Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1627/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: barışıq sazişi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X1 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X1 ünvan 1 ünvanında yerləşən mənzili 100000 manata Maraqlı şəxs satmışdır.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdən Maraqlı şəxs adına qeydə alınmışdır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2023/2023 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış nikahın pozulması qət edilmişdir.
4. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-02420 nömrəli barışıq sazişinə əsasən: “Tərəflər razılığa gəlirlər ki, birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,20 kv.m olan mənzil üzərinə birinci tərəf Ərizəçi ½ hissədə, ikinci tərəf Maraqlı şəxs ½ hissədə pay hüquqları tanınsın.”
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizənin əsaslarına görə, Ərizəçi və Maraqlı şəxs arasında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya müraciət edilmişdir. Müraciət əsasında MŞB/6-02420 nömrəli mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı müəyyən razılaşma olmuş və bu barədə Ərizəçi və Maraqlı şəxs arasında Barışıq Sazişi imzalanmışdır. Barışıq Sazişinə əsasən, Tərəflər razılığa gəldilər ki, birgə nikah dövründə alınmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62.20 kvadratmetr olan mənzil üzərində birinci tərəf Ərizəçi ½ hissədə, ikinci tərəf Maraqlı şəxs ½ hissədə pay hüquqları tanınsın. Barışıq Sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuşdur. X3 imzalanmasına baxmayaraq Maraqlı şəxs tərəfindən Sazişin şərtləri icra olunmamışdır. Qeyd edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir.
b) iddiaya qarşı etiraz
7. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
a) məhkəmə icraat iştiakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
Tətbiq edilən hüquq
10. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır; Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmə baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
13. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
14. Məhkəmə araşdırması zamanı MPM-in istinad olunan normalarında qeyd olunan hallar - tərəflər arasındakı barışıq sazişinin qanunazidd olması, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən edilməmişdir.
15. Məhkəmə qeyd edir ki, MPM-in qeyd olunan normalarında göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir.
16. Odur ki, ərizə təmin edilməli, Ülkər Vidadi qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-02420 nömrəli barışıq sazişi təsdiq edilməlidir.
17. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-02420 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: “1. Tərəflər razılığa gəlirlər ki, birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62,20 kv.m olan mənzil üzərinə birinci tərəf Ərizəçi ½ hissədə, ikinci tərəf Maraqlı şəxs ½ hissədə pay hüquqları tanınsın.” Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə