Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1506/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinə qarşı (X39 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və qeyri-yaşayış sahələrinin təhvil verilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinə qarşı (X39 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və qeyri-yaşayış sahələrinin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X61 Massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında yerləşən 2, 5, 6A, 7, 16, 19, 21, 22, 24A, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillər və 400 kv.m qeyri-yaşayış sahəsi - ona məxsus əmlakların və Xətai və Binəqədi rayonlarında tikilmiş binalardan 2000 (iki min) kv.m yaşayış, 1000 (bir min) qeyri-yaşayış sahələrini tam təmirli ona təhvil verilməsi və Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh2 başqa Cavabdeh3 ($/V: AZE********, fin: xxxxxxx, Qeydiyyat ünvanı: ünvan 2 ünvan: Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev 9, tel: ***-***-**-**); Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin (vöen: **********, Ünvan: Bakı şəhəri, Əliyar Əliyev küçəsi, 13.) cavabdeh kimi işə cəlb edilməsi; Bakı şəhəri, Yasamal rayonu, X61 Massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 400 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 adına verilmiş 17 oktyabr 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** və ********** reyestrdən çıxarışların ləğv edilməsi və 400 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi; xx.xx.2006-cı il tarixli X10 imzaladığı iltizam ilə 2011-ci il tarixinə təhvil verilmədiyinə görə iddiaçıya satdığı əmlaklardan əlavə Xətai və Binəqədi rayonlarında tikilmiş binalardan 2000 (iki min) kv.m yaşayış, 1000 (bir min) qeyri-yaşayış sahələrini tam təmirli şəkildə Cavabdeh2 tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X61 Massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasından xx.xx.2005-ci il tarixli müqavilə əsasında 1758 kv. metr yaşayış, xx.xx.2005-ci il tarixli müqavilə əsasında isə 400 kv. metr qeyri-yaşayış sahələrini X29 ona satmışdır. X29 2011-ci ildə Bakı şəhərində güllələnərək başqa payçı tərəfindən öldürüldükdən sonra onun hüquqi varisi Cavabdeh2 onun həbsdə olmağından istifadə edərək heç bir sübut edici sənəd olmadan bir AKT surəti ilə Məhkəməyə müraciət edərək həyat yoldaşının ona satmış olduğu mənzil və obyektləri ona məxsus olduğunu məhkəmədən gizlədərək xx.xx.2014-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə mənzilləri əldə edib, həyat yoldaşı X16 məxsus möhür ilə köhnə tarixlərlə mənzilləri başqa-başqa şəxslərə satmışdır. Qeyd etmək istəyir ki, xx.xx.2006-cı il tarixli X10 imzaladığı iltizam ilə X29 yaşayış və qeyri-yaşayış sahələrini 2011-ci il tarixinə təhvil verməzsə ona satdığı əmlaklardan əlavə Xətai və Binəqədi rayonlarında tikiləcək binalardan 2000 (iki min) kv.m yaşayış, 1000 (bir min) qeyri-yaşayış sahələrini tam təmirli ona təhvil verəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Prezidenti X62 xx.xx.2017-ci il tarixli Əfv fərmanı ilə o, bəraət alaraq azadlığa çıxmışdır. 2021-ci il yanvar ayında oğlu Əsgərov Real xəstəlikdən vəfat etmişdir. Binanın komendantı ona zəng vuraraq bildirmişdir ki, sənə məxsus əmlaklarla bağlı Cavabdeh2 özəlləşdirmə ilə bağlı işlər görür. O, da müxtəlif dövlət və hüquq mühafizə orqanlarına müraciət edərək, Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilməsini dəfələrlə xahiş etmişdir. Sonda dövlət orqanından gələn cavaba əsasən bu işin yalnız məhkəmədə həll olunacağı cavabını almışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərlə sübut edir ki, Bakı şəhəri, Yasamal rayonu, X61 Massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında yerləşən 2, 5, 6A, 7, 16, 19, 21, 22, 24A, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillər və 400 kv.m qeyri-yaşayış sahəsi ona məxsusdur və tam ona təhvil verilməlidir və xx.xx.2006-cı il tarixli X10 imzaladığı iltizam ilə 2011-ci il tarixinə təhvil verilmədiyinə görə ona satdığı əmlaklardan əlavə Xətai və Binəqədi rayonlarında tikilmiş binalardan 2000 (iki min) kv.m yaşayış, 1000 (bir min) qeyri-yaşayış sahələrini tam təmirli ona təhvil verilməlidir. Cavabdeh3 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı ona qarşı "çıxarışın ləğv olunması və.s." barədə qaldırdığı iddia tələbi tam əsasız və qanunsuzdur. Belə ki, sözügedən ünvan 4 ünvanında yerləşən ona məxsus qeyriyaşayış sahəsini xx.xx.2006-ci il tarixli müqavilələr əsasında almışdır və həmin vaxtdan təhvil aldığı sahələrinə qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququ əldə etmişdir. Ümumiyyətlə İddiaçı ünvan 4 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsi barədə Yasamal rayon Məhkəməsinə təqdim etmiş olduğu sənədlər saxtadır. İddiaçı ona məxsus qeyri-yaşayış sahəsi üzərində heç bir hüquqa malik deyil və heç vaxt olmamışdır. Əlavə olaraq bildirir ki, sözügedən qeyri-yaşayış sahəsi on səkkiz ildir onun istifadəsindədir. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, Yasamal Rayon Məhkəməsinin 8(004)-576/2022 nömrəli, xx.xx.2022- ci il tarixli qərardadı ilə Cavabdeh3 Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı şikayəti təmin olunaraq Bakı şəhəri, Yasamal rayonu, X61 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin məxsus olduğu sübut olunmuş, sözügedən qeyri-yaşayış sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququnun olduğu təsdiq edilmişdir. İddiaçı oğlu X40 adından ünvan 7 ünvanında yerləşən Cavabdeh3 məxsus qeyri yaşayış obyektlərini başqa şəxslərin adına saxta müqavilələr tərtib etmişdir. Odur ki, İddiaçı iddia tələbi əsasız və qanunsuz olduğundan təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmunua uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yazılı vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə Cavabdeh3 və üçüncü şəxs X17 qanunsuz əməlləri barədə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vəsatəti belə əsaslandırmışdır ki, iş üzrə tələn olunan Bakı şəhrəi, Yasamal rayonu, X61 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 400 kv.m. qeyri-yaşayış sahəsi qanunsuz olaraq Cavabdeh3 adına sənədləşdirilmiş və bu barədə həmin şəxsin mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli, ********** və ********** saylı DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 2 ədəd çıxarış verilmişdir. Sözügedən çıxarışların verilməsinə əsas olmuş müqavilədə tarix kimi 17 oktyabr 2006-cı il göstərilsə də, əslində saxtalaşdırılaraq 2020-ci il tarixdə tərtib olunmuşdur. Bu halları həmin vaxt, 2020-ci ildə müqavilə yazılan anda iştirak etmiş şahid X7 məhkəmədə ifadə verərək bir daha təsdiq etmişdir. Həmçinin şahid bildirmişdir ki, sözügedən müqaviləni imzalayan, tərtib edən şəxs X39 olmuşdur. Nəticə etibarı ilə qeydə alınmanın hüquqi əsası olan müqavilə əvvəlki tarixə yazılmış, saxta yolla əldə edilmiş qeyri-ciddi, tərəflərin əsl iradə ifadəsini əks etdirməyən, səlahiyyətsiz şəxs tərəfindən verilmiş müqaviləni tərtib etmiş, saxtalaşdırmış şəxs X39 olmuşdur. Yəni həm Cavabdeh3, həm də Tural Hseynov sözügedən saxta əməliyyatı birgə həyata keçirmişlər. Şahid bildirmişdir ki, Tural Hüseynovun bunu etməsinin səbəbi Cavabdeh2 yayındırmaq olmuşdur. Bu səbəbdən də sözügedən hallarla bağlı Tural Hüseynov işə məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuşdur. Şahid bildirmişdir ki, Tural Hüseynov barəsində bir necə cinayət işi başlanılsa da, xitam verilmiş, hazıra isə başlanılmış cinayət işi davam etməkdədir. Belə ki, Cavabdeh2 şikayəti əsasında Tural Hüseynov barəsində AR CM-nin 320.2-ci maddəsinə görə başlanılmış cinayət işinə xx.xx.2018-ci il tarixində müstəntiq X43 tərəfindən xitam verilmişdir. Daha sonra Vahid Məmmədovun şikayəti əsasında T.Hüseynov barəsində CMnin 320.2-ci maddəsi ilə başlanılmış cinayət işinə müstəntiq Elnur Rüstəmov tərəfindən xitam verilmişdir. Hazırda isə X8 şikayəti əsasında Tural Hüseynov barəsində CM-nin 320.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Şahidin verdiyi ifadəsində də göründüyü kimi Tural Hüseynov hazırki işdə olduğu kimi əvvəllər də saxta sənədlərin tərtib olunmasında, istifadə olunmasında iştirak etmiş və barəsində cinayət işi başlanılmışdır. Bu mənada hesab edir ki, hazırki iş üzrə mübahisələndirilən müqavilə Cavabdeh3 və üçüncü şəxs Tural Həsənovun birgə iştirakı ilə saxta yolla tərtib edilərək saxtalaşdırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, İddiaçıı da, Cavabdeh3ı da tanıyır. İddiaçıı onunla 2020-ci ildə Hüseynov Tural tanış etmişdir. Aralarında heç bir ədavət olmamışdır. Hüseynov Turalla isə 2016-cı ilin aprel ayından tanışdırlar. Cavabdeh2 Hüseynov Turalla aralarında mənzil münaqişəsi baş verən zaman tanımışdır. Cavabdeh2 1-ci instansiya məhkəməsində qaldırdığı iddia təmin edilməmiş, işə daha sonra apellyasiya instansiyası məhkəməsində baxılmış və 1-ci instansiya məhkəməsinin qərarı qüvvədə qalmışdı. Hüseynov Turalın atası Şakir Hüseynov barədə dələduzluğa görə cinayət işi açılmışdı və məsuliyyətə cəlb edilimişdi. Atası cəzaçəkmə müəssisəsində olarkən məndən Turala kömək etməyimi xahiş etmişdi. Bildirmək istəyir ki, mənzilin İddiaçı məxsus olduğunu sonradan bilmişdir. Hər iki tərəf bunu məhkəmə prosesi zamanı gizlətmişdir. Hər iki tərəf evin onlara məxsus olduğun deyirdi. Məhkəmədəki mübahisənin əsas predmenti bu idi. Təqdim edilən sübutlarda saxtalıq olmuşdur. Hüseynov Tural onu İddiaçıla tanış edərkən ondan məhkəmə prosesi zamanı evin İddiaçı məxsus olduğunu deməməsinin səbəbini soruşmuşdu. Tural isə ona mənzilləri özünə götürmək üçün belə addım atdığını bildirmişdi. Mübahisə Konstitusiya Məhkəməsinə qədər davam etmişdi. Saxta sənədləri də Cavabdeh3, Hacıyev Xanoğlan, Ramil Şükürov, Məmmədov Rəşad adlı şəxslərin adına keçirmişdi. Bunun səbəbini də Hüseynov Turaldan soruşanda cavab olaraq ona gələcəkdəki mübahisələrdə adının hallanmaması üçün belə etdiyini bildirmişdi. Saxtalaşdırılma barəsində də cinayət işi açılmışdır. Hüseynov Tural tərəfindən Hacıyev Xanoğlan adına müxtəlif məzillərə və qeyri-yaşayış sahələrinə məxsus saxta sənədlər də tərtib olunmuşdu. Hətta buna görə polis araşdırma aparan zaman o, Hacıyev Xanoğlana kömək etmişdi. Təxminən 2019-2021-ci illərdə Hacıyev Xanoğlan adına müxtəlif məzillər və qeyri-yaşayış sahələri olduğu üçün Tural yaşayış sahəsini onun adına sənədləşdirməyi təklif etmiş, lakin o, bununla razı olmamışdır. Daha sonra Cavabdeh3 təklif etmişdi. Cavabdeh3 isə təklifi qəbul etmişdi. Bu hadisələrin hamısı gözünün önündə baş vermişdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, bütün bunlar baş verərkən onların yanında olduğu, Hüseynov Turala kömək etdiyi üçün iş haqqında məlumatları bilir. Onlara hüququ cəhətdən köməklik edirdi. Mənzillərin İddiaçı məxsus olduğunu sonradan bilmişdir. Ona demişdilər ki, İddiaçı adlı şəxs Cavabdeh2 həyat yoldaşdan 20 mənzil və sahəsi 400 kv.m. olan qeyri-yaşayış sahəsi alıb. Danışıqları şahid olduqları və ona deyilənlərdir. İddiaçı və Rüstəmov Rəşid arasındakı müqaviləni sonradan bilmişdir. Turalı müdafiə edərkən müqavilə və mənzillərin İddiaçı məxsus olduğu barədə heç bir məlumatı yox idi. Saxtalaşdırılma barəsində də Hüseynov Turala qarşı cinayət işi açılmışdır. Hüseynov Tural sənədləşdirmədə atasının möhüründən istifadə edirdi. Atası vəfat etdiyi üçün müqavilələr keçmiş tarixə bağlanırdı. Müvaqilənin bağlanması 2020-ci ilin əvvəlinə təsadüf edir. Cavabdeh3la Hüseynov Tural arasında danışıq olmuşdur ki, Hüseynov Tural evin bütün sənədləşdirmələrini formal olaraq Cavabdeh3 adına edəcək və Cavabdeh2 ilə arasındakı mübahisədən qeyri-yaşayış sahəsini əldə edəcək. Bundan kənar olan danışıqlar onların öz aralarında olanlardır. Hüseynov Tural ilə Cavabdeh3 arasındakı münasibətlərin hal-hazırda necə olması barədə dəqiq məlumatı yoxdur. Cavabdeh2 ilə Tural arasında mübahisə olduğu üçün sənədləri Turalın adına keçirmir. X45 Elxanı aldatmamışdır. Cavabdeh3 Hüseynov Turalın atasının imzasını təqlid edərək müvaqiləyə imza atdığını bilirdi. Müqavilə imzalanarkən o, yanlarında idi. Hüseynov Tural özü atasının imzasını təqlid etmişdi. Maliyyə arayışı da həmin vaxt hazır edildi. Hüseynov Turalın atası-Hüseynov Şakirin həyatında 2006-cı ildən sonra bir sıra problemlər yaranmışdı. Məhz buna görə müqavilələrin tarixi 2006 və 2006-dan əvvəlki tarixlərə uyğun yazılmışdı. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş mateiallarında olan: X29 (icraçı) ilə X40 (payçı) arasında bağlanılmış xx.xx.2005-ci il tarixli müqavilənin sürətindən görünür ki, ünvan 9 ünvanda inşa edilən 10 mərtəbəli yaşayış evinin ümumi sahəsi 186 kv.m. olan 8 ədəd 5-otaqlı və ümumi sahəsi 135 kvm olan 2 ədəd 3-otaqlı müxtəlif mərtəbələrdən payçı X41, payçılar X6, X30 izole olunmuş bir pay kimi verilir. 1.2ci bəndinə görə verilən mənzillər əsas payçı X18 hesabına və onun sərəncamına verilir. X29 (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanılmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 9 ünvanda inşa edilən 10 mərtəbəli binada ümumi sahəsi 400 kv.m. ibarət olan qeyri-yaşayış sahəsi icraçı tərəfindən pay kimi verilir. X11 tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli iltizamın surətindən görünür ki, X3 Real İldırım oğlu ilə xx.xx.2005-ci il tarixində imzalanmış müqaviləyə əsasən 1558 kv.m. sahəyə dair 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 nömrəli mənzilləri və İddiaçı ilə xx.xx.2005-ci il tarixdə imzalanmış müqaviləyə əsasən 400 kv.m. qeyri-yaşayı sahələrini 1 il müddətinə təhvil verilməsini öhdəsinə götürmüşdür. Bu günki gün onun "xxxx" MTK ilə iş birliyini dayandıraraq, özünün sərbəst olaraq Xətai və Binəqədi rayonlarında yüksəkmərtəbəli binaların inşaasına imkanı var. Qoyulan sərmayəyə görə vaxtında, yəni 1 il müddətinə təmin edə bilmədiyi üçün İddiaçı razılığı ilə, yəni 5 il müddətinə, 2011-ci ilin dekabr ayına qədər müqavilələrə əsasən Yasamal rayonu, X61 massivi, Xarici Dairəsvi küçəsi 2 ünvanında 10 mərtəbəli binadan onun payından əlavə Xətai və Binəqədi rayonlarında inşa etdirəcəyi binalardan İddiaçı pay olaraq 2000 kv.m. yaşayış, 1000 kv.m. qeyri-yaşayış sahələrinin tam təhvil verilməsini öhdəsinə götürür. X11 tərəfindən verilmiş 21 dekabr 2006-cı il tarixli arayışın surətindən görünür ki, X40 ilə xx.xx.2005-ci il tarixində bağladığı müqavilə üzrə 1558 kv.m. sahəyə dair 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 nömrəli mənzilləri qəbul etdiyi məbləğə görə X24, İddiaçı ilə xx.xx.2005-ci il tarixdə bağladı müqavilə üzrə 400 kv.m. qeyri-yaşayı sahəsini İddiaçı təhvil vermişdir. Gələcəkdə "xxxx" MTK tərəfindən yuxarıda göstərilən yaşayış və qeyri-yaşayış sahələrinə 26 iyul 2006-cı il tarixli akt üzrə çıxarışların alınmasını təmin edilməlidir. X40 ilə fiziki şəxs X52 arasındakı xx.xx.2005-ci il tarixli müqavilədə qeyd olunan payçıların öhdəliklərinin təmin olunması X19 üzərinə düşür. “X53” MMC-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu, X68 Xarici Dairəvi 2 ünvanda yerləşən 10 mərtəbəli yaşayış binası "X53” MMC tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Maliyyə İnstitutuna təhvil verilib. Hal-hazırda "X53” MMC-yə məxsusdur və həmçinin payçılarına arayışların verilməsi "X53" MMC tərəfindən həyata keçiriləcək. Bu binanın 1-ci girişi, 1-ci mərtəbəsində sahəsi 140.5 kv metr. 2-ci giriş 1-ci mərtəbəsində sahəsi 104.5 kv metr. 3-cü giriş 1-ci mərtəbəsində sahəsi 118.3 kv metr sahədən ibarət qeyri-yaşayış sahələrin dəyəri payçı X32 tərəfindən tam ödənilmişdir. Borcu qalmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1868/2014 saylı, 11 mart 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar azyaşlı X9 və X2 qanuni nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-871/2013 saylı mülki iş üzrə qəbul etdiyi 08 aprel 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar X25 və X2 cavabdeh X20 (üçüncü şəxs X26) qarşı mənzillərin təhvil verilməsi tələblərinə dair iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X65 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillər cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmişdir. 01 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, ibtidai araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2004-cü il tarixdə Moskva şəhərindən Azərbayan Respublikasına qayıdandan sonra Bakı şəhəri Babək prospektində X66 və İntiqam Rəhmanov ilə rastlaşıb söhbətləşərkən onlara məxsus olan kafe və avtomobil servis hissəsini icarəyə götürərək iş fəaliyyətinə başlamış, bu ərəfədə onların tanışı Yüzbaşov Rasim Mahmud oğlu öz tanışı X29 ilə onun işlətdiyi kafedə ona müraciət etmişlr ki, X4 rayonu ərazisində Bakı şəhəri Yasamal rayonu X61 massivi Xarici dairəvi 2 ünvanda 10 mərtəbəli binanın tikintisi ilə məşğuldur və tikintinin davam etdirilməsi üçün sərmayə qoymaq lazımıdr. Onların etdikləri müraciət əsasında o tikinti sahəsinə getmiş, tikintinin gedişatı ilə tanış olub tikintinin davam etdirilməsi ilə əlaqədar razılığa gəlib Moskvadan gətirdiyim pul hesabına tikintinin davam etdirilməsinə razılıq vermiş və sərf etdiyi pullar əsasında 2.527.400 (iki milyon beş yüz iyirmi yeddi min dörd yüz) ABŞ dolları pul müqabilində 1758 kv.m yaşayış və 400 kv.m qeyri-yaşayış sahəsinin (10) mərtəbəli binanın mənzillər fərqli ölçülərdə olmaq şərti ilə) ona verilməsi barədə xx.xx.2005 və xx.xx.2005-ci il tarixlərdə Rövşənlə oğlu realın adına alqı-satqı müqaviləsi bağlamış və bunun əsasında ona maliyyə arayışı verilmişdir. Mənziltikinti kooperativinin digər üzvləri və şahidlərin oğlu Realın (xx.xx.2021-ci il tarixdə rəhmətə gedib), Şakirin ( 2016-cı ildə ölüb) Rövşən Yüzbaşov( 2019-cu ildə ölüb) iştirakları ilə 2.527.400 (iki milyon beş yüz iyirmi yeddi min dörd yüz) ABŞ dolları pulu X16 (2011-ci iləd ölüb) vermişdir. İşin gedişatı zamanı Rövşən Rüstəmov həmin alqı-satqı müqaviləsi əsasında ona verilmiş mənzilləri mənimsəmiş, başqa şəxslərdən pul alıb həmin şəxslərin şikayəti əsasın da khme dəfə xx.xx.2008-ci il tarixdə onu həbs etdirmiş, məhkəmə araşdırması zamanı 3 il sınaq müddəti ilə cəza təyin olunmuş, 18 aydan sonra 24 noyabr 2010-cu il tarixdə ona verilmiş sınaq müddəti cəzası üzərimdən götürülmüş, cəzasının götürülməsindən 3 gün sonra 27 noyabr 2010-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, Azərbaycan Respublikasını tərk etməyinə baxmayaraq Rövşən Rüstəmov və onun arvadı Cavabdeh2 əlbir olaraq X16 mənzillər almaq üçün verdiyi pulları ələ keçirmək məqsədilə təkrar olaraq onun barəsində yenidən saxta yollarla cinayət işi başlatdırıb, 2011-ci il tarixdə vəzifəli şəxs Cavabdeh2 öz qardaşının köməkliyi ilə saxta cinayət işi əsasında Rusiyadan deportasiya etdirərək barəsində həbs qətimkan tədbiri seçdirmişlər. Cəza çəkdiyi dövrdə ona məxsus mülkləri ələ keçirmək məqsədilə X10 qanuni varisi, vəzifəli şəxs Cavabdeh2 öz qardaşının köməkliyi ilə onu həbs etdirməklərinə baxmayaraq onun həbsi üçün sübutlar olmadığından oğlu Realı azadlığa buraxılır, onların etdiyi qanunsuz təzyiqlər nəticəsində oğlu Real stress keçirərək 18 yanvar 2021-ci il tarixdə həyatını itirir. Sonradan isə X10 qanuni varisi, vəzifəli şəxs Cavabdeh2 ərinin ona qarşı qurduğu dələduzluğu davam etdirərək ona məxsus bütün mülklərini tanımadığım şəxslərə satmaqla 2.527.400 ( iki milyon beş yüz iyirmi yeddi min dörd yüz) ABŞ dolları pulumu mənimsəmişdir. Vəzifəli şəxs Cavabdeh2 tərəfindən mənzillərinin satılmasını X12 hüquqi varisi X39 da təsdiq edə bilər. X29 ilə vəzifəli şəxs Cavabdeh2 əlbir olaraq saxta yollarla onu və oğlum Realın həbsini təşkil etməklə külli miqdarda pullarını mənimsəmiş, həmçinin qeyd edilən edirəm ki, onun verdiyi pulun müqabilində Bakı şəhəri Yasamal rayonu X61 massivi Xarici dairəvi 2 ünvanda 10 mərtəbəli binada 20 məznil verilməli idi. Həmin mənzillərdən 7 mənzil məndədir, 4 satmışam 3 mənzil qalır. Həmin qalan mənzilin sənədini Tural məhkəmə qərarıəna görə vermir və deyir ki, sənə düşən payı Venera məhkəmə qərarı ilə udub, ərinin sənə olan borcunu məhkəmədə göstərməyərək yeganə varis olduğunu deyib. Hazırda həmin binanın birinci mərtəbəsində olan 400 kv. metr ərazisi olan qeyri yaşayış sahəsi məndədir. Həmçinin həmin sözü gedən binadan mən 1-ci blok 9-cu mərtəbə 135 kv metr 17 saylı mənzili X21, 1-ci blok 7-ci mərtəbə 135 kv metr 13 saylı mənzili Şəfayətli Niyaməddinə, 2-ci blok 1-ci mərtəbə 65 kv metr 21 saylı mənzili X22, 2-ci blok 10-cu mərtəbə 165 kv metr 43 saylı mənzili X23, 3-cü blok 1-ci mərtəbə 65 kv metr 47 saylı mənzili Aygün Aşiqə, 3-cü blok 4-cü mərtəbə 75 kv metr 60 saylı mənzili Taleh Mehdiyevə, 3-cü blok 7-ci mərtəbə 75 kv metr 72 saylı mənzili X1, həmin evlərə görə Tural Hüseynovdan sənəd ala bilmir, çünki Venera əri Rövşənin ona olan borcunu göstərmədən məhkəmə qərarı alıb həmin mənzillərə həbs qoydurub və qanunsuz olaraq mənzilləri satmaq istəyir. İbtidai araşdırma zamanı izahatı alınmış X39 bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu X61 massivi Xarici dairəvi 2 ünvanda 10 mərtəbəli binanı atam rəhmətlik atası 2004-2005-ci illərdə inşa etmişdir. Sonradan atası 2016-cı ildə ürək çatışmamazlığından rəhmətə getmiş həmin tikintinin işlərinin tamamlanması işləri onun üzərində qalmışdır. Baxışına təqdim edilmiş X29 ilə Əsgəərov Real ildırım oğlu ilə xx.xx.2005-ci il tarixli müqabvilədən görünür ki, Rövşən Rüstəmov həmin şəxsə 1758 kvadrat metr yəni 20 mənzil qanunsuz olaraq satmışdır. Həmin məsələ ilə bağlı bildirmişdir ki, mənzilləri MTK olaraq varasas olaraq Rüstəmov Rövşənin vərəsəsəi Cavabdeh2 Real Əsgərova təhvil verməlidir. X38 atası Şakir arasında guya ki bağlanmış saxta hesab etdiyi aktı əsas gətirib qanunsuz olaraq onu məhkəməyə vermiş həmin mənzillərin ona verilməsini tələb etmişdir. İddiasında isə göstərmişdir ki, həyat yoldaşı Rövşən tərəfindən başqa şəxsə verilmiş, lakin həmin şəxsin adını göstərmədən bildirmişdir ki, naməlum şəxs ondan guya evi tələb edir. Bu İldırım və qeyriləri ola bilərdi amma Venera İldırımı və ya Realı məhkəmədə ev sahibi kimi göstərməyib. Onun rəhbəri olduğu MTK- dan Yasamal rayon məhkəməsi və Apelyasiya məhkəməsinin hakimləri İlahə Abbasova və X27 qarşı qanunsuz iddiasını rədd etmiş daha sonra Cavabdeh2 Ali məhkəməyə şikayət etmiş hansı səbəbdənsə ali məhkəmə əsassız iddianı təmin edib işi Bakı Apelyasiya məhkəməsinə yollamış və Apelyasiya məhkəməsinin hakimi Raqub Qurbanov araşdırma aparmadan bundan əvvəlki qərarları qüvvədə saxlamayıb Veneranın xeyrinə saxta ksero sürət olan sənəd əsasında qanunsuz qətnamə çıxarmışdır. Belə olan halda İldırım müəllimə həmin mənzilləri Rövşənin varisi Venera verməlidir. X49 pul qazanmaq niyyəti güdərək mənzilləri sahiblərinə deyil başqa şəxslərə satıb qanunsuz pul qazanır bu faktlarıda məhkəmə və istintaqdan gizlədir, üzərinə varis kimi düşmüş öhdəlikdən yayınır yerinə yetirmir. Rövşən və Real aralarında bağlanmış müqavilə üzrə mənzilləri qanunla nəzərdə tutulmuş qaydadad verilməsinə etiraz etmir, lakin Cavabdeh2 onun rəhbəri olduğu MTK- da olan mənzilləri qaytarmaq şərti ilə bunu edə bilərəm. İbtidai istintaq zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, İldırım bildiyiniə görə həbsdən yeni çıxıb. Həbsdən çıxandan sonra onunla danışıb və Şakirin ona verdiyi mənzili Turaldan ala bilməməsini deyib, bundan sonra İldırım onunla kobud danışmağa başlamış və demiş ki, mən bilirəm mənzilim səndədir mənzilimi qaytar. İddiaçı 2006-2007ci illərdən mərhum həyat yoldaşı Rövşən Rüstəmovun vasitəsi ilə adını eşitmiş, həmin vaxtlardan bilmiş ki, Xətai rayonu S.Ə.ünvan 15 ünvanında yerləşən Rövşənin tikdiyi binadan İldırım 20 mənzili götürmüş əvəzində torpaq verməli imiş lakin həmin torpaq sahəsini verməmiş və aralarında mübahisə yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-599/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, müstəqil tələblər irəli sürən üçüncü şəxs X28 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-706/2018 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. X33 (icraçı) ilə Cavabdeh3 (payçı) arasında bağlanılmış 17 oktyabr 2006-ci il tarixli müqavilənin sürətindən görünür ki, ünvan 9 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 140.5 kv.m. olan qeyri-yaşayış obyekti izole olunmuş bir pay kimi verilir. "xxxx" MTK-nin maliyyə arayışından görünür ki, Baki şəhər, ünvan 16 ünvanda yerləşən yaşayış binası hal-hazırda "ŞAKİR” MƏNZİL TİKİNTİ KOOPERATİVİNƏ məxsusdur və binanın payçılarına arayışların verilməsi MTK tərəfindən həyata keçirilir. Bu binanın 1-ci girişi 1-ci mərtəbəsində ümumi sahəsi 140.5 kv.m. sahədən ibarət qeyriyaşayış sahəsinin pay dəyəri "xxxx" Cavabdeh3 tərəfindən tam ödənilmişdir, MTK-ya heç bir borcu yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam paylı olaraq xx.xx.2023-cü il tarixdən Cavabdeh3 mülkiyyətindədir və ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 393-cü maddəsinə əsasən Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. (30 dekabr 2016-cı il tarixli dəyişikliyə qədərki redaksiya) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını, şahidin ifadəsini dinləyərək, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki qanunvericilikdə müqavilələrin bağlanması forması, daşınmaz əmlakla bağlı müqavilələrin bağlanması və daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı imperativ normalar nəzərdə tutulmuşdur və həmin normaların tələblərinə görə daşınmaz əmlakla bağlı bütün əqdlərin bağlanması üçün yalnız tərəflərin müqavilədə bəyan etdikləri iradə ifadəsi yetərli deyil, eyni zamanda həmin müqavilənin notarial qaydada təsdiqlənməsi və dövlət qeydiyyatına alınması daşınmaz əmlakla bağlı hüquqların əldə edilməsi və həyata keçirilməsi üçün məcburi şərt kimi müəyyən edilmişdir. İddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahələrinin mərhum Rövşən Rüstəmov tərəfindən ona satıldığına istinad etsə də, məhkəməyə sübut kimi təqdim etdiyi sənədlər onlar arasında etibarlı alqı-satqı münasibətlərinin olduğunu təsdiq etmir. Onlar arasında podrat münasibətlərinin yaranmış olsa belə, iddiaçının Rövşən Rüstəmova qeyri-yaşayış sahələrinin tikilib ona təhvil verilməsi müqabilində haqq ödəməsi iş materialları ilə müəyyən olunmur. İddiaçının Yasamal RPİ-nin İstintaq şöbəsində verdiyi ifadədən görünür ki, o X16 2.527.400 ABŞ dollarını Mənzil-tikinti kooperativinin digər üzvləri və şahidləri oğlu Realın, Şakir Hüseynovun və Rövşən Yüzbaşovun iştirakları ilə verdiyini bildirmişdir. İddiaçı polis bölməsində ifadə verən zaman adları qeyd olunan şəxslər artıq vəfat etmişdirlər. Bundan başqa iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün X5 şahid qismində dindirilməsi barədə vəsatət vermişdir. Məhkəmə həmin şahidin ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onda olan məlumatlar iddiaçıdan alınan məlumatlardır. Şahid, verilən suala cavab olaraq da bildirmişdir ki, ona İddiaçı adlı şəxsin Cavabdeh2 həyat yoldaşından 20 mənzil və sahəsi 400 kv.m. olan qeyri-yaşayış sahəsi aldığını demişdilər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, həmin şahid ifadəsi iddiaçının istinad etdiyi halları təsdiq edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, müqavilənin etibarsızlığı və çıxarışın ləğvi üçün qanuni əsaslar, həmçinin iddiaçının mənafeyini və qanuni maraqlarını pozan hallar məhkəmə tərəfindən müəyən edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, MPM-nin 265.4-cü maddəyə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının əməllərində cinayətin əlamətləri aşkar edilməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləlikdə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinə qarşı (X39 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və qeyri-yaşayış sahələrinin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsumu iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinə qarşı (X39 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və qeyri-yaşayış sahələrinin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1506/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1506/2024
04.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver