Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2216/2024 21.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "X2 E215BLC markalı ban nömrəsi , buraxılış ili 2007-ci il olan sarı rəngli ilkin qeydiyyat nömrəsi dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınmaqla iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "X2 markalı ban nömrəsi , buraxılış ili 2007ci il olan sarı rəngli ilkin qeydiyyat nömrəsi dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınmaqla iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan X2 E215BLC markalı ban nömrəsi , buraxılış ili 2007-ci il olan sarı rəngli ilkin qeydiyyat nömrəsi qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin qanunsuz sahibliyindədir və mülkiyyətçi qismində ərizəçiyə geri qaytarılmır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir ki, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. Qeydiyyat tarixi xx.xx.2024-cü ildir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, X2 markalı ban nömrəsi , buraxılış ili 2007-ci il olan sarı rəngli ilkin qeydiyyat nömrəsi qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən hüquqi baxımdan əldə edilmiş (mülkiyyətinə keçmiş), lakin, faktiki olaraq sözügedən əşya özgəninkiləşdirən tərəfindən ona təqdim (təhvil) edilməmişdir. Həmin əşyanın hazırda həqiqətən də cavabdehin qanunsuz sahibliyində olması, nəticədə iddiaçının mülkiyyət hüquqlarının pozulması sübuta yetirilmir. Məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsinə, məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq iddiaçı tərəf həmin qərardadın icrası çərçivəsində və ya digər formada iddia tələbində göstərilən xüsusatlara dair əsaslı sənəd, sübut və ya materiallar məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq icra materiallarına əsasən həmin əşyanın cavabdehin faktiki sahibliyində (ona məxsus ərazidə, məkanda saxlanılması) olması təsdiqini tapmır. İddiaçı tərəfindən iş materiallarına Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2024cü il tarixli məktubu əlavə edilsə də, həmin məktubda əşyanın məhz cavabdehə məxsus ərazidə, cavabdehin faktiki sahibliyində saxlanılması müəyyən edilmir. Cavabdeh tərəf isə etirazını onunla əsaslandırmışdır ki, sözügedən əşya QSC olaraq cavabdehin faktiki və ya hüquqi sahibliyində deyildir. Həmin əşyanın digər subyektin faktiki sahibliyində olmasına görə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qeyrilegitim öhdəliyin qoyulması əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "X2 markalı ban nömrəsi , buraxılış ili 2007ci il olan sarı rəngli ilkin qeydiyyat nömrəsi dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınmaqla iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2216/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2216/2024
21.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver