Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2027/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs cəlb edilməklə barışıq sazişinin təsdiq olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs cəlb edilməklə barışıq sazişinin təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə MŞB/8/2024-02690 №-li barışıq sazişinin təsdiq edilməsi; tərəflərin nikahlarından dünyaya gəlmiş 2 (iki) övladı - xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 İddiaçı himayəsində saxlanması; xx.xx.2025-ci il tarixdən etibarən yetkinlik yaşına çatana qədər hər uşağa görə hər ay 200 manat, ümumilikdə 400 manat sabit məbləğdə pul vəsaitinin Maraqlı şəxs tutularaq İddiaçı ödənilməsi; barışıq sazişinin təsdiqi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat pul vəsaitinin Maraqlı şəxs tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Maraqlı şəxs arasında 26 iyul 2013-cü il tarixdə 877590 №-li akt qeydi ilə rəsmi nikah olmuşdur. Tərəflərin nikahlarından 2 (iki) övladı - xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflərin arasında son 1 ildə anlaşmazlıqlar yaranmış və birgə nikahlarının davam etdirilməsi qeyri-mümkün olmuşdur. Tərəflərin arasında 8 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə MŞB/8/2024-02690 №-li barışıq sazişi bağlanmışdır. Barışıq Sazişinə əsasən Maraqlı şəxs 26 iyul 2013-cü il tarixdə 877590 №-si ilə qeydiyyata alınmış nikahın pozulmasına barışıq üçün əlavə vaxt verilmədən razıdır və xx.xx.2025-ci il tarixdən etibarən hər uşağa görə ayrı-ayrılıqda 200 manat, cəmi 400 manat pul vəsaitini uşaqlar yetkinlik yaşına çatanadək hər ay İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Barışıq Sazişinə əsasən İddiaçı uşaqların ataları Maraqlı şəxsla ünsiyyət qurmalarına maneçilik törətmir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflərin arasında nikah ləğv olunmuşdur. Məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, tərəflər arasında uşaqların himayədə saxlanılması və aliment məsələlərində barışıq sazişi bağlanmış, lakin Maraqlı şəxs saziş üzrə öhdəliklərini könüllü surətdə yerinə yetirməmişdir. İşə baxılan zaman ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil 27 fevral 2025-ci il tarixdə elektron formada ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək, barışıq sazişinin 2-ci və 3-cü bəndlərinin təsdiq olunmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil 27 fevral 2025-ci il tarixində elektron formada ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışında iştirak edə bilməyəcəyini, məhkəmə baxışı prosesinin iştirakı olmadan keçirməklə ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci əsasən işə ərizəçi İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 13 dekabr 2024-cü il tarixli MŞB/8/2024-02690 saylı barışıq sazişinin 2-ci və 3-cü bəndlərindən görünür ki, İİ tərəf Maraqlı şəxs tərəflərin nikahlarından dünyaya gəlmiş 2 (iki) övladı - xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 İddiaçı yanında (himayəsində) qalmalarına razı olduğunu, İddiaçı ilə birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 5-dən 15-dək hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment ödəyəcəyini, bu aliment məbləğini birinci tərəf İddiaçı ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin sözügedən bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 13 dekabr 2024-cü il tarixli MŞB/8/2024-02690 saylı barışıq sazişinin 2-ci və 3-cü bəndləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 13 dekabr 2024-cü il tarixli MŞB/8/2024-02690 saylı barışıq sazişinin 2-ci və 3-cü bəndləri təsdiq edilsin:
2. Maraqlı şəxs tərəflərin nikahlarından dünyaya gəlmiş 2 (iki) övladı - xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 İddiaçı yanında (himayəsində) qalmalarına razıdır.
3. Maraqlı şəxs İddiaçı ilə birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 5-dən 15-dək hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəf İddiaçı ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Babazadə