Məhkəmə qərarları › İş №e-2(004)-2246/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2246/2024

02.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2246/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs2 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin maraqlı şəxslər qsimində cəlb edildiyi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Orucov X1 Ağabala Həmid oğlu və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin maraqlı şəxslər qsimində cəlb edildiyi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs2 arasında bağlanan 30 yanvar 2024-cü il tarixli, 3M-120 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi İddiaçı Maraqlı şəxs2 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin maraqlı şəxslər qsimində cəlb edildiyi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İş materiallarından göründüyü kimi ərizəçi icra məmurunun hərəkətlərini mübahisələndirərək, tərəflər arasında notariat qaydada bağlanılmış və notarius tərəfindən təsdiqlənmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi hazırki tələblə bağlı ərizə ilə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, İddiaçı Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 508-ci məhəllədəki, 12 saylı evin 9 saylı mənzilə görə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsində Maraqlı şəxs2 2006-cı il tarixdə 12.500 ASŞ dolları pulu verdiyini; Maraqlı şəxs2 qeyd edilən mənzilə görə həqiqətən də Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsində 2006-cı il tarixdə 12.500 ABŞ dolları pulu aldığını və buna görə də həmin mənzilə dair X2 ilə İddiaçı arasında 12 oktyabr 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin legitimliyini tanımağı öz öhdəsinə götürdüyünü; Maraqlı şəxs2 bu sazişin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 508-ci məhəllədəki, 12 saylı evin 9 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüquqlarının tanıdığını bəyan etdiyini və bu hüquqların rəsmi reyestrdə qeydə alınmasına hər hansısa maneə törətməyəcəyini və bu maneəyə səbəb olacaq hərəkətlərə yol verməyəcəyini öz öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər icra mərhələsində öz aralarında barışıq sazişi bağlayaraq razılığa gəlmişlər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Göründüyü kimi, Qanunvericilik ərizəçiyə, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək imkanını vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan tələbə xüsusi icraat qaydasında baxılması yolverilməzdi. Bundan başqa, ərizəçinin, icra məmurunun hərəkətlərini mübahisələndirdiyindən məhkəmə nəzarəti qaydasında (məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında) icra məmurunun hərəkətlərindən şikayət ilə müvafiq məhkəməyə (icra sənədi vermiş məhkəməyə) müraciət etmək hüququ da, olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada hazırki halda ərizəçi İddiaçı Maraqlı şəxs2 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin maraqlı şəxslər qsimində cəlb edildiyi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığı üçün mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəyə xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs2 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin maraqlı şəxslər qismində cəlb edildiyi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair 2(004)- 2246/2024 nömrəli mülki işin icraatına xitam verilsin. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2024-cü il tarixli (Qəbz nömrəsi: **********3) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar