Məhkəmə qərarları › İş №e-2(004)-1645/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1645/2023

02.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1645/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı,, Cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil iddiaçıya pay kimi verilmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən hər kvadrat sahə üçün 900 manat olmaqla ümumilikdə 125010 manat pul ödənilmişdir, bu barədə maliyyə arayışı mövcuddur. Həmin mənzil sonradan "xxxx" MMC tərəfindən digər Cavabdeh2 satılmışdır. Mənzili birinci alan İddiaçı olduğundan Cavabdeh2 mənzildən çıxarılmalı və mənzil iddiaçıya təhvil verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil "xxxx" MMC tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzilin dəyərini tam ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmiş, həmin mənzil xx.xx.2019-cu il tarixdə yenidən Cavabdeh2 satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Müqaviləyə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil Cavabdeh2 satılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh2 ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzili almışdır və 2022-ci ilin yanvar ayından etibarən həmin mənzildə yaşayır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Təmir arayışına əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil Cavabdeh2 məxsusdur və təmirə buraxılır. İş materiallarında olan elektron daşıyıcıda olan video görüntülərə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil Cavabdeh2 tərəfindən tam təmir olunmuşdur. Cavabdeh2 məxsus İ-phone markalı mobil telefonda olan video görüntülərə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil yüksək keyfiyyətdə təmir edilmişdir və hazırda həmin mənzildə Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin mənzil "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixdə yenidən Cavabdeh2 satılmışdır. Cavabdeh2 həmin mənzili aldığı vaxtdan etibarən tam təmir etdirmiş və təmirdən dərhal sonra hal-hazıradək olan müddət ərzində ailəsi ilə birlikdə sözügedən mənzildə yaşayır. Nəticədə, iş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh2 vicdanlı alıcıdır və "xxxx" MMC-dən etibarlı müqavilə münasibətləri əsasında sözügedən mənzili əldə etmişdir. Göstərilən xüsusatlar mülki işin mübahisəsiz hallarıdır. İddiaçı və Cavabdeh2 ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 34 nömrəli mənzili əldə etmələrinin hüquqi əsası sadə yazılı müqavilələrdir. Deməli, hər ikisi sadə yazılı müqavilə olmaqla ikisi də bərabər hüquqi qüvvəyə malikdir, müqavilələrin bağlanması tarixləri istisna olmaqla birinin digərindən hər hansı üstün mövqeyi yoxdur. Lakin, sözügedən mənzil ilk öncə İddiaçı satılsa da, vicdanlı alıcı Cavabdeh2 tərəfindən sözügedən mənzilə külli miqdarda xərc (təxmini 100.000 manat) qoyulmuş, mənzil tam təmir etdirilmişdir. Göstərilən xüsusatlar mülki işin mübahisəsiz hallarıdır. Belə ki, qeyd olunan xüsusatlar xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında İddiaçı tərəfindən etiraf edilmişdir. Deməli, göstərilən xüsusat mülki işin mübahisəsiz halıdır. Lakin, İddiaçı sözügedən mənzildə Cavabdeh2 hazırda faktiki yaşamadığını bildirmiş, göstərilən xüsusatı yalnız bu hissədə mübahisələndirmişdir. Həmçinin, İddiaçı iddia tələbi üzrə müdafiəsinin əsasını sözügedən mənzili ilk öncə onun alması, sonradan isə Cavabdeh2 satılmasıdır. Bundan əlavə, binanı tikmiş hüquqi şəxs olan digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi də, məhkəmə iclasında izahat verərək sözügedən mənzilin Cavabdeh2 məxsus olması, sonuncunun həmin mənzildə bir neçə ildir yaşamasını bildirmişdir. İddiaçı sözügedən mənzilə dair hüquq müəyyən edici sənədləri olsa da, məhkəmə mübahisə üzrə faktiki vəziyyəti nəzərə almalı, münasibətləri qəlizləşdirmədən ədalətli və ağlabatan formada mübahisəni həll etməlidir. Nəzərə almaq lazımdır ki, sözügedən mənzil ilk öncə iddiaçıya satılsa da, Cavabdeh2 həmin mənzildən çıxarılması nəticəsində mənzilin təmirinə xərclənmiş vəsaitinin kompensasiyası münasibətlərini çətinləşdirərək tərəflər arasındakı üç tərəfli (İddiaçı-T.S.Fətullayev-"xxxx" MMC) münasibətlərin həllinə töhvə verməyəcək, məhkəmə qətnaməsinin icrasının mümkünsüz etməklə mübahisəni həll etmək əvəzinə daha da çıxılmaz duruma salacaq və mülki hüquq münasibətlərinin subyekti kimi Cavabdeh2 mənzilə vicdanlı olaraq tam sahiblənməsi xüsusatını diqqətə almayacaqdır. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Lakin, məhkəmə nəzərə alır ki, hüquqi baxımdan İddiaçı xx.xx.2017-ci il tarixli etibarlı müqaviləsi mövcuddur. Sözügedən müqavilənin etibarsızlığı xüsusatı sübutetmə yükünün cavabdehlərin üzərində olmasına baxmayaraq sübuta yetirilməmişdir. Həmçinin, sözügedən mənzilə münasibətdə Cavabdeh2 vicdanlı alıcı olmaması xüsusatı iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə faktiki vəziyyəti düzgün qiymətləndirməklə mübahisəni ədalətli və ağlabatan formada həll etməlidir. İddiaçı izah edilməlidir ki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən müqavilə öhdəliklərinin pozulmasına görə vurulmuş zərərin (real zərər və əldən çıxmış fayda) əvəzinin ödənilməsi ilə bağlı "xxxx" MMC-yə qarşı prosessual fəaliyyət həyata keçirtmək (iddia qaldırmaq) imkanı nəzərdə tutula bilər. Beləliklə, məhkəmə mülki işdə olan sübutlara hüquqi qiymət verərək mübahisənin real vəziyyətini ağlabatan formada qiymətləndirməklə mövcud məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməli, İddiaçı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı "xxxx" MMC-yə qarşı iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar