Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1667/2023 23.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qarajın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qarajın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Oktyabr küçəsi, indiki ünvan 1 ünvanındakı binanın qarşısında yerləşən 06 saylı qarajın boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 oktyabr 1990-cı il tarixdə Yasamal rayonu, Oktyabr küçəsi, indiki ünvan 2 ünvanında yerləşən binadan 3 otaqlı mənzil və binanın qarşısında yerləşən 06 saylı qarajı almışdır. 1990-cı il tarixdən etibarən Yasamal rayonu, Oktyabr küçəsi, indiki ünvan 3 ünvanında yerləşən binanın qarşısındakı qaraj 06 saylı orderə əsasən ona məxsusdur. Təxminən 2005-ci ilin ortalarında həyat yoldaşı X2 qardaşı Cavabdeh2 Ağasəlim oğlu yaşadıqları mənzildən çıxdıqlarını bildirərək müvvəqəti olaraq onlara məxsus əşyaların qaraja yerləşdirilməsinə icazə verməyni xahiş etdi. Eldar həyat yoldaşının qardaşı olduğu üçün əşyalarının ona məxsus qaraja müvvəqəti yerləşdirilməsinə razılıq verdi. 2021-ci il tarixdə qarajın Cavabdeh2 Ağasəlim oğlundan boşaldılaraq ona təhvil verməsini tələb etdi. Eldar tez bir zamanda qarajı boşaldıb verəcəyəni vədd etdi. Bir müddət sonra isə qarajın qapısının dəyişdiyini və orada başqa şəxsə məxsus minik avtomobilinin saxlanıldığını müşahidə etdi. Həyat yoldaşı Hüseynov Elxan şikayət ərizəsi ilə Bakı şəhər Baş Polis İdarəsinə və digər hüquq mühafizə orqanlarına müraciət etdi və şikayət ərizəsinin araşdırılması Yasamal Rayon 28 saylı Polis İdarəsinin icraatına verildi. Araşdırma zamanı məlum oldu ki, Bakı şəhəri, Nəriman Nərimanov meydanı 31/33 ünvanında yerləşən mənə məxsus 6 saylı qarajı qaynı Eldar 11.000 manat pul qarşılığında Cavabdeh1 istifadəsinə vermişdir. Beləki, ona məxsus qaraj qanunsuz və əsassız olaraq Cavabdeh1 qanunsuz sahibliyi və istifadəsindədir. Bu səbəbdən əmlakından istifadəsinə yaradılmış maneə aradan qaldırılmalı və qaraj boşadılaraq ona təhvil verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abdül X5 izahatında bildirmişdir ki, X4 və Cavabdeh2 Ağasəlim oğlu ilə qonşudular. 1989-cu ildən ünvan 5 ünvanında yaşayır. Mübahisəli qarajı əvvəllər almaq istəmiş, lakin mənzillə birlikdə satıldığı üçün almamışdır. Həmçinin həmin qaraj sonuncu dəfə X1. Sonradan qarajın kimə satıldığından məlumatı yoxdur və digər Cavabdeh1 tanımır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən xüsusi mülkiyyət ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdən İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddsəinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İşin hallarından görünür ki, İddiaçı Yasamal rayonu, Oktyabr küçəsi, indiki ünvan 7 ünvanında yerləşən binadan 3 otaqlı mənzil və binanın qarşısında yerləşən 06 saylı qarajı almış və hazırda onun mülkiyyətindədir. Sonradan iddiaçı həmin qarajı həyat yoldaşı X2 qardaşı Cavabdeh2 Ağasəlim oğluna müvəqqəti istifadə üçün icazə vermişdir. Daha sonra Cavabdeh2 Ağasəlim oğlu qarajı 11.000 manat pul qarşılığında Cavabdeh1 istifadəsinə vermişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Oktyabr küçəsi, indiki ünvan 8 ünvanındakı binanın qarşısında yerləşən 06 saylı qarajın boşaldılaraq ona təhvil verilməsini məhkəmədən xahiş edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən mənzilin qarşısındakı 06 saylı qarajdan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağasəlim oğlunun istifadəsi qanunsuzdur və həmin qarajdan çıxarılmalıdılar. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Oktyabr küçəsi, indiki ünvan 1 ünvanındakı binanın qarşısında yerləşən 06 saylı qaraj boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Oktyabr küçəsi, indiki ünvan 1 ünvanındakı binanın qarşısında yerləşən 06 saylı qaraj boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-1667/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1667/2023
23.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver