Məhkəmə qərarları › İş №e-2(004)-2312/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2312/2024

14.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2312/2024 14.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin restitusiyası” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin restitusiyası” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə “Ford Edge” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını alaraq 21500 ABŞ dolları pul ödəmişdir. Bu məbləğ manatın dollara məzənnəsi ilə 36550 manat edir. İddiaçı avtomaşını alandan sonra Cavabdeh ilə həyat yoldaşı X3 arasında xx.xx.2002-ci il tarixdə bağlanmış nikah xx.xx.2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra Cavabdeh ilə X3 arasında əmlak tələbi barədə qarşılıqlı mübahisə başlanmışdır. Leyla Qəhrəmanova əri Cavabdeh mənə 21500 ABŞ dollarına satdığı “Ford Edge” markalı **-XK-*** dövlət qeydiyyat nömrəli avtomaşınını xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomaşında onun payının ½ hissə müəyən edilməsi barədə Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdı. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-442/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi ilə X1 iddiası təmin edilmiş, Cavabdehla iddiaçı arasında mübahisəli avtomaşının alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin avtomaşında Leyla Qəhrəmanovanın payı ½ hissə müəyyən edilmişdir. Qətnamə qanunu qüvvəsini almış və icraya yönəlmişdir. Cavabdehla iddiaçı arasında bağlanmış “Ford Edge” markalı **-XK-*** dövlət qeydiyyat nömrəli avtomaşınını alqı-satqı müqaviləsi onun digər şəxs qarşısında borc öhdəliyi ilə əlaqədar məhkəmə tərəfindən etibarsız hesab edilmişdir, mülki qanunvericiliyin tələbinə görə alqı-satqı müqaviləsinin tərəfləri əvvəlki vəziyyətlərinə qayıtmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2(103)-442/2022 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, “Ford Edge” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin avtomobilə ½ hissədə Cavabdeh, ½ hissədə X2 payı müəyyən edilmişdir. Sözügedən avtomobil 21500 ABŞ dolları məbləğində alqı-satqı predmeti olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Araşdırma nəticəsində müəyyən edilir ki, “Ford Edge” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin avtomobilə ½ hissədə Cavabdeh, ½ hissədə X2 payı müəyyən edilmişdir. Sözügedən avtomobil 21500 ABŞ dolları məbləğində alqı-satqı predmeti olmuşdur. Göstərilənlər mülki işin mübahisəsiz halıdır. Odur ki, sözügedən etibarsız müqavilə üzrə restutusiya tətbiq edilməli, MM-in 337.5-ci maddəsinin tələblərinə əsasən əvvəlki vəziyyət bərpa edilməlidir. “Ford Edge” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh sahiblik və ya istifadəsində deyildir, yəni, avtomobilə münasibətdə ilkin vəziyyət bərpa edilməmişdir (avtomobil geri qaytarılmamışdır). Etibarsız müqavilə üzrə ödənilmiş 21500 ABŞ dolları (müvafiq məzənnəyə uyğun olaraq 36550 manat) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Ford Edge” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən Cavabdeh geri qaytarılmalıdır. Cavabdeh tərəf sözügedən pulun təkcə Cavabdeh tutulmasını ədalətli hesab etməsə də, məhkəmə izah edir ki, sonuncunun arvadı olmuş X3 müvafiq alqı-satqı müqaviləsinin tərəfi olmadığından restutusiya konkret müqavilə üzrə müqavilə tərəflərinə münasibətdə tətbiq edilir. Digər məsələlər isə başqa hüquqi əsaslarla digər konteksdən qiymətləndirilə bilər (müvafiq hüquq münasibəti üzrə). Həmçinin, müqavilənin tərəfi, yəni əsassız varlanmış şəxs Cavabdeh çıxış etmişdir. Sonuncunun arvadı olmuş X2 əsassız varlanması xüsusatı mövcud olmadığından pulun müvafiq hissədə ondan tutulması əsaslı hesab edilə bilməz. Sözügedən avtomobil üzərində X2 mülkiyyət payı məhz qanuni əsaslarla (məhkəmə qətnaməsi) əldə edilmişdir. Məhkəmə cavabdehin vəkilinə izah edir ki, digər şəxsin mülki iş üzrə cavabdeh qismində icraata məhz cavabdehin vəsatəti ilə cəlb edilməsi yolverilməzdir. Digər cavabdeh yalnız iddiaçı tərəfindən və ya iddiaçının razılığı ilə məhkəmə tərəfindən icraata cəlb edilə bilər. Tərəflərin bir-birinə qarşı müvafiq iddia tələblərini qaldırması (avtomobildən əsassız istifadə nəticəsində faydalanma, avtomobilin amortizasiyası xərcləri, vurulmuş zərərin ödənilməsi) istisna olunmur. Lakin, həmin xüsusatlar yalnız müvafiq tələb üzrə ayrıca icraatda baxıla bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə qətnaməsi əsaslı olmalı və yalnız mötəbər sübutlara əsaslanmalıdır. Məhkəmənin mülki işdə olan mötəbər sübutlara əsaslanmadan yalnız öz mülahizəsi ilə hər hansı hüquqi nəticəyə gəlməsi yolverilməzdir. Hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 201 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Məhkəmə mülki iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 21500 ABŞ dolları (müvafiq məzənnəyə uyğun olaraq 36550 manat) və ödənilmiş 201 (iki yüz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. “Ford Edge” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən Cavabdeh geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin restitusiyası” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 21500 ABŞ dolları (müvafiq məzənnəyə uyğun olaraq 36550 manat) və ödənilmiş 201 (iki yüz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. “Ford Edge” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən Cavabdeh geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar