Məhkəmə qərarları › İş №e-2(004)-1537/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1537/2022

14.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1537/2022 14.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı və Cavabdeh məhkəməyə 25 may 2022-ci il tarixli, **********99 saylı notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin ərizəsini, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Barışıq sazişinin şərtlərinə görə:

1. Tərəflər qəbul edirlər ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə 07 may 2022-ci il tarixdə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən bir daha su axıdılmış və iddiaçıya 1,000 manat məbləğində ziyan vurulmuşdur. Cavabdeh 3 gün ərzində bu zərəri ödəməyi öhdəsinə götürür.

2. Cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə su sızması ilə bağlı problemlər olduğu üçün əsaslı təmir etmək məqsədi ilə 01 iyun 2022-cı il tarixinə qədər mənzili boşaltmağı öhdəsinə götürür və 01 dekabr 2022ci il tarixinə qədər mənzildə yaşayış olmayacağına təminat verir.

3. Cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə su axıdılmasının (sızmasının) qarşısını almaq məqsədi ilə 01 dekabr 2022-ci il tarixinə qədər öz mənzilində əsaslı təmir işləri aparmağı mənzildəki su boru xəttlərini, o cümlədən istilik sisteminin boru xəttlərini tam şəkildə dəyişməyi və yeniləri ilə əvəzləməyi, istilik sistemini yenidən qurmağı, eyvanda və mənzilin daxilində döşəmənin sökülərək, izolyasiya qatını tam şəkildə yeniləməyi və ümumiyyətlə su axıdılmasının qarşısını almaq üçün bütün zəruri təmir işlərini görməyi öhdəsinə götürür.

4. Cavabdehə məxsus mənzil 01 dekabr 2022-ci il tarixinə qədər başqa şəxsin adına bu və ya digər formada özgəninkiləşdiriləcəyi halda cavabdeh bu müqavilənin 3cü bəndində göstərilən təmir işlərini mənzilin özgəninkiləşdirilməsindən dərhal öncə həyata keçirməyi öhdəsinə götürür.

5. Cavabdeh hazırki barışıq sazişinin şərtlərindən hər hansı birini pozduğu halda iddiaçıya 3,000 (üç min) manat cərimə ödəməyi öhdəsinə götürür.

6. Qeyd olunanların müqabilində iddiaçı hazırki barışıq sazişini bağlayaraq, iş üzrə icraata xitam verilməsinə razılaşır və cavabdehə qarşı başqa tələblərinin olmadığını bəyan edir. Məhkəmə işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişşə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişini imzalamaqla razılığa gəldiklərini ifadə etdiklərindən, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı, 50 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263- 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə barışıq sazişi təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə:

1. Tərəflər qəbul edirlər ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə 07 may 2022-ci il tarixdə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən bir daha su axıdılmış və iddiaçıya 1,000 manat məbləğində ziyan vurulmuşdur. Cavabdeh 3 gün ərzində bu zərəri ödəməyi öhdəsinə götürür.

2. Cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə su sızması ilə bağlı problemlər olduğu üçün əsaslı təmir etmək məqsədi ilə 01 iyun 2022-cı il tarixinə qədər mənzili boşaltmağı öhdəsinə götürür və 01 dekabr 2022ci il tarixinə qədər mənzildə yaşayış olmayacağına təminat verir.

3. Cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə su axıdılmasının (sızmasının) qarşısını almaq məqsədi ilə 01 dekabr 2022-ci il tarixinə qədər öz mənzilində əsaslı təmir işləri aparmağı mənzildəki su boru xəttlərini, o cümlədən istilik sisteminin boru xəttlərini tam şəkildə dəyişməyi və yeniləri ilə əvəzləməyi, istilik sistemini yenidən qurmağı, eyvanda və mənzilin daxilində döşəmənin sökülərək, izolyasiya qatını tam şəkildə yeniləməyi və ümumiyyətlə su axıdılmasının qarşısını almaq üçün bütün zəruri təmir işlərini görməyi öhdəsinə götürür.

4. Cavabdehə məxsus mənzil 01 dekabr 2022-ci il tarixinə qədər başqa şəxsin adına bu və ya digər formada özgəninkiləşdiriləcəyi halda cavabdeh bu müqavilənin 3cü bəndində göstərilən təmir işlərini mənzilin özgəninkiləşdirilməsindən dərhal öncə həyata keçirməyi öhdəsinə götürür.

5. Cavabdeh hazırki barışıq sazişinin şərtlərindən hər hansı birini pozduğu halda iddiaçıya 3,000 (üç min) manat cərimə ödəməyi öhdəsinə götürür.

6. Qeyd olunanların müqabilində iddiaçı hazırki barışıq sazişini bağlayaraq, iş üzrə icraata xitam verilməsinə razılaşır və cavabdehə qarşı başqa tələblərinin olmadığını bəyan edir. Mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı, 50 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar