Məhkəmə qərarları › İş №e-2(004)-149/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-149/2024

27.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-149/2024 27.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1099 və 1108-ci maddələrini rəhbər tutmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada 2980 (iki min doqquz yüz səksən) AZN 49 ( qırx doqquz) qəpik, əldən çıxmış faydanın əvəzi olaraq 2648 AZN 43 qəpik (iki min altı yüz qırx səkkiz manat qırx üç qəpik), ümumilikdə 5628 manat 92 ( beş min altı yüz iyirmi səkkiz manat doxsan iki qəpik) qəpik pul, hüquqi xidmətə görə xərclənmiş 835 AZN, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 77 AZN ( yetmiş yeddi manat) pulun cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 19:22 radələrində "AZTAXİ” MMC- nin yol vərəqəsi əsasında maşını idarə edən X4 idarə etdiyi "Toyota Prius" markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili Ç.Mustafayev küçəsində hərəkət edərkən "xxxx" MMC-nin faktiki işçisi olan “Toyota Prius" markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 idarəetməni itirərək arxa hissədən vurmuş, zəncirvari qəza hadisəsi baş vermişdir. Nəticədə, X7 idarəetməni itirərək yolun sağ kənarındakı beton səkiyə dəymişdir. Avtomobilin arxa və qabaq hissələri yol- nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir. Nəticədə “Toyota Prius" markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri əsasında ******* saylı İnzibati Xəta haqqında protokol tərtib olunmuşdur. Sığorta hadisəsi baş verdiyi üçün "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 3069.51 AZN ( üç min altmış doqquz manat, əlli bir qəpik) pul ödənilmişdir. Lakin alınan sığorta ödənişi bizi iddiaçını qane etməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilən qiymətləndirmə zamanı 5539/23 saylı qiymətləndirmə aktında 2007-ci il buraxılışlı "Toyota Prius" markalı. **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər aşağıdakı kimi müəyyən olunmuşdur: Arxa hissə ( dəst) - 1800 AZN, Baqaj( zbor)- 300 AZN, sol stop ( 170 AZN), Arxa bufer ( 200 AZN), Arxa bufer salaskaları (30 AZN), Arxa balka (180 AZN), Arxa buferin gücləndiricisi ( 60 AZN), təkər ( 80 AZN), Amartizator ( 120 AZN), Arxa patpress ( 50 AZN), kiçik patpress (70 AZN), sağ fara ( 140 AZN), Buferin orta setkası ( 60 AZN), dumannı ( 50 AZN), Alt panel ( 200 AZN), Germetika ( 20 AZN), nömrə dəyişmək (30 AZN), dəmirçi ( 900 AZN), rəngsaz ( 900 AZN). plastmasçı (80 AZN), çilingər ( 150 AZN), razval ( 30 AZN), disk ( 80 AZN). armaturçu (300), cəmi - 6050 ( altı min əlli) manat. Həmin aktı "xxxx" ASC-nin HT və ZTD müdir müavini Ş.Cəfərov, ZQŞ-nin Baş Mütəxəssi İ.Məcidov və ZQŞ-nin müdiri E.Həsənov imzalamışdır. Göründüyü kimi "xxxx" MMC-nin mülkiyyətinə 6050 AZN maddi zərər dəysə də, sığorta şirkəti cəmi 3069.51 AZN pul ödəmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq avtomobilə maddi zərər vurulmasında səbəbkar olan şəxslərdən dəymiş ziyanın ödənilməmiş hissəsinin əvəzinin ödənilməsini tələb edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 faktiki olaraq Cavabdeh3 işçisi olmuş, onların nəzarəti altında taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sadalanan normalardan görünür ki, maşının mülkiyyətçisi Cavabdeh1 digər cavabdehlərlə birgə mülki məsuliyyət daşıyır. Göründüyü kimi İddiaçı MMC-nin mülkiyyətinə 6050 manat maddi zərər dəysə də, hadisə zamanı zəncirvari qəza baş verdiyindən və digər avtomobillərə də, dəymiş ziyan qarşılandığından, sığorta şirkəti iddiaçıya cəmi 3069.51 manat pul ödəmişdir. Ödənilməmiş fərq 2980.49 manatdır. Hesab edir ki, maşına dəymiş zərərin ödənilməmiş bu hissəsi cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarına əlavə etdiyi «BOLT» çıxarışlarından görünür ki, İddiaçı MMC-yə məxsus taksilərin fəaliyyətindən bir ay ərzində əldə etdiyi xalis mənfəət ortalama 2644.66 manatdır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi 3 ədəd «BOLT» çıxarışından görünür ki, iyulun 7-dən avqustun 6sınadək 3 taksinin hər birinin ayrı-ayrılıqda xalis mənfəəti 2521.4 manat, 2932.5 manat, 2491.4 manatdır. Həmin rəqəmlərin ədədi ortası 2648.43 manat edir. Avtomobilə dəymiş zərər nəticəsində biraydan cox müddətə həmin avtomobillə taksı fəaliyyəti ilə məşğul olunmamış və bununlada iddiaçıya zərər dəymişdir. Hesab edir ki, əldən çıxmış fayda olaraq həmin pul da, cavabdehlər tərəfindən bizə ödənilməlidir. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əlavə olaraq bildirdi ki, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 faktiki olaraq Cavabdeh3 işçisi olmuş, onların nəzarəti altında taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sadalanan normalardan görünür ki, maşının mülkiyyətçisi Cavabdeh1 digər cavabdehlərlə birgə mülki məsuliyyət daşıyır. Göründüyü kimi "xxxx" MMC-nin mülkiyyətinə 6050 manat maddi zərər dəysə də, sığorta şirkəti cəmi 3069.51 manat pul ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyi ilə razı deyil. Çünki Ekspert "xxxx" ASCnin müəyyən etdiyi məbləğdən də aşağı qiymət qeyd etmişdir. Bu ağlabatan məbləğ deyildir. Çünki Sığorta şirkətləri tərəfindən adətən məbləği azaltmağa çalışırlar. Lakin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən daha az məbləğ qeyd edilmişdir. Bildirdi ki, ekspertin rəyi məcburi xarakter daşımır. Məhkəmə təqdim olunmuş sübutlar əsasında qərar qəbul etməlidir. Bundan başqa məhkəmənin ilkin iclasında cavabdehlər iştirak etmiş, Cavabdeh3 nümayəndəsi bildirmişdir ki, onların işçisi deyil, lakin aralarında komitet müqaviləsi vardır. Bundan başqa cavabdehlərdən Abışov Tofiq suallara cavab olaraq bildirmişdir ki, pulu çəkmək üçün ona dostup verilir. Cavabdeh3 nümayəndəsi də bildirdi ki, o, onların işçisi deyil lakin pulu çəkmək üçün onlar ona dostup verir. Burdan görünür ki, Cavabdeh3 icazəsi olmadan, o, pulu çəkə bilməzdi. Daha sonra cavabdeh Abışov Tofiq bildirmişdir ki, Bakı şəhərində kirayə qalmaqla bir parça çörək pulu qazanır. Bundan əlavə Abışov Tofiqin idarə etdiyi avtomobilin arxa hissəsinə Cavabdeh3 nişanı vurulmuş və orda qeyd olunmuşdur ki, təhlükəli sürərsə bizə xəbər verin. Bütün bunlardan görünür ki, Abışov Tofiq Cavabdeh3 nəzarəti altında işləyibdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduqları və hüquqi ünvanları üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə tərəfindən elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, «Toyota Prius» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o sürmüş, digər cavabdehlərin heç bir günahı yoxdur. Bildirmişdir ki, avtomobilə dəymiş ziyanı özü ödəyəcək. Lakin o, avtomobilə dəymiş ziyanın məbləği ilə razı deyil. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş qiymətləndirmə aktına əsasən avtomobilə dəymiş ziyanın məbləği 6050 manat yəni, cox müəyyən edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 və Cavabdeh3 MMC-nin nümayəndəsi iddia tələbini etiraf etmədiklərini bildirmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışlardan görünür ki, Az Taxi MMC və Dost Park MMC kommersiya qurumları kimi dövlət qeydiyyatına alınmışlar. Elektron çıxarışdan (98-ci səh.) görünür ki, Toyota Prius markalı **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X8, etibar edən Cavabdeh1, etibar edilən isə Cavabdeh2dur. Elektron çıxarışdan görünür ki, Cavabdeh1 adına yalnız “Toyota Land-Cruiser minik” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı və “BMW X7 minik” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdan keçmişdir. Nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Toyota Prius markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Az Taxi MMC-nin mülkiyyətindədir. Taksi fəaliyyətində nəqliyyat vasitələrindən istifadəyə dair xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Az Taxi MMC (şirkət) Toyota Prius markalı 77PN 172 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini taksi fəlaiyyəti göstərməsi üçün X2 istifadəsinə verməsi və sürücü isə həmin nəqliyyat vasitəsini öz istifadəsinə qəbul etməsi barədə razılığıa gəlinmişdir. AZ Taxi MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yol vərəqəsindən görünür ki, MMC X5 Toyota Prius markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir. xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Abışov X9 Prius markalı **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Abışov X9 Prius markalı **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat mələğində cərimə edilmişdir. Qiymətləndirmə aktından görünür ki, “Toyota” markalı, “Prius" model, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci 6050 manat təşkil etmişdir. Ödəniş tapşırığından görünür ki, Qala Sığorta ASC tərəfindən Az Taxi MMC-nin hesabına 3069,51 manat ödənilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Qala Sığorta" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 5539/23 №-li qiymətləndirmə aktı məlumatlarına əsasən 2007-ci il buraxılışlı “Toyota” markalı, “Prius" model, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 4910,00 manat müəyyən edilir. (dəyişilməli hissələrin məbləği 3220 manat, təmir-bərpa işlərinin qiyməti 1690 manat) AZ Taxi MMC tərəfindən təqdim edilmiş çıxarışlardan görünür ki, iyul-avqust ayı ərzində sürücülərin idarə etdikləri digər nəqliyyat vasitələri üzrə xalis mənfəət 2521,4; 2932,5; 2491,4 manat təşkil etmişdir. Təqdim edilmiş şəkillərdən görünür ki, Toyota Prius markalı **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində Dost Park-ın loqosu və sürücülərin qeydiyyatı üçün mobil nömrə mövcuddur. X11 ilə 20 saylı vəkil büürosu arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, tərəflər Az Taxi MMC-nin hüquqlarının Vəkil tərəfindən müdafiə edilməsi barədə razılığa gəlmişlər.Hüquqi yardıma görə haqq 815 manat və əlavə olaraq 20 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Bakı şəhəri 20 saylı vəkil bürosunun hesabına ümumilikdə 835 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin veriləmsinə görə 77(yetmiş yeddi) manat dövlət rüsumu ödənilmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırkı halda məhkəmə qeyd edir ki, məhkəmə mübahisəsinin düzgün həll edilməsi üçün irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsasının tapılması və faktiki halların müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmasından ibarətdir. Mülki qanunvericiliyin tələblərinə görə mülki hüquq və vəzifələrin yaranmasının əsaslarından biri də başqa şəxslərə zərər vurulmasından ibarətdir. İşin halları ilə müəyyən edilmişdir ki, Dost Park MMC-də fəaliyyət göstərən Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə İnzibati xəta törətmiş və nəticədə İddiaçı MMC-nin mülkiyyətində olan yol vərəqəsi əsasında X4 idarə etdiyi "Toyota Prius" markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Dəymiş zərər 6050 manat hesablanmış, sığorta şirkəti tərəfindən Az Taxi MMC-yə 3069.51 AZN pul ödənilmişdir. Hazırda iddiaçı qalan məbləğin, əldən çıxmış faydanın, həmçinin məhkəmə məsrəflərinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edilən məbləğlərin cavadehlər Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutulması barədə mövqeyini onunla əsaslandırır ki, Cavabdeh2 mülki hüquq pozuntusu (delikt) törətməsi və onun təqsirli və hüquqazidd əməli nəticəsində iddiaçı Az Taxi MMC-yə maddi zərər vurulması iş materialları ilə sübuta yetirildiyindən, Cavabdeh2 hüquqi məsuliyyəti yaranmışdır. Dost Park MMC-yə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, tərəflər arasında əmək müqaviləsi olmasa da, Cavabdeh2 Dost Park MMC-nin nəzarəti altında fəaliyyət göstərməsi müəyyən olunur. Belə ki, maliyyə əməliyyatlarının Dost Park MMC üzərindən həyata keçirilmiş, müştərilər Dost Park MMC tərəfindən Cavabdeh2 təqdim edilmiş və nəliyyat vasitəsinin üzərində olan Dost Park MMC-yə aid loqo və əlaqə nömrəsi də, Cavabdeh2 məhz həmin MMC-nin nəzarəti altında Dost Park MMC məhz Mülki Məcəllənin 1099.1-ci maddəsinin məcburi tələblərinə əsasən iddiaya cavab verməli olan şəxsdir və işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və Cavabdeh2 vurduğu zərərin əvəzini ödəməlidir. Məhkməmə iddia tələbinin dəymiş 6050 manat ziyan məbləğindən sığorta şirkəti tərəfindən ödənilməmiş 2980,49 manat hissəsi ilə bağlı qeyd edir ki, ödənilməmiş məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-dən tutulmalı olması ilə bağlı iddianı əsaslı hesab etsə də, tələb edilən məbləğlə razılaşmır. Belə ki, iş üzrə məhkəmə icraatı zamanı ekspertiza təyin edilmiş və verilmiş rəyə əsasən “Toyota” markalı, “Prius" model, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4910,00 manat müəyyən edilmişdir. Həmin məbləğin 3069,51 manat hissəsi sığorta şirkəti tərəfindən ödənildiyini nəzərə alaraq məhkəmə qalan 1870,49 manattın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlir. (4910-3069,51=1870,49) Məhkəmə əldən çıxmış faydanın əvəzi olaraq 2648 AZN 43 qəpik pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə digər avtomobillərin aylıq xalis mənfəəti barədə çıxarışlar təqdim etsə də, həmin mənfəətin hansı hissəsinin MMC-yə, hansı hissəsinin sürücüyə aid olması, sürücünün avtomobili hansı şərtlərlə idarə etməsi, tərəflər arasında buna dair hər hansı icarə müqaviləsinin olması, gəlirin bölüşdürülməsinə dair razılığın olması müəyyəm edilmir. Məhkəmə həmin xalis mənfəətin hamısının Az Taxi MMC-yə aid ola bilməməsinə əsaslanaraq hesab edir ki, əldən çıxmış fayda ağlabatan məbləğdə 1300 manat məbləğində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hüquqi yardıma görə ödənilmiş 835 manat vəsaitin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müddəalarını nəzərə alaraq, konkret hallar və təqdim edilmiş məlumatları qiymətləndirilməklə hesab edir ki, ödənilmiş 835 manat pul vəsaitindən ağlabatan məbləğdə 400 (dörd) yüz manat cavabdehlər Cavabdeh2 və Dost Park MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun 42,17 (qırx iki manat 17 qəpik) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı MMC yə ödənilməli, qalan 34,83 (otuz dörd manat 83 qəpik) manatı iddiaçıya aid edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, Toyota Prius “Toyota Prius" markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. Həmin nəqliyyat vasitəsini Cavabdeh1 etibarnamə əsasında Cavabdeh2 vermişdir. Əvvəla göründüyü kimi nəqliiyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 deyil, bundan başqa mülkiyyətçisi olsa belə nəqliyyat vasitəsi idarə etmək hüququna dair etibarnamə ilə verilmiş, zərər vurulan zaman sözügedən nəqliyyat vasitəsinin qanuni əsaslarla Cavabdeh2 sahibliyində və istifadəsində olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh1 aid hissədə əsassız hesab edildiyindən təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin,nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həminşəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.” Həmin qərarda həmçinin qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinənəsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Beləliklə qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada 1840,49 (bir min səkkiz yüz qırx manat 49 qəpik) manat məbləğində pul, 1300 (bir min üç yüz) manat əldən çıxmış fayda, cəmi 3140,49 (üç min yüz qırx manat 49 qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, hüquqi xidmətə görə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməli, iş üzrə ödənilmiş 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumunun 34,83 (otuz dörd manat 83 qəpik) manatı iddiaçıya aid edilməli, qalan 42,17 (qırx iki manat 17 qəpik) manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 9/8475 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat olmaqla, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manatı İddiaçı MMC-dən, 25 (iyirmi beş) manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMCdən müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada 1840,49 (bir min səkkiz yüz qırx manat 49 qəpik) manat məbləğində pul, 1300 (bir min üç yüz) manat əldən çıxmış fayda, cəmi 3140,49 (üç min yüz qırx manat 49 qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Hüquqi xidmətə görə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumunun 34,83 (otuz dörd manat 83 qəpik) manatı iddiaçıya aid edilsin, qalan 42,17 (qırx iki manat 17 qəpik) manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulsun. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı İddiaçı MMC-dən, 25 (iyirmi beş) manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMCdən müştərək qaydada tutularaq X1, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ 37NABZ********************, X3 MMC VÖEN **********, AZ64AİİB400900C**********208 nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar