Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1689/2023 25.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “hərrac nəticələrinin və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh MMC-yə qarşı “hərrac nəticələrinin və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Cavabdeh MMC tərəfindən, ipoteka ilə yüklü olunmuş ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.metr ümumi. 34,7 kv.metr yaşayış. 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracın nəticələrinin və hərracın yekunları barədə 34/23 saylı xx.xx.2023-cü il tarixli protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur. "xxxx"(Yelo) X10 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 24 dekabr 2014cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və bankdan 36 ay müddətinə illik 25% müəyyən edilməklə, 18300 USD məbləğdə pul İddiaçı tərəfindən götürülmüşdür. Götürülən məbləğin müqabilində iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3otaqlı, 47,4 kv.metr ümumi. 34,7 kv.metr yaşayış. 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Pulun götürülməsində məqsəd qardaşı övladı ciddi xəstə olduğu üçün onu müalicə etdirmək olub. 2015-ci ilin dekabr ayında baş verən 2-ci devalvasiya qədər 5000 USD civarında ödəniş edib. 1-ci devalvasiyada banka rəsmi müraciət edib ki, bu günün məzənnəsi olan 100 USD 105 manat hesabı ilə Azərbaycan valyutası ilə müqavilə bağlansın. Bank buna razılıq verməyib. İddiaçıya deyilib ki, onlar ona müddəti artırıb ödənişin məbləğini qaldırmaqla köməklik edə bilərlər. Çarəsiz vəziyyətdə olduğuna görə razılaşıb. 29 iyul 2015-ci ildə bankla iddiaçı arasında müddət 45 ay, aylıq ödəniş 894,28 USD olmaqla ilkin kredit müqaviləsinə 1 saylı əlavə olan müqavilə bağlanıb. Bundan sonra 6 ay ödəniş edə bilib. Bank 6 il gözləyərək, əsassız faizlərlə məbləği şişirdərək 2021-ci ildə iddiaçını məhkəməyə verib. Bankın iddiaçıya qarşı Abşeron Rayon Məhkəməsində qaldırdığı “kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus əmlaka yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət göndərilsə də şikayət göndərilməyib. Prosessual müddəti ötürməyib. Sadəcə olaraq səbatsızlığından yeniliyi bilməyərək poçtla göndərib. Hakim Məlahət xanım Abbasovanın qərardadını oxuyanda apellyasiya şikayətinin elektron qaydada verilməsi izah edilib. Elektron qaydada göndərsə də təmin edilməyib. Həmin qətnamə ilə ipoteka ilə yüklü edilmiş mənzilin hərracla satılması X1” Cavabdeh MMC-yə həvalə olunmuşdur. 13 yanvar 2023-cü il tarixində saat 11:00-da 1-ci hərracın keçirilməsi ilə bağlı iddiaçıya məlumat verilmişdir. 24 yanvar 2023-cü il tarixində saat 10:00-da təkrar hərracın keçirilməsi ilə bağlı iddiaçıya məlumat verilmişdir. 27 yanvar 2023-cü il tarixli hərracın yekunları barədə 34\23 saylı protokol tərtib olunmuşdur. Protokolda qeyd olunur ki, təkrar hərracın iştirakçısı olmadığı üçün, ev təkrar hərracdakı satış qiymətindən 25% faizdən az olmamaqla, "xxxx" ASC-yə təklif olunmuşdur. Ədalətsizlik bundan ibarətdir ki, 6 il bankın vətəndaşı əsassız faizlərlə yükləməsi bir yana qalsın evi də dəyərindən qat-qat aşağı əldə etməsidir. Evin hazırkı satış qiyməti 60000 manat civarındadır. Bank burada kifayət qədər yüksək məbləğdə gəlir əldə edib. Daha sonra Cavabdeh MMC-nin nümayəndəsi İddiaçı Cavabdeh MMC-yə qarşı “hərrac nəticələrinin və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırki iddia ərizəsində göstərilən ünvanına (yəni ünvan 2rin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Yekun olaraq məhkəmə iclaslarının onların nümayəndəsi olmadan keçirilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilərək, İddiaçı "xxxx" ASC-nin xeyrinə 15521,16 ABŞ dolları əsas, 8949,51 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, 1505,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26025,97 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc məbləğinin ödənilməsi, iddia üzrə tələbin İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətnin 33250 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə ediləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada İddiaçı tutularaq "xxxx"ASC-yə ödənilməsi, İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər İddiaçı, X2, X3 və X6 həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh MMCyə ünvanladığı Hərracın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi hərracın təşkili və keçirilməsi üçün Cavabdeh MMC-yə göndərilmişdir. İş materiallarında olan Abşeron rayon İcra və probasiya Şöbəsi, borclular İddiaçı, X7, X8 və X13 və tələbkar "xxxx" ASC-yə ünvanlanmış Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 2583/22 saylı X12 dair bildirişində qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 33250 manat olmaqla açıq hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2023-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 ünvanında açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli Reyestrindən görünür ki, xx.xx.2022-ci il tarixli, 2583/22 saylı X12 dair bildiriş İddiaçı və digər borclulara Abşeron ray., Xırdalan ş., İslam Səfərli küç., dalan 2, ev 3 ünvanına və ünvan 5ərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMC-nin elanında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi ilə bağlı ilkin satış qiyməti 33250 manat olmaqla xx.xx.2023-cü il tarixdə saat 11:00-da ilkin açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2023-cü il, saat 11:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMC-nin elanında qeyd edilmişdir ki, Abşeron Rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/75268450 1Q saylı, xx.xx.2022-ci ol tarixli sifariş üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2023-cü il, saat 11:00-a təyin edilmiş ilkin açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra və probasiya Şöbəsi, borclular İddiaçı, X7, X8 və X13 və tələbkar "xxxx" ASC-yə ünvanlanmış Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 073/23 saylı X5 dair bildirişində qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi satış qiyməti 28263 manat olmaqla ilkin açıq hərracın baş tutmaması səbəbindən təkrar hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2023-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 ünvanında təkrar hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh MMC-nin Reyestrindən görünür ki, xx.xx.2023-cü il tarixli, 073/23 saylı X5 dair bildiriş İddiaçı və digər borclulara Abşeron ray., Xırdalan ş., İslam Səfərli küç., dalan 2, ev 3 ünvanına və ünvan 5ərilmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMC-nin elanında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi ilə bağlı satış qiyməti 28263 manat olmaqla xx.xx.2023-ci il tarixdə saat 10:00-da ilkin təkrar hərrac keçiriləcəkdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMC-nin elanında qeyd edilmişdir ki, Abşeron Rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/75268450 1Q saylı, xx.xx.2022-ci tarixli sifariş üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş təkrar açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin ipoteka saxlayan "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixdə ünvanladığı ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, "xxxx" ASC-yə borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (28262,5 manat) 25 faiz az olmayan qiymətə (21197 manat) əldə edilməsi təklif edilmişdir. Bildirilmişdir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə ipotekaya xitam verilir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinin 21197 manata əldə edilməsi ilə bağlı təklifə bank tərəfindən razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 34/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracdakı satış qiymətindən (28262,5 manat ) 25 faiz az olmayan qiymətə 21197 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC-yə satılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2023-cü il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun: 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə araşdırması zamanı və iş materiallarından olan sənədlərdən müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı "xxxx" ASC-nin xeyrinə 15521,16 ABŞ dolları əsas, 8949,51 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, 1505,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26025,97 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc məbləğinin ödənilməsi, iddia üzrə tələbin İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətnin 33250 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə ediləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada İddiaçı tutularaq "xxxx"ASC-yə ödənilməsi, İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər İddiaçı, X2, X3 və X6 həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir. Sözügedən qətnamə ilə ipoteka yüklü edilmiş mənzilin hərracda satılması X1 Cavabdeh MMC-yə həvalə olunmuşdur. Aşağıda göstərilən əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh MMC-yə ünvanladığı Hərracın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi hərracın təşkili və keçirilməsi üçün Cavabdeh MMC-yə göndərilmişdir. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 13 yanvar 2023-cü il, saat 11:00-a təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclular İddiaçı, X11ma, X4, X9, eləcə də tələbkar "xxxx" ASC-nə 2583/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“e-herrac.com”) yerləşdirilmişdir. “Hərracın baş tutmamasına dair” 13 yanvar 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 13 yanvar 2023-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin fərdi yaşayış evi ilkin satış qiymətindən aşağı qiymətə, yəni 28.263 manata olmaqla, 24 yanvar 2023-cü il tarixinə, saat 10:00-a təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. “X5 dair” xx.xx.2023-cü il tarixli, 073/23 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMC-nin elanında qeyd edilmişdir ki, Abşeron Rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/75268450 1Q saylı, xx.xx.2022-ci tarixli sifariş üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2023-cü il, saat 10:00-a təyin edilmiş təkrar açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Reyestrlərindən də görünür ki, xx.xx.2022-ci il tarixli, 2583/22 saylı X12 dair bildiriş və xx.xx.2023-cü il tarixli, 073/23 saylı X5 dair bildiriş İddiaçı və digər borclulara Abşeron ray., Xırdalan ş., İslam Səfərli küç., dalan 2, ev 3 ünvanına və ünvan 5ərilmişdir. Daha sonra Cavabdeh MMC-nin ipoteka saxlayan "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixdə ünvanladığı ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, "xxxx" ASC-yə borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (28262,5 manat) 25 faiz az olmayan qiymətə (21197 manat) əldə edilməsi təklif edilmişdir. Bildirilmişdir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə ipotekaya xitam verilir. "xxxx" ASC-nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinin 21197 manata əldə edilməsi ilə bağlı təklifə bank tərəfindən razılıq verilmişdir. Qeyd olunan razılığa əsasən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 34/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoldan da görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evi keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracdakı satış qiymətindən (28262,5 manat ) 25 faiz az olmayan qiymətə 21197 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC-yə satılmışdır. Yuxarıda qeyd edilən xüsusatlardan, eləcə də iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və hərracların keçirilməsi ilə bağlı elanlar “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş dərc olunmuş və sifariş olunan əmlaka dair hərracların keçirilməsinə dair bildirişlər hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-yə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” AR qanunlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-nin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmalar, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Belə ki, hazırkı mübahisə üzrə isə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 34/23 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Protokolunun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. İpoteka predmetinin satış qiymətinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin mübahisə predmeti olan əmlaka ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 47,4 kv.metr ümumi, 34,7 kv.metr yaşayış, 12,7 kv.metr yardımçı sahədən və istifadədə olan 0.0063 ha torpaq sahəsindən ibarət 3 nömrəli fərdi yaşayış evinə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolun etibarsız hesab edilməsinə məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-1689/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1689/2023
25.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver