Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1995/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2 və Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxslər qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı - xx.xx.1984-cü il təvəllüdlü X3 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda mərhumdan qalmış miras əmlakın qəbulu və rəsmiləşdirilməsizamanı problem ortaya çıxmışdır. Belə ki, onun mərhum qardaşı-xx.xx.1984-cü il tarixdə anadan olmuş X5 7 aylıq olduğu zaman vəfat etmişdir. Lakin onun ölüm faktı VVADQ orqanında rəsmiləşdirilməmişdir. Bu səbəbdən hazırda onun ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsizərurəti yaranmışdır. Maraqlı şəxs1 tərəfindən təqdim edilmiş, 10 sentyabr 2024-cü il tarixli, 3-16-5|8-633|15 №-li məktubunda qeyd edilmişdir ki, Nazirlər kabinetinin xx.xx.2023-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Xahiş edirik bu məsələ ilə bağlı məhkəməyə müraciət edəsiniz. Tərəflərindən Səhiyyə Nazirliyinə, Səbail Rayon Poli İdarəsinə, Ağdam rayon icra hakimiyyətinə sorğular göndərilsə də, yalnız Ağdam Rayonİcra hakimiyyətindən cavab gəlmiş və onlar da X3 ölümü barəsində heç bir məlumat olmadığı bildirimişdir. Hazırda ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Çünki notariat orqanı sistemdə mərhum qardaşının adını gördüyü üçün onun ölməsini təsdiq edən sənədləri tələb edir. Belə bir sənədi də məhkəmədən kənar əldə etmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxslər Maraqlı şəxs2 və Səbail Rayon Qeydiyyat Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Səbail Rayon Qeydiyyat Şöbəsi məhkəməyə xx.xx.2025-ci il tarixli, 3-16-5/7/13/359 nömrəli məktub ünvanlayaraq, onların nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxslərinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, 1983-cü ildə nikaha daxil olmuşdur. xx.xx.1984-cü il tarixdə övladı X5 anadan olmuş və 8 aydan sonra isə vəfat etmişdir. Övladı özünü pis hiss etdiyi üçün həkimə aparmış və övladı sarılıq xəstəliyinə yoluxmuşdur. Evə gətirdikdən sonra isə vəfat etmiş və onu Ağdam rayonunda dəfn etmişlər. Onun üçün qəbir düzəldilsə də, hal-hazırda mövcud deyil. Həmçinin, dəfn zamanı anası, bacısı və qardaşları iştirak etsələr də, hal-hazırda yaşamırlar. Daha sonra ikinci övladı Ərizəçi xx.xx.1985-ci ildə anadan olmuşdur və başqa övladı yoxdur. Həyat yoldaşı isə xx.xx.2024-cü ildə vəfat etmişdir. Ölüm faktının qeydə alınması üçün dövlət orqanlarına müraciət etməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olub təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İ seriyalı, 170644 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə Şahid 08 may 1983-cü il tarixdə 287 saylı akt qeydi ilə bağlanmış rəsmi nikaha daxil olmuşdular. Nikaha daxil olduqdan sonra ərə Əmirov, arvada isə Sultanova soyadı verilmişdir. Bakı şəhəri 2 saylı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 401403 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-633/15 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nazirlər kabinetinin xx.xx.2023-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10 "xxxx" X11 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 18-1-91/2-386/2025 nömrəli, 07 aprel 2025-ci il tarixli məktubundan görünür ki,Ə.F.Qarayev adına Uşaq Klinik xəstəxanası 6 aprel 2024-cü il tarixindən yeni yaradılmış "xxxx" X10in tabeliyinə keçmişdir. Müəssisənin arxivi 25 oktyabr 2024-cü il tarixli Akt ilə “X8” PHŞ-dən təhvil alınmışdır. Həmin Akta əsasən, 2021-ci ilin aprel ayından 2024-cü ilin iyun ayına qədər olan arxiv materialları təhvil alınmışdır. Hal-hazırda xəstəxananın mövcud olan arxiv materialları incələnmiş və KTM-dən təhvil alınmış materialların içində adı keçən mülki iş üçün araşdırılan X4 aid xəstəlik tarixçəsi (xəstəlik tarixçələrinin utilizasiyası-25 il) və xx.xx.1984-cü il tarixində baş vermiş ölüm faktı üzrə qeydiyyat (ölüm faktları üzrə qeydiyyat sənədlərinin utilizasiyası-50il) materialı tapılmamışdır. Bakı şəhəri Səbail rayon Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 47/2-6779 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1984-cü il tarixdə vəfat etmiş xx.xx.1984-cü il təvəllüdlü X5 barəsində Bakı şəhəri, Səbail rayon Qeydiyyat məsələləri bölməsində hər hansı məlumat yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 3-16-5/2-24701/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qeydiyyat orqanlarında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair verilən ilkin şəhadətnamələrin surətləri saxlanılmır. Müraciətlə əlaqədar Fərid Əmirovun doğumu haqqında akt qeydinin kserosurəti təqdim olunur. Bildirilir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X6 ilə X1 olan xx.xx.1985-ci il təvəllüdlü Ərizəçi və xx.xx.1984-cü il təvəllüdlü Fərid Əmirovun doğumunun Səbail rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Qeyd edilir ki, informasiya sistemində F.Əmirova aid digər vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumat aşkar edilmədi. 19 may 1984-cü il tarixli 672 nömrəli doğum haqqında akt qeydinin kserosurətindən görünür ki, X5 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X7, ana qrafasında X1 qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, 15 aprel 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş X3 19 noyabr 1984-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15 aprel 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş X3 19 noyabr 1984-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1995/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1995/2025
08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver