Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-18/2025 09.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər (mərhum X2 əmlakını faktiki idarə edən şəxslər) Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər (mərhum X2 əmlakını faktiki idarə edən şəxslər) Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,066780 ha torpaq sahəsi və həmin torpaq üzərindəki fərdi yaşayış evləri üzərindəki ümumi paylı mülkiyyət hüququna xitam verilməklə iddiaçı-İddiaçı məxsus ½ payın naturada ayrılması və həmin hissəyə tam mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0,066780 ha torpaq sahəsi və həmin torpaq üzərindəki fərdi yaşayış evləri paylı xüsusi mülkiyyət hüququ əsasında 1/2 hissədə İddiaçı, ½ hissədə isə mərhum X6 məxsusdur. Hazırda mərhum X6 məxsus ½ hissədə onun övladları-Cavabdeh1, Cavabdeh2 Hüseynağa oğlu, Cavabdeh3 ailəsi ilə birlikdə faktiki yaşamaqla həmin əmlakı idarə edirlər. İddiaçı tərəfindən dəfələrlə cavabdehlərə paylı mülkiyyətçi kimi dəfələrlə şifahi və yazılı təkliflər edilərək bildirilmişdir ki, ona və cavabdehlərə məxsus paylar aralarında bölünsün, yaxud da paylarını öz aralarında alsınlar. Lakin müraciətlər cavabsız qalmışdır. ünvan 2 ünvanda yerləşən 0,066780 ha torpaq sahəsi və həmin torpaq üzərindəki fərdi yaşayış evləri ümumi mülkiyyətdə ayrı-ayrı yerləşdikləri üçün naturada ayrılması mümkündür. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,066780 ha torpaq sahəsi və həmin torpaq üzərindəki fərdi yaşayış evləri üzərində İddiaçı məxsus ½ payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında 0.066780 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 161 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi ½ hissə payı İddiaçı oğlu adına xx.xx.2023-cü il tarixdə, ½ hissə payı X15 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışına əsasən İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X1, xx.xx.1977; X16, xx.xx.1990; X17, xx.xx.1990; X19, xx.xx.2013; X10, xx.xx.2007; X20, xx.xx.2011; X11, xx.xx.1967; X21, xx.xx.2009; X3, xx.xx.1981; Cavabdeh2, xx.xx.1964; X30, xx.xx.2010; X31, xx.xx.2011; X27, xx.xx.2014; X38, xx.xx.1967; X12, xx.xx.1988; X13, xx.xx.1954; X4, xx.xx.1978; X39, xx.xx.2000; X14, xx.xx.2004; Cavabdeh1, xx.xx.1969; X22, xx.xx.2005; X18, xx.xx.2002; Cavabdeh3, xx.xx.1962; X8, xx.xx.2003; X5, xx.xx.1996. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış bildirişə (pretenziya) əsasən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (xx.xx.2023-cü il tarixli ********** nömrəli) Bakı şəhəri, Yasamal rayonu, B.Şahtaxtinski küçəsi, 6 saylı evin mənzilinin 1/2 hissəsinə İddiaçı, digər 1/2 hissəsinə mərhum X2 mülkiyyət hüququ müəyyən edilmişdir. Həmin hissənin ayrılması ilə bağlı paylı mülkiyyətçi kimi dəfələrlə şifahi və yazılı təkliflər etməyinə baxmayaraq müraciətləri cavabsız qalmışdır. Bununla bağlı olaraq ona məxsus hissəyə dair payın ayrılması üsulu və şərtləri haqqında təklifləri bildirməkləri xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd edilən məsələlər üzrə hər hansı təklifləri ilə bağlı ona yazılı şəkildə yuxarıda qeyd edilən ünvana cavab göndərməklərini xahiş etmiş, əks halda payın ayrılması üçün məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/6330 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi xx.xx.2023-cü il tarixli **********65-10301 reyestr nörməli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 5 ünvanda yerləşən 0.066780 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evi faktiki vəziyyəti üzrə bölündüyündən, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olduğundan, o cümlədən tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.); ayrı-ayrı olduğuna görə, paylı mülkiyyətçilər İddiaçı (1/2 hissə) və X2 (1/2 hissə) paylarına uyğun olaraq naturada real bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bnədlərinin və metodik əsasların tələblərinə uyğun faktiki vəziyyəti üzrə mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli 02/2024 saylı Qərardadına əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014- cü il 4 aprel tarixli Qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.. 76.2-ci maddəsinə əsasən məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 3 ünvanında 0.066780 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 161 kv.m olan fərdi yaşayış evi ½ hissədə İddiaçı və ½ hissədə X2 ümumi mülkiyyətindədir. X15 vəfat etdiyindən hazırda İddiaçı mərhum X2 əmlakını faktiki idarə edən övladları Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən 0,066780 ha torpaq sahəsi və həmin torpaq üzərindəki fərdi yaşayış evləri üzərində ½ hissədə payın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə payın naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6330 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi xx.xx.2023-cü il tarixli **********65-10301 reyestr nörməli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 6 ünvanda yerləşən 0.066780 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evi faktiki vəziyyəti üzrə bölündüyündən, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olduğundan, o cümlədən tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.); ayrı-ayrı olduğuna görə, paylı mülkiyyətçilər İddiaçı (1/2 hissə) və X2 (1/2 hissə) paylarına uyğun olaraq naturada real bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bnədlərinin və metodik əsasların tələblərinə uyğun faktiki vəziyyəti üzrə mümkün olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, ümumi paylı mülkiyyətdə olan əşyanın naturada ayrıla bilən olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ünvan 6 ünvanında yerləşən 0.066780 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 161 kv.m olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan ½ hissədə payı naturada ayrılmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 50 manat məbləğində məhkəmə tikinti-texniki ekspertizası xərci cavabdehlərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 6 ünvanında yerləşən 0.066780 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 161 kv.m olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan ½ hissədə payı naturada ayrılsın. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********000003003944, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-18/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-18/2025
09.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver