Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1498/2023 24.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Rəfayıl oğlu və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehlər Cavabdeh1 Rəfayıl oğlu və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Seat Leon markalı, **-NJ- *** nömrəli avtomobilin dəyəri olan 10.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin aprel ayında Cavabdeh1 ilə ona məxsus olan Seat Leon markalı, **-NJ-*** nömrəli avtomobili ilə cavabdehin dediyinə görə ona məxsus olan Kia Optima markalı avtomobili dəyişməli idilər. Bunun üçün Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Cavabdeh2 etibarnamə vermişdir ki, onun maşını, yəni Seat Leon markalı, **-NJ-*** nömrəli avtomobili satsın. Maşını satıldıqdan sonra ona Kia Optima markalı avtomobil verilməli idi. Kia Optimanın verilməsi çox vaxt çəkdi və nəticədə verilmədi. Qeyd edilən səbəbdən o, cavabdehdən ya öz maşınını geri və ya onun dəyəri olan 10.000 manatı tələb etdi. Nəticədə maşını əlindən alındı, dəyəri isə verilmədi. Cavabdehlərə qarşı polis orqanlarına müraciət etsə də, nə cinayət işi başlandı, nə də ona dəymiş zərər ödəndi. Hesab edir ki, maşını satıldığı üçün onun dəyəri ona çatmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 Rəfayıl oğlu və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Həmçinin Cavabdeh2 ilə telefon əlaqəsi saxlanılaraq məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilmiş, sonuncu, məhkəmə iclaslarında iştirak edəcəyini bildirsə də, məhkəməyə gəlməmiş, dəfələrlə edilmiş telefon zənglərinə cavab verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-40067/2023 nömrəli məktubuna “Seat Leon” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqavilələri, digər sənədlərin surətləri və qeydiyyat hərəkətləri barədə məlumatların komputer çıxarışı əlavə olunmuşdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ban nömrəsi: VSSZZZ1PZCR036756, buraxılış ili 2011 olan “Seat Leon” minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r, qeydiyyat üçün əsas alqı-satqı müqaviləsidir, şəhadətnamənin verilmə tarixi xx.xx.2019-cu ildir. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən ban nömrəsi: VSSZZZ1PZCR036756, buraxılış ili 2011 olan “Seat Leon” minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün Cavabdeh2 1 il müddətinə etibarnamə verilib və xx.xx.2023-cü il tarixədək qüvvədədir. 14 aprel 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 adından Cavabdeh2 “Seat Leon” minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alıcı Şahid 7000 (yeddi min) manata satılıb. Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X3 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 dekabr 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, aparılmış araşdırma zamanı izahatı alınan İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh1 ilə 2021-ci ilin yay aylarında tanış olmuşlar. Müəyyən müddət münasibətləri olduqdan sonra uzaqlaşmışlar. 2022-ci ilin mart ayında Xəyyam yenidən münasibət qurmuşdur. **-MC-*** dövlət qeydiyyat nişanlı “Seat Leon” markalı avtomobili olmuşdur. Söhbət zamanı Xəyyam avtomobilini dəyişib yenisini almağı təklif etmişdir. Hazırda maddi imkanı olmadığından avtomobili dəyişə bilməyəcəyini demişdir. Lakin Xəyyam yeni avtomobil almaq üçün alzım olan qalan pulu özünün həll edəcəyini demişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Xəyyam ilə birgə Bakı şəhəri, Nəsimi rayonu, “Qış Parkı”nın yaxınlığında yerləşən notariusda ona məxsus Seat Leon markalı avtomobilin satılması ilə bağlı “baş etibarnamə” vermişdir. Etibarnamə verdiyi şəxsin anket məlumatları Cavabdeh2dur. Həmin şəxs notariusa gəlməmişdir. Ona məxsus avtomobil üçün baş etibarnamə verilənə kimi artıq X7 markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili gətirmiş, həmin avtomobilə ona məxsus veşlərini qoymuşdur. Bundan sonra Seat markalı avtomobili alqı-satqı etmək üçün notariusa getmişlər. Daha sonra Xəyyamdan ona verdiyi avtomobil üçün etibarnamə verməsini istəmişdir. Xəyyam müxtəlif bəhanələr edərək etibarnamə verməkdən boyun qaçırsa da, daha sonra həmin avtomobili sürmək üçün etibarnamə vermişdir. Daha sonra anası xəstələndiyi üçün Türkiyə Respublikasına getmişdir. Bu vaxt Xəyyamın ona verdiyi Kia markalı avtomobili “Qış Parkı”nın altındakı avtomobil duracağında saxlamışdır. Təxminən 2 aydan geri qayıtmışdır. Həmin vaxt avtomobil yerində olmamışdır. Bundan sonra Xəyyam ilə əlaqə saxlamışdır Xəyyam avtomobili kirayə üçün göndərdiyini demişdir. Daha sonra maşınsız qalmış, avtomobilini geri istəmişdir. Xəyyamın avtomobili qaytarmadığını görüb xx.xx.2022-ci il tarixdə verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Bu vaxt artıq gec olmuş və avtomobil başqa şəxsin adına rəsmiləşdirilmişdir. Aparılmış araşdırma zamanı izahatı alınan Cavabdeh1 izahatında bildirmişdir ki, 1 il Gülşən ilə qeyri-rəsmi yaşamışlar. Münasibət zamanı Gülşən ona məxsus Seat leon markalı avtomobili satmaq istədiyini və başqa avtomobil almaq istədiyini demişdir. xx.xx.2022-ci il tarixdə onun avtomobilini almaq üçün 8000 manat müştəri tapmışdır. Bundan sonra alıcıya baş etibarnamə vermişdir. Həmin pulun 7000 manatını Gülşənə evində vermişdir. Qalan 1000 manat pulun üzərinə özündən 500 manat əlavə edib 1500 manata 2 aylıq Kia markalı avtomobil kirayə etmiş və Gülşənə vermişdir. xx.xx.2022-ci il tarixdə Gülşənə həmin avtomobil üçün sürməyə etibarnamə vermişdir. 2022-ci ilin iyul ayında Gülşən anası xəstələndiyi üçün Türkiyə Respublikasına getmişdir. Gülşənə zəng edib avtomobilin açarını istəyən zaman sonuncu, avtomobilin açarının səhvən Türkiyəyə Respublikasına apardığını bildirmişdir. Daha sonra Gülşənə məlumat verib avtomobili ehtiyat açar ilə oradan götürüb rent car şirkətinə təhvil vermişdir. Gülşənin haqqında dedikləri şər və böhtandır. Aparılmış araşdırma nəticəsində Cavabdeh1 əməlində hər hansı bir cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Beləliklə iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan “Seat Leon” minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasını Cavabdeh2 tapşırmış və bu məqsədi ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh2 etibarnamə vermişdir. Cavabdeh2 həmin tarixdə qeyd edilən nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi bağlamaqla 7000 manata Şahid satmışdır. Lakin nəqliyyat vasitəsinin alqı-satqısından əldə olunmuş vəsaiti iddiaçıya verməmişdir. Hazırda iddiaçı nəqliyyat vasitəsinin dəyərinin ona ödənilməsini tələb edir. Nəqliyyat vasitəsinin satışından əldə olunmuş vəsaitin iddiaçıya verilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh2 isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddiaçının Cavabdeh2 qarşı pul tələbi 7000 manat hissəsində əsaslı hesab edilməlidir. Digər cavabdehə münasibətdə məhkəmə iddia tələbiniə əsaslı hesab etməyərək həmin hissədə təmin olunmaması qənaətinə gəlir. Belə ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini və ona dair etibarnaməni Cavabdeh1 Rəfayıl oğluna deyil, Cavabdeh2 vermişdir və bu səbəbdən tələb hüququ ikinci şəxsə münasibətdə yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2dan 7000 (yeddi min) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2dan 7000 (yeddi min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1498/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1498/2023
24.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver