Məhkəmə qərarları › İş №e-2(004)-1780/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1780/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1780/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərçəkən X3 məxsus Bakı şəhəri Yasamal ray, S.A.M.Şərifzadə küç, ev 126 mənzil 21 yaşayış sahəsinə dəymiş zərərə görə ödənilmiş 399.87 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon 32 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən X3 məxsus 21 saylı mənzilə su axıdılması nəticəsində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş RAT********** nömrəli sığorta şəhadətnaməsinin və 129501 nömrəli sığorta aktının surətindən göründüyü kimi X3 məxsus Bakı şəhəri Yasamal ray, S. A.M.Şərifzadə küç, ev 126 mənzil 21 yaşayış sahəsi İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən Sevda Vaqif qızına məxsus 21 saylı mənzilə 650 AZN (altı yüz əlli manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********* (1493) nömrəli ödəniş tapşırığına əsasən, Bakı şəhəri Yasamal ray, S. A.M.Şərifzadə küç, ev 126 mənzil 21 yaşayış sahəsinə görə zərərçəkən X3 250 manat azadolma məbləği (franşiza) və 0.13 manat bərpa məbləği çıxılmaqla 399.87 AZN (üç yüz doxsan doqquz manat səksən yeddi qəpik) sığorta ödənişi həyata keçirmişdir.İddiaçı bildirir ki, onların xx.xx.2024-cü tarixdəki hadisə ilə əlaqədar Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, Bakı şəhəri Yasamal rayon 32 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli akta əsasən dəymiş zərərin Cavabdeh məxsus mənzildən olduğu müəyyən edilib. Bu səbəbdən hesab edirik ki, ödənilmiş sığorta məbləği, yəni 399.87 AZN (üç yüz doxsan doqquz manat səksən yeddi qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 126, mənzil 21 xüsusi mülkiyyət kimi X4 adına xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş RAT********** nömrəli sığorta şəhadətnaməsinə və xx.xx.2024-cü il tarixli 129501 nömrəli sığorta aktına əsasən X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 126, mənzil 21 yaşayış sahəsi xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək sığorta məbləği 25000.00 manat olmaqla daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində X5 küçəsində sığorta hadisəsi baş vermiş, əmlak qonşu mənzildən su sızma nəticəsində zədələnmişdir. Susızma hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq dəymiş zərərin məbləği 650.00 manat müəyyən olunmuşdur. Sığorta ödənişinin məbləği zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat franşiza (azadolma məbləği) və 0.13 manat bərpa məbləği çıxılmaqla 399.87 manata bərabərdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon 32 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli akta əsasən ünvan 2 ünvanında yerləşən X3 məxsus 21 nömrəli mənzilə üst qonşusu X1 məxsus 24 saylı mənzildən xx.xx.2024-cü il tarixində su axması nəticəsində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il əmlak hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.126, mən.21 yaşayış sahəsinə dəymiş ziyanın ümumi məbləği 650 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********* nömrəli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2024-cü il tarixli 129501 saylı sığorta aktı üzrə dəymiş zərəri aradan qaldırmaq üçün X3 399.87 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən iddiaçı cavabdehə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 399.87 manat sığorta ödənişini 10 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən, iddiaçı cavabdehə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 399.87 manat sığorta ödənişini 10 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 36.1.5-ci maddəsinə əsasən su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma daşınmaz əmlakın sığorta hadisəsi hesab olunur. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 126, mənzil 21 yaşayış sahəsi xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək daşınmaz əmlakın icbari sığortası növündə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Həmin mənzilə üst qonşusu X1 məxsus 24 saylı mənzildən xx.xx.2024-cü il tarixində su axması nəticəsində zərər dəymişdir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.126, mən.21 yaşayış sahəsinə dəymiş ziyanın ümumi məbləği 650 manat müəyyən edilmiş və İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dəymiş zərəri aradan qaldırmaq üçün X3 399.87 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh 399.87 manat məbləğində həyata keçirdiyi sığorta ödənişini subroqasiya qaydasında tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını və sübutları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 məxsus Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 126, mənzil 21 yaşayış sahəsinə vurulmuş zərərin aradan qaldırılması üçün 399.87 manat sığorta ödənişi həyata keçirildiyinə görə, həmin məbləğdə sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh 399.87 manat məbləğində tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 məxsus Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 126, 21 nömrəli mənzilə dəymiş zərərə görə ödənilmiş 399.87 manat (üç yüz doxsan doqquz manat səksən yeddi qəpik) məbləğində sığorta ödənişi və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar