharibə şəraiti olduğundan, eyni zamanda mərhumun övladları və digər kişi cinsindən olan qohumları müharibədə olduqlarından, X26 ailə qəbiristanlığının yerləşdiyi Məştağa qəsəbəsində dəfn edilməsi mümkün olmamış və o, Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir. Hazırda məzar daşı üzərində onun ölüm tarixi oxunmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 bildirmişdir ki, ərizəçi Əliyeva (Dadaşova) X44 onun baldızı və İddiaçı1 isə övladıdır. Digər şahid X21 isə bildirmişdir ki, mərhum X38 onun xalasının qayınatası, eyni zamanda anasının xalasının əri olmuşdur. X5 və X21 eyni məzmunlu izahatlar verərək X9 göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin və şahidlərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara tam, obyektiv və hərtərəfli baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından: - 27 yanvar 2022-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 636215 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, ərizəçi X22 17 avqust 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş və şəhadətnamədə onun atasının X39 olması qeyd edilmişdir. - 12 fevral 1982-ci il tarixli İİ-ЖГ seriyalı 430339 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, ərizəçi X6 Qasım Səttar oğlu ilə nikaha daxil olmuşlar və bundan sonra X16 Əliyeva soyadı verilmişdir. - 27 sentyabr 2021-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı 173682 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, ərizəçi İddiaçı1 xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş və onun atası X20, anası X13r. - 25 yanvar 2022-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 05/Q-161/69 nömrəli arayışdan müəyyən edilir ki, X17 11 fevral 1947-ci il tarixdə Bakı şəhərində doğulmuş və onun atası X31r. - 13 iyul 2017-ci il tarixdə 3 saylı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 888312 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X20 09.07.2017-ci ildə ürəyin aterosklerotik xəstəliyi diaqnozu ilə vəfat etmiş, ölüm faktı qeydi həmin tarixdə 981 nömrə ilə qeydə alınmışdır. - 11 iyun 1959-cu il tarixdə verilmiş İ-ИЕ seriyalı 753195 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 02 iyul 1898-ci ildə doğulmuş və onun atası X30r. - 13 may 1981-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı 314882 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X39 06 mart 1973-cü ildə Bakı şəhərində vəfat etmiş və bu barədə akt qeydləri kitabında 345 nömrə ilə qeydə alınmışdır. - 08 aprel 1948-ci il tarixdə Bakı şəhəri Planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəlləfat Bürosu tərəfindən verilən 175 saylı kitabın 7831-ci səhifəsində olan qeyddən Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsində yerləşən dalan 10, ev 4 X26 mülkiyyətindədir. - Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən 08.10.2021-ci il tarixdə verilən DA-01641-2021 nömrəli məlumatdan müəyyən edilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərdə 1942-ci ilə dair Bakı şəhəri Oktyabr (Yasamal), Caparidze (Yasamal), Lenin (Sabunçu) rayonları və Maştağa qəsəbəsi üzrə ölüm haqqında qeydiyyat kitablarında X26 vəfatı haqqında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi VVARX-nın 17.09.2021-ci il tarixli RA0127 nömrəli məktubundan müəyyən edilir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş məlumatlar öyrənilərkən X26 ölümünün qeydə alınmasına dair hər hansı məlumat əldə edilməmişdir. Həmçinin bildirilmişdir ki, X26 ölümü 1945-ci ildən əvvələ təsadüf etdiyindən onun ölüm haqqında sənədin yoxlanılması Milli Arxiv İdarəsinə və Ədliyyə Nazirliyinin fəaliyyəti istiqamətlərinə daxil deyildir. - 28.09.2021-ci il tarixində Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 05/76-3763/16 nömrəli məktubdan görünür ki, X26 ölümü “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən 09 mart 2022-ci il tarixdə verilən 389 nömrəli arayışdan müəyyən edilir ki, X2 yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmiş və məzar daşı hal-hazırda Dağüstü 1 qəbiristanlığının 2-ci sektorunda yerləşir. - Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən isə müəyyən edilir ki, X26 məzar daşı üzərində onun doğum və ölüm tarixləri oxunmur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırılması zamanı ərizəçinin nümayəndəsinin, şahidlərin izahatından, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edildi ki, ölüm faktının müəyyən edilməsi xahiş edilmiş Ağa-Dadaş Ələkbər oğlu ərizəçi Əliyeva (Dadaşova) X37 babası, İddiaçı1 isə babasının atası, yəni ulu babasıdır. Bakı şəhəri, Yasamal rayonunda yerləşən, hazırda ərizəçilərin qeydiyyatda olduqları və yaşadıqları ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi X26 mülkiyyətində olmuşdur. X38 1942-ci ildə Bakı şəhərində vəfat etmiş və Yasamal rayonu Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir. X11 ölüm faktı aidiyyəti qurumlar tərəfindən qeydə alınmadığı üçün hazırda ona ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Əliyeva (Dadaşova) Nərgiz Əliağa qızının və İddiaçı1 ərizəsi təmin edilməli və X26 1942-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X26 1942-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X26 adına ölüm haqqında şəhadətnamənin verilməsi Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-1483/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1483/2022
19.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver