Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1602/2022 31.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC və X1 qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək xx.xx.2021-ci il tarixində baş vermiş yol nəqliyyat qəzası zamanı mülkiyyətində olan 90- RH-705 dövlət qeydiyyat nişanlı, “Mazda CX-5” markalı nəqliyyat vasitəsinə vurulmuş 10946,27 manat, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən nəqliyyat vasitəsinin zədələnməsi nəticəsində onun əmtəə dəyərinin düşməsi nəticəsində yaranmış 1500 manat, qüsur aktı və rəsmi diler tərəfindən ekspertizanın keçirilməsinə xərclənmiş 141,77 manat, parkinq üçün 805 manat, poçt üçün 20 manat, taksi xidməti üçün 592,08 manat, dövlət rüsumu 147,01 manat olmaqla maddi zərər və 5000 manat məbləğində dəymiş mənəvi zərər, toplam 19152,13 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh MMC ilə X2 arasında barışıq sazişi bağlanmışdır. Sazişin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1. Şirkət, Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-1602/2022 nömrəli mülki iş üzrə özünü cavabdeh hesab etmir və Partnyor Kuryer tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsinə görə təqsiri və hər hansı digər öhdəliyi qəbul etmir.
2. Bununla belə, iş üzrə icraatı uzatmamaq və prosesi barışıqla yekunlaşdırmaq məqsədilə, Şirkət İddiaçı 13,560 manat (on üç min beş yüz altmış manat) (bütün xərclər, o cümlədən, bank xərcləri daxil olmaqla) məbləğində birdəfəlik pul vəsaitini tam və yekun hesablaşma kimi ödəməyə razılığını bildirir. Ödəniş bu barışıq sazişinin qüvvəyə minməsindən 2 (iki) həftə ərzində İddiaçı bank hesabına ediləcək.
3. İddiaçı bununla razılaşır və təsdiq edir ki, onun Şirkətdən və Partnyor Kuryerdən hər hansı başqa kompensasiya, ödəniş və ya təzminat almaq hüququ yoxdur. 4. İddiaçı, həmçinin, razılaşır və təsdiq edir ki, yuxarıda qeyd edilmiş məbləğ onun bank hesabına daxıl olduqdan sonra Şirkətə və Partnyor Kuryerə qarşı hər hansı başqa bir tələbi və iddiası olmayacaq.
5. Tərəflər razılaşır və təsdiq edir ki, onlar bu barışıq sazişinin mövcudluğunu, həmçinin, bütün müddəalarını daim tam konfıdensial saxlayacaq və heç vaxt burada qeyd edilmiş şərtləri və müddəaları heç bir şəxslə müzakirə etməyəcəklər.
6. İddiaçı təsdiq edir ki, o, bu barışıq sazişinin tələblərini pozduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tam məsuliyyət daşıdığını dərk edir. Xüsusi olaraq, İddiaçı razılaşır ki, bu barışıq sazişi üzrə konfidensiallığa dair öhdəlikləri pozduqda ona Şirkət tərəfindən ödənilmiş vəsaiti geri qaytaracaq.
7. İddiaçı, həmçinin, razılaşır və təsdiq edir ki, bu barışıq sazişinə birbaşa və ya dolayı olaraq heç bir əsas və ya səbəblə etiraz etməyəcək və onu mübahisələndirməyəcək.
8. Bu barışıq sazişi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir və şərh olunur.
9. Bu barışıq sazişinin hər hansı müddəası müvafiq səlahiyyətli məhkəmə tərəfindən qanunsuz, etibarsız və ya icra edilə bilinməyən hesab edildiyi halda, belə müddəa qanunun tələblərinə müvafiq olaraq Tərəflərin niyyətinə uyğun dəyişdiriləcək və dəyişdirilmiş şəkildə icra ediləcəkdir. Barışıq sazişinin digər bütün şərt və müddəaları tam hüquqi qüvvəsini və təsirini saxlayacaq və dəyişdirilmiş müddəaya müvafiq olaraq şərh olunacaq.
10. Bu barışıq sazişi Tərəflər arasında bütöv razılaşmanı əhatə edir. Barışıq sazişinin şərh edilməsi zamanı əvvəlki danışıqlar, razılaşmalar (yazılı və ya şifahi olmasından asılı olmayaraq) nəzərə alınmır. Barışıq sazişinə hər hansı düzəliş yazılı qaydada edilməlidir.
11. Bu barışıq sazişi eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə İngilis və Azərbaycan dillərində tərtib edilmiş, bir nüsxəsi şirkətdə, digəri İddiaçı, üçüncü nüsxəsi isə məhkəmədə saxlanılır. Azərbaycan və İngilis dillərində olan məntlər arasında ziddiyyət yaranarsa Azərbaycan dili üstün qüvvəyə malikdir.
12. Bu barışıq sazişi imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi imzalaması qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Axundova