Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1989/2022 18.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Zaur oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə 05.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 28.01.1955-ci il təvəllüdlü X3 10.02.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Zaur oğlu 07.04.2022-ci il tarixdə ərizə verərək maraqlı şəxsin Bakı şəhər Maraqlı şəxs ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Zaur oğlu izahat verərək bildirir ki, ərizəçinin anası 28.01.1955-ci il təvəllüdlü X5 10.02.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümü qonşusu ilə həyətdə olduğu zaman baş vermişdir. Belə ki, həmin tarixdə təxminən saat 19:30 radələrində X5 qonşusu Əfruz xanımla bankomatdan pensiyanı çıxarmağa, ərizəçi isə idman zalına getmişdir. Bir az keçmiş anasının telefonundan Əfruz xanım ona zəng vurub anasının halının qəfildən pisləşdiyini, təcili Yasamal parkına gəlməyinin lazım olduğunu demişdir. O, təcili tibbi yardıma zəng vurmağı tapşırmış və avtomobili ilə geri yollanmışdır. Çatanda isə təcili tibbi yardımın hələ gəlmədiyini görmüşdür. Bu zaman anası hələ sağ idi, amma tənginəfəs idi, sinəsi xışıldayırdı. O, təcili olaraq xəstəxanaya aparmaq üçün anasını bir nəfər tanımadığı kişinin köməyi ilə avtomobilin arxa oturacağına oturtmuş, Əfruz xanım da avtomobildə onunla getmişdir. O, “Kaspar” deyilən xəstəxanaya çatmış, lakin xəstəxananın təmirə bağlandığını görüb oradan “Semaşko” xəstəxanası kimi tanınan X11 getmişdir. Lakin orada görülmüş təcili reanimasiya tədbirlərinə baxmayaraq həyati vacib orqanların fəaliyyətini bərpa etmək mümkün olmamışdır. Həmin gün saat 21:25-də həmin Mərkəzin həkimləri tərəfindən bioloji ölüm faktı qeydə alınmışdır. Ölüm barədə Mərkəzin əməkdaşları tərəfindən Yasamal rayon polis idarəsinə məlumat verilmişdir. Bu hallar barədə X8 TTTY bölməsinin növbətçi həkimləri Mehrabova və Həsənova tərəfindən 10.02.2022-ci il tarixli xəstəlik vərəqi açılmadan ölüm aktı tərtib olunmuşdur. Aktda qeyd edilmişdir ki, xəstə Şöbəyə kliniki ölüm vəziyyətində daxil olmuşdur. Bundan sonra ərizəçi 11 fevral 2022-ci il tarixdə Bakı şəhər İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə müraciət etmişdir. Ərizəçinin anası Sabunçu rayonunun Zabrat qəbiristanlığında dəfn edilmişdir. Hadisələrin qəfil olduğu üçün ölüm haqqında Tibbi şəhadətnamə ala bilməmişdir. Daha sonra o, anasının ölümü haqqında tibbi şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri Yasamal rayonu 16 saylı Şəhər Poliklinikasına müraciət etmişdir. Lakin oradan bildirilmişdir ki, ölüm faktı poliklinikada deyil, X9 qeydiyyata alındığı üçün oraya müraciət edilməlidir. Sonuncu isə ölümün X9 baş vermədiyini əsas gətirərək, tibbi şəhadətnamə verməmişdir. Bu səbəbdən də ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Maraqlı şəxsnə müraciətinə cavab olaraq bildirilmişdir ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölümünü müəyyən edən məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Buna görə də məhkəməyə müraciət etmək lazımdır. 10 fevral 2022-ci il tarixində vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsinin olmaması bu vətəndaşlıq vəziyyəti aktının müvafiq dövlət qeydiyyatına alınmasının qarşısını alır, həm də onun oğlu olaraq ərizəçinin vərəsəlik hüququnun həyata keçirilməsinə mane olur. Belə ki, Bakı şəhəri ünvan 1 saylı evin 23 saylı mənzil ərizəçinin anası X2 miras qalmışdır. Vərəsəlik yolu ilə mənzilin ərizəçinin mülkiyyətinə keçirilməsi üçün notariat ofisində vərəsəlik işi açılmalıdır ki, bu da ölümü haqqında şəhadətnamə olmadan mümkün deyildir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, nümayəndəsi və vəkilinin izahatını təsdiq edir. Əıavə olaraq bildirir ki, anası xəstəxanaya gedərkən yolda sağ idi. Lakin artıq xəstəxanada onu qəbul edəndə artıq ölü vəziyyətində idi, qolları boşalmışdı. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçi və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs 24.02.2022-ci il tarixli 05/76-632/15 nömrəli məktubundan müəyyən olunur ki, X3 ölüm faktının qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün mümkün olmadığından imtina edilərək, Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan X8 Təcili və X4 Stansiyası tərəfindən verilmiş 10.02.2022-ci il tarixli xəstəlik tarixi açılmadan tərtib olunan ölüm aktına əsasən X5 ailə üzvləri tərəfindən kliniki ölüm vəziyyətində KTM-ə gətirilmiş, edilmiş tibbi müdaxilələrə baxmayaraq həmin gün saat 21:25-də X3 bioloji ölümü qeyd edilmişdir. İş materiallarında olan Sabunçu rayon Zabrat bələdiyyəsi tərəfindən verilmiş 15.02.2022-ci il tarixli, 19 saylı arayışa əsasən müəyyən olunur ki, X6 11.02.2022-ci il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsi, Zabrat-1 qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR X13 X14 06.04.2022-ci il tarixli, 1623 nömrəli məktubunda qeyd olunur ki, 28.01.1955-ci il təvəllüdlü X3 10.02.2022-ci il tarixdə bioloji ölümü qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, mərhumla 1996-cı ildən qonşudur və həm də həmyerlidirlər. O, ünvan 1 ünvanında yaşayır. Evin 4-cü mərtəbəsində ərizəçigil, 3-cü mərtəbədə isə o yaşayır. Mərhumu anası kimi bilmiş və onlar yaxın olmuşlar. Onlar hər gün parkda piyada gəzirdilər. Həmin gün də mərhumun pensiyasını bankomatdan çıxarmaq üçün birlikdə evdən çıxmışlar. Maşın yolunu keçdikdən sonra mərhum özünü pis hiss etdiyindən o, mərhuma skamyada oturmağı təklif etmiş, sonra isə dərman almaq üçün qaçaraq aptekə getmişdir. O, aptekdən qayıdanda artıq mərhumun vəziyyəti çox pisləşmiş, o tənginəfəs olmuşdur. Bu vaxt orada başqa iki nəfər kişi də olmuşdur. Onlar təcili yardım çağırmışlar. O, isə mərhumun oğlu Fədaiyə məlumat vermişdir. Orada olan adamlardan biri təsadüfən həkim idi və o da təcili müdaxilə lazım olduğunu bildirmişdir. Həmçinin həmin həkimdən məsləhət istədikdə o bildirmişdir ki, xəstəxana şəraitində dəqiq yoxlama olmadan və diaqnoz qoyulmadan hər hansı bir müalicə məsləhəti verə bilməz. Sonra oğlu Fədai gəlmiş və həmin həkim və oğlu mərhumu maşına yerləşdirdikdən sonra onlar xəstəxanaya getmişdir. İlk olaraq “Kasbar” dlı xəstəxanaya getmiş, lakin ora təmir üçün bağlı olduğundan, digər xəstəxanaya getmiş, orada isə xəstə qəbul etmədiklərini bildirdiyindən “Semaşko” adlanan xəstəxanaya aparmışlar. Mərhum yolda olarkən çox tərləyirdi və ondan saçını açmağı xahiş etmişdi. Onun əlinin taqəti isə yox idi. Artıq onlar xəstəxanaya çatdıqda onlara bildirmişlər ki, xəstəni reanimasiyaya qaldıracaqlar. Sonra isə reanimasiya şöbəsinin həkimləri aşağı düşərək qapının girəcəyində mərhumu müayinə etmiş və müəyyən müdaxilələri etmişlər. Həmin vaxt mərhumun qolları sallanırdı, o tamamilə hərəkətsiz idi. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 28.01.1955-ci il təvəllüdlü X3 10.02.2022-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28.01.1955-ci il təvəllüdlü X3 10.02.2022-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-1989/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1989/2022
18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver