Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1668/2024 04.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının qeydə alınması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının qeydə alınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası xx.xx.1967-ci il təvəllüdlü X7 14 sentyabr 2023-cü il tarixində saat 10:51 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1967-ci il təvəllüdlü X9 onun atasıdır. O, 56 yaşında 14 sentyabr 2023-cü il tarixində saat 10:51 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan dairəsində vəfat etmişdir. Dərhal hadisə yerinə Təcili və X4 Stansiyası gəlmiş və atasının meyiti təhvil alınmışdır. Daha sonra atasını elə həmin gün, yəni xx.xx.2023-cü il tarixində Kürdəmir rayonunda yerləşən “Şıxlıq” adlanan qəbiristanlığında dəfn etmişlər. Bu hal Kürdəmir rayonu, Kürdəmir Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli aktında təsdiqini tapır. Həmçinin atasının qəbirinin 2 ədəd fotoşəklini də əlavə edib müvafiq sübut qismində. Ölüm haqqında arayışın verilməsi üçün mərhum atasının qeydiyyatda olduğu 16 saylı şəhər poliklinikasına da müraciət etmiş, lakin, poliklinika onun müraciətinə heç bir cavab verməmişdir. Müraciəti xx.xx.2024-cü il tarixində olmuşdur. Müraciətinin göndərilməsini təsdiq edən mətnin surətini həmçinin müraciətin çatıdırılmasını təsdiq edən qəbzin də əslini məhkəməyə təqdim etmişdir. Mərhum atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, ölüm haqqında arayış olmadığı üçün bu iş məhkəmə qaydasında həll edilməlidir. Qeyd etmişdir ki, hazırki şərtlər daxilində ölüm faktının müəyyən edilməsində səbəb ondan ibarətdir ki, həm qanunvericiliklə ölüm haqqında şəhadətnamənin əldə edilməsinin məhkəmə qaydası müəyyən edilmişdir, həm də bu vərəsəlik işinin açılması üçün zəruridir. Ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, ərizəsini müdafiə etdiyini, onun iştirakı olmadan baxaraq iş üzrə yekun məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs XİX-ЖГ № 327523 saylı, 15 avqust 1995-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası isə X2r. - Bakı şəhəri Təcili və X4 Stansiyasının 15 saylı bölməsinin 79 saylı, xx.xx.2023-cü il tarixli cavabına əsasən X10 xx.xx.2023-cü il tarixdə saat 10:51 radələrində Qaradağ rayonu, Lökbatan dairəsində vəfat etmişdir. - Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsinin, mərhumun oğlunun və qohumların iştirakı ilə tərtib edilmiş 29 sentyabr 2023-cü il tarixli akta əsasən həqiqətən X10 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində vəfat etmiş, həmin gün Kürdəmir rayonunda yerləşən “Şıxlıq” adlanan qəbiristanlıqda dəfn olunmuşdur. - Ərizəçi ünvan 1 ünvanladığı 21 yanvar 2024-cü il tarixli məktubuna əsasən mərhum atası xx.xx.1967-ci il təvəllüdlü X10 ünvan 2 ünvanında qeydiyyatdadır. Poliklinikada uçotda olan atası 56 yaşında, 14 sentyabr 2023-cü il tarixdə saat 10:51 radələrində Bakı şəhəri, Qaradağ rayonu Lökbatan dairəsi ünvanında vəfat etmişdir. Bu barədə Bakı şəhər Təcili və X5 Stansiyasının 15 saylı bölməsi tərəfindən 79 saylı xx.xx.2023-cü il tarxli müvafiq arayış verilmişdir. Hazırda atası - mərhum X6 ölüm faktını təsdiq edən müvafiq sənədin əldə edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq, ölüm faktını təsdiq edən müvafiq sənədi, bu mümkün olmadığı təqdirdə isə rəsmi əsaslandırılmış imtinanın təqdim edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-15-312/24 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, o, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X10 həqiqətən də xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə bu hissədə təmin olunmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin xx.xx.1967-ci il təvəllüdlü X1 10:51 radələrində, Qaradağ rayonu, Lökbatan dairəsində ölməsi faktının müəyyən olunması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1668/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1668/2024
04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver