Məhkəmə qərarları › İş №e-2(004)-2230/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2230/2023

20.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2230/2023 20.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Cavabdeh1, Cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMMC, "xxxx" MTK-ya və X2 qarşı "hüquqi şəxsin qanunsuz hərəkətsizliyi, qanunsuz pul tələbi, hüquqi şəxsin yenidən təşkilində qanunvericiliyin tələblərinə riayət edilməməsi və təhvil-qəbul aktının natamamlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMMC, "xxxx" MTK-ya və X2 qarşı "hüquqi şəxsin qanunsuz hərəkətsizliyi, qanunsuz pul tələbi, hüquqi şəxsin yenidən təşkilində qanunvericiliyin tələblərinə riayət edilməməsi və təhvil-qəbul aktının natamamlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən binada Cavabdeh3 MTK təşkilati-hüquqi formanın Yasamal 43” MMMC-nə çevrilərək, yenidən təşkilində, qanunvericiliyin tələblərinə riayət edilməməsi və bu qanun pozuntusunun müstəqil nəticəsi olaraq, “Təhvil-Qəbul” aktının tərtibatında yol verilmiş çoxsaylı hüquq pozuntuları və natamamlıqlar hərtərəfli araşdırılsın, bu işdə təqsirli şəxslər müəyyən edilməsi, ünvan üzrə binada, sakinlərin əlverişli şəraitinə və rahatlığına ciddi maneə yaradan, “Təhvil-Qəbul” aktında tikintiyə icazə sənədi olmayan tikililər kimi göstərilən, binaya bitişik 2 (iki) mərtəbəli ofis binası əvəzinə, qanunsuz inşa edilmiş 5 (beş) mərtəbəli və həyətyanı sahədə yarıtikili vəziyyətdə 2 (iki) mərtəbəli binanın, həmçinin, binanın girəcəyində, fitnes salonunun müdüriyyəti tərəfindən zəbt edilməsi bəyan edilən sahənin, cavabdeh "xxxx" MMMC tərəfindən hansı rəsmi sənəd əsasında qəbul edilməsi hərtərəfli araşdırılması, "xxxx" MMMC-nin fəaliyyətə başladığı xx.xx.2020-ci il tarixdən xx.xx.2023cü ilə qədər müddətdə, ünvan üzrə binada İddiaçı məxsus 139 saylı mənzilə aid kommunal xidmətlərə aid borc barədə mülkiyyətçiyə vaxtında məlumat verilməməsinin, xəbərdarlıq edilməməsinin, bildiriş göndərilməməsinin və 3 (üç) ildən sonra, 12 yanvar 2023-cü il tarixdə, 36 (otuz altı) aylıq borc olması barədə “bildiriş” göndərilməsinin səbəbləri araşdırılsın və bu məsələdə təqsirli şəxslər müəyyən edilməsi, iddia ərizəsində göstərilən əsaslarla, "xxxx" MMMC-nin sədri Cavabdeh4 imzası ilə İddiaçı adına göndərilən 12 yanvar 2023-cü il tarixli, 0171/2023 saylı “Bildiriş” qanunsuz hesab edilməsi, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icra vərəqəsində təsbit olunan əsaslarla, ünvan üzrə binada, İddiaçı məxsus 139 saylı mənzil üzrə, binanın ümumi əmlakının saxlanması üzrə kommunal xidmətlərə görə, Cavabdeh3 MTK əsasında yenidən təşkil edilmiş hüquqi şəxs “Yasamal 43’' MMMC-nin mühasibat sənədlərində, xx.xx.2020-ci tarixdən hazırkı vaxtadək hesablanmış 1660 (bir min altı yüz altımış) manat pul məbləğinin silinərək ləğv edilməsi və həmin qətnamədə təsbit olunan tələblər tam yerinə yetirilənədək, binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlərə görə, İddiaçı “Yasamal 43’' MMMC-nin pul ödənişi tələbi qanunsuz hesab edilməsi, "xxxx" MMMC və "xxxx" MMMC sədri Cavabdeh4, İddiaçı tərəfindən göndərilən məktubları (müraciətləri) qəbul etməməsi, müraciətlərində göstərilən məsələlərin mahiyyətinə uyğun, tam məzmunda və vaxtında cavab verməməsi səbəbindən, iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində maneələr yaradan hərəkəti (hərəkətsizliyi) qanunsuz hesab edilsin və onun üzərinə müraciətlərə qanun tələblərinə müvafiq cavab verilməsi vəzifəsi qoyulması, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş rüsum cavabdehlər Cavabdeh3 MTK və Cavabdeh3 MTK sədri Cavabdeh1, "xxxx" MMMC və "xxxx" MMMC sədri Cavabdeh4 aid edilsin və ödənilmiş pul məbləğinin cavabdehlərdən tutularaq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra -iddiaçı), ünvan 3 ünvan üzrə) Cavabdeh3nın (MTK) inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilin sahibidir. İddiaçı, 29 yanvar 2013-cü il tarixdə Cavabdeh3 MTK və Cavabdeh3 MTK sədri Cavabdeh1(cavabdeh 3 və 4) ilə “Mənzil tikintisi haqqında müqavilə” və “Xidmət müqaviləsi” (bundan sonra -müqavilə) bağlamışdır. Təsdiqedici sənədlər (seriya RX №1243810 saylı çıxarış və xx.xx.2013-cü il tarixli müqavilə) ərizəyə əlavə olunmuşdur. Cavabdeh3 MTK və Cavabdeh3 MTK sədri Cavabdeh1(cavabdeh 3 və 4), müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı, iddiaçı, kollektiv iddia və ayrılıqda, iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli №2(004)-325/2016 saylı, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli №2(004)- 608/2019 saylı və həmin iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli №2(103)-9271/2019 saylı qətnamələrində iddia tələbləri təmin edilmişdir. Cavabdeh3 MTK və onun sədri H.S. Zülfüqarov, həmin qətnamələrdə üzərinə qoyulmuş çoxsaylı vəzifələri yerinə yetirmir. Hazırkı iddia ərizəsinin mahiyyəti, ünvan üzrə iddiaçıya məxsus mənzilin yerləşdiyi binada, xx.xx.2020-ci il tarixdə təşkilati-hüquqi formanın dəyişərək, Cavabdeh3 MTK-nın “Yasamal 43’' Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC) çevrilməsnidə və hüquqi şəxsin yenidən təşkilində, hər iki təşkilat tərəfindən, mütəşəkkil şəkildə, AR Mülki Məcəlləsinin 56.5., 57.1., 57.3., 58.3. və AR Mənzil Məcəlləsinin 109.6., 111.1. maddələrinin tələblərinə riayət edilməmişdir. Bu səbəbdən, “Təhvil-Qəbul” aktının tərtibatında natamalıqların nəticəsi olaraq, iddiaçının hüquqlarının və qanuni mənafeyinin pozulması ilə bağlıdır. Belə ki, Cavabdeh3 MTK və onun sədri Cavabdeh1, “Təhvil-Qəbul” aktındakı natamamlıqlardan sui istifadə edərək, məhkəmə qətnamələrində onun üzərinə qoyulmuş vəzifələrin icrasından imtina edir. Eyni zamanda, digər cavabdeh - ünvan üzrə binada Qranit” MTK əsasında yenidən təşkil edilənhüquqi şəxs, “Yasamal 43’' MMMC və “Yasamal 43’' MMMC sədri Cavabdeh4 (cavabdeh 1 və 2), Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə qətnamələrində təsbit olunan tələblərə zidd olaraq, "xxxx" MMMC yarandığı vaxtdan 3 (üç) il sonra, ünvan üzrə binada göstərilən kommunal xidmətlərə görə, keçmiş tarixlərə aid, 36 (otuz altı) ay üçün, iddiaçıdan “Yasamal 43’' MMMC-nin xəzinəsinə 1660 (bir min altı yüz altmış) manat pul ödənilməsini tələb edir. “Yasamal 43’' MMMC-nin sədri Cavabdeh4 imzası ilə iddiaçıya göndərilən xx.xx.2023-cü il tarixli, “Bildiriş” iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı, “Yasamal 43’' MMMC fəaliyyətə başladığı xx.xx.2020-ci il tarixdən 2022ci ilin sonuna qədər məhkəmə qətnamələrində (icra vərəqəsində) təsbit olunan tələblərə istinadla, ünvan üzrə binada göstərilən kommunal xidmətlərə görə, onun tərəfindən ödəniş edilməsi, yaxud, edilməməsi ilə bağlı, məsələyə aydınlıq gətirilməsi və buna dair rəsmi yazılı cavab alınması üçün, cavabdeh “Yasamal 43’' MMMC və onun sədri Cavabdeh4 yazılı xəbərnaməli poçt məktubları və xidməti E-poçt vasitəsi ilə çoxsaylı müraciətlər etmişdir. Cavabdeh “Yasamal 43’' MMMC və onun sədri Cavabdeh4, 3 (üç) il ərzində bu müraciətlərə cavab verməkdən davamlı yayınmışdır. İddiaçının poçt xidməti və E-poçt vasitəsi ilə cavabdehə ünvanladığı məktubların (rəsmi müraciətlərin) qəbulundan cavabdehin imtina etməsini təsdiqləyən subutlar məhkəməyə təqdim edilmişdir. Bu hal, cavabdehin hərəkətinin aşkar qərəzli olmasını subut edir. Binada kommunal xidmətlər üzrə ödənişlərə nəzarət edən, bina komendantı Elçin Mürsəlov, iddiaçıya şifahi bildirmişdir ki,“Baxış müəllim deyir ki, məhkəmə qətnamələrinə əsasən, İddiaçı binada göstərilən kommunal xidmətlər üzrə ödəniş etməməlidir”. Ünvan üzrə binada, xx.xx.2020-ci il tarixdən (üç) il ərzində fəaliyyət göstərən "xxxx" MMMC tərəfindən, xidmət müqaviləsi bağlanılması, yaxud, hər hansı bir xidmətin göstərilməsi barədə, iddiaçıya rəsmi məlumat verilməmişdir və iddiaçı, "xxxx" MMMC ilə hər hansı bir xidmət göstərilməsi ilə bağlı, müqavilə bağlamamışdır. İddiaçı, ünvan üzrə binada kommunal xidmətlərin göstərilməsi ilə bağlı, 29 yanvar 2013-cü il tarixdə, Cavabdeh3 MTK ilə “xidmət müqaviləsi” bağlamışdır. Həmin müqavilədə təsbit olunan öhdəliklərin Cavabdeh3 MTK tərəfindən yerinə yetirməməsi ilə bağlı, hüquqi qüvvədə olan məhkəmə qətnamələri müraciətlərlə birlikdə, "xxxx" MMMC-nə 2 (iki) dəfə təkrarlıqla təqdim edilmişdir. Hesab edirəm ki, cavabdehlər Cavabdeh3 MTK sədri Cavabdeh1 və“Yasamal 43’' MMMC sədri Cavabdeh4mübahisə predmeti üzrə mövqeləri, Azərbaycan Respublikasının (AR) Mülki Məcəlləsində və AR Mənzil Məcəlləsində təsbit olunn tələblərə zidd və anlaşılmazdır. Məsələnin düzgün və hüquqi müstəvidə həllində cavabdehlərin maraqlı olmaması, onların qanunsuz hərəkətlərindən qaynaqlanan qarşılıqlı maraqlarının toqquşması ilə bağlıdır. Bu iddia, cavabdeh “Yasamal 43’' MMMC sədri Cavabdeh4 məhkəmə sorğusuna təqdim etdiyi 18 yanvar 2022-ci il tarixli Yasamal43mmmc/01025 saylı arayışla təsdiq olunur. Həmin arayış, iddia ərizəsinə əlavə edilmişdir. Bu səbəbdən, iddiaçıya aid qətnamələrdə təmin edilmiş tələblərin icrasında qeyri-müəyyənlik və hərəkətsizlik yaratmışdır. Bunun müstəqil nəticəsi olaraq, cavabdehlər, iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə davamlı maneələr yaratmışlar və bu hal, hazırda davam edir. Şərh olunan əsaslarla, məsələlərin mahiyyəti üzrə araşdırılması və hüquqi əsaslı həlli zəruridir. İddia ərizəsində göstərilən hallarla bağlı, mübahisənin məhkəmədən kənar həlli mümkünsüz olmuşdur və bu səbəbdən, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli və həmin iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnamələrində, Cavabdeh3 MTK və Cavabdeh3 MTK sədri Cavabdeh1 təqsirli mülki hüquq pozuntuları, ünvan üzrə binada və binanın 2-ci girişində tikinti norma və qaydalarının pozulması, çoxsaylı ciddi qüsurlar və natamamlıqlar, yaşayışa narahatlıq yaradan və təhlükəli halların mövcud olması, iddiaçıdan qanunsuz pul tələb edilməsi, hüquqi əhəmiyyətli mühüm sənədlərin iddiaçıya verilməsindən imtina etməsi və sair halların təsdiqi öz əksini tapmışdır. Həmin tələblərdən biri, ünvan üzrə binada, ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlər üzrə ödənişlə ilə bağlıdır. Yasamal rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli №2(004)-608/2019 saylı qətnaməsi üzrə icra sənədinin 1-ci bəndində təsbit olunmuşdur: “Borclular Cavabdeh3 MTK və Cavabdeh1 xx.xx.2013-cü il tarixli “Xidmət müqaviləsi” üzrə “Kooperativin öhdəlikləri” yerinə yetirilənədək və Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə borclunun üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2018-ci il tarixli, xx/xx-05125 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılana qədər, tələbkar X1 “kommunal xidmət” üzrə ödəniş tələb olunması qanunsuz hesab edilməlidir və borclu Cavabdeh3 MTK-nın mühasibət sənədlərində tələbkarın adına hazırkı vaxta qədər kommunal xidmətlər üzrə hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsi üzərlərinə qoyulmalıdır”. Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli №3(004)-1952/2021 saylı qətnaməsində subut edilmişdir ki, Cavabdeh3 MTK və Cavabdeh3 MTK sədri Cavabdeh1 həmin qətnamələr üzrə icra vərəqələrində təsbit olunan tələbləri və üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən davamlı yayınır. Bu hal hazırda davam edir. Cavabdeh3 MTK sədri Cavabdeh1ünvan üzrə binada, ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlər üzrə ödənişlə ilə bağlı, xx.xx.2022-ci il tarixdə iddiaçıya təqdim etdiyi arayışın məzmunu, mahiyyətcə Yasamal rayon Məhkəməsinin xx.xx.2019- cı il tarixli və həmin iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnamələrində təsbit olunan tələblərə ziddir və natamamdır. Həmin arayışda göstərilir: “Ünvan üzrə binada İddiaçı məxsus 139 saylı mənzilə aid kommunal xidmətlərlə bağlı,xx.xx.2013- cü il tarixdən xx.xx.2020-ci ilə qədər mühasibat sənədlərində hesablanmış 4355 (dörd min üç yüz əlli beş) AZN manat ödəniş məbləği silinərək, ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cı il tarixli 2(103)-9271/2019 saylı qətnaməsinin icra vərəqəsində göstərilən tələblər tam icra edilən vaxta qədər, Cavabdeh3 MTK-nın mühasibat sənədlərində İddiaçı məxsus, ünvan 5 ünvanda binanın 2-ci girişində 139 saylı mənzilə aid kommunal xidmətlər üzrə ödəniş hesablanmayacaq və “kommunal xidmət” üzrə ödəniş tələb edilməyəçək”. İddia ərizəsinə əlavə olunan sənədlərlə subut edilir ki, Cavabdeh3 MTK və onun sədri Cavabdeh1, iddiaşının ərizələri əsasında qəbul edilmiş və hüquqi qüvvəyə minmiş 2016, 2019 və 2023-cü il tarixli qətnamələrdə, ona aid tələbləri yerinə yetirməmişdir. Buna rəğmən, binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlər üzrə xx.xx.2020-ci il tarixdən sonrakı dövrlərə aid hesablanmış pul məbləğinin hansı səbəbdən silinməməsi və ləğv edilməməsi ilə bağlı, Cavabdeh3 MTK sədri Cavabdeh1 “xx.xx.2020-ci il tarixdən, bina "xxxx" MMMC tərəfindən idarə olunur və bu səbəbdən, xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə, bu məsələnin həlli Qranit” MTK-ya və mənə aid deyil. tələbkar, bu məsələnin həllini, "xxxx" MMMC ilə razılaşdırmalıdır” məzmunda mövqeyi anlaşılmazdır. Cavabdeh, bu barədə əsaslandırılmış rəsmi sənəd verməkdən imtina etmişdir. Cavabdeh3 MTK sədri Cavabdeh1 iddiaçıya verdiyi xx.xx.2022-ci il tarixli arayışın məzmunu ilə, Cavabdeh3 MTK-nın mühasibat sənədlərində binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlərə görə iddiaçının adına yalnız xx.xx.2020-ci ilə qədər hesablanmış ödəniş məbləğinin silinməsi, həmçinin, cavabdehin şifahi ifadəsində xx.xx.2020-ci il tarixdən sonrakı dövrlə bağlı, "xxxx" MMMC ilə razılaşdırmalıdır” məzmunda ifadəsi, qanunsuzdur. Bu halda, qənaətə gəlinir ki, Cavabdeh3 MTK və onun sədri Cavabdeh1, ünvan üzrə binada Qranit” MTK əsasında yenidən təşkil edilən hüquqi şəxs, “Yasamal 43’' MMMC-nin yarandığı xx.xx.2020-ci ildən sonrakı dövrlərdə, barəsində qəbul edilmiş məhkəmə qətnamələri üzrə icra sənədlərində təsbit olunan digər tələbləri və üzərinə qoyulmuş vəzifələri icra etməyəcəyi barədə bəyanat verir. Mübahisə predmeti ilə bağlı, məsələyə aydınlıq gətirilməsi üçün iddiaçı, iş üzrə digər cavabdeh - "xxxx" MMMC və onun sədri Cavabdeh4 çoxsaylı yazılı müraciətlər etmişdir. Cavabdeh, iddiaçının məktublarını qəbul etməkdən imtina etmişdir, xidməti E-poçtuna göndərilən müraciətlər cavabsız qalmışdır. "xxxx" MMMC-nin sədri, 18 mart 2020-ci il tarixdən, 3 (üç) il ərzində, iddiaçının müraciətlərinə, mahiyyəti üzrə konkret suallara tam və dəqiq cavab verməkdən yayınmışdır. Çoxsaylı müraciətdən sonra, cavabdeh "xxxx" MMMC-nin rəhbərliyi, iddiaçıya natamam və təhrif olunmuş məzmunda cəmi 2 (iki) “cavab” göndərmişdir. İddiaçının "xxxx" MMMC-nə ünvanladığı müraciətlərində (xx.xx.2022 və xx.xx.2022 tarixli “Etiraz”da) həmin “cavab”ların natamamığı və təhrif olunmasını subut edən əsaslı iradlar göstərilmişdir. Bu sənədlərin surəti iddia ərizəsinə əlavə edilmişdir. Məsələnin həlli ilə bağlı, iddiaçı Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra, məhkəmə prossesi dövründə, iddiaçıya, “Yasamal 43’' MMMC-nin sədri Cavabdeh4 imzası ilə xx.xx.2023-cü il tarixli “Bildiriş” göndərilmişdir. Bildirişdə "xxxx" MMMC xx.xx.2020-ci ildən fəaliyyət göstərməsi və keçmiş 2020-ci il, 2021-ci il, 2022-ci il tarixlərə aid 36 (otuz altı) ay hesabı ilə, binada göstərilən kommunal xidmətlərə görə, İddiaçı 1660 (bir min altı yüz altmış) manat borcu olması qeyd edilmişdir və həmin pul vəsaitinin 3 (üç) gün müddətdə “Yasamal 43’' MMMC-nin xəzinəsinə ödənilməsi tələb edilir. Bu halda, 3 (üç) il müddətdə iddiaçının "xxxx" MMMC-nə borcu olması barədə bildiriş göndərilməməsi və xəbərdarlıq edilməməsi, anlaşılmaz və müəmmalıdır. İddiaçı, son 3 (üç) il ərzində, yəni, 2020-ci il, 2021-ci il və 2022-ci illərdə "xxxx" MMMC-nə və onun sədri Cavabdeh4 çoxsaylı müraciətlərinə, "xxxx" MMMC və onun sədri tərəfindən cavab verilməmişdir. Hazırkı bildirişdən aydın olur ki, bu hərəkət (hərəkətsizlik) qərəzli məqsədlə edilmişdir. Görünən odur ki, Cavabdeh3 MTK-nın “Yasamal 43’' MMMC-nə çevrilməsi zamanı, cavabdehlər “Yasamal 43’' MMMC, “Yasamal 43’' MMMC sədri Cavabdeh4 və Cavabdeh3 MTK və Cavabdeh3 MTK sədri Cavabdeh1 tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsi və “Təhvil-Qəbul” aktının tərtibatında hər iki təşkilat tərəfindən mütəşəkkilliklə yol verilmiş ciddi hüquq pozuntuları və aktın natamamlığından cavabdehlər müştərək sui istifadəyə üstünlük vermişlər. Hesab edirəm ki, bu səbəbdən, Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Yasamal rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli qətnamələri üzrə icra vərəqələrində təsbit olunan tələblərin icrası, bü günə qədər qeyri-müəyyən və hərəkətsiz qalmışdır. AR Mülki Prossesual Məcəlləsinin 15.2. maddəsində təsbit olunmuşdur ki,“Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır”. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli №2(103)- 9271/2019 saylı qətnaməsi ilə qüvvədə saxlanılmış Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli №2(004)-608/2019 saylı qətnamələrin anlamlı məzmunundan hüquqi qənaətə gəlinir ki, Cavabdeh3 MTK və onun sədri Cavabdeh1 üzərinə qoyulmuş vəzifələr və öhdəliklər yerinə yetirilə qədər,ünvan üzrə binada göstərilən kommunal xidmətlərə görə, İddiaçı ödəniştələb edilə bilməz. Bu əsasla, qətnamədə təsbit olunan vaxta qədər, cavabdeh “Yasamal 43’' MMMC və “Yasamal 43’' MMMC sədri Cavabdeh4, ünvan üzrə binada göstərilən kommunal xidmətlərə görə, İddiaçı, xx.xx.2020-ci tarixdən 36 (otuz altı) ay müddətə aid hesablanmış 1660 (bir min altı yüz altımış) manat pul tələbi, qanunsuz hesab edilməlidir. İddiaçı ərizə ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi və vəkili X7 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin 27 dekabr 2016-cı il tarixli 0083 nömrəli tikinti obyektinin istismarına icazə verilmişdir. Cavabdeh3 MTK tərəfindən 14 dekabr 2017-ci il tarixdə göndərilən arayışdan görünür ki, Cavabdeh3 MTK-nın ünvan 8 ünvanında inşa etdiyi yaşayış binasında olan 205 ədəd avto-dayanacaqlar tam olaraq satılmış, boş avto-dayanacaq qalmamışdır. Bakı şəhəri Yasamal Rayon məhkəməsinin 2(004)-199/2023 saylı mülki işdən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MTK-ya, "xxxx" MTK-nın sədri X3, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri Cavabdeh4 qarşı "hüquqi şəxsin üzərinə qoyulmuş vəzifələrin icrasından təşkilati-hüquqi formanın dəyişməsi səbəbdən imtina etməsi, müraciətlərə natamam və təhrif olunmuş məzmunda cavab verilməsi və qanunsuz pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər "xxxx" MTK-ya, "xxxx" MTK-nın sədri X3, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri Cavabdeh4 qarşı "hüquqi şəxsin üzərinə qoyulmuş vəzifələrin icrasından təşkilati-hüquqi formanın dəyişməsi səbəbdən imtina etməsi, müraciətlərə natamam və təhrif olunmuş məzmunda cavab verilməsi və qanunsuz pul" tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı sənədlərin təhvil verilməsini tələb etsə də, iş materiallarından, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş və yekun məhkəmə aktı çıxarılmış 2(004)-199/2023 saylı mülki işdən görünür ki, sənədlər cavabdeh tərəfindən tədqim edilmişdir. Bundan əlavə iddia ərizəsindəki digər tələblər məhkəmədə sübuta yetirilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi sənədlər cavabdeh tərəfindən tədqim edildiyindən, həmçinin digər tələblər məhkəmədə sübuta yetirilmədiyindən iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMMC, "xxxx" MTK-ya və X2 qarşı "hüquqi şəxsin qanunsuz hərəkətsizliyi, qanunsuz pul tələbi, hüquqi şəxsin yenidən təşkilində qanunvericiliyin tələblərinə riayət edilməməsi və təhvil-qəbul aktının natamamlığı” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar