Məhkəmə qərarları › İş №e-2(004)-1803/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1803/2021

11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1803/2021 11.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X10 qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Ərizəçi maraqlı şəxs 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1941-ci il tarixdə Ağcəbədi rayonunda anadan ollmuş X3 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1941-ci il təvəllüdlü Ağcəbədi rayonunda doğulmuş X6 ilə xx xxxxxxx 1969-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahdan 3 övladları dünyaya gəlmişdir. Yoldaşı ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkmiş, xx.xx.2011-ci il tarixdə vəziyyəti pisləşmiş, Bakı şəhəri Təcili və X5 Stansiyasına müraciət olunsa da, həkimlər gələnədək vəfat etmişdir və həmin tarixdə Fatmayı məzarlığında dəfn olunmuşdur. Həmin dövrdə məlumatı olmadığından müraciət edib tibbi şəhadətnamə almamışdır. X4 ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı 2 saylı Bakı şəhəri “ASAN xidmət” Mərkəzi Qeydiyyat Şöbəsinə müraciət etmiş, ********* nömrəli, xx.xx.2020-ci il tarixli məktubla tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müaciət edilməsi məsləhət görülmüşdür. Ölüm haqqında şəhadətnamənin alınması hazırda vərəsəlik işinin açılması üçün lazımdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, AR MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün heab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 660573 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 arasında xx.xx.1969-cu ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Bakı şəhəri Təcili və X1 11 saylı yardımçı stansiyasının xəbərdarlıq vərəqəsindən göründüyü kimi, xx.xx.2011-ci il tarixdə saat 01:35 radələrində X3 adına təcili tibbi yardım stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə kişi cinsli meyid aşkar olunmuşdur. Abşeron rayonu Fatmayı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli arayışından görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Fatmayı qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilib ərizəçinin X4na ünvanlanmış xx.xx.2020-cu il tarixli imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən atası X3 ölümünün qeydiyyata alınması mümkün olmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1941-ci il tarixdə Ağcəbədi rayonunda anadan ollmuş X3 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1941-ci il tarixdə Ağcəbədi rayonunda anadan ollmuş X3 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar