Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2367/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1591 manat məbləğində maddi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 04.04.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində, mülkiyyət hüquq əsasında idarə etdiyi “Toyota Land-Cruıser-Prado minik” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X3 məxsus 1 ədəd “Polermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 6591 manat maddi ziyan yetirmişdir. Xətai rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və 08.04.2020-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs MəmmədovVüqar Miryunus oğlu tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Toyota Land-Cruıser-Prado minik” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı "xxxx" X2 bank hesabına 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü, 1096.1-1096.2 və 1108.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan Bakı şəhər Xətai RPİ DYPŞ-nin əməkdaşı A.Piriyev tərəfindən tərtib edilmiş 04.04.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan, 08.04.2020-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan və Cavabdeh 04.04.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində, mülkiyyət hüquq əsasında idarə etdiyi “Toyota Land-Cruıser- Prado minik” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X3 məxsus 1 ədəd “Polermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarmışdır. X6 AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarındakı "xxxx" X5 tərəfindən tərtib edilmiş 08.07.2020-ci il tarixli xərclər smetasından görünür ki, dəymiş ziyan 6591 manat məbləğində müəyyən edilmişdir. Habelə, iş materiallarındakı 29.11.2021-ci il tarixli qəbzdən görünür ki, “Toyota Land-Cruıser-Prado minik” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığorta etmiş "xxxx" ASC tərəfindən Bakı "xxxx" X2 bank hesabına 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 6591 manat məbləğində zərər vurulması, həmin məbləğdən 5000 manatın sığortaçı tərəfindən iddiaçıya ödənilməsi, qalıq 1591 manatın ödənilməməsi iş materialları ilə tam olaraq, təsdiq olunmuşdur. Cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. Mülki qanunvericiliyə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmiş, tələb əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8..1.1-ci maddəsinə görə məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatadək olduqda 30 manat, 8.1.2-ci maddəsinə görə isə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, ödənilməli 35,90 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1591 (bir min beş yüz doxsan bir) manat məbləğində maddi ziyan tutularaq, iddiaçı "xxxx" X4 ödənilsin. Cavabdeh 35,90 (otuz beş manat 90 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-2367/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2367/2022
23.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver